Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   41   42   43   44   45   46   47   48   49
Oxu tar, oxu tar! Səni kim unudar?  
Oxu tar, oxu tar! 
 
Müşfiq tarın önəmliliyi barədə uzun bir şer yazaraq onu 
“Oxu tar, oxu!” adlandırdı. Bu şer nəşr olundu və ictimaiyyətin 
geniş  dəstəyini qazandı. Müşfiq öz istəyinə nail olmuşdu. Tar 
qadağan olunmadı. Üzeyir Hacıbəyovun “Koroğlu” (1937) operası 
kimi orkestraya tar aləti  əlavə edilən  əsərlər yazılmağa başlanıldı. 
Bəstə-kar Hacı Xanməmmədov tar üçün ayrıca 3 konsert yazmaqla 
bu işi davam etdirmişdir. 
MÜŞVİQİN ŞERLƏRİ HƏDƏFDƏ. Lakin rejim Müşfiqin 
ona qarşı bu müqavimətini və sosial məsələlər barəsində öz fikrini 
azad surətdə söyləməsini unutmamışdı. Azərbaycan Yazıçılar 
Ittifaqının görüşlərində  və saysız kommunist iclaslarında Müşfiq 
“şovinist”, və “xırda burjua şairi” adlandırılırdı. Stalin rejimini razı 
salmağa çalışan bəzi  ədiblər Müşfiqə  və onun şerlərinə hücuma 
 141


keçməyə başladılar. Nəticədə isə onun şerləri tənqid edildi və “anti 
sovet ideyaları” əks etdirdiyi bildirildi. 
Tezliklə Müşfiqin köhnə dostları  və qohumları ondan 
qaçmağa başladılar. Onlar bilirdilər ki, “anti Sovet şairi” kimi 
tanınan bir şəxslə yaxın əlaqələrdə olmaq çox təhlükəli idi. Heç kəs 
onu müdafiə etməyə cürət etmirdi. 
Onun həyat yoldaşı bu barədə yazırdı: “Yalnız Hökümə 
Sultanova (tanınmış dövlət xadimi) Müşfiqi iclasda müdafiə etməyə 
azca səy göstərmiş  və demişdi: “Biz Müşfiqi burjua şairi 
adlandırmaqla özümüzdən ayırmamalıyıq… O həmişə bizimlə olub 
və olacaq da.” Lakin iclasdakı digər iştirakçılar Müşfiqi müdafiə 
etmədilər və qorxudan səslərini çıxarmadılar.” 
Müşfiq bu kobud münasibəti anlaya bilmirdi. Hər kəs bilir-
di ki, o sosializm ideyalarına inanır və kommunist partiyasına sa-
diqcəsinə xidmət edirdi. Lakin Stalin rejimi kommunizmə sadiq 
olsa belə  mərd və azaddüşüncəli insanları istəmirdi. Stalinçilər 
düşünürdülər: “Bugün Müşfiq tarı müdafiə etməyə cürət etdi, kim 
bilir sabah o nə fikirləşəcək və yazacaq?” 
Müşfiq çox cəsarətli idi və bir çox azərbaycan ziyalılarını 
qətlə yetirən və sürgünə göndərən hökümətin repressiya aparatından 
qorxmurdu. 1931-ci ildə o universitet yoldaşı  Qəhrəmən Süley-
manzadəyə məktub yazır. Bu məktub Bakı Əlyazmalar Institutunun 
arxivində saxlanılır. Məktubda deyilir: “Əzizim Qəhrəman! Sən 
məndən öz xatirələrimi albomunda yazmağı xahiş etmişdin. 
Dostum, bu dünyada heç kəs  əbədi deyil. Insan ömrü bir çiçəyin 
ömründən belə  qısadır. Həyatdan sevinc alan, lakin bəlkə  də  sə-
hərisi gün gözlərini həmişəlik yummağa və bütün arzu və ümid-
lərindən ayrılmağa məhkum edilən insan da çiçəklər kimi solur və 
yox olur. Kim bilir bəlkə onun qəbir üzərində otlar bitəcək. Lakin 
bu ən dəhşətli olan şey deyil. Əbədilik hər bir insanın öz əlindədir. 
Tarix bir çox ölməz həyatların  şahidi olmuşdur. Bütün insanları 
sevmək mümkündür və hər bir insan digər insanların qəlbində sevgi 
və gözəllik xatirələri yarada bilər. Mən sənə belə bir tale arzu 
edirəm, dostum! M. Müşfiq. 27 Noyabr, 1931” 
PƏRƏSTİŞKARLIQ VƏ AİLƏ HƏYATI. Öz xatirələrində 
Dilbər bu həssas  şairlə ilk dəfə necə tanış olmaları barədə yazır: 
“Mən ilk dəfə Müşfiqlə Azərbaycan Pedaqoji Universitetinin 
buraxılış gecəsində tanış oldum. Biz bir-birimizlə söhbət etdik. Bu 
hadisədən uzum müddət keçdi. 
 142


“Bir gün mənim rəfiqəm Piraya sirli şəkildə gülərək mənə 
yaxınlaşdı. ‘Dilbər, heç bilirsən sənə nə gətirmişəm?’ Mən təəcüblə 
ona baxdım. 
“Təsəvvür eləyə bilərsən”, deyə o əlavə etdi: “Bir gün küçə 
ilə gedirdim və qəflətən ailəmizin köhnə dostlarından olan Müşfiqi 
gördüm. O, mənə yaxınlaşdı  və Pedoqoji texnikumdakı  təhsilimlə 
maraqlandı. Biləndə ki, sən də məninlə orada oxuyursan, çox sevin-
di. O, cibindən bir məktub çıxardı və onu sənə verməyi xahiş etdi.” 
“Bir-birinizi çoxdan tanıyırsınız?”, deyə Piraya məndən 
soruşdu. 
“Mən cavab vermədim. Məktubu açdım və gördüm ki, o 
mənim üçün şer yazıb. Şair məni ilk dəfə təsadüfən gördüşdüyümüz 
gecədən yadında saxlamışdı.” 
 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin