AZƏRBAYCAN – ODLAR YURDU
QƏDİM DÖVRLƏRDƏKİ MÜŞAHİDƏLƏR
Mənbə: Azerbaijan International jurnalı - AI 11.2 (Yay 2003) © 2004.
Azerbaijan International AZERI.org
zərbaycan uzun zamanlardan bəri yerin səthində yerləşən
boşluqlardan sızan qazın yaratdığı “yanar yamaclar”
fenomeninə görə “Odlar Diyarı” adlandırılmışdır.
V ƏSR. Qədim əlyazmalarda “Bakının əbədi alovu” barədə
ən ilkin məlumatlara eramızın V əsrində Bizans müəllifi Paniyalı
Prisk tərəfindən qələmə alınan “Hekayələr” əsərində rast gəlinir. O,
Romaya elçi göndərilən Romuldan sitat gətirir. Romulun söylədik-
lərinə görə Hun rəhbərləri Romaya müqavilə imzalamağa
gələn za-
man, onlar Qafqazdan keçərək Xəzər dənizi boyunca səyahət etmiş
və burada “suyun altında yerləşən qayalardan qalxan alovu”
görmüşlər. Aydındır ki, bu mənbə indi istifadə olunmayan və ya
yanar qaza istinad edir.
A
X ƏSR. X əsr ərəb müəllifi əl-Məsudi özünün “Qızıl və
Qiymətli Daş Mədənləri” əsərində vulkan aktivliyi və yanar mə-
şəllər barədə yazır. O, Azərbaycan da daxil olmaqla bir sıra öl-
kələrin tarix və coğrafiyasını təsvir edir.
Onun Azərbaycana səyahət
etməsi və ya məlumarları başqa mənbələrdən toplaması məlum
deyil. O, həm palçıq vulkanlarının baş qaldırmasını, həm də mən-
bəyi yerin təkindən qaynaqlanan yanar neftin fontan vurmasını
təsvir edir. Bu məlumat doğru ola bilər, belə ki, neft fontanları və
palçıq vulkanları hələ də Abşeron yarımadasında və Xəzər dənizi-
nin bir sıra adalarında indi də mövcuddur. Əl-Məsudi
müşahidələrini belə təqdim edir: “Neft
istehsal edən Şirvanda bir
vulkan vardır. Bu vulkan alov ixrac edir və o heç bir zaman
sönmür.”
Daha sonra o, Xəzərin sahillərindən bir o qədər də uzaqda
yerləşməyən adalarda gecələr çox uzaq məsafələrdən də görünən
nəhəng atəş fontanlarının təsvirini verir. Bu təsvirində Məsudi
“vulkan” sözünün qədim azərbaycanca istifadə olunan “atma” ifa-
dəsini istifadə edir. Bu vulkanlardan biri
sahildən üç günlük mə-
safədə yerləşir və həmin vulkan ilin müəyyən dövrlərində fışıltılı
səslər çıxarır. Nəhəng alovun dilləri həmin vulkanın içərisindən
98
əzəmətli dağ kimi baş qaldırır. Həmin alov dənizinin böyük bir his-
səsini işıqlandırır. Bu hadisəni sahildən müşahidə etmək olar.”
XIV ƏSR. Bakılı Əbdürrəşid 14-15-ci əsrlərdə “Tanrının
Yaratdığı Abidələrin və Möcüzələrin Təsviri” adlı bir əsər
yazmışdır. O, həmçinin yanar qazın mənbəyinin təsvirini verir:
“Müəyyən illərdə Bakı əhalisi dənizdən gələn və yuxarıya dögru
baş qaldıran atəşi müşahidə edirlər. Bu atəş iki günlük və daha çox
məsafədən də görünə bilir. Müəyyən bir müddət yandıq-dan sonra,
alov yox olur.”
XVII ƏSR. Bugün Bakının şəhərkənarında Atəşgah adlı bir
yerdə eyni adlı bir kompleks yerləşir. Atəşgah
atəşpərəstlər tərəfin-
dən istifadə olunurdu və indi muzeyə çevrilmişdir. Bu tikili
Abşeron yarımadasında yerləşən “Suraxanı” adlanan ərazidə
yerləşir. Bu söz fars sözü olan “Surax” (deşik) və “xanı” “fontanın
mənbəyi” sözlərindən əmələ gəlmişdir. Tarixi mənbərlərə görə,
burada hindli atəş məbədinin (Atəşgahın)
tikintisinə qədər, yerli
camaat bu yerdə ibadət edirdilər, çünki “burada yanar yeddi
müqqədəs çuxur” var idi. Və buradan da “Suraxanı”—“yanar
fontanlı deşiklər” adı yaranmışdır.
Atəşgahı 1683-cü ildə səyahət
edən ingilis səyahətçisi
Engelbert Kempher yazır: “Əvvəllər, məbəddən 500 addımlıq mə-
safədə eyni sıra boyunca yerləşən 7 deşiyi müşahidə etmək olardı.
Ilkin zamanlarda alov bu deşiklərdən bayıra çıxardı. Sonralar alov
yox oldu və başqa yerdə üzə çıxdı ki, həmin yerdə də sonralar
Atəşgah tikildi.”
Dostları ilə paylaş: