Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə348/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   344   345   346   347   348   349   350   351   ...   484
Ə d ə b i y y a t
Seçilmiş əsərləri 
/S.S.Axundov; tərt. 
ed. və ön sözün müəl. 
N.Vəlixanov; red. 
Ş.Vəliyev.- Bakı: Şərq-
Qərb, 2005.- 448 s.
Qorxulu nağıllar 
/S.S.Axundov; red. 
R.İsmayılov; rəssam 
Z.Cabbarov.- Bakı: Altun 
kitab, 2005.-112 s.
Ümid çırağı: hekayə 
/S.S.Axundov //Yeni 
Azərbaycan.- 2010.- 17 
aprel.- S.11.
Vəlixanov, N. Süleyman 
Sani Axundovun elmi bioq-
rafiyası /N.Vəlixanov; elmi 
red. Ə.Məmmədov; AzEA. 
Nizami ad Ədəbiyyat İn-
tu.- Bakı: Elm, 1996.-228 
s.
Mustafayeva, G. Süley-
man Sani Axundovun 
pedaqoji-ictimai fəaliyyəti 
/G.Mustafayeva //Ədalət.- 
2011.- 20 may.- S.4.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.ebooks.preslib.az
Yazıçı
21


268
Milli ədəbiyyat 
75 
illiyi
Mailə Muradxanlı 
1940-2010
OKTY
ABR
Mailə Balabəy qızı Muradxanlı 1940-
cı il oktyabr ayının 22-də Salyan şəhərində 
müəllim ailəsində anadan olmuşdur. 
1946-cı ildə ailəsi ilə birlikdə Bakıya köç-
müş, burada 1947-1957-ci illərdə Maşta-
ğa qəsəbəsindəki 187 saylı orta məktəbdə 
təhsil almışdır. Orta təhsilini tamamla-
dıqdan sonra 1957-1962-ci illərdə ADU-
nun  filologiya fakültəsinin jurnalistika 
bölməsində  təhsilini davam etdirmişdir. 
Əmək fəaliyyətinə təyinatla göndərildiyi 
Azərbaycan Dövlət Televiziya və Ra-
dio Verilişləri  Şirkətində radionun uşaq 
verilişləri  şöbəsinin kiçik redaktoru 
kimi başlamış, 1962-1967-ci illərdə re-
daktor, 1967-1972-ci illərdə ədəbi dram 
verilişləri baş redaksiyasında, incəsənət, 
bədii ədəbiyyat şöbələrində müdir, 1972-
1994-cü illərdə ədəbi-dram verilişləri baş 
redaksiyasında baş redaktor vəzifəsində 
işləmiş, 1994-2010-cu illərdə televizi-
yanın ədəbi dram verilişləri baş redaksi-
yasında baş redaktor olmuşdur. 1965-ci 
ildən Jurnalistlər Birliyinin üzvü, 1988-
ci ildən Azərbaycan Yazıçılar Birliyinin 
üzvü olmuşdur.
Ədəbi aləmə 1962-ci ildə tərcümələri 
və dövri mətbuatda çıxan oçerkləri ilə 
daxil olmuşdur. “Azərbaycan”, “Azər-
baycan qadını” jurnallarında, “Kom-
munist”, “Ədəbiyyat və incəsənət”  
qəzetlərində müntəzəm çıxış etmişdir. 
Onun “Qınamayın məni” pyesi 1990-cı 
ildə Sumqayıtda tamaşaya qoyulmuş-
dur. Tərcümə etdiyi Ə.Əbubəkrin “Du-
lusçunun hekayəti”, O.Kamalın “Yad 
qızı”, A.Koşutanın “Vətənə dönmək 
istəyirəm”, B.Şounun “Sezar və Kleo-
patra”, Evripidin “İfigeniyalı Avlitdə”, 
Brextin “Kurja ana və ya sərbəst qadın” 
pyesləri respublikanın dram teatrların-
da göstərilmişdir. Ruscadan Azərbaycan 
dilinə  tərcümə olunmuş yüzdən artıq 
filmin sinxron mətninin müəllifidir. 
Azərbaycan Respublikası  Mədəniyyət 
və Turizm Nazirliyinin təşəbbüsü ilə bir 
neçə pyesi Azərbaycan dilinə çevirmiş-
dir. Azərbaycan radiosunda “Sənətkarlar 
öz qəhrəmanları arasında” silsilə veriliş-
lərin və  həftəlik  əyləncəli “Sabahınız 
xeyir” proqramının ssenari müəllifi ol-
muşdur. Azərbaycan Jurnalistlər Birliyi 
İdarə Heyətinın üzvü seçilmişdir. 1990-
2010-cu illərdə Azərbaycan Jurnalistlər 
Birliyinin katibi vəzifəsində çalışmışdır. 
Jurnalistlər heyətinin tərkibində 1972-ci 
ildə Suriya, Livan, 1975-ci ildə Yunanıs-
tan, 1980-ci ildə Türkiyədə, Azərbaycan 
Qadınlar Cəmiyyəti nümayəndələri 
tərkibində isə Türkiyədə (1992), İranda 
(1992) olmuşdur. 1990-cı ildə İstanbulda 
keçirilən I Azərbaycan konqresində işti-
rak etmişdir. “Bakıfilm” kinostudiyasının 
baş redaktoru idi.
1967-ci ildə Jurnalistlər  İttifaqının 
“Qızıl qələm” mükafatı laureatı olmuş, 
1970-ci ildə “V.İ.Leninin anadan olması-
nın yüz illiyi” medalı, 1984-cü ildə Mon-
qolustan Böyük Xalq Xuralının “Dost-
luq” medalı ilə  təltif edilmiş, 1989-cu 
ildə “Azərbaycanın  Əməkdar jurnalisti” 
fəxri adına layiq görülmüşdür.
Mailə Muradxanlı 2010-cu il iyun 
ayının 12-də vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin