64
heyvanlarının yununu yuyurlar.
Bitkinin tərkibində kumarin və onun törəmələri olan 0,2%-ni təĢkil edən herniarinin metil
efiri - C
l0
H
8
O
2
,
kversetin, rutin, triqlükozid, arabinozid,
kversetin flavonoidləri, triterpen saponinləri
hidroliz olunaraq kvilay C
30
H
46
O
5
, turĢusuna çevrilən ramnoza, qalaktoza və qlükozid maddələri,
0,6% qatı efır yağı,
alkoloid izləri, aĢı və qətran maddələri tapılmıĢdır.
Hamar herniyardan alınan preparatlardan suçiçəyi xəstəliyində, böyrəyin müalicəsi və
sidikqovucu vasitə kimi istifadə edilir. Otunu suya salıb çalxaladıqdan sonra sabun köpüyü əmələ
gətirir. Bu su ilə əli yuduqda dəri çox yumĢalır.
Hamar herniyarı Avropa ölkələrinə ixrac edir, burada sidikqovucu vasitə kimi istifadə
edirlər. Belarus xalq təbabətində sulu məhlulu ilə sarılıq zamanı, mədə ağrılarında, qrıja (yırtıq),
uĢaqlıq sallanmalarında, sidiklik qanaxmalarında, quduzluqda iĢlədilir. Diarezi və ekzeması olan
uĢaqları qaynadılmıĢ məhlulu ilə çimdirirlər.
Xalq təbabətində suçiçəyi xəstəliyi zamanı sidikqovucu vasitə kimi,
kəskin sidik kisəsi soyuqdəymələrində, həmçinin sarılıqda istifadə edilir.
Ağır fıziki iĢ zama
nı əmələ gələn əzələ ağrılarında, 10%-li cövhərindən
içməyi məsləhət görürlər. Ot və kök hissəsindən hazırlanan cövhərindən
antiseptik vasitə, soyuqdəymədə, revmatizmdə, artritdə sakitləĢdirici kimi,
həmçinin mədə pozuntularında, podaqra, kolit, yogun bağırsaq iltihabında,
qıcolmada, ürəkkeçmə, əsəb, bağırsaq və s. xəstəliklərin müalicəsində geniĢ
istifadə edilir. Otundan və toxumundan hazırlanan cövhərindən isteria, ürəkkeçmə xəstəliklərində,
müxtəlif ĢiĢlərin müalicəsində, kökündən hazırlanan məhlulundan qaĢınmaya qarĢı istifadə edilir.
PörtlədilmiĢ yarpaqlarından təpitmə formasında əzilmiĢ yerlərə qoyur, damar soyuqdəymələrində
yaĢ sarğı kimi istifadə edilir. Toxumundan hazırlanan spirtdən isə trixnoz əleyhinə iĢlədilir.
Bitkinin sulu çıxarıĢı yaxĢı köpük verdiyinə və ətirli iyə malik olduğuna görə, onu yuyucu
maddələrin əvəzedicisi kimi də iĢlətmək olar. Ətirli iyə malik olduğundan bundan ətriyyat və
kosmetika sahələrində geniĢ istifadə edilir. Dermatologiyada yarasağaldıcı və büzüĢdürücü vasitə
kimi iĢlədilir. Ətirli suyu əlin dərisini yumĢaldır, elastiklikyini artırır. Bu xüsusiyyətlərinə görə
hamar herniyar kosmetikada geniĢ istifadə edilir. Bitkidən quru və adi halda cövhər hazırlanır.
Tüklərin inkiĢaf etdirilməsi üçün əla vasitə hesab edilir.
Bitkini vegetasiya dövrü ərzində toplayırlar. Toxumu vasitəsilə çoxaldırlar.
Dünyanın bir sıra ölkələrinin xalq təbabəti ilə məĢgul olan tibb mütəxəssisləri herniyar
bitkisinin soyuqdəymə nəticəsində baĢ verən xəstəlikləri məharətlə aradan qaldırmasını yüksək
qiymətləndirirlər.
Herniyardan hazırlanan preparatlar kəskin xroniki prostatı, eləcə də böyrək və sidik
kisəsində baĢ verən pozuntuları gözəl müalicə edir. Bitkinin adının «qrıjnik» adlandırılması təsadüfı
olmayıb. Ağır yük qaldıran fəhlələr yırtıq əmələ gəlməsin deyə, herniyardan hazırlanmıĢ
dəmləmələr və cövhərlər içərmiĢlər.
Herniyardan hazırlanan preparatlardan bakterisid kimi, soyuqdəymə zamanı, yarasağaldıcı,
büzüĢdürücü, sidikqovucu, ödqovucu və spazma əleyhinə geniĢ istifadə edilir.
Dostları ilə paylaş: