274
8
Teatr.Kino
105
illiyi
Hüseyn Seyidzadə
1910-1979
OKTY
ABR
Hüseyn Əli oğlu Seyidzadə 1910-cu il
oktyabr ayının 15-də İrəvanda anadan ol-
muşdur. 1918-ci ildə Hüseynin ailəsi doğ-
ma yurdu tərk
etmək məcburiyyətində qa-
lıb, Bakıya köçmüşdür. Hüseyn 15 yaşında
ikən fabrikdə fəhləlik etmiş, 1928-ci ildə
Bakı İşçi Teatrının səhnəsində aktyor kimi
fəaliyyətə başlamış, 1929-cu ildə Leninq-
rada göndərilmişdir. Dövlət Fəhlə Gənclər
Teatrında
təcrübə keçmiş, 1930-cu ildə
Bakıya, kinostudiyaya qayıtmışdır. Həmin
il o, “İlk komsomol buruğu” bədii filmində
neftçi rolunda çəkilmişdir.
1931-ci ildə Moskvaya, Dövlət Kine-
matoqrafiya İnstitutunda təhsil almağa
göndərilmiş, S.Eyzenşteyn, M.Romm,
L.Kulicanovdan dərs almışdır.
1936-cı ildə institutu bitirib Bakıya
qayıdan gənc mütəxəssis kinostudiyada
“Bakılılar”, “Bir ailə” bədii filmlərində
rejissor
assistenti, dublyaj rejissoru
işləmişdir. 1940-cı ildə N.Bədəlovla birgə
“Ayna” bədii filmini çəkməyə başlamış,
lakin məlum olmayan səbəblərə görə
filmin çəkilişi dayandırılmışdır. Sonra
N.Bədəlovla birgə 1942-ci ildə “Ayna”nın
materialları əsasında “Sovqat” qısamet-
rajlı bədii filminə quruluş vermişdir. Bir
müddət “Lenfilm”, “Mosfilm” və M.Qorki
adına kinostudiyalarda təcrübə keçmiş, bu
studiyalarda istehsal olunan filmlərdə re-
jissor assistenti, ikinci rejissor işləmişdir.
1953-cü ildə “Doğma xalqımıza”
bədii-
sənədli filminin çəkilişi rejissor Yan Fridlə
birgə H.Seyidzadəyə tapşırılmış, film
1954-ci ildə müvəffəqiyyətlə çəkilib ek-
ranlara buraxılmışdı.
1956-cı ildə Ü.Hacıbəylinin “O olma-
sın, bu olsun” operettasını ekranlaşdır-
mışdır. Bu, Azərbaycan kino tarixində ilk
rəngli bədii film idi. S.Rəhmanın ssenarisi
əsasında lentə alınan musiqili kinokomedi-
ya Asiya və Afrika ölkələrinin
Beynəlxalq
Daşkənd kinofestivalında göstərilmiş, 60-
dan artıq ölkəyə, o cümlədən İran, İraq,
Yuqoslaviya,Yaponiya, Avstriya, ABŞ,
İsveçrə və Macarıstana satılmışdı.
1959-cu ildə çəkilən “Koroğlu” qəhrə-
manlıq kino-dastanı onun ikinci filmi idi.
Lakin ssenari Moskvada əsaslı dəyişik-
liklərə məruz qaldığından ekran əsəri zəif
alınmışdı.
1965-ci ildə Qılman İlkinin ssenarisi
üzrə istehsal olunmuş “Yenilməz batal-
yon” tarixi-inqilabi filmi
onun növbəti işi
olur. 1969-cu ildə İ.Şıxlının eyniadlı ro-
manı əsasında çəkilmiş “Dəli Kür” filmi
isə Azərbaycan kinosunun ən yaddaqalan
nümunələrindəndir. Bu filmdə də ssenariyə
müdaxilələr edilmiş, rejissor təzadlı kino
həyatında növbəti zərbələrdən birini al-
mışdı.
1978-ci ildə H.Seyidzadə sonuncu fil-
mini - “Qayınana” kinokomediyasını çək-
mişdi. Şirin yumor, canlı komik səhnələr
və hadisələrin dinamikliyi “Qayınana”nı
baxımlı etmişdi. Film Aşqabad şəhərində
keçirilən XII Ümumittifaq kinofestivalın-
da
nümayiş etdirilmiş, baş rolun ifaçısı
N.Zeynalova və bəstəkar T.Quliyev müka-
fata layiq görülmüşdülər.
Rejissorun mübariz sənətkar olması,
sözünü açıq deməsi çoxları tərəfindən se-
vilmirdi. Bu səbəbdən yaradıcılıq imkan-
ları geniş olsa da rejissor kimi 43 il ərzində
cəmi beş bədii film çəkmişdi.
Hüseyn Seyidzadə 1979-cu il iyun ayı-
nın 2-də vəfat etmişdir.
Dostları ilə paylaş: