b: 0...100; a: (‘dram’,‘poeziya’,‘detektiv’); Sətir tipli dəyişənləri elan edən zaman sətrin maksimal uzunluğu, yəni
sətirdəki simvolların maksimal sayını göstərmək lazımdır. Bu tipə malik olan
dəyişəni
String işçi sözü vasitəsilə təyin edirlər.
String sözündən sonra kvadrat
mötərizənin içərisində sətrin maksimal uzunluğu yazılır. Sətrin maksimal
uzunluğunu göstərən ədəd tam ədəddir. Bu tam ədəd [0; 255] intervalında dəyişir.
Məsələn,
var
b: String[18];
Sətir tipli dəyişənlərin yaddaşda tutduqları yer onların uzunluğundan bir
bayt artıqdır. Sətirə aid olan simvollar 1-dən başlayaraq sətrin uzunluğunu göstərən
ədədə qədər indeksləşirlər. Sətrin hər bir simvoluna müraciət etmək üçün bu
indeksdən istifadə olunur. Sətir və simvol tipli dəyişənlər eyni bir ifadədə iştirak
edə bilərlər.