(“Meyxana: Azərbaycanın Əski Rep Versiyası Yenidən Baş Qaldırır”
məqaləsinə baxın. AI 4.2 (Payız 1996))
Sovet dövründə mübahisəli
forma olduğu üçün qadağan edilməsinə baxmayaraq, meyxana
yarışları hələ də Bakı kəndlərində məşhurdur.
Meyxana öz adını bu ifaların əvvəllər keçirildiyi Şərq
əyləncə evlərindən götürülmüşdür. Müsabiqədə iki və daha artıq
şair iştirak edir və onlar misraları bədahətən söyləyir, bəzən isə
zarafat edir və bir-birini lağa qoyurdular. Onların rep üslublu
mahnıları zamanın ictimai və siyasi məsələlərini əhatə edirdi. Sonda
tamaşaçılar hansı iştirakçının misraları daha ağıllı və axıcı şəkildə
ifa etməsini müəyyən edir və həmin adamı qalib elan edirdilər.
Bakının gəncləri arasında digər sevimli məşğuliyyət növü
göyərçin bəslənilməsi idi. Onların çoxlu göyərçinləri göyərçin
damlarında, bəzən isə evlərinin damlarında saxlayırdılar. Hər səhər
göyərçinlərin sahibləri dama qalxar, göyərçinləri yemləyər, və
sonra onların uçması üçün fıştırıq çalardı. Siz hələ də Içəri Şəhərdə
az da olsa göyərçin həvəskarı tapa bilərsiniz.
Nərd Içəri Şəhərdə ən sevimli oyunlardan biri idi. Hər bir
ailədə nərdtaxta var idi və kişilər tez-tez oturar və saatlarla
nərdtaxta oynayardılar. Bəzi adamlar isə şahmat və dama
oynardılar.
Uşaqlar indi artıq unudulan çumruq-çumruq, beş-onbeş,
usta-şəyird, daş-baş, gizlənpaç, oğru-oğru, şumaqədər və digər
oyunlar oynardılar. Bu oyunladan yalnız gizlənpaç oyunu bugün
hələ də geniş yayılmışdır. Amerikada “Red Rover” və “Oktopus
Tag” adı ilə məşhur olan “Bənövşə” oyunu də Içəri Şəhərdə məşhur
oyunlardan biri idi.
SEVİMLİ YEMƏKLƏR. Içəri Şəhərin sakinləri ət yeməyi
sevirdlər və onu bəzən “can” adlandırardılar. Uşaqlıqda içərişə-
hərdə müxtəlif yeməkləri onları qidalı keyfiyyətlərinə və dadlarına
görə kateqoriyalara bölən gülməli atalar sözünü eşitmişəm: “Get
dükana, “can” (yəni ət) al gətir; “can” olmasa, ‘yarımcan’ (yəni
yumurta) al gətir; ‘yarımcan’ olmasa, badımcan (kasıb adamların
116
yeməyi) al gətir, badimcan olmasa, zəhrimar (qatıq) al qətir”.
Görünür, bu deyimi istifadə edənlər qatığın nə dərəcədə xeyirli
olmasını bilmirdilər.
Bayram günləri səhərlər kişilər öz dostları ilə “xaşxana”
adlı yemək evlərində görüşərdilər. Burada onlar buzov və ya qoyun
ayaqlarından hazırlanan sirkə və sarımsaq əlavə edilən yaxşı, həl-
məşik xaş yeyirdilər. O zamanlar Bakıda dostlarla xaş yemək indi
olduğu kimi çox məşhur bir məşğuliyyət növü idi. Müəyyən
yeməklər— düşbərə, şorqoğal və çudu—Içəri Şəhər və ona bitişik
kəndlərin tipik yeməkləri idi. Bu yeməklər Azərbaycanın digər
ərazilərində tipik olaraq hazırlanmırdı.
MİLLİ GEYİMLƏR. Milli geyimlərə və xarici görünüşə
gəldikdə isə hər bir kişinin bığı olmalı və papaq taxmalı idi. 20-ci
əsrin əvvəllərinə kimi bir kişinin bığsız küçəyə çıxması ayıb hesab
edilirdi, lakin bir sıra qərbləşmiş kişilər bu qaydaya əməl etmirdilər.
Əgər kişilər hər hansı bir ciddi mübahisəyə girişsəydilər, onda onlar
bir-birilərini “sənin bığını kəsərəm” deyə hədələyirdilər.
Papağın əhəmiyyətini isə aşağıdakı məsəl ilə göstərmək
olar: “Kişinin papağı başında olar.”
Papaq kişinin ləyaqətini təmsil edirdi. Əgər kimsə kişinin
papağına dəysə, və ya onu həmin adamın başından götürsə idi, bu
böyük bir təhqir hesab olunurdu və hətta sonu qanla da bitə bilərdi.
EHSAN SÜFRƏLƏRİ. Bakı sakinləri kasıblara yardım
etmək ənənəsinin bir neçə növünü inkişaf etdirmişdilər. Müsəlman
dini bayramları və vfnəmləri zamanı varlı adamlar (hətta çox varlı
olmayanlar da) kasıblar ücün “ehsan” və ya yemək süfrələri təşkil
edərdilər.
Nənəm danışardı ki, həmin günlərdə onun babasının evinin
qapısı açıq olardı. Birinci mərtəbədə olan uzun masalar isti yemək-
lər və şirniyyatla doldurulardı. Küçədən keçən hər bir kəs içəri girib
istədiyi qədər yemək yeyə bilərdi. Nökərlər boş qabları götürər və
yeni, dolu nimçələrlə əvəz edərdilər. Bayram günlərində Bakıda
yüzlərlə evlərdə ehsan süfrələri açılardı. Bəzən tacirlər öz dükanları
önündə ehsan süfrələri təşkil edərdilər. Həmin dövrlərdə əgər kimsə
pulsuz nə isə almaq və ya eləmək istəsəydi, onu danlardılar və
deyərdilər: “Bu səninçün ehsan deyil.”
QOÇULAR. Bu hikkəli və təkəbbürlü şəxslər iri bığ
saxlayar, milli geyim geyər, revolver və xəncərlə silahlanardılar.
Onlar küçə ilə gedəndə, heç kəs onların qarşısına çıxmağa cürət
117
etməzdi. Bakıda yaşayan hər bir şəxs onlardan qorxardı. Qoçular
Bakıda 19-cu əsrin sonlarında varlı Bakı sakinlərini oğurlayıb,
onları soyan və hədələyən “kinto” adlanan gürcü banditlərinə cavab
olaraq yaranmışdılar.
Şəhər polisi kintolar ilə bacara bilmədiyindən, varlı şəxslər
güclü və cəsur kişiləri öyrətməyə və onları silahlandırmağa başladı.
Tezliklə kintolar Bakıdan yox oldular və bir daha geri dönmədilər.
Bakı milyonerləri qoçuların xeyrini görüb onlardan şəxsi
mühafizəçilər kimi istifadə etməyə başladılar. Əgər iş adamları hər
hansı bir mübahisəyə cəlb olunsa idilər, onlar öz qoçularını digər-
lərinin qoçuları ilə davaya göndərərdilər. Bəzən bu güllə yarışı ilə
nəticələnərdi. Çox qısa zamanda bu qoçu qruplarının bəziləri mafi-
yaya çevrilməyə başladı.
Manaf Süleymanov yazır ki, bir qrup qoçu xəsis kimi
tanınan Bakı milyonçusu Ağa Musa Nağıyevi oğurlayır. Qoçular
onun azad edilməsi üçün 10 min qızıl rubl tələb edirlər, əks halda
onu tikələrə parçalayacaqlarını bildirirlər. Buna cavab olaraq Ağa
Musa ciddi şəkildə bildirir: “Mən yalnız 950 rubl verə bilərəm.
Əlbəttə siz məni tikələrə parçalaya bilərsiniz, lakin onda siz heç bir
şey əldə etməyəcəksiniz.” Qoçular başa düşdülər ki, Ağa Musa 10
min rubl verməkdənsə ölməyi üstün tutar, ona görə də onlar Ağa
Musanı onun təklif etdiyi girov müqabilində sərbəst buraxdılar.
Lakin bunu bilmək lazımdır ki, qoçuların heç də hamısı
adamöldürən, bandit, və ya milyonçuların şəxsi mühafizə agentləri
deyildilər. Onların bəziləri evdə canları sıxılan varlı gənc oğlanlar
idilər. Yaxşı vaxt keçirmək istəyən bu gənclər milli geyimlər geyi-
nər, xəncər və tapança taxar və öz cəsarətlərini və güclərini göstər-
mək üçün küçələrə macəra axtarışına çıxardılar.
Hərdən onlar bir-biri ilə mübahisə edər və küçədən keçən
kasıb, köməksiz insanları hədələyərdilər. Məsələn, onlar bir kasıba
yaxınlaşar və onun başına şillə vuraraq deyərdilər: “Niyə yanımdan
keçib, mənə salam vermirsən?” və ya “Hansı cürətlə bığlarını kəs-
misən?” və ya “Sənin papağın haradadır?” və hətta “Niyə qarşımda
durub qaşqabağını tökürsən?”
Öz icmalarını canilərdən qoruyan “yaxşıniyyətli qoçular”
da var idi. Çox maraqlıdır ki, bu qoçular 1918-ci il mart qırğını
zamanı Içəri Şəhəri erməni və bolşeviklərdən qorumuşdular, çünki
onlar həmin dövrdə şəhərdə silahı olan və təşkilatlanmış yeganə
azərbaycanlılar idilər.
118
Iş adamları olan Bayır şəhərin sakini Teymur Aşurbəyov və
Içəri Şəhərin sakini Məmməd Hənifə Tağıyev öz qoçularını
toplamış və sonra digər şəxsləri də silahlandırmışdılar. Onlar bu
qüvvələri erməni Daşnak hərbi hissələrinə qarşı göndərmişdilər.
Nəticədə minlərlə azərbaycanlının öldürüldüyü zaman Içəri Şəhər
və Bayır Şəhərin bir neçə küçəsi qırğından xilas olmuşdu.
TUT AĞACI. Içəri Şəhərdə, Cümə məscidinin arxasında
çox böyük və qoca tut ağacı var idi. Insanlar deyirdilər ki, bu ağacın
bir neçə yüz il yaşı var. Isti yay günlərində kişilər onun altında
oturar, nərd oynayar və çay içərdilər.
Ağac şəhərdə o qədər məşhur idi ki, ondan işarə kimi
istifadə edirdilər. Məslən, “Gəl Tut ağacının yanında görüşək” və
ya “Tut ağacından sol tərəfdə yaşayıram”. Içəri Şəhərin simvolu
olan bu ağac haqqında məşhur bir mahnı bəstələnmişdi.
Təhminən 25 il bundan əvvəl tikinti işləri aparılan zaman
bu tut ağacı kəsildi. Yerli camaat bu itkidən çox mütəəssir oldular.
Bir neçə ay sonra, kimsə onun yerində başqa bir tut ağacı əkməyi
qərara alır. Həmin vaxtlar, Bakı sakinləri öz şəhərlərinin qeydinə
qalır və onun tarixi görünüşünü və abidələrini saxlamağa
çalışırdılar. Lakin indi həmin yeni tut ağacı da kəsilmişdir. Sadəcə
olaraq Içəri Şəhərdə tut ağacının əhəmiyyətin dərk edən çox az
sayda yerli sakin qalmışdır.
Içəri Şəhərin tarixi ilk Neft Yüksəlişi dövründə (1850-
1920) daha zəngin və cəzbedici olmuşdur. Hüseynqulu Sarabski,
Manaf Süleymanov, həmçinin Içəri Şəhərin yaşlı sakinlərinin
hekayələri, köhnə qəzet və jurnallar, və digər çoxlu sayda mən-
bərlər Bakının tarixi barədə çox maraqlı faktlar aşkarlayır. Bugünkü
tarixçilər bu detalları diqqətlə toplamalı, bərpa etməli və tədqiq
etməlidirlər. Indi Sovet dövrü geridə qaldıqdan sonra, qarşımızda
dövlətimizin tarixini tədqiq etmək və doğru məlumatlar əldə etmək
kimi çox böyük bir iş durur.
Dostları ilə paylaş: |