Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə4/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   2   3   4   5   6   7   8   9   ...   139
Səməni bayramının başlıca ayini də bu vaxtdan başlanır. Halva bişirilən evə toplaşmış 

qadınlar,  daha  çox  gəlinlər,  qızlar  iki  dəstəyə  bölünərək  əl-ələ  verib  halva  tavasının 

ətrafında  yallı  gedir,  nəğmələr  oxuyurlar.  Misal  üçün,  birinci  dəstənin  başçısı  öz 

nəğməsini belə başlayır: 

Səməni, saxla məni, 

İldə göyərdərəm səni. 

                                              Səməniyə saldım badam, 

I j 


             Qoymurlar bir barmaq dadam. 

       Səməni bezana gəlmişəm

   Uzana-uzana gəlmişəm. 

 

Səməni, ay səməni, 



Sən unutma məni. 

          Səndən mən can istərəm

   Damara qan istərəm

   Sənsiz qanım olmaz, 

   Cansız sanım olmaz. 

İllətimin loğmanı, 

Yamanlığın amanı, 

Səməni, ay səməni, 

     Göyərdərəm mən səni. 

 

Halva  hasilə  gəldikdə  daha  çox  bədənə  istilik,  hərarət  gətirən,  bununla  da 



qışdan,  soyuqdan  qorxmamaq  təsəvvürü  yaradan  bu  döyülmüş  ədvələri  (qara  istiot, 

darçın,  mixək,  razyana,  ceviz,  quluncan,  badyan,  qulsakəmər,  zəncəfil,  hil)  ələkdən 

keçirib ona  qatırlar. Bundan sonra  halvanı doşabda  qarışdırır və  qoğal, yaxud  kündə 



16 

 

formasında yumrulayıb evlərə paylayırlar. Çalışılır ki, hər bir payda halvaya salınmış 



badam, qoz, yaxud fındıq ləpəsindən olsun. Həm də payın içindəki bu ləpə  yeyilmir. 

O ta gələn il səməni göyərdilənə qədər qorunub saxlanılır. Çünki inama görə, həmin 

ləpə evlərə xeyir-bərəkət gətirir. 

Fevral  ayının  əvvəlindən  başlayaraq  iyirmi  gün  davam  edən  Kiçik  çillə  qışın 

oğlan  çağı  sayılır.  Kiçik  çillə  soyuqluğu,  boran-tufanı,  şaxta-sazağı  ilə  özündən 

əvvəlki  çillələrdən  seçilir.  Kiçik  çillənin  Xıdır  nəbi  adlanan  birinci  ongünlüyü  isə, 

ümumiyyətlə, qış fəslinin ən sərt, çovğunlu, dondurucu vaxtı sayılır və buna hətta elə 

bu xüsusiyyətinə görə "yalquzaq zamanı" da deyilir. El arasında qış fəsli Xıdır nəbi ilə 

səciyyələnir.  Əbəs  yerə  deyil  ki,  bir  Azərbaycan  atalar  sözündə  də  "Xıdır  girdi  qış 

girdi, Xıdır çıxdı qış çıxdı" - deyilir. Qeyd olunan zamanın "Xıdır nəbi" (peyğəmbər) 

adlanması  və  bu  şərəfə  icra  olunan  ayinlər  Xıdırın  yaşıllıq,  bahar  hamisi  sayılan 

Xızırla və əksər xalqlarda olduğu kimi su, yağış, çay, dəniz hamisi bilinən İlyasla da 

əlaqəsindən xəbər verir. Bunu: 

Xıdıra Xıdır deyərlər, 

Xıdıra çıraq qoyarlar 

nümunəsinin bəzən: 

    Xıdıra Xıdır deyərlər, 

     Yoluna çıraq qoyarlar. 

Xıdırı saymayanın 

Gözlərini oyarlar 

şəklində deyilməsi, yaxud: 

Xıdır İlyas, Xıdır İlyas 

Bəndə bəndədən xilas. 

Eləcə də: 

Xıdır nəbi, Xıdır İlyas 

Bitdi çiçək, oldu yaz, 

"Dəryada  nə  işim  var  ki,  Xıdır  İlyası  da  köməyə  çağıram"  kimi  örnəkləri  də 

sübut edə bilər. Amma əslində bunların bir-biri ilə heç bağlılığı yoxdur. Belə ki, Xıdır 

nəbi  bilavasitə  kiçik  çillənin  ilk  ongünlüyündə  keçirilən  xüsusi  mərasimlə  bağlı 

olduğu halda, Xızır, dediyimiz kimi, yaşıllıqla, baharla bağlıdır. Bunun belə olmasını 

mənbələr və tədqiqatlar da təsdiq etməkdədir. Türkoloq alim V.V.Radlov öz lüğətində 

"ruzi-Xızırı" - "Xızır günü" tək açıqlayır və bu günün yazın ilk günü olduğunu xüsusi 

şəkildə  nəzərə  çatdırır  [3].  Prof.  M.H.Təhmasibin  Xızırla  ilgili  "Qamusi-Firuzabadi" 

və Şəmsəddin Saminin "Qamusi-əlam"ından verdiyi xəbərlər də maraqlıdır. Bunların 

birincisində deyilir ki, seyr olunan yerlərin çəmənzar olması Xızırın işidir. İkincisində 

isə baharın ilk günü haqqında belə deyilir: "Əslən yaşıllıq günü mənası ilə ruzi-Xızır 

olsa 

gərəkdir. 



Zira 

ağacların 

yarpaqlandıqları 

və  


otlaqların yaşıllaşdığı gündür" [4]. 

Adı  çəkilən  qaynaqlarda  elə  İlyas  haqqında  da  bu  şəkildə  dəyərli  məlumatlar 



vardır. O bütün hallarda su ilə bağlı təsvir, təqdim olunur. Bəzi hallarda hətta Nuhun 

23 


17 

 

qardaşı  oğlu,  Xızırın  əmisi  olmaqla  Xəzər  dənizinin  padşahı  da  sayılır  [5].  Amma 



təkrar  qeyd  edirik  ki,  Xıdır  nəbi  qışın  dondurucu,  şaxtalı,  hətta  "yalquzaq"  adlanan 

çağında  çağırılır  və  bu  şərəfə  mərasim  keçirilir.  Bu  mərasimə  gərək  hər  ev,  ailə 

hazırlaşsın,  onu  təntənəli  şəkildə  qeyd  etsin.  Mərasimin  hamı  tərəfindən  qeyd 

olunması naminə əliaşağı olanlara, kasıblara kömək, yardım edilərmiş. Çünki bayram 

axşamı, yəni kiçik çillənin onuncu gününün axşamı hətta bir ev belə azuqənin yoxluğu 

səbəbindən  süfrə  açmazmışsa,  onda  elə  zənn  edilərmiş  ki,  guya  Xıdır  nəbi  bunu 

özünün sayılmaması kimi başa düşəcək, küsüb gedəcək və bununla da baharın gəlməsi 

yubanacaq.  Fikir  verilirsə,  bu 

mərasim  Azərbaycanda  ruhların 

qarşılanması  ilə  əlaqədar  keçirilən 

"Ata-baba  günü"  mərasimini  də 

yada salır, xatırladır. 

"Xıdır  nəbi"  mərasiminə,  bir 

qayda  olaraq,  çillənin  ilk  günündən 

hazırlıq başlanır. Buğda qovrulub əl 

daşında 


(kirkirədə) 

üyüdülərək 

qovut 

çəkilir. 



Qaynadılmış 

yumurtalar  daha  çox  Günəşin  və 

yazın  simvolu  sayılan  sarı,  qırmızı,  yaşıl  rənglərlə  boyanılır.  İstilik  verən  xörəklər 

bişirmək  üçün  tədarük  görülür.  Çəkilmiş  qovutdan  bir  qab  "Xıdır  nəbi"nin  sonuncu 

gecəsi,  adətən  yük  dolablarının  altına,  divar  taxçalarının  əl  dəyilməmiş  künclərinə 

qoyulur. Etiqada görə, həmin gecə Xıdır nəbi gəlib qovutun üstünə əl basır və bununla 

evdə bolluq, bərəkət yaranır. 

Çox  qədim  zamanlarda,  hələ  şamın  olmadığı  vaxtlarda  Azərbaycanın  bəzi 

bölgələrində  Xıdır  nəbi  mərasimi  günü  bağ-bağatdan  alma  çubuqları  qırılıb  evə 

gətirilirmiş.  Bu  çubuqların  uclarına  pambıq  sarınaraq  yağ  sürtülər  və  süfrəyə 

qoyulmuş qovutun  üstə  sancılaraq yandırılarmış. Həmin çubuqların  hərəsi bir  niyyət 

üçün  imiş:  yurdun  abadlığı,  ailənin  salamatlığı,  bağ-bostanda  barın  çoxluğu,  mal-

qaranın artması, toy-düyün və s. 

Burada təbii olaraq belə bir sual ortaya çıxır: Xıdır nəbi mərasimində nə üçün 

başqa ağacın yox, alma ağacının budaqlarından şam kimi istifadə olunur? Bəlli olduğu 

üzrə,  Azərbaycan  folklor  örnəklərində,  xüsusən  nağıl  və  dastanlarında  digər 

meyvələrlə tutuşdurmada alma üstün mövqe tutur. O, insan ömrünü uzadan, adamlara 

gümrahlıq verən, qocaları cavanlaşdıran, nəsil, soy artıran, yəni uşaqsızlara uşaq bəxş 

edən  sayılır.  Hətta  əski  zamanlarda  sevgili  seçmək  üçün  də  almadan  bir  vasitə  kimi 

istifadə edilmişdir. Almaatma adlı mərasimdə qız öz sevgisini oğlana atdığı alma ilə 

bildirərmiş.  Yaxud  almanın  ömrü  uzatmaq  məsələsinə  diqqət  edək.  Məşhur 

Azərbaycan nağılı "Məlik Məmməd"də deyilir ki, nağılda tanıdılan padşahın bağında 

bir  alma  ağacı  var  imiş.  Bu  ağac  birinci  gün  çiçək  açır,  ikinci  gün  çiçəyini  tökür, 

üçüncü gün bar verirmiş. Bu ağacın almasından kim yesə imiş, dönüb on beş yaşında 




18 

 

oğlan olurmuş. "Quru kəllə" nağılında isə tutuquşunun gətirdiyi alma tumundan bitən 



ağacın meyvəsindən yeyən altmış yaşlı bağban o saat on dörd gecəlik ay kimi oğlan 

olur. "Ölü Məhəmməd" nağılında isə almanın soy, nəsil artırma qüdrətindən söz açılır. 

Burada deyilir ki, gün-güzəranını odunçuluqla keçirən bir kişinin övladı olmur. Yenə 

bir  dəfə  kişi  odun  qırmağa  gedir  və  bu  vaxt  qapıya  gələn  dərviş  onun  arvadına  bir 

alma  verib  deyir:  "Almanın  yarısını  özün  ye,  yarısını  da  ərinə  ver  yesin;  sonra  bir 

övladınız  olar".  Almanın  yardımı  ilə  nəsilartırmaya  "Məlik  Məmməd  və  Məlik 

Əhməd"  nağılında  da  rast  gəlirik.  Burada  padşah  və  naxırçının  bir  almanı  tən  bölüb 

arvadları ilə birlikdə yemələri ilə hər ikisinin oğlu olur. "Şah İsmayıl - Gülzar xanım" 

dastanında isə dərvişin verdiyi almanı yeməklə nəinki padşahın özünün, hətta almanın 

qabıqlarını  yeməklə  atı  Qəmərnişanın  da  qulunu  olur  və  s.  Əlbəttə,  belə  örnəklərin 

sayını  istənilən  qədər  artırmağın  heç  bir  çətinliyi  yoxdur.  Əsas  məsələ  budur  ki, 

təbabət elminin dəlillər əsasında gəldiyi qənaətə görə, almanın tərkibindəki vitaminlər 

insan  orqanizmindəki  hüceyrələrin  qocalması  prosesinin  qarşısını  alır,  insan  ömrünü 

uzadır, sonsuzluğu dayandırmaqla övlad bəxşetmə funksiyası daşıyır. 

Deməli,  müşahidə  və  təcrübələrinə  əsaslanan  qədim  azərbaycanlının  da  Xıdır 

nəbi  mərasimində  nə  üçün  məhz  alma  ağacının  çubuqlarından  istifadə  etməsi,  olsun 

ki, elə bu görüşlərlə bağlıdır. 

Süfrədə  üstündə  şamlar  yanan  qovutdan  ailə  üzvləri  lap  sonda  yeyirlər. 

İnanırlar  ki,  şamlar  yanan  vaxtda  ata-baba  ruhları  kimi,  Xıdır  nəbi  də  gözə 

görünmədən  gəlib  bu  qovutdan  dadır.  Həmçinin  həmin  axşam  qaranlıq  düşəndən 

sonra dəstə ilə qapı-qapı gəzən uşaqlar da: 

         Xanım, ayağa dursana, 

   Yük dibinə varsana

   Boşqabı doldursana, 

   Xıdırı yola salsana. 

Qısa-qısa gələnin 

    Qıcnacağı dar olsun

 Basa-basa gələnin 

        Bacmacağı var olsun, - 

nəğməsini  oxumaqla  ilk  növbədə  məhz  elə  həmin  qovutdan  pay  istəmişlər. 

Evdəkilər  də  gələnləri  əliboş  qaytarmamış,  qablarına  qovutla  yanaşı,  boyadılmış 

yumurta  və  digər  çərəzlər  qoymuşlar.  Əgər  kimsə  gələnlərə  pay  verməzmişsə,  onda 

dəstənin səsi aləmi basarmış. 

      Çatma, çatma, çatmaya, 

  Çatma yerə batmaya. 

Xıdır payın kəsənin 

Ayağı yerə çatmaya, 

   Gecə evində yatmaya. 

Burada  çox  incə  şəkildə  sezilən  bir  mətləbi  də  nəzərə  çatdırmaq  istəyirik. 

Uşaqların  ayrı  vaxtda  yox,  məhz  şər qovuşandan sonra, göz-gözü görməyəndə, daha 




19 

 

aydın  desək,  onların  tanınması  qeyri-mümkün  olduğu  vaxtda  pay  almağa  gəlmələri 



səbəbsiz deyil. İnama görə, elə Xıdır nəbi də onların arasında olur. Odur ki, hər bir ev 

tərəddüd etmədən uşaqların simasında guya elə Xıdır nəbinin özünə pay verir. 

Bəzən elə Xıdır nəbi mərasimi üçün də qarpız saxlanılır və bununla adamlar bir 

növ yenə qışdan qorxmadıqlarını nümayiş etdirirlər. 

Kiçik  çillənin  qurtardığı  vaxtdan  yazın  ilk  gününə,  yəni  Novruz  bayramına 

qədər olan çağ Alaçalpo, Ağlar-gülər, Boz ay adlanır. Ayinin bu cür adlarla adlanması 

onun buludlu, yağışlı, küləkli, isti, soyuq, bir sözlə; dəyişkən olması ilə bağlıdır. Əbəs 

yerə  deyil  ki,  xalq  bu  adlara  Boz  aya  münasibətini  "Boz  ay  bozara-bozara  keçər"  - 

şəklində bildirmişdir. 

Buradakı  "bozara-bozara"nın  həm  müstəqim,  həm  də  məcazi  mənası  vardır. 

Bəlli olduğu üzrə, "boz" dilimizdə bir sıra anlamlarla yanaşı, həmçinin həm rəngi (boz 

paltar, qorxudan,  yaxud soyuqdan insan üzünün boz  rəng  alması),  həm də  xasiyyəti, 

sərtliyi, kobudluğu (boz adam, üzə bozarmaq) bildirir. "Boz ay bozara-bozara keçər" - 

deyəndə  də  daha  çox  onun  sərtliyi  nəzərdə  tutulur.  Bunu  el  söyləmələrindən  də 

görmək mümkündür: 

Martda mərək, 

                                                     Yarı gərək. 

Və yaxud: 

  Ay oğlağım, oğlağım, 

Çıxdı yaza oğlağım. 

Payız üstü beş oldu, 

   Buynuzu beş-beş oldu

Qılları şeş-şeş oldu. 

     Mart gözüvə barmağım, 

Yaza çıxdı oğlağım. 

Gəldi keçdi zamanın, 

Ötdü ömrü samanın, 

      Mart gözüvə barmağım, 

Yaza çıxdı oğlağım. 

Birinci  örnəyin  içinə  aldığı  məna  belədir.  Martda  havalar  soyuq,  qarlı-şaxtalı 

ola bilər. Odur ki, elə "Xıdır Nəbi" üçün deyildiyi kimi bu ay üçün də: 

 

Mart girdi, qış girdi, 



  Mart çıxdı, qış çıxdı, - 

deyilir. Buna görə də təsərrüfatçı mal-qarası, qoyun-quzusu üçün tədarük etdiyi 

ot-ələfin, bəlim-samanın müəyyən hissəsini bu ay üçün mərəkdə (samanlıqda) ehtiyat 

saxlamalıdır. 

Boz  ay,  hər  biri  yeddi  gündən  ibarət  cəmlələr  adlanan  dörd  həftəyə  - 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin