Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən tərcümə etdi: Aytən
Əliyeva.Yoxladı: Ülviyyə Məmmədova. Redaktə edən: Aydan Nəcəfova
ƏTİRLƏRLƏ MÜALİCƏ
Mənbə: Azerbaijan International jurnalı - AI 9.1 (2001) © 2001.
Azerbaijan International AZERI.org
romaterapiya nədir? Bu gün bu termin adətən efir yağları ilə
müalicəyə aid edilir. Bu rayihəli cövhərlər qızılgül, bə-
növşə, kəklikotu, lavanda və mərzə kimi çiçək, meyvə və
bitkilərdən alınır və onlar adətən ya nəfəsə çəkilir, ya da dərinin
üstünə sürtülür.
A
"Aromaterapiya" sözünün ilk dəfə 1937-ci üdə fransız
kosmetik kimyaçısı Rene-Maurice Gattefosse tərəfındən
işlənməsinə baxmayaraq bu üsulun bir neçə min il yaşı var.
QƏDİM İNAMLAR. Bir vaxtlar indiki cənubi Azərbaycan
ərazisində yerləşmiş qədim Manna (eramızdan əvvəl 9-7-ci əsrlər)
və Atropatena (e.ə. 4-1-ci əsrlər) dövlətlərində əhali inanırdı ki,
yuksək mənəviyyat əldə etmək uçün onlar təmiz və gözəl olmalı
21
idilər. Bu məqsədlə qədim Azərbaycanlılar büxur, ətirli qatran,
galbanum, rozmarin, çödükotu, səna, darçın və nərd çiçəyi kimi
rayihəli yağlardan istifadə cdirdilər.
Bəzi rayihəli bitki və ağaclardan dini məqsədlərdə istifadə
ediliıdi. Məsələn, ətirli iynələri olan sərv agacı peyğəmbər
Zərdüştün ağacı kimi tanınırdı. İnanılırdı ki, efir yağlarının
yayılması havanı təmizləyir və mənfi qüvvələrdən müdafiə edir.
Qədim turk inamlarına görə bütün ətirli çiçəklər Mavi
Səmanın ali tanrısı olan Göy Tanrı tərəfindən yaradılıb. Bütün ot və
ağaclarm tanrıçası Öləng onun arvadı idi. Öləng həm də təbiblərin
himayədarı sayılırdı. Hər il türk xalqları bu tanrıçanın şərəfinə
təntənəli festivallar keçirər və yovşan kimi rayihəli bitkilər yan-
dırardılar.
Qədim türk əfsanələrində deyilirdi ki, bütün uşaqların
ruhları güllərin içində əmələ gəlir və sonra da analanmn bətnlərinə
daxil olur. 7-ci əsr əfeanəsində Dədə Qorqud deyir: "Mən çiçəyin
içində yarandım... sonra anamın bətninə düşdüm və ala gözlü div
pəridən anadan oldum."
Azərbaycanhlar xəstəlikləri və yaralan ətirli maddələrlə
sağaldırdılar. Belə hadisəni təsvir edən səhnələrdən biri
Azərbaycanın əfsanələr toplusundan ıbarət olan epik "Dədə
Qorqud" dastanında vardır.
Dastanın 11-ci əsrdə yazıya alınmasına baxmayaraq orada
6-7-ci əsrlərə aid hekayələr də var. Səhnələrin birində yaralanmış
gənc bir oğlam sağaltmaq üçün ətirli çiçəklərdən istifadə edilməsi
təsvir olunur:" Qırx incə qız yayılıb, dağ çiçəyi topladı… Dag
çiçəyi ilə südü oğlanın yarasına çəkdilər. Oğlanı həkimlərə tapşırıb,
Dirsə xandan gizlətdilər." Yəqin ki, həmin güllər antiseptik və
sağaltma xüsusiyyətlərinə görə tanınan çoban yastığı və yarpız
olub. Ətirli bitkilər yalnız sağaltmaq üçün deyildi. Məsələn,
eramızın 4-cü əsrində Qafqaz Albaniyasının (indiki şimali
Azərbaycan) əhalisi kəklikotudan həm mohkəmləndirici, həm də
cinsi həvəs oyadan vasitə kimi istifadə edirdilər.
EFİR YAĞLARI. 7-ci əsrdə Azərbaycanlılar efir yağlarının
kimyəvi xüsusiyyətlərini öyrənməyə başladılar. Onlar müsəlman
kimyaçısı Cabir ibn Xəyyanın təcrübəsindən (702-765) və distilə
etmə prosesini inkişaf edən və saflaşdıran digər alimlərdən öyrənir-
dilər.
22
O vaxtlar Azərbaycanhlar asanlıqla bütün Şərq aləmində
məşhur maddələr olan qızılgül yağını əldə edib ondan qızılgül suyu
hazırlaya bilirdilər. Orta əsrlərdə Azərbaycanlılann işlətdikləri digər
efır yağları şüyüd, əməköməci, nanə, cövüz, tərxun, çoban yastığı,
darçın, cökə, portağal, bergamot, limon, ətirli qatran, keşniş, qara
cirə, yovşan, toz ağacı, sidr ağacı, sərv, mərsindən hazırlanan yağlar
idi.
Azərbaycan əlyazmalarına əsasən o vaxt aromaterapiyada
ən azı 60 bitki ədviyyəsi işlədilib. Hətta bu günkündən fərqli olaraq
o zaman ətirli heyvan ədviyyatindan da istifadə edilirdi. Sənədləri-
mizdə onlann 8-nin adı çəkilir.
Efır yağlarını öyranməklə orta əsrlər Azərbaycan təbibləri
aromaterapiya və onun xəstəlikləri sağaltmaq qabiliyyəti haqda olan
biliklərini genişləndirə bildilər. Müəyyən xəstəlikləri sağaltmaq
üçün səciyyəvi yağlardan istifadə olunurdu. Məsələn inanılırdı ki,
reyhan yağı əzələləri yumşaldır və sakitləşdirici effektə malikdir.
Məlhəm kimi o, yaraları, kəsikləri və sızanaqlan sağaldırdı. Unla
qatışdırılmış reyhan və kamfara əqrəb çalmasına qarşı istifadə
olunurdu. Bergamot kökü isə həşərat çalmasım yüngülləşdirmək və
həşərat əleyhinə dərman kimi xususiyyətlərinə görə tanınıb.
Şairlər Nizami Gəncəvi (1141-1203) və Məhəmməd
Füzulinin (1495-1556) verdiyi məlumata görə qızılgül yağından baş
ağrılarına qarşı dərman və xarici antiseptik kimi istifadə olunurdu.
Məhəmməd Yusif Şirvani (18-ci əsr) isə xəncər yaraları üçün cirə
məlhəmindən istifadə etməyi məsləhət görürdü. Baxmayaraq ki,
hələ o zaman antibiotik anlayışı mövcud deyildi, təbiblər cirə, bal
və çiy soğan şirəsindən hazırlanmış məlhəmləri xarici antiseptik
kimi istifadə edirdilər.
Məlumdur ki, ardıc yağından da antiseptik kimi istifadə
edilib. 17-ci əsr təbibi Hacı Süleyman İrəvani yaraları sağaltmaq
üçün ardıc yarpaqlarından düzəldilmiş məlhəmdən istifadə etməyi
məsləhət görür. Sərvdən sidik yolları xəstəliklərini sagaltmaq üçün
sidikqovucu kimi də istifadə olunurdu. Soyuqdəyməsi olan və bumu
axan şəxsə həkimlər kəklikotu, yarpız və nanədən hazırlanmış
qatışığın buxarını nəfəslərinə çəkməyi məsləhət görürdü.
TƏMTƏRAQLI MÜALİCƏLƏR. Bu müalicələri heç də
hamı edə bilməzdi. Bənövşə yağı və qızılgül suyu kimi maddələr
ucuz olduğu halda idxal edilən efir yağları baha idi və onları yalnız
dövlətli şəxslər ala bilərdi. Dovlətli şəxslər ətirli məlhəm və
23
maddələri bədənlərinə sürtməyi xoşlayırdılar. Bu məlhəm və
maddələr həm də pul kimi istifadə olunurdu. Şahlar əldə edilmiş
xam yağlarla mübadilə edər, torpaq, qızıl, qul və qadın alardılar.
10-cu əsr yazıçısı Əbu Əli Tənuhi yazırdı ki, şah və
sultanlann xəzinələrində yüzlərlə nadir ətirli məlhəm dolçalan var.
Öz ağırlıqlarında qızıla dəyən bu məlhəmlərin bəziləri Hindistan,
Misir və Bizansdan gətirilmişdi. Tənuhi yazır ki, bir xəsis hökmdar
dolçaları açar, ətirli məlhəmlərinə fəxrlə baxar və sonra da “Bu
sərvətə əl vura bümirəm'' deyərək onların ağzını bağlayardı.
Müşk, qunduz yağı və ənbər kimi heyvan xassələrindən
hazırlanan maddələr əsasən baha idi, çünki onlar Çin, Rusiya, İran
körfəzi və Hindıstandan idxal olunurdu. Bu ətirlər təkcə qadınlan
cəlb etmək deyil, həm də terapevtik xüsusiyyətlərə də malik idi.
17-ci əsr təbibi Həsən ibn Rza Şirvani hesab edirdi ki,
ənbərdən - erkək kaşalot balinanın bağırsaq kanallarından alınan
boz, muma bənzər maddədən - sürtmək beyni və ürəyi
möhkəmlədir. Adətən bu maddəni tropik dənizlərdə tapmaq olar;
Azərbaycana isə onu Hind və Sakit okeanlar sahili ərazilərindən
ixrac edirdilər.
İnanılırdı ki, müşkün iyi ürəyi və əsəbi möhkəmlədir və
qəmi yüngülləşdirir. Baş ağrısını azaltmaq üçün müşk zəfəranla
qatışdırılırdı; buruna bir damcı bu qatışıqdan tökmək kömək edir.
Erkək qunduzlar tərəfindən dişiləri cəlb etmək üçun ifraz
olunan maddə - qunduz yağı adətən müşkün əvəzləyicisi kimi
işlədilirdi.
Inanılırdı ki, üzə və qollara sürtülmüş bir-iki damcı qunduz
yağı insanı daha cəlbedici edər. 1311-ci ildə İbn Kabir Xoyi yazırdı
ki, bir neçə damcı qunduz yağı tökülmüş sarğı baş ağrıları üçün
yaxşıdır. Qunduz yağı və sirkə qatılmış içkilərdən qarın ağrılarını
sağaltmaq üçün istifadə cdilirdi.
14-cü əsr Azərbaycan alimi Yusif ibn Isrnail Xoyi
aromaterapiya ilə müalicənin 8 müxtəlif üsulunu göstərir: (1) İçi
müalicəvi bitkilərlə doldurulmuş yastıqdan istifadə edin. (2)
Özünüzlə qurudulrnuş müalicəvi bitkilər doldurulmuş kiçik kisəcik
gəzdirin. (3) Müalicəvi bitkilərin qaynayan dəmləməsinin buxarını
nəfəsinizə çəkin. (4) Xususi bağlarda çiçəklərin qoxusunu
nəfəsinizə çəkin. (5) Evin içindən müalicəvi ot topaları asın. (6)
Yandınlmış müalicəvi bitkilərin ətrini qoxulayın. (7) Ətirli
məlhəmlərdən istifadə edin. (8) Ətirli vanna qəbul edin.
24
ƏTİRLİ VANNALAR. Müasir elm sübut edib ki, vanna
qəbul etmək əzələlərdə olan gərginliyi azaldır, qan damarlarını
genişləndirir və ürək döyüntüsünü azaldır. Efir yağları qatılan
vannalar da xeyirlidir. Ətirli vannalar bir çox xəstəlikləri sağaldır,
kədəri yüngülləşdirir, dəri və saçları qidalandırır.
Vannalar və ətirli bitkilərlə terapiyaya dair ən ilkin mə-
lumat e.ə. 1500-cü ildə hind Vedalarında verilir.
Orta əsrlərdə ən çox işlədilən aromaterapiya növləri ətirli
məlhəmlər və vannalar idi. Şərq hamamlarında çox vaxt ətirli mad-
dələr birbaşa hamam suyuna qatılırdı.
Məsələn, 17-ci əsrdə Məhəmməd Mömin yazırdı ki, şam
ağacının iynələrindən hazırlanmış dəmləmədə çimmək uşaqlıq və
düz bağırsaq xəstəliklərinə qarşı yaxşıdır. İbn Kəbir Xoyi inanırdı
ki, dəfnədən hazırlanmış vannalar sidik yollan xəstəliklərinə qarşı
effektlidir.
Digər bir üsul isə ətirli məlhəmi çimməzdən əvvəl və ya
sonra xəstənin bədəninə sürtmək idi. Məsələn, sidik kisəsində daş
olan adama həkim çiməndən sonra şam ağacı qatranı, südləyən şirə-
si və bdelliumla (ətirli qatrana bənzər rezin saqqız) masaj məsləhət
görərdi. Həmçinin çimən zaman ətirli maddələri nəfəsə çəkrnək
olar. Adətən, xəstə müşk və ya kamfara kimi rayihəli dərman və ya
ətirin yanında oturardı.
Inanılırdı ki, bu ətirli maddələr ürəyi möhkəmlədir və sakit-
ləşdirici rol oynayır.
Müalicə prosesində suyun hərarəti və vanna qəbul etməyin
davamlılığı da vacibdir. İbn Sina (Avisenna) deyir: "Vannada (isti)
su xəstənin sinəsini və ürəyini örtməməlidir. Hesab edilirdi ki,
xəstələr dəriləri qızarıb şişənə kimi çimməli idilər. Dəri solğunlaşa-
nadək çimmək məsləhət görülürdü.
Azərbaycan xalq təbabətinə görə, isti hamamdan və ya
mürgülədikdən sonra üzə və bədənə qızılgül, nərgiz və ya bənövşə-
dən hazırlanmış efir yağı sürtmək lazımdır. Bu yagları əsasən şərqli
qadınlar çox xoşlayırdı. Çünki, onlar dərini yumşaq və ipək kimi
zərif edirdi.
ŞAM AĞACININ İYNƏLƏRİ. Bəzi Azərbaycanlılar şam
budaqlarından çimmək üçün cövhər hazırlayır və bu maddə əsəb
sistemini möhkəmlədir. Şamdan alınan efir yağı qatı sirop halına
gətirilir, sonra qurudulur və həb şəklinə salınır.
25
ROZMARİN. Azərbaycanda aşağı qan təzyiqi olan şəxslərə
rozmarinli vanna qəbul etmək məsləhət görülür. İnanılır ki, bu ətirli
bitki qan dövranını tənzimləyir və möhkəmləndirici vasitə rolu
oynayır. Hətta onun resepti belə sənədləşdirilib. Bu məhlulu
hazırlamaq üçün dörd fincan qaynamış suyu beş qaşıq rozmarin
yarpaqlan olan qazana tökün, ağzını bağlayın və 30 dəqiqə saxlayın.
Qaşığı süzün və ilıq hamam suyuna qatın. Belə vannanı maksimum
yarım saat qəbul etmək yetirmək olar.
LAVANDA. Azərbaycan xalq təbabətinə görə lavanda
dəmləməsində çimmək spazm əleyhinə xeyirlidir və bu, sakitləş-
dirici effektə malikdir. Həmçinin ondan nevrasteniya və taxikardiya
(ürəyin tez-tez döyünməsi) zamanı istifadə olunur.
MƏRZƏ. Azərbaycan xalq təbibləri deyir ki, mərzə dəm-
ləməsində çimmək yel və əsəb xəstəlikləri üçün yaxşıdır və sidik
qovucu rol oynayır.
ƏMƏKÖMƏCİ. Azərbaycan xalq təbabətinə əsasən, əmə-
köməci dəmləməsi ürək xəstəlikləri, taxikardiya üçün xeyirlidir və
o, qan təzyiqini azaldır. Hamam suyu isti deyil, ilıq olmalıdır.
QOXUNUN GÜCÜ. Orta əsrlər Azərbaycan təbibləri
inanırdı ki, bu ətirli maddələrin qoxusu azarları sağaltmağa kömək
edir. Alimlər "gül bağlarının terapevtik istifadəsi" adlana bilən bir
terapiya növü təklif edirdilər. Orta əsrlər hökmdarlarına və zadə-
ganlarına boş vaxtlarını müalicə və istirahət məqsədilə çiçəkli bağ-
larda keçirmək məsləhət görülürdü. İnanılırdı ki, çiçəklərin ətrini
nəfəslərinə çəkmək insanları sağaldar və yüngülləşdirər.
Nəzərə alsaq ki, orta əsrlər Azərbaycan təbibləri müasir el-
mi təbabətin üstünlükləri olmadan işləyirdi, onda demək olar ki,
aromaterapiya xəstələri asan əldə edilən təbii maddələrlə mualicə
etməyin ixtirası yolu idi. Məsələn, həkimlər buxur və ətirli
qatrandan təbii antiseptik kimi istifadə etməyin yolunu taprmşdılar.
Nanə və çoban yastığı kimi otlar antiseptik və sağaltma xü-
susiyyətləri ilə tanınırdı. Bu gün alimlərə məlumdur ki, bu ətirli
bitkilərin tərkibinə mıkrobları öldürmək və yaralan təmizləmək və
sağaltmaq qabiliyyətinə malik olan efir yağları daxildir.
UNUDULMUŞ BİTKİLƏR. Təəssüf ki, bu gün
aromaterapiyadan istifadə Azərbaycanda geniş yayılmamışdır.
Hətta Azərbaycan həkimlərindən bəziləri bu termin haqda heç
eşitməyib. Bu təcrübədən yalnız çox az miqdarda kəklikotu,
qızılgül və əmə-köməcinə etibar edən xalq təbibləri istifadə edir.
26
Aromaterapiyaya aid orta əsrlər əiyazmalannın əksəriyyəti
keçən əsrdə məhv edilmişdi. 1920-ci ildə bolşeviklər Bakını işğal
edib Sovet İmperiyasım qurduqdan sonra Azərbaycanlılar tarixi
köklərini, adət-ənənə və inamlarını unutmağa məcbur edilmışdi.
ƏRƏB ƏLİFBASININ ARADAN GÖTÜRÜLMƏSİ. Bol-
şeviklər "zorakılığın köhnə Dünyasını” tamamilə məhv edib öz-
lərinin daha ideal hesab etdiyi dünyalarını qurmağı qərara aldılar.
Sovetlər bütün islam təsirini aradan qaldırmağa can atdıqları üçün
kitab yandırma kampamyasına başladılar. Lakin belə bir qaydanın
qurbanı təkcə Qur'an və dini əlyazmalar olmadı. Ərəb əlifbası ilə
yazılan tibbi və elmi müşahidələrə əsaslanan əlyazmalar da
yandınldı. (Mərhum Doktor Asəf Rüstəmovun yazdığı məqalələrə
bax: (1) "Ərəb əlifbasının aradan götürulməsi: Tibbi biliyin
itirilməsin (Aİ 3.4), Qış 1995. Həmçinin (2) “Yalnız usaqlar üçun:
Onlar kitablarımızı yandırdıqları gün” (Al 7.3), Payız 1999).
Stalin Sovet Sosialist Respublikalarında hər şeyin yeni
olmasını istəyirdi - yeni Sovet təbabəti, yeni Sovet elmi, yeni Sovet
mədəniyyəti, yeni Sovet texnologiyası və sənayesi, yeni Sovet
ziyalıları və yeni Sovet xalqı. O özü bu yeni sahələr haqda çox
cildli əsərlər yazmışdır; onun yasadığı dövrdə (1953-cu ilədək) bu
əsərlər Sovet ideologiyasının İncilinə çevrilmişdi. Qədim təbabət
kitabları yandırılmış, ənənəvi əczaçılıq dükanları bağlanmış, xalq
təbibləri isə həbs edilmiş, türməyə salınmış və hətta bəzən
öldürülmüşdü.
Müalicəvi bitkilərə dair qədim kitablar qiymətləndirilmirdi.
Milli adətlərə dair hər bir şey ideologiya baxımından vaxtı keçmiş,
mənasız və zərərli sayılırdı. Bizə bu gün qəribə gəlsə də Sovet
rejimi dövründə ərəb əlifbası ilə yazılan qədim təbabət kitablarını
oxuyan bir şəxsı casus kimi həbs edə bilərdilər.
Stalinin ölümündən sonra belə xalq təbiblərinə qarşı Sovet
qanunları hələ də ciddi idi. Hətta nisbətən sakit və mülayim dövr
sayılan Brejnevin dövründə də xalq təbibləri şarlatan sayılırdı.
Qədim reseptlərin köməyilə müalicə etmək ciddi surətdə qadağan
olunmuşdu.
Xəstələri yalnız Sovet təhsili almış həkimlər müalicə edə
bilərdi və onlara da aromaterapiya və digər ənənəvi müalicə növ-
lərindən istifadə etmək icazə verilmirdi. Əgər hər hansı bir həkim
qeyri-qanuni, ənənəvi müalicədən istifadə etsəydi, o, məhkəmə
27
tərəfindən məhkum oluna, diplomundan məhrum edilə və hətta
fırıldaqçı kimi bir neçə illiyə həbs oluna bilərdi.
Ucqar kəndlərdə bəzi yaşlı xalq təbibləri qeyri-qanuni və
gizlin ətirli bitkilərlə müalicə etməyə davam edirdilər. Bəzən Sovet
höküməti onlara fikir vermirdi və onları əhəmiyyətsiz hesab edirdi.
Bu təbiblərin sayəsində Azərbaycan xalq təbabətinin bəzi
əsasları saxlanıldı. Lakin ümumilikdə isə bu irs itirildi. 70 il Sovet
hökmranlığı altında, bu sahəyə aid kitabların qadağan olunduğu,
xalq təbiblərinin təqib edildiyi və bu ideyanın qeyri-elmi, vaxtı
keçmiş və cəfəng ideya hesab edildiyi bir zəmanədə ənənəvi
aromaterapiya tamamilə necə saxlanıla bilərdi?
ƏLİFBA DEYİŞİKLƏRİ. Buna səbəb olan digər bir faktor
odur ki, 20-ci əsr ərzində Azərbaycan əlifbası üç dəfə dəyişdi: ərəb
əlifbasmdan latına (1920-ci illər), latından kirilə (1927-ci il), və
yenidən kirildən latına (1991-ci ildə) (Jurnalın "Əlifba və Dilin
keçid dövrü" (Aİ 8.1), Yaz 2000 nömrəsinə bax). Nəticə etibarilə,
bu gün Azərbaycan Respublikasında bizə gəlib çatmış ərəb
əlyazmalannı oxumağı bacaran çox az insan var. Sadəcə olaraq,
sonrakı nəsillər onların əcdadları tərəfindən sənədləşdirilmiş tibbi
biliklərdən təcrid olunmuşlar.
Bu gün orta əsrlər tibbi əlyazmaları əsasında həmin ənənəni
yenidən canlandırmaq çox vacibdir. Bu bizim irsimizdir. Zənnimcə
orta əsrlər Azərbaycan aromaterapiya təcrübələrindən imtina
ediməməli, onlara etinasızlıqla yanaşılmamalı, əksinə onlar möhtə-
şəm elmi maarifçiliyinə görə ordan-burdan toplanmalıdır. Bu tibbi
mətnlər yalnız tarixi baxımdan maraqlı deyil; onlar təkcə Azər-
baycanda yox, digər ölkələrdə də həyatın keyfıyyətini
yaxşılaşdırmağa kömək edə bilər.
AROMATERAPİYANIN BƏRPA EDİLMƏSİ. Aromate-
rapiya kimi altemativ təbabət təcrübələrini bərpa etmək asan iş
olmayacaq. İqtisadi böhran və Sovet höküməti dağıldıqdan sonra
keçid dövrünün çətin olduğuna görə çoxları o qədər kasıbdır ki,
yeni dəbdəbəli müalicə üsulları haqda heç fikirbşə də bilmir
Dostları ilə paylaş: |