Lakin Azərbaycanlılar tut ağaclarını təkcə onların
meyvəsinə görə yetişdirmir. Yayda Bakı ətrafı kəndlərdə kənd
sakinləri tut ağaclarının sərin kölgəsində oturub çay içir və ya nərd
oynayır. İçəri Şəhərdə adını bu ağac növündən götürən meydan var.
Tut ağacı haqda hətta mahnı da bəstələnib.
Bu gun tut ağacları (çox vaxt qara tut) Bakının küçələri
boyu üzulüb və onlar həyətlərə kölgə salır.
Kənd yerlərində tut
ağacları adətən həyətdə və ya albalı, əncir, nar, ərik, alma və armud
kimi digər ağaclarla birgə meyvə baglarında əkilir.
Əvvəlcədən meyvəsiz tut ağacları Bakıda bəzək növü kimi
və kölgə salmaqdan ötrü kuçələr boyu və parklarda əkilirdi. Lakin
necəsə onlarla bərabər bar verən tut ağacları da əkildi. İyun ayında
onların meyvəsi dəyəndə meyvələr yerə düşur və səkini ləkələyir.
Və elə bundan və bir də üzü tünd çəhrayı rəngli şirə ilə ləkələnmiş
uşaqlardan bilmək olur ki, Azərbaycanda tut vaxtıdır.
TUTUN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ. Tutun vaxtı
keçdikdən sonra belə Azərbaycanlılar onu "doşab" və ya "bəkməz"
adlanan tut şərbəti qatışıgı halında yeməyi xoşlayır. Bu şərbəti
hazırlamaq üçün tut şirəsini bal kimi qatı olanadək qaynatmaq
lazımdır.
Bu şərbətin dadlı şirniyyat olması ilə bərabər ondan həm də
qara ciyər xəstəliklərinə qarşı, öd kisəsi
və ürək üçün dərman kimi
istifadə olunur.
Öd kisəsi iltihablarını sağaltmaq uçün yarım stəkan su ilə
iki xörək qaşığı bəkməzi qatışdırıb içmək və sonra da sağ tərəfı üstə
uzanmaq lazımdır. Bu müalicə ac qarına, səhər yeməyindən yarım
saat əvvəl yerinə yetirilməlidir.
Bəkməz həm də boğaz ağrılarını sağaldır. 1836-cı ildə
məşhur alim və axırıncı Bakı xanının oğlu Abbasqulu Ağa
Bakıxanov Rusiyada Xarici Ticarət Şöbəsinə başçılıq edən dostu
Dmitri Bibikova bir neçə şüşə bəkməz gondərmişdi. Bakrxanov
yazırdı: "Hörmətli cənab... Söz verdiyim kimi sizə şüşələrdə
mürəbbə göndərirəm. Onlardan ikisi tut, biri heyva və balacası isə
göyəmdir. Tut mürəbbəsi boğaz ağrılarına qarşı xeyirlidir. Şirəni
bayır
tərəfdən boğaza sürtün, üstünü parça ilə örtün və bu kompresi
bütün gecə saxlayin. Həmçinin tut mürəbbəsini arada bir içə və ya
şorbaya qata bilərsiniz. Heyva mürəbbəsi zəif mədə üçün xeyirlidir
və onu möhkəmlədir. Göyəm mürəbbəsi isə yeməklərə
103
sərinləşdirici turşluq verir. Əgər istəsəniz, sizə yenə də mürəbbə
göndərə bilərəm."
Təkcə Azərbaycanda deyil,
həm də Gürcüstan və
Ermənistanda da məşhur olan tutdan alınan digər bir məhsul - tut
arağı tut şirəsindən hazırlanan möhkəm likördür. Bu arağın
Azərbaycan milli növlərindən biridir. Arağın digər bir növü zoğal
arağıdır. Bəziləri inanır ki, bu içkilərin kiçik dozası mədə və ürək
xəstəliklərindən qoruyur.
İPƏK QURDU ÜÇÜN YEM. Azərbaycanlılar tut ağacının
baçqa hissələrindən də istifadə edirlər. Məsələn, onun köklərini
qaynadaraq qara boya hazirlayır, odunundan isə mebel və ya musiqi
alətləri düzəltmək üçün istifadə edirlər. Lakin tut ağacının Azərbay-
cana ən böyük təsiri onun ipək istehsalı olmuşdur. Ağ tut agacının
yarpaqlarından İpək Yoluna adını vermiş məhsulu əldə etməkdən
ötru ipək qurdları üçün qida kimi istifadə edilir.
Azərbaycanın Şirvan ərazisi ipək istehsalına görə hələ 9-cu
əsrdən tanınır. Artıq 11-12-ci əsrlərdə Şirvanda istehsal olunan ipək
Rusiya və qərbi Avropa ərazisində məşhur idi. İpək parça Xəzər
sahili boyunca ticarət idarələri malik olan
Venesiya və Genuya
tacirləri vasitəsilə İtaliyaya aparılırdı
1293-cü ildə Marko Polo özü yazırdı ki, Genuya gəmiləri
Xəzər dənizi ərazisində ipək ticarəti ilə məşğuldurlar. O, yazır: "Şir-
van sakinləri qızılı ipək parçalar hazırlayır. Belə gözəl parçaları heç
bir yerdə tapa bilməzsiniz."
Buna bənzər, Adam Oleari - 17-ci əsrdə Şirvana gələn səya-
hətçi yazırdı ki, Azərbaycan hər il 2,5 milyon kiloqramadək ipək
parça istehsal edir.
Təkcə Şəki şəhərində 14000 ailə ipək qurdu yetişdirməklə
məşğul idi və onlar hər il təqribən 15000 pud (240 ton) emal
olunmamış ipək istehsal edirdilər. Bu ipək parçaların bir hissəsi
ixrac olunur, digər bir hissəsi isə yerli fabriklərdə boyanılır və
toxunurdu.
Sovetlər dövründə Brejnev kimi hökümət başçıları Azər-
baycanda ipək sənayesini pambıq sənayesi ilə əvəz etmək istə-
yirdilər. Lakin buna baxmayaraq Şəki özünün çiçəklənən
ipək is-
tehsalını saxladı və Sovet imperiyası dağılanadək minlərlə işçini
işlə təmin etdi.
KÜTLƏVİ ƏKİN. 1961-ci ildə Azərbaycan Nazirlər
Kabineti ipək qurdunun artırılması haqda fərman imzaladı. 3 illik
104
plana əsasən bütün respublika ərazisində hər il 3.8 milyon tut ağacı
əkil-məli idi.
Tut ağacları həm də ipək qurdları yetişdirilməyən rayon-
larda da əkilirdi. Bu, ipək istehsalı olan rayonları yarpaqla təmin
etmək üçün edilirdi.
Sovet imperiyası dağıldıqdan sonra Azərbaycanda ipək
istehsalı heçə endi. Lakin buna baxmayaraq bu, Qazaxıstanda hələ
də çiçəklənən bir sənaye növüdür. Hər il milyon tut ağacı əkmək
əvəzinə ildə yalnız bir neçə min tut ağacı əkilir. Şəki şəhərindəki
ipək fabriki heç
də əvvəlki kimi işləmir (məqalə 2000 ildə
Dostları ilə paylaş: