(məqalə 2000 ildə yazılmışdır – red.). Lakin azərbaycanlıların çoxu
yalnız xüsusi halal ərzaq almırlar. Onlar qəssabdan adi ət alır.
Müştərilərinin rəğbətini qazanmaq üçün bəzi restoranlar do-
nuz ətini nisbətən az xoşəgəlməz ad olan "qaban əti" adlandırır.
Lakin burada heç bir yalan yoxdur; hamı bilir ki, bu ət əslində
donuz ətidir.
İslamın spirtli içkiləri hər vaxt və hər bir şəraitdə qadağan
etməsinə baxmayaraq azərbaycanlıların heç də hamısı bu qaydaya
riayət etmir. Lakin bəziləri Orucluq və Məhərrəmlik zamanı içki
içmir.
Ramazan ayında müsəlmanlar gün çıxandan gün batanadək
heç bir şey yeməməli və ya içməməlidirlər. Hətta su içmək belə
olmaz. İranda bu qaydaya heç olmazsa ictimai yerlərdə ciddi riayət
edilir; gün ərzində yemək və ya içmək istəyənlər bunu gizlincə öz
evlərində etməyə çalışırlar, Azərbaycanda isə nisbətən az insan oruc
tutur (məqalə 2000 ildə yazılmışdır – red.). Restoranların çoxu bu
ay ərzində açıq olur, lakin onlardan bəziləri, xususən də bəzi Türk
restoranları, ancaq iftar yeməyinə açılır və bu zaman spinli içkilər
satmır.
GƏNCLƏR ARASINDA MEYLLƏR. Maraqlıdır ki, halala
meyl göstərənlər əsasən cavanlar olur və onlar valideynlərindən
daha çox bu təcrubələrə riayət etməyə meylli olurlar. Azərbaycanlı
gənclərinin çoxunun özunü müsəlman saymalarına baxmayaraq
onlar dinlə yaxından məşgul olmurlar. Lakin gənclər arasında islam
həyat şəraitini öyrənməyə maraq var. Onlardan bəziləri spirtli
içkilər içdikləri halda donuz əti yemir.
122
Çox nadir hallarda Milli Elmlər Akademiyasından hər
hansı bir doktor və ya professor müntəzəm olaraq məscidə gedir və
müsəlman yemək qadağalanna riayət edir. Lakin Akademiyanın
gənc alimlərindən bəziləri gündə bir neçə dəfə ibadət edir, spiıtli
içki qəbul etmir və donuz əti yemir.
Ümumiyyətlə, bu gənc nəsil haram və halal haqda öz
böyüklərindən deyil, əcnəbilərdən məlumat almışlar. Onlardan
bəziləri türk məktəb və universitetlərində oxuyub; digərləri
Azərbaycana səyahət edən ərəb və iranlılarla ünsiyyətdə olub.
Türkiyədən olan dini təsir nəzərəçarpacaq dərəcədədir və Irandan
olan təsirdən güclüdür.
İslam qanunlarına riayət edən gənc azərbaycanlılardan çoxu
bəlkə də bunu şəxsi “mən”lərini tapmaq üçün edir. İndiki keçid
dövründə onların xristianlıq da daxil olmaqla müxtəlif dinlər haqda
öyrənərək kim olduqlarını başa duşmək azadlıqları var.
Onlardan çoxu astrologiya ilə də maraqlamr və qərb
ölkələrində yaşayan bəzi insanlar kimi gündəlik ulduz falını
oxumaq və Zodiak bürcləri haqda öyrənməklə məşğuldurlar.
Görəsən islam yemək qadağalarına maraq keçici bir
hadisədirmi? Bəlkə bu, gənc azərbaycanlıların əcdadlarının dininə
qayıtmaqla keçmişi qaytarmaq cəhdlərinin göstəricisidir? Yalnız
zamanın cavab verə biləcəyi bütün bu suallar hər kəsi narahat edən
daha geniş bir sualın əsasını təşkil edir: bu Sovetdən sonrakı
müstəqillik dövründə azərbaycanlı olmaq nə deməkdir?
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən
tərcümə etdi: Gülnar Aydəmirova
Web dizayn: Fəridə Sadıxova
SOFİ HƏMİD QƏBİRSTANLIĞI: SOLĞUN
RƏNGLƏR VƏ ƏKS OLUNMUŞ ÖMÜR
123
Betty Blair və Fərid Ələkbərli
Mənbə: Azerbaijan International Jurnalı, AI 13.1 (Yaz 2005) ©
Azerbaijan International 2005
ofi Həmid yalnız Azərbaycanda deyil, ümumilikdə dünyanın
hər hansı bir yerində mövcud olan ən bənzərsiz qəbiris-
tanlıqdır. Bunu söyləyərkən heç bir mübaliğəyə yol vermirik.
Zənnimizcə, insan həyatını təsvir etmək üçün mənalı simvolların
seçilməsi, onların qəbir daşlarına həkk edilməsi və solğun rənglərlə
boyanması çox nadir bir təcrübədir.
S
Bütün başqa qəbiristanlıqlar kimi, Sofi Həmid də ölümlə
bağlı fikirlərin və ona olan münasibətlərin tərzlərinin saxlandığı bir
yerdir. Bu yer adamı oxumağa cəlb edən açıq bir tarixi kitabdır.
Azərbaycanın küləyin sovurduğu bir neçə akrlıq düzənlik sahəsində
əsrlər boyu formalaşmış xalq inamları, din, millətçilik, siyasət,
iqtisadiyyat, təhsil və hətta əsrlər boyu formalaşmış dil və əlifbanın
istifadəsi ilə bağlı meyl və dəyişikliklər sənədləşdirilmiş halda çox
cəm şəkildə yayılmışdır.
Bu mənada Sofi Həmid folklorçular üçün əsl cənnətdir. Qə-
bir daşlarının öyrənilməsi regiondakı inam sistemi ilə bağlı geniş
təsəvvür yaradır. Həqiqət isə ondan ibarətdir ki, bu yer haqda hələ
də heç bir folklorçu bir məqalə çap etdirməmişdir. Bu böyük sər-
vətə diqqət yetirilməməsi və ictimai elm sahəsində çalışan alimlər
tərəfindən etinasız münasibət bizi təəccübləndirdi.
Belə aydın oldu ki, bunun cavabı çox sadədir: Sofi Həmid
qəbiristanlığında Sovet dövründə tədqiq olunması qadağan edilmiş
iki məsələyə toxunulmuşdur. Müstəqillik əldə edildikdən sonra isə
maliyyə çatışmazlığı səbəbindən rəsmi səviyyədə çox az sayda sahə
təcrübəsi aparılmışdır. Sovet dövründə millətçilik və din, xüsusilə
də pan-türkizm və pan-islamizm təsiri altında olan sahələr tədqiq
olunmamış qalırdı. Belə ki, Stalinin hakimiyyəti dövründə bir sıra
folklorçular bu kimi sahələri tədqiq etdiklərinə görə həyatlarını
itirmişlər.
Nəticə etibarilə Sofi Həmid elmi tədqiqat üçün qadağan
olunmuş sahəyə çevrilmişdi. Əlbəttə qəbiristanlığı ziyarət etmək
mümkün idi, amma ümumilikdə alimlər bilirdilər ki, bu kimi
mövzular üzərində işləməyə cəhd edərlərsə onda gələcək
fəaliyyətlərini inkişaf etdirə bilməyəcəklər. Bununla da alimlər
124
arasında özünü senzura norma halını almağa başladı. Həqiqətən də
Sofi Həmiddə yalnız Islam və millətçilik mövzuları çərçivəsində
düzgün təhlil aparmaq mümkündür.
Amma bu o demək deyil ki, Sofi Həmiddə minlərlə qəbir
daşlarının yanından keçdikcə müxtəlif inam növlərinə rast gəlməyə-
cəksən. Burada siz animizm, kommunizm, şiə Islamı və s. kimi
qeyri-adi xalq inamlarının müxtəlif növlərini aşkar edəcəksiniz.
Bildiyimizə görə bu birinci dəfədir ki, Sofi Həmid haqqında
hər hansı bir dildə, istər azərbaycan, istər rus, istərsə də ingilis
dillərində bir məqalə çap olunur. Ümid edirik ki, bizim gördüyümüz
iş digərlərini də, istər azərbaycanlıları, istərsə də əcnəbiləri bu yer
barədə daha dərin araşdırmalar aparmağa həvəsləndirəcək.
AÇIQ HAVA ALTINDA İNCƏSƏNƏT MUZEYİ. Sofi
Həmid qəbiristanlığı ilk baxışdan insana açıq hava altındakı
incəsənət muzeyini xatırladır. Burada daş üzərində çox vaxt dizayn
cəhətdən çox primitiv şəkildə həkk olunmuş və açıq rənglərlə
boyanmış çoxlu sayda simvollar vardır. Sofi Həmid şəxsiyyətin və
fərdiliyin zəfərini təmsil edir və bu cəhətdən bu ərazi xüsusilə ma-
raqlı və təqdirəlayiqdir. Qəbiristanlıq boyunca gəzmək sanki xəzinə
ovuna çıxmağı xatırladır, çünki burada gəzərkən özünə daima “bu
insan kim olub,” “bu simvol və ya obyekt nəyi bildirir,” “bu insanı
təsvir etmək üçün niyə məhz bu simvoldan istifadə edilib?” kimi
suallar verirsən.
Sofi Həmid bir çox səbəblərə görə nadir bir yerdir. Bura
Azərbaycandakı başqa qəbiristanlıqların heç birinə bənzəmir, çünki
burada etnoqrafik, dini və hətta kommunist motivlərini özündə bir-
ləşdirən bir çox meyl və üslublar qarşı-qarşıyadır. Bütün bunlar
xalq mədəniyyətinin və təxəyyürünün məhsuludur. Sovet dövründə
kommunist hakimiyyəti ənənəvi dini islamın əsaslarını zəiflətmiş,
bununla da yas sənətində xalq təxəyyürünün və milli mədəniyyə-
tinin əks olunmasına təkan vermişdir.
Ötən əsr ərzində Azərbaycan tarixinin ən əsas xarakterik
xüsusiyyətlərindən biri siyasi sistemin bir ardıcıl olaraq neçə dəfə
dəyişilməsidir. Bir daha qeyd edək ki, bu qəbiristanlığın aydın
nəzərə çarpan xüsusiyyətlərindən biridir. Azərbaycanda Sovetə
qədərki dövr (1920-ci ilə qədər) Islamla xarakterizə olunur. 1930-cu
illərə qədər, Sovet hakimiyyətinin ən kəskin dövründə məscidlərin
və kilsələrin bir çoxu partladılmışdı. Ateist bir dövlət yaratmaq
məqsədi qarşıya qoyulmuşdu. Məsələn, Bakının ən tanınmış ibadət
125
yerlərindən olan Bibi Heybət Məscidi və Aleksandr Nevski Rus
Provaslav Kilsəsi 1930-cu illərin əvvəllərində dağıdılmışdı. Dinə
qarşı rəsmi mövqeyin olmasına baxmayaraq, Sofi Həmid sübut edir
ki, həmin dövrdə cəmiyyətdə dinə qarşı ikili münasibət davam
etməkdə idi. Burada Sovet dövründə Allaha inamın mövcud
olduğunu sübut edən çoxlu qəbirlər vardır.
DİNİ MƏZMUN. Sofi Həmid fenomenini dərk etmək üçün
orada olan qəbir daşlarını Islamda mövcud olan ölüm və dəfnlə
bağlı inamlar kontekstində təhlil etmək vacibdir. Islam ölümdən
sonra qəbrin əbədiləşdirilməsini alqışlamır. Burada göstərilir ki, qə-
bir yalnız insan cisminin bu fani dünyada müvəqqəti sığınacağıdır.
Insan dünyasını dəyişəndə onun ruhu o biri dünyaya köçür. Onun
bu dünyanın təkində qəbir özü də daxil olmaqla qalan bütün
qalıqları isə, torpağa qarışmalı və tədricən yox olmalıdır.
Islam qanununa əsasən qəbirlər sadə olmalı, qəbir daşı isə
çox böyük olmamalıdır. Ənənəvi olaraq qəbirin üstünə böyük daş
parçasından ibarət baş daşı qoyulur (təxminən bir metr hündür-
lüyündə) və onun üzərində ölən şəxsin adı, doğum və ölüm tarixləri
qeyd olunur. Adətən qəbir daşına Qurandan bir neçə ayələr da qeyd
olunur.
Bir çox cəmiyyətlərdə olduğu kimi əzizlərinin qəbrini adə-
tən ən yaxın qohumlar ziyarət edir. Bəzən nəvələr də bu ənənəni
davam etdirir, lakin növbəti nəsil bunu etməyi tərgidir və qəbir də
unudulur. Islam nöqteyi nəzərindən bu çox təbii bir prosesdir. Islam
qəbrin uzun müddət saxlanmasının əleyhinədir. Bir neçə nəsil dəyi-
şildikdən sonra qazılmış və qəbrin üstünə atılmış torpaq yerə çök-
məli və yenə də yerin hündürlüyü nisbətinə gəlib çatmalıdır. Bəzək-
li qəbir daşlarının, tabutların və ya dəbdəbəli mavzoleylərin düzəl-
dilməsi təkəbbür əlaməti olaraq günah hesab edilir.
Lakin bu o demək deyildir ki, müsəlman hökmdarları heç
də bəzəkli qəbirlər tikməmişlər. Orta əsrlərdə şahların özləri və ailə
üzvləri üçün bəzəkli mavzoleylər tikdirdikləri haqda çoxlu dəlillər
vardır. Məsələn, 12-ci əsrdə Naxçıvanda tikilmiş Möminə Xatun
Türbəsi və ya Aqrada (Hindistan) inşa edilmiş Tac Mahal
Məqbərəsi orta əsrlər müsəlman din adamları arasında mövcud
olmuş belə meyllərə ən yaxşı nümunələrdir. Bununla belə bu cür
hallar şah, sultan və ya totalitar despotlar üçün xarakterik idi və
sadə əhali arasında geniş yayılmamışdı.
126
Ümumiyyətlə sadə insanlar üçün olan qəbiristanlıqlar Islam
qaydalarına tam sadiq qalmışdır. Sovet dövrünə qədər Azərbaycan-
da olan demək olar ki, bütün qəbiristanlıqlar xarici görünüşcə çox
sadə idilər. Belə ənənəvi qəbiristanlıqlar Azərbaycanda hələ də
mövcuddur. Onlar sanki çoxlu qəbir daşları olan açıq bir sahəyə
bənzəyir. Bu qəbirlərin hərəsi bir vəziyyətdə – bəzisi yeni, bəziləri
isə qəbir daşının üzərində baş qaldıran şibyə və ya yaxınlıqda bitən
dəvə tikanı və kətyan kollarından müəyyən olduğu kimi qədimdir.
Bəziləri torpağın içinə çökmüş, bir tərəfə əyilmiş və ya artıq
aşmışdır. Vurulan naxış və yazılar külək və su ilə yuyularaq çox
çətinliklə oxunan vəziyyətə düşüb.
Beləliklə belə müsəlman qəbiristanlıqlarında deyə bilərsən
ki, qəbirləri “nəsillərə” görə fərqləndirə bilərsən: 1) düz, hündür
yenicə daş karxanasından yonulub çıxarılmış açıq, açıq qəhvəyi
rəngli daşları olan “cavan” qəbirlər, 2) boz və azacıq dağılmış “orta
yaşlı” qəbir daşları, 3) qaralmış və bir tərəfə əyilmiş “yaşlı” qəbir
daşları, 4) topal “uzunömürlülər” və nəhayət 5) çox hissəsi yerin
altına getmiş “ölmüş qəbirlər.”
RƏNG. Rənglər Sofi Həmiddə bir az başqa tərzdədir. Hər
şeydən əvvəl qəbir daşlarının bir çoxu açıq rənglərlə, xüsusilə də
mavi, yaşıl və sarı rənglə rənglənmişdir. Bəzi qəbir daşları çoxrəng-
lidir. Bunların bəziləri hətta tropik Afrika incəsənətini xatırladır.
Hətta köhnə qəbirlərin bəzilərində də rəng izləri qalmışdır. Bu
xüsusiyyətlər kommunizmdən əvvəlki dövrə aiddir və görünür bu-
rada yerli əhalinin etnoqrafik xüsusiyyətlərinin təsiri vardır.
YONULMUŞ FİGURLAR. Sofi Həmiddə qəbir daşının
müxtəlif yerlərində və baş daşında ölmüş şəxsin cinsini, maraq
dairəsini və ya peşəsini ifadə edən fiqurlar işlənmişdir. Məsələn,
əgər bu şəxs ovçu olmuşdursa onda onun qəbir daşında tüfəng,
dənizçi olmuşsa gəmi, sürücü olmuşsa avtobus şəkli çəkilir.
SURƏTLƏR. Sofi Həmidin təkrarolunmazlığı ondan iba-
rətdir ki, müsəlman qəbiristanlıqlarında insan və heyvan təsvirlə-
rinin çəkilməsi xarakterik deyil. Islam təsviri sənətində yalnız bitki
şəklinin (gül, ot və ağac şəkilləri) çəkilməsinə icazə verilir. Bu hə-
qiqətdir ki, Islamda insan və heyvan təsvirləri vardır. Buna misal
Orta əsr kitablarındakı miniatürləri göstərmək olar. Bununla belə bu
cür təsvirlər yalnız kitablarda mümkün idi.
Insanları və heyvanları təsvir edən heykəltəraşlıq işləri cid-
di surətdə qadağan olunmuşdu, çünki onlar bütpərəst dinlərə xas
127
xüsusiyyət hesab olunurdular. Buna görə də heykəltəraşlıq işlərində
insan və ya heyvan təsviri Islamı inkar etmək və bütpərəstlik dininə
sitayiş etməyə bərabər idi. Orta əsrlər dövründə belə şəxs murtəd
adlanırdı və ölümə məhkum edilirdi. Insan şəkillərinin təsviri və
həmçinin qəbir daşlarında qoyulumuş foto şəkillər və oyma işlərə
Islamda icazə verilmir. Qəbir insan bədəni üçün müqəddəs və
istirahət yeri hesab olunurdu. Islama görə Qiyamət günündə bütün
ölülər dirilərək qəbirlərindən qalxacaq və Allahın qarşısında
etdikləri günahlara görə cavab verəcəklər.
Lakin Sofi Həmiddə olan qəbirlərdə çox vaxt ölən adamın
əksi təsvir olunmuşdur. Burada hətta Qorbaçovun hakimiyyətindən
bir az əvvəlki Sovet dövrünə (təxminən 1980-ci illər) xas olan qara
baş daşları vardır. Bu baş daşlarında arxa və qarşı tərəfdə ölmüş
şəxsin tam ölçülü əksi oyulmuşdur. Belə tip şəkillər yalnız Sofi Hə-
midlə məhdudlaşmır.
HEYVANLAR. Islamda heyvan heykəllərinin və ya qra-
vürlərinin qadağan olunmasına baxmayaraq, burada siz çoxlu
heyvan təsvirlərinə rast gələ bilərsiniz. Məsələn, burada karvan
şəklində təsvir olunan çoxlu sayda dəvə şəkilləri vardır. O zamanlar
Azərbaycan şərqlə qərb və eyni zamanda şimalla cənub arasındakı
ticarət yollarının qovşağı rolunu oynamışdır və buna görə də
dəvədən nəqliyyat vasitəsi kimi istifadə də geniş yayılmışdı.
DƏVƏLƏR. Sofi Həmidin müqəddəs ziyarətgah kimi möv-
cud olmasının kökündə dəvələrdən nəqliyyat vasitəsi kimi istifadə
ilə bağlı bir rəvayət dayanır. Bu rəvayətə görə Sofi Həmid 14-cü
əsrdə molla kimi bu regiona gəlmiş bir Ərəb taciri olmuşdur. Rə-
vayətə görə Sofi Həmid ölümünün yaxınlaşdığını anlayanda öz sə-
yahət yoldaşlarına tapşırır ki, onu dəvəsinin istirahət etmək üçün
dayandığı yerdə basdırsınlar. Buna görə də dəvələr çox vaxt orada
olan qəbir daşlarının bir çoxunda təsvirlərin tərkib hissəsi kimi qeyd
olunub. Dəvələr həmçinin müsəlmanların Məkkəyə ziyarət zamanı
də əsas nəqliyyat vasitəsi rolunu oynamışdır.
Qəbirlər üzərində çəkilmiş dəvə təsvirlərindən əlavə həyət-
də Sofi Həmid piri yerləşən yerdə daşdan bir dəvə heykəli vardır.
Bu heykəl ətrafında bəzi adətlər formalaşmışdır. Məsələn, belə bir
inam vardır ki, əgər hamilə qala bilməyən qadın həmin dəvənin
altından keçirsə, onda hamilə qalar. Bunun üçün o, dəvənin altından
üç dəfə keçməlidir. Dəvələrdən başqa siz qəbirlər üzərində çoxlu at
təsvirləri də görə bilərsiniz. Burada yəhərlənmiş və ya faytona bağl-
128
anmış at rəsmləri vardır. Burada həmçinin dağ maralı və ya qoyun
təsvir olunan təbiət səhnələri də vardır. Bəzi hallarda inək təsvirinə
də rast gələ bilərsiniz. Əgər şəxs cavan yaşda vəfat etmişsə, onda
onun qəbri üzərində bir cüt məhəbbət quşu görə bilərsiniz. Bu isə
həmin şəxsin ölümdən daha çox toy ilə əlaqələndirilməsinə dəlalət
edir.
İLANLAR. Azərbaycanda ilanlara sitayiş İslama qədərki
dövrə təsadüf edir. Bu animist inanclar qədim albanlar və orta əsrlər
türk tayfaları arasında yayılmışdı. Islama qədərki dövrdə ilan bəzi
qədim tayfaların totemi idi. Qədim türklərin bayraqlarında ilanların
və əjdahalar təsvirlər olunurdu. Bir çox kəndlilər hələ də ilanı
müqəddəs hesab edirlər.
Sofi Həmiddə qədim əfsanələrin təsiri hələ də açıq-aydın
görünür. İslamaqədərki dövrdə mövcud olan inanclar hələ də yerli
əhali arasında qalmaqdadır. Məsələn, Sofi Həmid qəbiristanlığının
yaxılığında yaşayanlar ilanları müqəddəs hesab edirlər. Onlar
inanırlar ki, əgər sən ruhən pak insansansa, qəbiristanlıqda olan
ilanlar sənə toxunmayacaqlar. Çox vaxt onlar evlərini ilandan
qorumaq üçün Sofi Həmidin torpağından götürüb evlərinə aparırlar.
Üzərində hətta ilan rəsmləri həkk olunmuş qəbir daşları da
vardır. Bu təsvirləri görəndə biz çox təəccübləndik. Ilk ağlımıza
gələn bu oldu: “Yazıq adam, yəqin onu ilan çalıb.” Lakin qəbrə
daha diqqətlə baxanda gördük ki, həmin rəsmdə ilanın qarşısına bir
qab süd qoyulub. Bu qabdakı ilandan alınmış zəhər idimi? Bu adam
ilanlara baxan olubmu? Bir zamanlar Abşeron yarımadasında ilan
ferması vardı və burada ilanlar yetişdirilirdi ki, sonradan onların
zəhərindən müalicəvi məqsədlə istifadə etsinlər.
Daş yonanların birindən qəbir daşlarının üzərində olan ilan
rəsmlərinin nə məqsədlə çəkildiyini soruşduqda, o bizə həmin şəx-
sin ilandan qorxmadığını və onun o qədər qayğıkeş və nəzakətli ol-
duğunu və buna görə də sanki ilanın onun əlindən yemək yeyə
biləcəyini söylədi.
Göyçək Fatma, Ovçu Pirim və Taxta Qılınc adlı azərbaycan
xalq nağıllarında biz ilanların və bu kimi varlıqların müsbət şəkildə
təsvir olunduğu animist inancların izlərinə rast gələ bilərik.
TƏKRAR. Minlərlə qəbrin yerləşdiyi Sofi Həmiddə hər bir
qəbrin özünəməxsus olduğunu fikirləşə bilərsən. Əlbəttə ki, dizayn
cəhətdən müxtəliflik vardır. Hər şeydən əvvəl qəbir daşının 6 tərəfi
işlənmişdir: baş daşın qarşı və arxa tərəfləri, üstəgəl qəbir daşının
129
dörd tərəfi və ən yuxarı üstü. Bu o deməkdir ki, qəbir daşını işləyən
rəssam 6 tərəfi əsaslı və uyğun şəkildə işləməlidir. Buna görə də
simvolların bir çoxunun təkrarlanması heç də təəccüblü deyil.
Daş yonanlardan biri bizə dedi ki, adamlar qəbir daşı sifariş
edəndə digər qəbir daşlarına baxır və onların içərisindən öz
qohumlarının qəbirləri üçün təsvirlər seçirlər. Məsələn, 20-ci əsrin
ortalarına məxsus qadın qəbirlərinin çoxunda sadə tikiş maşını,
boyunbağı və sırğalar təsvir olunub. Əlbəttə ki, bu təsvirlər müxtəlif
şəkildə çəkilə bilər, lakin məzmun çox vaxt eyni qalır. Kişi qəbirlə-
rininin üzərindəki təsvirlərdə, görünür, qadın qəbirlərindəkinə
nisbətən daha çox müxtəliflik vardır. Bu onunla izah oluna bilər ki,
kişilər üçün daha çox peşə mövcud olduğu halda qadınlar əsasən
evlə bağlı olurdular.
YAZILAR. Sizin Sofi Həmidi ziyarət edərkən orada
mövcud olan dərin mənanı anlamaq üçün nə azərbaycan, nə rus, nə
də ərəb dilini bilmənizə ehtiyac yoxdur. Lakin özünüzlə bu dil-
lərdən birini bilən şəxs götürsəniz, bu səfərinizi daha mənalı edəcək
və buranı daha dərindən dərk etməyə kömək edəcək. Azərbaycanda
tipik qəbirdaşlarında Qurandan yazı və dualar təsvir olunur. Lakin
Sofi Həmiddə siz həmçinin Nizami Gəncəvi, Hafiz Şirazi və Ömər
Xəyyam kimi orta əsr Azərbaycan və ya Şərq şairlərinə məxsus
dünyəvi yazılara da rast gələ bilərsiniz. Dünyasını dəyişmiş şəxsin
dostları və qohumları, xüsusən də valideynləri və uşaqları çox vaxt
bu misraları özününküləşdirirdilər. Bu yazılar əsasən azərbaycan
dilində kiril, latın və ya ərəb əlifbasında yazılmışlar. Burada yazıl-
mış şer parçalarının bəziləri vəfat etmiş şəxsin nümunəvi xüsusiy-
yətlərini tərənnüm edir. Şer parçalarının digərləri isə həyatın fanili-
yi barədə fəlsəfi fikirləri əks etdirir və ya həyatın başa çatması ilə
bağlı peşmançılıq hissini və ya şəxsin həyatının faciəvi sonluqla
bitidiyini ifadə edir.
İslama aid olan yazılar adətən ərəb dilindədir. Lakin
deməliyik ki, Sofi Həmiddə ərəb dilində yazılmış yazılar çox vaxt
qeyri dəqiqdir və hərf səhvləri çoxdur. Qurandan götürülmüş tipik
yazılara: “Allah birdir Məhəmməd də onun Rəsuludur” və ya
“Allah rəhmət eləsin” ifadələri daxildir.
Bəzən Allaha aid olan əlamətlər də təsvir olunurdur,
məsələn:
Dostları ilə paylaş: |