Bismillahirrahmanirrahim,
130
Qul hüvəllahu əhəd, Allahus saməd,
Ləm yəlid və ləm yuləd,
Və ləm yəkul ləhu kufuvən əhəd. (Ərəbcə)
Bəziləri Allahdan bağışlanmalarını diləyirlər:
Qurana bağışla,
Lutfi kərəm et,
Məhəmmədi Mustafaya bağışla!
Bəzi ifadələr ölümdən sonrakı həyatın daha yaxşı
olduğundan xəbər verir:
Axirət evin, yerin mübarək,
Allahın hökmüdür, gələnlər gedər,
Haqq yoluna səfərin mübarək.
AĞI VƏ ŞİKAYƏTLƏR. Sofi Həmiddə siz ölümdən
sonrakı həyatı rədd edən saysız-hesabsız ifadələrə də rast gələ bilər-
siniz. Belə ki, bu ifadələrdə ölümün onların yaxasını haqladıqların-
dan şikayət ifadə olunur, xüsusilə də əgər ölüm vaxtsızdırsa və ya
qəza və ya faciə nəticəsində baş vermişsə. Əgər burada İslam
qaydalarına ciddi şəkildə riayət edilsəydi, bu ifadələrin yazılmasına
yol verilməzdi. Məsələn, biz burada bir-birilə əlaqəli beş qəbrə (ana
və dörd qızı) rast gəldik. Görünür onlar hamısı eyni gündə - 15
noyabr, 1986-cı il tarixdə faciəvi surətdə həlak olmuşlar. Bu
qəbirlərin hər birinin üzərində yazı və şer parçaları vardır, amma
onların heç biri bu ailənin üzvlərinin həyatına son qoymuş faciəvi
hadisədən xəbər vermir.
Ananın qəbri üzərində:
Fələk bağladı gözümü,
Deyə bilmədim sözümü,
Bir dəstə gözəl qızımı,
Yanımda görən ağlasın.
Bir yaşlı qızının qəbri üzərində:
Dil açmadım atam ilə danışam,
Xəstə olmadım dərdim halım soruşa,
131
Çərxi-fələk bizi saldı bu işə,
Məzarım üstünə baxan ağlasın.
Dörd yaşlı qızının qəbri üzərində:
Körpəydim, hələ də bələkdə,
Ürək daşa gəldi, gördüm fələkdə,
Anam da, bacım da mənlə birlikdə,
Məzarım üstünə gələn ağlasın.
Altı yaşlı qızının qəbri üzərində:
Dünyaya göz açmadım,
Heç nə görmədim,
Atadan, anadan mən heç doymadım,
Çərxi-fələk zalım imiş, bilmədim.
On altı yaşlı qızının qəbri üzərində:
Yazıq atam elər dilək,
Bu qəm qoymaz bizi gülək,
Demədimmi çərxi-fələk,
Bu dövranı pozar bir gün.
Digər qəbirlərdə həyatın fani olduğu barədə yazılar vardır.
Qəbir daşında boyunbağı və sırğa çəkilmiş bir qadın (1957-1982)
məzarının üzərində belə yazılmışdır:
Burda bildim, dünya yalan dünyadı
Verdiyini geri alan dünyadı
Bir də gördün fələk vurdu, dağıtdı,
Çoxlarını dərdə salan dünyadı.
Və ya:
Əcəl şərbətini içməyən insan olmaz,
Tuta dünyanı təbib, dərdinə dərman olmaz,
Daha axtarmayın məni bacılarım,
Bu dünyaya gəlib getməyən insan olmaz.
KOMMUNİZMİN TƏSİRİ. Sofi Həmiddə olan abidələrin
çoxu Sovet dövründə qoyulub və Sovet üslubunu əks etdirir. SSRİ
rəsmi ateist dövləti olduğundan o Azərbaycanda ateizm kommunist
132
ideologiyasını və dünyəvi mədəniyyəti əks etdirirdi. Sofi Həmid
qəbiristanlığı həmin dövrdə Islam təsirinin zəiflədiyinin sübutudur.
Sovetlər şəxsiyyətə və liderlərə pərəstişi tərənnüm edirdilər.
Onlar “əmək qəhrəmanı” hesab etdikləri şəxslərə kəndli və fəhlələ-
rə hörmət edir və onları məşhurlaşdırırdılar. Bu məşhur şəxsiyyət-
lərin anılması heykəltəraşlıq işlərində, məzar abidələrində və qəbir
daşlarında aydın görünür. Bu kimi ideologiyanın təsiri Azərbay-
canda müsəlman qəbiristanlıqlarında da görünür. Əhəngdaşından
yonulmuş sadə qəbir daşlarının əvəzinə hündür pedestallı, beş
guşəli Sovet ulduzu və vəfat etmiş şəxsin şəkli və ya peşəsi ilə bağlı
simvollar çəkilmiş qəbirlər meydana gəldi.
Maddi dünyaya pərəstiş kultu Sovet ideologiyasına xas bir
şeydir. Kommunistlər ruha və ölümdən sonrakı həyata inanmırdılar.
Bununla belə onlar iddia edirdilər ki, “yaxşı kommunistlər”
ölümdən sonra belə adamların xatirəsində həmişəlik yaşayırlar.
Sovet dövründə ən məşhur şüarlardan biri belə idi: “Lenin həmişə
sağdır! Lenin həmişə bizimlədir!” Leninin Moskvadakı Movzo-
leyində nümayişə qoyulmuş balzamlanmış cəsədi bolşeviklərin
axirət dünyasına inanmayaraq özlərinin allahsız dinlərini yaratmaq
cəhdini göstərir. Lenin onların Allahı, Karl Marksın “Kapital”ı isə
İncili idi.
Yalnız Lenin və Stalinin deyil, Sovet Ittifaqında bütün və-
təndaşların ölümdən sonra yada salınması mümkün idi. Hər bir
kəndli və fəhləyə dünyasını dəyişmiş qohumları üçün abidə və ya
gözəl məzar düzəltməyə icazə verilirdi. Buna görə də məhz elə bu
dövrdə Sofi Həmid incəsənət qalereyasına çevrildi.
ƏLİFBADAN İSTİFADƏ HALLARI. Sofi Həmid həmçi-
nin rəsmi siyasətin xalq psixikasına yeridilməsində meydana çıxan
gecikmə hallarını əks etdirir. Məsələn, gəlin burada əlifbanın və
dilin işlənməsi məsələsini götürək. 20-ci əsrdə Azərbaycanda əlifba
rəsmi surətdə dörd dəfə dəyişdirilmişdir: ərəb əlifbasından latına
(1929), kirilə (1939) və sonra yenidən təkmilləşdirilmiş latın əlif-
basına keçilmişdir (1991-ci ilin sonları). (AZER.com-da axtarın:
“Əlifba və dilin uğradığı dəyişikliklər”, AI 8.1, yaz, 2000).
Dil siyasətinin həyata keçməsi üçün çox vaxt illər tələb
olunur. Insanların bu yeni əlifbanı öyrənməsi və bu əlifbada rahat
yazıb-oxuya bilməsi üçün müəyyən zamana ehtiyac vardır. Burada
yaş amili böyük rol oynayır, belə ki, yaşlılar üçün köhnə əlifba
133
həyatları boyu onları qane etdiyi üçün onlar təzə əlifbanı qəbul
etməyə həvəsli deyillər.
Çox vaxt qəbul edilmiş qanunun əhali arasında praktiki
cəhətdən fəaliyyət göstərməyə başlaması arasında əhəmiyyətli dərə-
cədə gecikmə olur. Məsələn, Azərbaycan müstəqilliyini əldə etdik-
dən sonra Azərbaycan Parlamentinin qəbul etdiyi ilk qanunvericilik
aktlarından biri yeni əlifbanın qəbul edilməsi olmuşdu. Azərbay-
canlılar Sovet dövründə məcburi şəkildə qəbul etdirilmiş kiril
əlifbasından yaxa qurtarmağa və 1920-ci ilin əvvəllərində qəbul
edilmiş və sonralar təkmilləşdirilmiş latın əlifbasına keçməyə çox
can atırdılar. Azərbaycan Sovet Ittifaqından ayrılaraq öz müstəqil-
liyini 1991-ci il oktyabrın 18-də elan etsə də, Sovetin Ittifaqının
rəsmi surətdə dağılması haqqında Bela Veja razılığı əslində 1991-ci
il dekabrın 8-də imzalandı.
Bu müqavilədən 2 həftə sonra Azərbaycan Parlamenti de-
kabrın 25-də rəsmi şəkildə yeni əlifba qəbul etdi. Bununla belə, hə-
qiqətdə əlifba dəyişikliyi prosesi yavaş getdi və kiril əlifbası 2001-
ci il avqustun 1-də prezident Heydər Əliyev kiril əlifbasının hər
hansı bir rəsmi sənəddə və ya azərbaycan dilində istifadə olunan hər
hansı bir mağazalar üzərindəki yazıların işlənməsinin qeyri-qanuni
olduğu barədə qərar verdiyi dövrə qədər kiril əlifbası hələ də geniş
şəkildə istifadə olunurdu.
Yeni əlifbanın qəbul edilməsi zamanı meydana çıxan gecik-
mə halı qəbir daşlarında da özünü büruzə verirdi. Cəmiyyətin çox
hissəsi kiril əlifbası ilə yazmağı daha rahat hesab edirdilər,
baxmayaraq ki, onların çoxu özlərini rus dilinin dominant olduğu
Sovet Ittifaqı ilə bağlamaq istəyində deyildilər.
Fərdiliyin güclü olduğu Sofi Həmiddə əlifba dəyişikliyinin
təsiri qəbir daşlarında çox aydın şəkildə görünür. Müsəlman məzar-
larında müəyyən ifadələrin eyniliyi və təkrarlığına bir meyl vardır.
Lakin əgər şəxs öz yaxınının qəbri üstündə təkrarolunmaz, fərdi
şəkildə yazı yazdırıbsa onda son 20 il ərzində əlifbanın tez-tez
dəyişdirilməsinin necə savadsızlığa səbəb olduğu çox aydın şəkildə
hiss olunur. Qəbir daşlarının çoxunda sözlərdə çoxlu hərf səhvi var
və azərbaycan ədəbi dilinə uyğun gəlməyən ifadələrə rast gəlinir.
SOFİ HƏMİDİN GƏLƏCƏK GÖRÜNÜĞÜ. Məzarlarda
doğum və ölüm tarixləri yazıldığından inancla bağlı xırda nüanslar-
da baş verən meyl və dəyişiklikləri sezmək artıq mümkündür.
Məsələn, hazırda Azərbaycan Sovet Ittifaqından ayrılıb öz müstə-
134
qilliyini əldə etdikdən və din azadlığı mövcud olduqdan sonra İsla-
mın geniş nüfuz qazandığını görürük. Son 3-4 il ərzində isə bu daha
çox nəzərə çarpır.
Qəbir daşlarında Qurandan götürülmüş misraların sayı
gündən-günə artmaqdadır. Əlavə olaraq demək olar ki, tarixin bu
dönəmində daş yonanların daş üzərində çətin ərəb əlifbasını yaz-
maları ilk dəfə əlinə qələm alan birinci sinif şagirdinin yazısına
bənzəyir. Çox güman ki, həmin yazını işləyən nəqqaş bu əlifbanı
bilmir və ya başa düşmür. Aydındır ki, bu ilmə və nöqtələrin heç
biri heykəltəraş üçün bir məna daşımır. Ərəb dilində olan yazılar
çox pis bənzətmə üsulu ilə yazılır və nəticədə tekstlərdə çoxlu
səhvlər meydana çıxır.
Həmçinin qəbir daşlarında həyatı və şəxsin tutduğu peşəni
tərənnüm edən simvolların sayı gündən-günə azalır. Əgər bu meyl
davam etsə, qəbir daşları üzərində olan foto şəkillər və hətta Sovet
dövründən qalmış kiçik portret şəkillər də çox güman ki, yox ola-
caq. Bir daha qeyd edək ki, bu Islam qaydalarına çox ciddi şəkildə
əməl olunduğu təqdirdə baş verə bilər. Gələcəkdə çox güman ki,
fərdilik və şəxsiyyəti tərənnüm edən əlamətləri göstərməyə olan
meyl azalacaq. Vəhdət və ölümə yanaşmanın daha “düzgün tərzdə”
ifadə etmək meyllər güclənəcək.
Beləliklə çox güman ki, gələcəkdə Sofi Həmiddə qəbir daş-
ları başqa cür şəkil alacaq. Cinsi, şəxsiyyəti, maraq və peşəni ifadə
etmək üçün nəqş edilmiş simvolların əvəzinə çox güman ki, təsviri
incəsənət öz simmetrik və geometrik dizaynı ilə daha daha təm-
təraqlı olacaqdır.
MÜHÜM SUAL. Sofi Həmidlə bağlı hər hansı bir elmi təd-
qiqatdan və ya analizdən daha çox əhəmiyyət kəsb edən ziyarət in-
sanı cavablardan daha çox suallarla oradan aralanmağa məcbur edir.
Sofi Həmidi emosional cəhətdən təsirlənmədən tərk etmək qeyri-
mümkündür. Oradan ayrılarkən ölümdən çox həyat haqqında fikir-
ləşməyə başlayırsan; insanın beyninə cavabdan çox sual meydana
gəlir.
Yekun olaraq onu demək olar ki, Sofi Həmid hazırkı vəziy-
yəti ilə həqiqətən də ölümün deyil, həyatın təntənəsidir. Gözləni-
lənlərin əksinə olaraq, bura ilhamlandırıcı və insanın kefini qaldıran
bir yerdir—həyatın təsdiqidir. Bu bizə belə bir sual verməyə vadar
edir: Həyatımı və seçdiyim həyat yolunu ən yaxşı ifadə edə bilən
simvollar hansılardır?
135
|