349
Operator Təyinatı
Not
Məntiqi inkar və ya tərtibin inkarı
-
Minus. Dəyişən və ya sabitin işarəsini dəyişir.
In
Elementin çoxluğa daxil olmasını müəyyən edir.
@
Göstərici tip dəyişənə müəyyən qiyməti mənimsətmək üçün istifadə olunur.
1
Mənimsətmə operatoru adından məlum oldugu kimi dəyişənin adına
konkret qiyməti və ya ifadəni mənimsədir. Mənimsətmə operatoru olaraq :=
işarəsindən istifadə edilir. Mənimsətmə operatoru yerinə yetirildikdə mənimsətmə
işarəsindən sağ tərəfdəki ifadənin qiyməti hesablanır
və bu qiymət sol tərəfdə
duran dəyişənin adını bildirən identifikatora mənimsədilir. Qeyd edək ki,
dəyişən
və ifadə eyni tipə malik olmalıdır. Yalnız, həqiqi dəyişənlərə həqiqi və tam tipli
ifadələr və ya qiymətlər mənimsədilə bilər. Bir ölçülü
sətir dəyişəninə simvol tipli,
simvol dəyişəninə isə bir ölçülü sətir tipli verilənlər və ifadələr mənimsətmək olar.
Fayl tipindən başqa bütün tiplər üçün mənimsətmə operatorundan istifadə etmək
olar
Hesabi
operatorlara
aşağıdakılar aiddir:
•
+ (toplama)
•
-(çıxma)
•
* (vurma)
•
/ (bölmə)
•
DIV (tam bölmə)
•
MOD (bölmə nəticəsində alınan qalığın hesablanması)
Hesabi operatorlar ifadədə tam və həqiqi tipli verilənlərlə tətbiq olunur. Bu
zaman ifadənin qiymətinin tipi aşağıdakı kimi müəyyən olunur.
Dostları ilə paylaş: