əlyazmalarından fərqlənir və tədqiqatçıları tarixi Koroğlu barədə
çoxlu faktlarla təmin edir.
Azərbaycanın şimal-qərbində 285 min azərbaycanlı da
daxil olmaqla 5 milyon əhalisi olan Gürcüstan Respublikası yer-
ləşir. Əslində Gürcüstanın paytaxtı olan Tbilisi
bir zamanlar, xü-
susilə də 18-19-cu əsrlərdə azərbaycanlılar üçün mədəni mərkəz
rolunu oynayırdı. Azərbaycanın tanınmış şəxsiyyətlərindən yazıçı
və əlifba islahatçısı Mirza Fətəli Axundov (1812-1878) və dövlət
xadimi Nəriman Nərimanov (1870-1925) burada yaşayıb
yaratmışlar. Üzeyir Hacıbəyov (1885-1948)
burada yerləşən Qori
seminariyasında təhsil almışdır.
Sovet dövründə Azərbaycan və Gürcüstan elmi institutları
arasında sıx əlaqələr qurulmuşdu. Sovet rəsmi ideologiyasına görə
sosializm və Sovet dövlətinin əleyhinə olmayacağı təqdirdə, ayrı-
ayrı Sovet Respublikaları arasındakı belə mədəni əlaqələr
alqışlanırdı. Xüsusilə də Bakı Əlyazmalar Institutu və Tbilisi
Əlyaz-malar Institutu arasında sıx əməkdaşlıq mövcud idi.
Bir çox azərbaycan, ərəb və fars əlyazmaları Tbilisidə
yazılmış və surəti çıxarılmış və gürcü alimləri tərəfindən toplanıl-
mışdı. Məsələn, Ibn-Sinanın “Qanun” əsəri ilə bağlı öz şərhlərini
yazan 10-cu əsr azərbaycan alimi Isa ər-Raqi Tiflisi burada yaşayıb
yaratmışdı. Tbilisi Əlyazmalar Institutunda mühafizə olunan 240
türk (azərbaycan və türk əlyazmalrı da daxil olmaqla) əlyazması
arasında orta əsrlərə aid dəyərli azərbaycan əsərləri saxlanılır (Bakı
Əlyazmalar Institutunun özündə orta əsrlərdə ərəb əlifbası ilə Azər-
baycan dilində yazılmış 3000-dən çox sənəd vardır).
Tbilisi Institutunda bir çox nadir azərbaycan əlyazmaları
olduğundan Bakı Institutu tez-tez Gürcüstana
tədqiqat aparmağa
alim-lər göndərərdi. Sovet dövründə bunu etmək indikindən asan
idi. Həmin dövrdə hər iki institut yaxşı maliyyələşdirilmişdi və iki
ölkə arasında nəqliyyat xərcləri çox aşağı idi.
O zamanlar (məqalə
2004 ildə yazılmışdır – red.) azərbaycanlı alimlər indikindən 10-15
dəfə çox əməkhaqqı alırdılar və bu pulla Sovet Ittifaqı daxilində
hətta öz hesablarına belə rahatlıqla səyahət edə bilərdilər. Buna
görə də Yerevan, Moskva, Sankt Peterburq, Daşkənd (Özbəkistan)
əlyazma fondları da daxil olmaqla digər əlyazma institutlarına
səyahət etmək üçün imkanlar var idi.
1980-cı illərin ortalarından sonlarına kimi, Qorbaçovun
hakimiyyəti dövründə Bakı Institutu və Tbilisi Institutu arasındakı
77
bu əməkdaşlıq zəifləməyə başladı. Sovet iqtisadiyyatı dağıldığı za-
man, rubl öz dəyərini itirdi və əməkhaqqları yox dərəcəsinə endi.
Həm Azərbaycan, həm də Gürcüstan azadlıq uğrunda qızğın müba-
rizəyə cəlb olundu. Azərbaycan və Ermənistan arasında Dağlıq
Qarabağ münaqişəsi yarandı, Gürcüstan
isə Abxaziya və Osetiya
separatçılarına qarşı mübarizəyə girişdi. Həmin dövrdə millət kimi
sağ qalmaq və müstəqil dövlət yaratmaq kimi şeylər əski əlyaz-
malar barədə düşünməkdən daha önəmli idi.
Sovet Ittifaqı dağıldıqdan sonra, daha böyük iqtisadi çətin-
liklər yarandı və alimlərın çoxsu uzaq
yerlərə ezamiyyətə getmək
imkanından məhrum oldular. Digər Sovet respublikalarına səyahət
etmək çox bahalı olmağa başladı, hətta demək olar ki, qeyri-
mümkün bir işə çevrildi. Bunun nəticəsində müstəqilliyin ilk
onilliyi ərzində bu Bakı və Tbilisi əlyazma institutları arasında
əlaqələr xeyli zəiflədi.
YENİDƏN QURULAN ƏLAQLƏR. Indi
(söhbət 2004
Dostları ilə paylaş: