Mənbə: Azerbaijan International jurnalı - AI 8.3 (2000) © 2000.
Azerbaijan International AZERI.org
üxtəlif dünya dinlərində pəhriz qanunları var. Əsasən də
bu özünü ət məhsullarının yeyilməsində göstərir. Yəhudi
dəqiq və ciddi koşer sisteminə riayət edə bilər, katolik
cümə günləri ət yeməməyi üstün tuta bilər, buddist və ya hindu
vegeterian pəhrizinə tərəf çıxa bilər. Bunlar kimi İslamda da bu
dinə ibadət edənlərin riayət etmələri tələb olunan pəhriz qanunları
var; ikicə kəlmə ilə desək
- donuz əti, spirtli içkilər qağadandır.
Müqəddəs Ramazan bayramı ərzində isə hər gün oruc tutmaq
lazımdır.
M
Azərbaycanın dünyəvi bir ölkə olmasına baxmayaraq, onun
İslam dini ilə bağlı keçmişi ozünü yemək nümunələrində göstər-
məyə başlayıb. Bu meyl cüzidir, lakin o, mövcuddur. Maraqlıdır ki,
cavanlar bu məsələləri öyrənməyə daha çox meyl edir. Yaşlı nəsil
isə sanki Sovet dövründən əvvəl olan yemək təcrübəsini qəbul et-
mək istəmir.
Azərbaycanda islam 7-ci əsrdə, ərəblərin
bu ərazidə həmin
dinin əsasını qoyduqdan sonra bərqərar oldu. Bu yeni dində donuz
əti, molyusk, nərə bahğı və kürü yemək qadağan olunurdu və bu
qida məhsulları "haram kimi tamınmağa başladı. Yeyilə bilən qida
məhsulları - halal məhsullar isə xususi qaydada heyvanı Məkkə
istiqamətində tutaraq, Allahın adını çəkərək kəsilən ət sayılırdı.
Əgər heyvan başqa cür ölürdüsə bu da haram sayılırdı. Şərab və
digər spirtli içkilər də qadağan olunurdu.
Buna münasib Qur'an ayəsində deyilir:
Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz
əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş,
boğulmus, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq
ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi
heyvanlar tərəfindən parçalam yeyilmiş - canı çıxmamış kəsdiyiniz
heyvanlar müstəsnadır -, dikinə qoyulmuş daşlar (bütlər və ya
Kə'bənin ətrafındakı bütpərəsl qurbangahlar) üzərində kəsılmiş
heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edilir. Bunlar
günahdır. Bu gun kafirlər dininizdən (onu məhv edə bilmədikləri
üçün) əllərini üzdülər. Onlardan qorxmaym, Məndən qorxun!
Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan
nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi,
120
Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldrılması
və i.a.) başa çatdırdım və bir din kimi sizin üçün islamı bəyənib
seçdim. Hər kəs günaha meyl etmək niyyətində olmayaraq aclıq
üzündən (bu haram şeylərdən) zəruri ehtiyacını ödəyəcək qədər
yeyə bilər. Allah bağışlayan və rəhm edəndir! Mənbə: Surə 5, Əl-
Maidə, Ayə 3. Qur'an
DƏYİŞƏN YEMƏK NÜMUNƏLƏRİ. Folklorçu Əhməd
Oguz
müşahidə edir ki, bəlkə də donuz əti islamın qəbulundan
əvvəl də qadağan olunmuşdu. 5-8-ci əsr nümunəsi olan Orxan-Ye-
nisey abidələrində Çinlilər haqda "donuz əti yeyənlər" (lagzın eti
yeyenler) deyərək mənfi fikir irəli sürülmüşdü.
Azərbaycanda bu kimi qadağalar qismən bolşeviklər 1920-
ci ildə hakimiyyətə gələnədək müşahidə olunmuşdu. 1920-ci ildən
sonra hökümət Sovet respublikalarının bütün əhalisi üçun ateizm
tətbiq etdi. 30-cu illərin sonlarında Stalinin hakimiyyəti dövründə
məscid və kilsələrin qapıları bağlandı. Bir
çox dini tikililər yerlə-
yeksan edildi.
Dağılmayan bir neçə bina isə konsert zallarına və ya mu-
zeylərə çevrildi. Sovet qəssabxanaları islam qanunlarına riayət
etmədiyindən azərbaycanlılar üçün halal qida məhsulları almaq çox
çətinləşdi. Haram yeməsinlər deyə, bəzi yaşlı şəxslər Sovet
sosiskalarını yemədi, çünki onlar donuz ətindən hazırlanırdı.
Onilliklər keçdikcə sonrakı nəsillər islam qaydaları haqda demək
olar ki, heç nə bilmədi və rus mətbəxinin əsas
yeməkləri olan
pirojki, borş və donuz sosiskası yeməyə öyrəşdilər. Əvvəllər
qadağan olunmuş yeməklər normaya çevrildi.
Bu gün Azərbaycanda hər bir kəsin dini azadlığı var. 1995-
ci il 12 Noyabrda qəbul olunmuş Azərbaycan Konstitusiyasına görə
din hökümətdən ayrıdır və rəsmi dövlət dini yoxdur. Uyğun olaraq,
qadağan olunmuş qida məhsullarına dair heç bir qanun yoxdur.
Belə bir azad şəraitdə yenidən islam yemək qadağalarına
maraq yaranıb. Lakin heç də tamamilə ilkin qanunlara meyl edilmir.
Səbəblərdən biri odur ki, yaşlı Azərbaycanlıların əksəriyyəti bütün
bu qadağalara riayət etmək istəmirlər. Onların çoxu adəti üzrə
müsəlman olsalar belə, o qədər də dindar deyillər və məscidə
getmirlər. Onlar ömürləri boyu islam qaydalarına
riayət etmədən
yaşamışlar və indi həmin qaydalara riayət etməyə başlamaq
zərurətini duymurlar.
121
Qeyd etmək lazımdır ki, Azərbaycanın müxtəlif rayonları
dindarlığına görə bir-birindən fərqlənir. İslam bir adət üzrə Bakı
ətrafi ərazilərdə və Bakının İçəri Şəhər yerli sakinləri arasında güc-
lüdür. Həmçinin Masallı, Astara, Lerik, Lənkaran da daxil olmaqla
İran sərhədində yerləşən Lənkəran-Talış zonasında və Naxçıvanın
bəzi rayonlarında da islamın nüfuzu güclüdür. Digər tərəfdən isə
mərkəzi Azərbaycanda, əsasən də Kür və Araz çayları arasındakı
kəndlərdə islamın təsiri nisbətən daha zəifdir.
ISTİSNALAR. Əgər hər hansı bir azərbaycanlı yemək qa-
dağalarına riayət etmək istəyirsə, o, halal qida məhsullarını xüsusi
müsəlman ərzaq mağazalanndan ala bilər.
Adi mağazalarda da xü-
susi olaraq müsəlman ölkələri üçün istehsal olunan Amerikanın ha-
lal toyuq sosiskası (American Halal Chicken Sausage) satılır
Dostları ilə paylaş: