Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə350/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   346   347   348   349   350   351   352   353   ...   484
Ə d ə b i y y a t
Mustafa xanın xəzinəsi: 
tarixi povest /Ə.Hüseynov; 
rəy. və ön söz. müəl. 
M.İsmayılov; red. 
Ş.Novruzov.- Bakı: 
[Vətən], 1994.-168 s.
Мечты мудреца 
/А.Гусейнов; [oтв. ред. 
Е.Потапенков; науч. ред. 
Н.Мамедов].- Москва: 
Оверлей, 2007.- 262 с.
Унесенные чумой 
повесть о скорби и 
любви /А.Гусейнов; 
пер. с русс. на англ. яз. 
С.Ибрагимова.-Москва: 
ИД Содружества, 2012.- 
60 с.
Əliş, Ə. Əbdül Hüseyno-
vun yeni kitabı /Ə.Əliş                   
//Təzadlar.- 2011.- 12-14 
aprel.- S.15.
Nəbioğlu, N. Yazı-
çı Əbdülün üsyankar 
Xaqanisi /N.Nəbioğlu //
Ədəbiyyat qəzeti.- 2010.- 
29 oktyabr.- S.4.
“Üsyankar Xaqani”             
//Ədəbiyyat qəzeti.- 2011.- 
15 iyul.- S.1.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
25
Yazıçı


270
Dünya ədəbiyyatı
120 
illiyi
Sergey Yesenin
  1895-1925    
OKTY
ABR
Sergey Aleksandroviç Yesenin 1895-
ci il oktyabr ayının 3-ü (bəzi mənbələrdə 
21.09.1895) Ryazan quberniyasının, Koz-
min mahalındakı Konstantinovo kəndində 
anadan olmuşdur. Uşaqlığı ana babasının 
himayəsində keçmiş Yesenin 1909-cu ildə 
kənd dördillik məktəbini  əla qiymətlərlə 
bitirərək təhsilini Spas-Klepikovski 
müəllim məktəbində davam etdirmişdir. 9 
yaşında  şeir yazmağa başlamış  gənc  şair 
1912-ci ilin yayında Moskvaya gələrək 
ədəbi həyata qoşulmuş, o vaxtlar xalq 
içərisindən çıxmış  gənc  ədəbiyyatçıları 
birləşdirən Surikov adına  ədəbi-musiqi 
dərnəyinin üzvü olmuşdur. O, müntəzəm 
olaraq  Şanyavski Xalq universitetinə 
gəlmiş, tərəqqipərvər  əhvali-ruhiyyəli 
professorların mühazirələrini dinləmişdir. 
Sonra İ.D.Sıtinin mətbəəsində işə düzələn 
gənc Sergey inqilabi hərəkata qoşulmuş və 
1914-cü ildə “Put pravdı” qəzetində onun 
“Dəmirçi” şeiri dərc olunmuşdur.
1915-ci ildə Peterburqa köçmüş, Pe-
terburq həyatı şairin dünyagörüşünün for-
malaşmasında müstəsna rol oynamışdır. 
1916-cı ildə ilk şeirlər kitabı “Radunitsa” 
çap olunmuşdur. Sonrakı illərdə yazdığı 
poemalarda (“Coşğunluq”, “Yad diyar”, 
“Qüdrətli”) kənd ab-havası çox güc-
lü olmuşdur.  Şeirləri “Русская  мысль”, 
“Ежемесячный  журнал”, “Северние 
записки” və s. jurnallarda çap olunurdu.
O, 1919-1923-cü illərdə imajinizm 
ədəbi cərəyanına qoşulmuş, bu, şairin 
müvəqqəti olaraq ictimai həyatdan uzaq-
laşmasına səbəb olmuşdur. O, “Meyxana-
lı Moskva” şeirlər silsiləsi, “Qara adam” 
poemasını yazmışdır. 1924-1925-ci illər 
onun yaradıcılığında dönüş illəri olmuş-
dur. 
1924-1925-ci illərdə Bakıda olmuş, 
bir müddət Mərdəkanda yaşamışdır. Bakı 
həyatı Yesenin yaradıcılığında nikbin-
lik  əhvali-ruhiyyəsini, beynəlmiləlçilik 
motivlərini gücləndirmiş  və yaradıcılığı-
nın  ən məhsuldar dövrü hesab edilmiş-
dir. Təsadüfi deyil ki, yeseninşünaslar bu 
dövrü onun yaradıcılığının “qızıl dövrü” 
adlandırır və  həmin dövrü Puşkin yara-
dıcılığının “Boldino payızı” ilə müqayisə 
edirlər. Yesenin bir sıra məşhur əsərlərini, 
o cümlədən “Anna Snegina” poemasını, o 
cümlədən sevgi poeziyasında xüsusi yeri 
olan Yeseninin sevgi himni sayıla biləcək 
“İran nəğmələri” silsiləsinə daxil olan 
şeirlərin bir çoxunu burada yazmışdır. 
Ümumilikdə, 1924-1926-cı illərdə Yese-
ninin Bakı  mətbuatında 51 əsəri (48 seir 
və 3 poema) dərc edilmiş, onlardan 50-si 
(47  şeir və 3 poema) “Bakinski raboçi” 
qəzetində  işıq üzü görmüşdür. Yesenin, 
Bakıya olan böyük sevgisini və rəğbətini 
məşhur “Прощай,  Баку”  şeirində ifadə 
etmişdir.  Şeirləri dünyanın 50-dən çox 
dilinə  tərcümə edilmişdir. Azərbaycanda 
ilk dəfə Yesenin yaradıcılığına S.Rüstəm 
müraciət etmişdir.
1975-ci il oktyabr ayının 3-də, Yeseni-
nin anadan olmasının 80 illiyi münasibətilə 
Mərdəkanda  şairin yaşadığı evdə onun 
xatirə muzeyi (otaq-muzey) yaradılmışdır. 
həmin küçəyə şairin adı verilmişdir.
Sergey Aleksandroviç Yesenin 1925-ci 
il dekabr ayının 28-də intihar etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin