Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə5/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   2   3   4   5   6   7   8   9   ...   139
çilləbeçəyə  bölünür.  Etiqada  görə,  bu  həftələrin  dördündə,  eləcə  də  kiçik  çillənin  üç 

çərşənbəsində  təbiət  və  cəmiyyətdə  canlanma,  oyanma,    dirilmə  prosesi  gedir. 




20 

 

Dediyimiz  yeddi  çərşənbədən  üçü  oğru  çərşənbə,  oğru  buğ,  oğru  üskü,  dördü  isə 



doğru çərşənbə, doğru buğ, doğru üskü, cəmlələr adlanır. Çərşənbələrin sayının yeddi 

olması səbəbsiz deyil. Bu, bilavasitə say simvolikası ilə bağlıdır. Belə ki simvolikada 

hər sayın özünə görə mənası, bilinən funksiyası vardır. Və bu sayların sırasına cütlük 

bildirən saylar daha çox  geosimvolika ilə  -  istiqamətgöstərmə  ilə  bağlıdırsa,    təklik   

sayları  ümumiyyətlə  kainatın  durumunu  səciyyələndirir.  Qaynaqların  verdiyi  xəbərə 

görə yeddi sayı əski şumerlərdə kainatın işarəsi imiş. Onların ucaltdıqları yeddipilləli 

qüllə  əslində  yeddi  səyyarənin,  həftənin  yeddi  gününün,  yeddi  küləyin,  yeraltı 

dünyanın yeddi qapısının simvoludur. Yeddi sayı mənbələrdə deyildiyi kimi zamanla, 

kosmosla, insanın maddi və mənəvi həyatı ilə sıx bağlıdır. 

Xatırlatdığımız  yeddi  çərşənbənin  hər  birinin  məxsusi  cizgiləri,  ayin, 

mərasimləri vardır. Düzdür, "oğru çərşənbə", "oğru buğ", "oğru üskü" adlanan üç ilk 

çərşənbənin dörd ilaxır çərşənbələr qədər rolu böyük deyil. Amma inama görə, həmin 

çərşənbələrdə də az-çox torpağa buğ-istilik gəlir. Bu çərşənbələrin hər üçündə adamlar 

yandırdıqları  tonqalların  üstündən  hoppanmaqla  bərabər  bu  tonqalda  yandırdıqları 

lopanı üç kərə ev-eşiyin dövrəsinə dolandırıb: 

      Qaçın, qaçın, şeytanlar, 

Sizi oda qalaram, - 

deyə-deyə ovsun edirlər. Ayində şər, demonoloji qüvvələrin qorxub qaçması, bir daha 

həmin evə yaxın düşməyəcəyi inamı ifadə olunubdur. 

Sözsüz  ki,  novruzqabağı  qeyd  olunan  dörd  ilaxır  çərşənbə  mərasimlərinin, 

ayinlərinin  zənginliyi  ilə  daha  məşhurdur.  Eldə-obada,  kənddə-kəsəkdə  hamının, 

bütün  evlərin  təntənə  ilə  qeyd  etdiyi  bu  çərşənbələrin  hər  birinin  ayrı-ayrılıqda 

müxtəlif  adları  da  vardır.  Misal  üçün,  dörd  ilaxır  çərşənbənin  birincisi  ayrı-ayrı 

bölgələrdə  müxtəlif  adlarda  tanınır:  Əzəl  çərşənbə,  Müjdəçi  çərşənbə,  Muştuluqçu 



çərşənbə, Toz çərşənbə, Yel çərşənbə və s. 

Çərşənbəyə  belə  adların  verilməsi  elə  onun  öz  məzmunu  ilə  bağlıdır.  Bu,  ilk 

çərşənbədir. Yazın  yaxınlaşmasını xəbər  verir. Həmin çərşənbədə  ev-eşik  his-tozdan 

təmizlənir. Pal-paltarın, xalça-palazın tozu tökülür. Bu üzdən də həmin çərşənbə "Toz 

çərşənbə"  adlanır.  Sözügedən  çərşənbənin  "Yel  çərşənbə"  adlanması  da  səbəbsiz 

deyil.  Çünki  ilaxır  çərşənbənin  birincisi  bilavasitə  kainatın  astronomik  durumu, 

təbiətşünaslıq  və  fizika  qanunlarına  uyğun  hadisədir.  Deyilənlərə  əsasən,  istilik  ilk 

olaraq havaya gəlir. Sözsüz ki, əgər hava (yel) qızmayıbsa, onda suların donu açılmaz. 

Havaya isti gəlməlidir ki, torpağın canındakı suyun donu ərisin, torpaq yumşalsın və 

təsərrüfatçı  -  əkinçi  bu  torpağı  şumlaya  bilsin,  bağban  bağdakı  ağacların  dibini 

belləyib yumşalda bilsin. 

Çərşənbənin nə üçün "Yel çərşənbəsi" adlanması isə birbaşa əski təsəvvürlərlə, 

mifoloji görüşlərlə bağlıdır. Bəlli olduğu üzrə, bizdə adında "baba"lıq gəzdirən əsatiri  

obrazlar  az  deyil:  "Əkinçi  baba",  "Cütçü  baba",  "Şah  baba",  "Yel  baba",  "Baba 

Sucəddin" və b. Bu babalar ilkin təsəvvürlərin formalaşdırdığı mifoloji obrazlardır və 

bunların  hər  biri  hami  vəzifə  daşıyır.  Qaynaqların  verdiyi  xəbərə  görə  suyun  hamisi 




21 

 

onu  idarə  edən  Baba  Sucəddindir.  Əkinçi  baba  əkin,  Cütçü  baba  cüt  təsərrüfatının 



hamisidir. Hətta deyilənə görə, Əkinçi baba ilə Yel baba qardaşdır. Əkinçi baba Cütçü 

babanın əkdiyi məhsula hamiliyi öz öhdəsinə götürür. Onun

 

yetişməsi, tələf olmaması 



qayğısına  qalır.  Məhsul  yetişib  hasilə  gəldiyi  zaman  isə  Yel  baba  onu  xırmanda 

döyüldükdən  sonra  sovrulmasında,  bununla  da  dənin  samandan  ayrılmasında  iştirak 

edirmiş. Bunun əvəzində pay alırmış. Mifin verdiyi məlumata görə, bir dəfə adamlar 

yenə buğdanı xırmanda döyür və gözləyirlər ki, Yel baba gəlib onu sovursun. Amma 

Yel  baba  gəlmir ki,  gəlmir.  Səbri tükənmiş adamlar taxılı  özləri sovurmağa  başlayır 

və: 


Yel baba, amana gəl, 

Dolanıb xırmana gəl. 

  Bir bəhanən yoxdursa, 

Xəlbirə, samana gəl. 

  A Yel baba, Yel baba, 

       Saman sənin, dən mənim. 

 

   Ləçəyi mindər-mindər, 



Yönünü bizə döndər. 

 Yönünü döndərmisən, 

Mehini bizə göndər. 

  A Yel baba, Yel baba, 

         Saman sənin, dən mənim, - 

deyə  avazla  oxuyurlar.  Elə  bu  vaxt  gəlib  xırmana  yetişən  Yel  baba  eşitdiyi 

sözlərdən inciyib geri qayıdır. Adamlar belə etdiklərindən peşman olurlar. Hamı  Yel 

babanın arxasınca qaçır və onu səsləyə-səsləyə elliklə oxuyurlar: 

A Yel baba, Yel baba, 

   Qurban sana, gəl, baba! 

 Taxılımız yerdə qaldı, 

                                            Yaxamız əldə qaldı 

 A Yel baba, Yel baba, 

    Qurban sana, gəl, baba! 

Bu nəğmə Yel babanın xoşuna gəlir. Geri qayıdıb xırmandakı taxılın hamısını 

sovurub samandan ayırır. 

Buradan yerində olan belə bir sual ortaya çıxa bilər ki, xırman məsələsi, taxılın 

sovrulması  yaz,  bahar  bayramından  çox  sonralar  və  daha  dəqiqi  tamam  başqa 

fəsildədir? 

Bu suala aydın cavab almaq üçün Yel baba ilə bağlı başqa bir məsələdən də söz 

açmağı  gərəkli  bilirik.  Həddən  artıq  dolu,  yağış  yağıb  əkinçinin  böyük  zəhmətlə 

ərsəyə gətirdiyi məhsulunun tələf olması təhlükəsini yaradır. Bu bəladan xilas olmaq 

üçün həmin əkinçilər yenə hami saydıqları mifoloji obrazlara müraciət edirlər. Burada 

insanların  ümid  dayağı  yenə  də  elə  Yel  babadır.  Onlar  Yel  babanın  dolunun,  əkinə 




22 

 

ziyan  vuran  yağışın  qarşısını  kəsəcəyinə  inanırlar.  Bu  cəhət  özünü  xalq 



söyləmələrində də qorumuşdur: 

  Yel baba əsdi, neynim, 

  Dolunu kəsdi, neynim, 

Çəkirəm yar həsrətin 

     Falım da nəsdi, neynim. 

 

 Mən aşiq qolu güclü, 



                                                Kəsibdi yolu güclü, 

    Yel əssin, bulud getsin, 

 Yağmasın dolu güclü. 

 

Birinci  örnəkdə  Yel  babanın  dolunu  kəsən,  doğrudan-doğruya  xeyirxah  bir 



kimsə  olması açıq-aydın ifadə  olunub. İkinci  örnəkdə  yağmurun, dolunun, bir sözlə, 

yağıntının səbəbkarı buludun qovulmasından söz gedir. Yenə elə mifoloji inama görə, 

xüsusilə  qara  buludlar  əkin-biçinə,  bununla  da  insanlara  ziyan  vurmağa  hazır  olan 

bədxah - demonoloji qüvvələrin ixtiyarındadır. Bu inam da var ki, güclü yağış və dolu 

yağdırmaq  üçün  qara  buludları  əjdahalar  qovub  gətirir.  Nümunədə  də  yelin,  daha 

doğrusu,  Yel  babanın  buluda,  onu  gətirən  əjdahalara  qarşı  vuruşmaq  istəyi  ifadə 

olunub. 

Bütün  bu  deyilənlərdən  sonra,  Yel  babanın  ilin  bütün  dövrlərində  yel 

əsdirməsini  təbii  saymaq  lazım  gəlir.  Yel  babanın  ilaxır  çərşənbələrin  birincisində 

gətirdiyi  yel  mülayim,  isti  olduğundan  elə  bu  çərşənbəyə  də  onun  öz  adıyla  "Yel 

çərşənbə" deyilmişdir. Bu çərşənbədə də Yel babanın gətirdiyi yel havaya toxunmaqla 

onu  oyadır,  canlandırır,  istiləşdirir.  Bu  istilik  isə  çayların,  göllərin  buzunu  əritməyə, 

torpağın donunu açmağa başlayır. 

Novruz  bayramının  ilsonu  çərşənbəsinin  ikincisi  də  ayrı-ayrı  bölgələrdə 

müxtəlif  adlarla  deyilir.  Bu  çərşənbə  "Kül  çərşənbə",  "Külə  çərşənbə",  "Su 

çərşənbəsi", "Sular Novruzu" və s. adlar daşıyır. 

Çərşənbənin  bu  adlarla  tanınması,  sözsüz  ki,  səbəbsiz  deyil.  İlk  çərşənbədə 

havanın  isinib-isinmədiyini  düşünən  təsərrüfatçını  daha  çox  bağ-bostanı,  əkin-biçini 

düşündürür. Bunların da qış yuxusundan ayılmasını, oyanmasını istəyir. Bunun üçün 

o, axşam yandırılmış çərşənbə tonqalının külünü isti-isti bağ-bostana, əkiləcək yerlərə 

səpir.  İstiliyin  süni  simvolunu  yaratmaqla  üstlərinə  kül  səpdiklərinin  də  tezliklə 

oyanması,  canlanması  istəyini  ifadə  edir.  Bu  çərşənbənin  "Su  çərşənbəsi"  adlanması 

da bilavasitə su ilə bağlıdır və həmin məsələdən irəlidə danışacağıq. 

Novruz çərşənbələrinin üçüncüsünün "Gül çərşənbə", "Torpaq çərşənbə", "Yer 

çərşənbə", "Ölü çərşənbəsi", "Ata-baba günü çərşənbəsi" adları vardır. Bu çərşənbədə 

torpağın,  yerin  canına  istilik  gəlir.  Meşələrdə  novruzgülü  baş  qaldırır.  Yaxınlıqda 

yaşayanlar,  xüsusən  oğlan,  qız  uşaqları,  cavanlar  gedib  həmin  novruzgülülərindən 

toplayıb çərşənbə xonçasına qoyurlar. 




23 

 

Ta  əski  çağlardan  üzü  bu  tərəfə,  təkcə  Azərbaycanda  yox,  dünyanın  çox-çox 



yerlərində dünyasını dəyişənlərin, əcdad ruhlarının yadedilmə, xatırlanma günləri olub 

və bu gün də vardır. Etiqada görə, həmin günlərdə ruhlar öz mənsub olduqları

 

ocağa 


gəlir,  anılıb-anılmamalarına  göz  qoyurlar.  Odur  ki,  həmin  günlərdə  məhz  ruhların 

şərəfinə xüsusi hazırlıq görülür, süfrə açılır, dualar söylənilir. Düzdür, Azərbaycanda 

indi bu vaxt, bir qayda olaraq, "cümə günü", "cümə axşamı", bəzən də "adna axşamı" 

sayılır.  Lap  əski  zamanlarda  bu  günə  "ayna  günü"  də  deyilmişdir.  Mənbələrdə 

bildirilir  ki,  "cümə",  "adna",  "ayna"  elə  əslində  "ruh"  deməkdir[6].  Bunun  belə 

olmasına "Kitabi-Dədə Qorqud"da rast gəlirik: 

                                 Sağuş günündə ayna görklü, 

                                Ayna günü okuyanda xütbə görklü[7]. 

 

Günün  nə  üçün  "adna"  adlandırılmasından  söz  açan  mütəfəkkir  şair  İ.Nəsimi 



əvvəlcə 

Adinə neçin oldu, adibənin adın bil, 

 Bu sirri ol bilir ki, haqq ilə aşinədir, - 

deyir və sonra belə bir açıqlama verir: 

Adinədir qiyamət, ol gündədir nədamət, 

   Ol gündə həşr olisər, ol gündə macəradır. 

Ol gündədir hesabın, həm rəhatü əzabın, 

    Ol gündə həqq qatında icmai-ənbiyadır[8]. 

İstər "Kitabi-Dədə Qorqud"da, istərsə də İ.Nəsiminin sözlərində "ayna", "adna" 

günlərinin ruhlar aləmi ilə, hətta bütün ruhların Tanrı tərəfindən imtahana çəkiləcəyi 

qiyamət günü ilə bağlılığı açıq-aydın görünməkdədir. 

Həmin "ayna günü", "adna günü" nəinki əski zamanlarda, hətta indinin özündə 

də  Azərbaycanın  bəzi  yerlərində  bilavasitə  ruhlarla  bağlı  olaraq  "Ata-baba  günü" 

şəklində  deyilir.  Həmin  gün  evdə  məxsusi  xörək  bişirilməklə  yanaşı  qəbir  üstünə 

gedilir və oradakılar yad edilir. Yenə də Azərbaycanın ayrı-ayrı bölgələrində üçüncü

 



24 

 

İlaxır  çərşənbədə,  hətta  Novruz  bayramı  günündə  qəbir  üstünə  getmək  adəti  vardır. 



Hazırlanmış  nemətlərdən  -  boyadılmış  yumurta,  qovurğa,  cürbəcür  şirniyyat,  qoğal, 

şəkərbura  və  s.  pay  olaraq  qəbirlərin  üstünə  qoyulur.  Həmçinin  buraya  səməni  də 

aparılır  və  mütləq şam  yandırılır. Deməli,  bəzi  məkanlarda  üçüncü çərşənbənin  həm 

də  "Ölü  çərşənbəsi",  "Ata-baba  günü  çərşənbəsi"  adlanması  xatırlatdığımız  da  bu 

görüşlərlə bağlıdır. 

Nəhayət,  ilin  sonuncu  çərşənbəsi  Azərbaycanın  hər  yerində  heç  bir  digər  adla 

yox,  yalnız  "İlaxır  çərşənbə"  adıyla  deyilir,  qeyd  olunur.  Bu  çərşənbədə  təbiətdə  və 

cəmiyyətdə nə varsa, hamısının canında oyanma, dirilmə, canlanma prosesi başa çatır. 

İlaxır çərşənbə təmtərağı ilə özündən əvvəlki çərşənbələrdən fərqlənir. Düzdür, 

bu  çərşənbədə  olduğu  kimi,  əvvəlki  çərşənbələrdə  də  "çərşənbə  xonçası"  tutulur, 

tonqal yandırılır və s. Amma İlaxır çərşənbənin növrağı xeyli zəngindir. 

Nə  üçün  Novruzönü  çərşənbələrin  dördündə  də  tonqal  qalanır?  Bir  halda  ki 

belədir, onda ayrıca bir "Od çərşənbəsi" icad etmək nə deməkdir? Bəs nə üçün dörd 

çərşənbənin  dördündə  də  tonqal  qalanır?  Əvvəla  od,  atəş  bəşəriyyət  tarixində,  onun 

inkişaf,  yüksəliş  mərhələlərində,  hətta  mədəniyyət  və  mənəviyyatında  tayı-bərabəri 

olmayan bir tapıntıdır, kəşfdir. Bu kəşfin əsrarəngizliyi, fövqəlliyi adamların tədricən 

formalaşma  yolu  keçən düşüncəsində  bir-birindən  maraqlı, seçilən çoxsaylı  miflərin, 

inam və etiqadların yaranmasına səbəb olmuşdur. 

Azərbaycanda oda xoşbəxtlik, uğur bəxş eləyən hami - canlı kimi baxılmış, ona 

"Od haqqı", "Bu oda kor baxım", "Yalan deyirəmsə, ocağım, odum sönsün", "Odun, 

ocağın sönməsin", "Evində od-ocaq yansın" və s.

 

kimi and, dua, alqış, qarğış vasitəsi



 

kimi  baxılmışdır.  Bir  mifdə  deyilir  ki,  çox-çox  qədim  zamanlarda  adamlar  toplaşıb 

təzə  ailə  quranlar  üçün  ev-eşik  tikər,  ilkin  dolanacağı  təmin  edən  nə  gərəkdirsə 

verərmişlər. Bircə oddan başqa. Evlənənlər bağ-bağatdan qov, dağ-daşdan çaxmaqdaşı 

tapmışlar.  Onlar  el  ağsaqqalında  qorunub  saxlanılan  çaxmaqla  öz  ocaqlarının  odunu 

yandırarmışlar. Bu həmişəlik binə salmaq, yer-yurd sahibi olmaq rəmzi imiş. 

İlaxır  çərşənbədə  hər  ev,  ailə  tonqal  yandırmalıdır.  Həm  də  bu  tonqalda 

yandırılan    çır-çırpının,    ağac-uğacın  içində  mütləq  tikanlı  kol  da  olmalıdır. 

Azərbaycanın  dağ  rayonlarında  bundan  ötəri  daha  çox  gəvəndən  istifadə  olunur. 

İnama  görə,  guya  qışın,  soyuğun,  şaxtanın  qoruyucusu,  hamisi  sayılan  şər  qüvvələr 

yazın, baharın gəlməsini yubandırmaq üçün Günəşin yerdəki rəmzi sayılan odu-ocağı 

söndürməklə istiliyin, bununla da təbiətin oyanmasının, canlanmasının qarşısını almaq 

istəyirlər.  Onlar  tonqala  atılmış  tikanlardan  qorxduqları  üçün  oda  yaxınlaşıb  onu 

söndürməkdən  çəkinirlər.  Elə  İlaxır  çərşənbə  tonqalının  ətrafına  şişlə  dairəvi  çevrə 

çəkmək  də  bu  şər  qüvvələrin  qarşısını  almaq  və  oda  tökülmüş  ağırlığın-uğurluğun 

oradan çıxa bilməməsi inamı ilə bağlıdır. 

İlaxır  çərşənbənin,  eləcə  də  Novruz  bayramı  axşamı  yandırılan  tonqalın 

üstündən ailənin bütün üzvləri hoppanmalı, bununla da köhnə ilin his-pasından, ağrı-

acısından xilas olmalıdır. Tonqalın  üstündən üç  kərə  o tərəf-bu tərəfə  hoppanılarkən 

oxunan nəğmələrdə də bu cəhət öz izlərini qorumuşdur: 




25 

 

       Ağırlığım-uğurluğum odlara, 



                  Yazda mənlə hoppanmayan yadlara. 

                                              Ağırlığım od olsun. 

                                              Odda yanan yad olsun. 

                                              Yaddan yad olar. 

                                              Qohum qohumdur, 

                                              Yamanı da canımdır. 

                                               Aydan arı halalım, 

    Sudan duru camalım. 

         Alovdan atlanmaq gərək, 

         Cəfaya qatlanmaq gərək. 

 Oddan aman olmaz, 

    Yaddan qanan olmaz. 

               Ağırlığım-uğurluğum odlara, 

                          Yazda mənlə hoppanmayan yadlara. 

İlaxır  çərşənbə  tonqalında  nəinki  adamlar,  hətta  mal-qara,  qoyun-quzu  da 

hoppandırılıb  köhnə  ilin  ağır-uğurluğundan  çıxarılır.  Evin  bərəkət  süfrəsi  də  elə  bu 

tonqalda paklandırılır ki, qarşıdakı ildə üstündən bərəkət əskik olmasın. Ərgən qızlar 

isə İlaxır çərşənbə tonqalına bəxt açan sehrli bir qüvvə tək baxmışlar. Onların tonqal 

üstündən hoppanarkən oxuduqları nəğmədən də bunu müşahidə etmək mümkündür. 

   Ağrım-uğrum tökülsün, 

Oda düşüb kül olsun. 

Yansın, alov saçılsın, 

  Mənim baxtım açılsın! 

İlaxır  çərşənbənin  ən  məşhur  mərasimi  "Vəsfi-hal"dır.  Sirli  aləmi  öyrənmək 

cəhdindən doğan, tutulmuş niyyətlə bağlı icra olunan "Vəsfi-hal" mərasiminin Novruz 

bayramının  İlaxır  çərşənbəsində  keçirilməsi  çox  incə  bir  mətləblə  bağlıdır.  Bəlli 

olduğu üzrə Novruz bayramı  yazın gəlməsi,  yeni  gün,  təbiətin oyanması, canlanması 

bayramıdır.  Deməli,  qadınlar,  xüsusən  cavan,  ərgən  qızlar  da  məhz  bu  vaxt  fala 

baxdırmaqla  qarşıdakı  ildə  həyatlarında  baş  verəcək  dəyişikliyi,  gələcək 

aqibətlərindəki yeniliyi öyrənməyə çalışırlar. 

İlaxır  çərşənbənin  "Vəsfi-hal"  mərasimində  iştirak  etmək  istəyənlər  adətən 

təyin olunmuş evə toplaşırlar. Ortalığa eldə "dilək tası" adlanan su ilə dolu bir badya 

qoyulur.  Çoxlu nəğmələr bilən  mərasim ayininin aparıcısı iştirakçılardan üzük, sırğa, 

sancaq, oymaq və s. parlaq əşyalar alıb badyadakı suyun içinə salır, ağ yaylıqla qabın 

üstünü örtür, sonra: 

                      Göydə ulduz olaydım, 

                      Can gülüm, can, can!  

                      Xoşbəxt bir qız olaydım,  

                      Can gülüm, can, can!  

                      Yar qapını döyəndə,  

35 



26 

 

                       Can gülüm, can, can!  



                       Evdə yalqız olaydım,  

                       Can gülüm, can, can! 

Yaxud: 

                       Araz axar burular, 

                       Can gülüm, can, can!  

                       Suyu daşda durular,  

                       Can gülüm, can, can! 

                       Ürəkdə arzun olsa,  

                       Sənə də toy qurular.  

                       Can gülüm, can, can!  

                       Can gülüm, can, can!- 

şəklində  nəğmələr  oxuyur  və  badyadan  əlinə  keçən  nişanı  çıxarır.  Nişanın 

sahibi  oxunan  nəğmənin  məzmunundan  özü  üçün  nəticə  çıxarır,  başqa  sözlə,  nəğmə 

tutulmuş niyyətin açarı olur. 

'Vəsfi-hal"  mərasim  nəğmələrində  xalqın  inam  və  etiqadları,  ən  qədim 

dünyagörüşü  öz  əlamətlərini  əks  etdirir.  Bütün  bunları  bilmək;  həmin  nəğmələrdəki 

mənanı  başa  düşmək  üçün  xalqın  məişət  tarixini,  fəlsəfi  düşüncəsini  də  öyrənmək 

zəruriləşir. Belə bir nümunə: 

                           Ağ at gəlir enişdən,  

                           Sinəbəndi gümüşdən.  

                           Bizə də nəsib olsun,  

                           Heybədəki yemişdən.  

Burada  əvvəlki  iki  misradakı  fikir  nəğməni  dinləyənin,  daha  doğrusu,  falına 

baxılanın  niyyətində  tutduğu  arzuya,  istəyə  inamı  gücləndirir.  Çünki  türk  xalqları, 

eyni  zamanda  azərbaycanlılar  ata  həmişə  müsbət  münasibət  bəsləmiş,  müqəddəs  və 

uğurlu  heyvan  hesab  etmiş,  "at  muraddır"  demişlər,  Tanrı  tərəfindən  göydən 

göndərildiyinə inanmışlar. Burada "at" ifadəsindən əvvəl bir "ağ" sifəti də işlənib ki, 

bu  da  həmin  rəngin  uğur  simvolu  bilinməsi,  Tanrı  rəngi  hesab  olunması  ilə  izah 

olunur.  Nəğmədəki  "gümüş  sinəbənd"də  daşıdığı  mənanı  elə  özündə,  yəni 

gümüşlüyündə,  parlaq  olmasında  ifadə  edir.  Parlaq  nəsnələr  isə  xoşbəxtlik,  sevinc 

rəmzi olub, həmişə Günəşlə əlaqədar sayılır: 

                          Bizə də nəsib olsun

                          Heybədəki yemişdən, - 

deyimi  də  çox  maraqlı,  qədim  bir  əyləncənin  əlamətlərini  özündə 

yaşatmaqdadır.  "Vəsfi-hal"  mərasimində  adətən  nişanlı  qızlar  da  olurlar.  Ayin  icra 

olunan evin qonşuluğunda isə cavan oğlanlar, nişanlı olanlar toplaşıb şənlik keçirirlər. 

Qadınlar olan məclisdə nişanlı qızlardan bir neçəsinin ya boynuna ipək dolayır və ya 

qoluna  yaylıq  bağlayırlar.  Məclisin  carçısı  əhvalatı  dərhal  qızın  nişanlısına  çatdırır. 

Oğlan  "bağlama"  əhvalatını  eşitdikdən  sonra  yer-yemişdən  bir  bağlama  düzəldir, 

boğçada, yaxud heybədə qız üçün yollayır. Bu cəhət eynilə "Vəsfi-hal" mərasiminin: 




27 

 

                       Boğça gəldi eşikdən,  



                       Sarığı var gümüşdən.  

                       Bizə də qismət oldu,  

                       Yar göndərən yemişdən.  

                       Can gülüm, can, can!  

                       Can gülüm, can, can! - 

nəğməsində öz əksini tapmışdır. 

Bu da maraqlıdır ki, inama görə, həmin sovqatdan ərgən qızlara da pay düşsə, 

onda onların da tezliklə nişanlıları olar. 

"Vəsfi-hal" nəğmələri ilə müəyyən dünyagörüşü belə ayırd etmək mümkündür: 

                              Vəsməni qaşda sına, 

                              Ağılı başda sına,  

                              Niyyətin hasil olar,  

                              Bəxtini daşda sına. 

Burada fetişizmə - maddi varlıqdakı əşyaların fövqəlqüvvə sayılmasına inamın 

izləri vardır. Bu həqiqətdir ki, "bəxti daşda sınamaq" inamı əski çağlardan günümüzə 

də gəlib çatmışdır. 

İlaxır çərşənbə gecəsində tamamilə "Vəsfi-hal"a oxşayan bir falaçma da vardır 

ki,  bu,  "Kuzə  falı"  adlanır.  Amma  "Vəsfi-hal"dan  fərqli  olaraq "Kuzə  falı"nda  qızlar 

yox, yalnız gəlinlər, oğul-uşaq böyütmüş qadınlar iştirak edirlər. Onlar bir evə toplaşıb 

ortalığa ağzı enli bir kuzə qoyurlar. Kuzənin içinə hər kəs sancaq, oymaq, üzük, sırğa, 

iynə, düymə və s. atır. İştirakçılardan bir nəfər kuzəni aparıb bulaq, çay, göl suyu ilə 

doldurub gətirir. Kuzənin ağzına güzgü qoyurlar. Sabahısı gün tezdən nişan sahibləri 

kuzə  olan  evə  gəlirlər.  Bir  balaca  qız  uşağı  güzgünü  qaldıraraq  əlini  kuzəyə  salıb 

nişanlardan  çıxarır.  Burada  daha  çox  söz-nəğmə  bilən  qadın  nişan  çıxaran  qıza 

baxmadan,  eynən  "Vəsfi-hal"dakı  nəğmələrdən  oxuyur.  Nişan  sahibi  bu  sözləri 

ürəyində tutduğu niyyətə uyğun yozur. 

Axır  çərşənbə  və  Novruzda  səhər,  gün  çıxmamışdan  qabaq  axar  suyun 

üstündən tullanar, evə təzə su gətirərlər. Sübh o başdan axar suya, bulağa gedər (buna 

bəzi  bölgələrdə  "Novbaş"  deyirlər),  əl-üzlərini  yuyar,  bir-birinin  üstünə  su  çiləyər, 

çillə kəsdirərlər. Bu, mübarək sudur; suyun müqəddəsliyini, qüdrətini tərənnüm edən 

nəğmələr oxuyar, müxtəlif oyun və əyləncələr icra edərlər. Ürəklərdə neçə-neçə dilək 

tutan  qız-gəlinlər,  cavan  oğlanlar,  ahıllar  niyyət  eləyib  su  üstündən  tullanar, 

"ağırlıqlarını suya tökər", çillə kəsdirərdilər. Hamı təzə sudan - İlaxır suyundan gətirib 

evə, qapı-bacaya, həyətə, tövləyə, bərəkət təknəsi təndirə, xırmana, dəyirmana səpər, - 

deyirlər, belədə il ruzulu olar, bərəkət artar. Bir də su gətirməyə gedəndə axar suyun 

içindən  xırdaca  daşlar  götürüb  unluğa,  çörək  təknəsinə,  yağ  qablarına  qoyarlar  və 

gələn  Novruz  bayramına  qədər  tərpətməzlər.  Nə  qədər  ki,  daşlar  öz  yerindədir,  o 

evdən  bolluq  əskik  olmaz.  Müqayisəli  araşdırmalar  göstərir  ki,  su  ilə  bağlı  inanclar 

ümumtürk  inanclar  panteonuna  aid  olmaqla,  onlara  çox  qədim  dövrlərdən  əməl 

edilmişdir. 




28 

 

İlaxır  çərşənbənin  maraqlı  və  məzmunlu  ayinlərindən  biri  də  qulaq  falıdır. 



Hava  qaralandan  sonra  niyyət  tutan  kimsə  özü  ilə  bir  qab  su,  güzgü,  açar  götürüb 

qonşu qapılarına gedir. Xəlvətcə içəridə danışılan söz-söhbətə qulaq asır. Eşitdiyi ilk 

sözləri  ürəyində  tutduğu  niyyətlə  yozur.  Əgər  niyyətlə  eşitdiyi  sözlər  arasında 

uyğunluq  varsa,  deməli,  arzu,  istək  də  həyata  keçəcək.  Odur  ki,  İlaxır  çərşənbə 

axşamlarında  həmişə  xoş,  könül  açan,  sevinc  bəxş  eləyən  sözlər  danışılır;  ibrətamiz 

söhbətlər, ağbirçək, ağsaqqal öyüd-nəsihəti  nəsihəti  eşidilir  ki,  qulaq  falına  gələn 

qapıdan  ümidsiz  qayıtmasın.  Qulaq  falına  gedənin  özü  ilə  apardığı  su  -  uğurlu  yol, 

güzgü - işıqlı həyat, açar - niyyətaçan deməkdir. 

İlaxır  çərşənbənin  diqqəti  çəkən  mərasimlərindən  biri  də  "Danatma" 

mərasimidir.  Əski  təsəvvürə  görə  gecə  qış  kimi  şər,  gündüz  isə  xeyirxah  qüvvələrin 

əməlidir.  Bunların  arasında  arasıkəsilməz  vuruş  gedir.  Sübhün  açılmasına  az  qalmış 

Dan  ulduzu  görünəndə  gecə  bütün  qüvvəsini  -  zülmət  qaranlığını  toplayıb  açılan 

sübhün qarşısını kəsmək istəyir. "Dan qaranlığı" adlanan bu vaxtla vuruşda Günəşönü 

gələn Dan ulduzu işığında sübh qalib gəlir. Qədim azərbaycanlı da "Dan qaranlığı"na 

münasibətini məhz İlaxır çərşənbədə "Danatma" mərasimi ilə bildirir. 

"Danatma"  mərasimində  əsasən  cavan  oğlanlar,  qızlar  iştirak  edirlər.  İlaxır 

çərşənbə  gecəsində  onlar  bir  evə  yığışırlar.  Bütün  gecəni  şənlik  keçirir,  cürbəcür 

əhvalat,  əfsanə,  rəvayət,  lətifələr  danışır,  rəqs  edir,  nəğmələr  oxuyub  əylənirlər. 

Mərasimdə iştirak edənlərdən heç kəs səhərin açılmasına qədər yatmamalıdır. Yoxsa 

onun  əhdi,  arzusu  yerinə  yetməz.  İşdir,  bir  kəsi  yuxu  aparsa,  onun  paltarını  xalça-

palaza tikir, oyadıb oxumaq, oynamaq və s. əyləncələrə cəlb etməklə cərimə edirlər. 

Etiqada görə, Dan ulduzunu ilk görən kəsin işləri il boyu uğurlu olar. Mərasim 

iştirakçıları evdən çıxıb axar su üstünə gəlirlər. Danın ağarmasını, sübhün açılmasını 

burada qarşılayırlar. Əl-üzlərini yuyub suyun üstündən hoppana-hoppana: 

                Ağırlığım, uğurluğum daşlara,  

                Əyrigözlü yamanlara, çaşlara,- 

deyirlər. Onlar Günəşin doğmasını da elə burada gözləyirlər və Günəşi belə bir 

nəğmə ilə səsləyirlər: 

                 Gün çıx, çıx, çıx!  

                 Kəhər atı min, çıx!  

                 Oğlun qayadan uçdu, 

                 Qızın təndirə düşdü. 

                 Keçəl qızı qoy evdə, 

                 Saçlı qızı götür, çıx!  

                 Gün getdi su içməyə,  

                 Qırmızı don biçməyə. 

                 Gün özünü yetirəcək,  

                 Keçəl qızı ötürəcək,  

                 Saçlı qızı gətirəcək. 

Şübhəsiz,  "...nəğmədə  Günəş  daha  çox  qışı  yaza  çevirən  amil  kimi 




29 

 

qiymətləndirilmişdir.  Qədim  əkinçi,  maldar  azərbaycanlı  bu  nəğməsi  ilə  Günəşi  qarı 



əritmək üçün çağırır, ondan öz keçəl qızını (qış təbiətini) evdə qoyub, saçlı qızını (yaz 

təbiətini) gətirməyi tələb edir"[9]. 

Bu nəğmənin digər misraları da müəyyən bir məna ilə bağlıdır. Belə ki, ''Kəhər 

atı  min  çıx!"  misrası  çox  qədim  bir  inamı  özündə  qoruyur.  Bu  inama  görə,  Günəşi 

göydə  gəzdirən  qızıl  arabaya  dörd  kəhər  at  qoşulmuşdur.  Elə  nəğmədə  də  məhz  bu 

təsəvvür əksini tapmışdır. 

Gün getdi su içməyə, 

   Qırmızı don biçməyə, - 

misralarında  isə  Günəşin  batıb  yenidən  doğacağı,  aləmi  nura  qərq  edəcəyi 

ümidi ifadə olunub. 

Mərasim  iştirakçıları  havanın  tutqun,  dumanlı  olması  səbəbindən  Günəşin 

doğmayacağını gördükdə elə buradaca başqa mübarizə vasitəsinə də əl atmışlar. Onlar 

Günəş  əlaməti  olan  od-ocaq  yandırıb  onun  çevrəsində  əl-ələ  tutaraq  dolana-dolana 

nəğmə oxuyurlar: 

      Duman, qaç, qaç, qaç! 

Pərdəni aç, aç, aç! 

    Səni qayadan asarlar, 

        Buduna damğa basarlar. 

 

Bu  ayinlərdən  sonra  qızlar  apardıqları  sənəkləri  su  ilə  doldurur  və  çaydan, 



bulaqdan  yeddi  daş  götürüb  suyun  içinə  salaraq  evə  gətirirlər.  Oğlanlar  isə  üç  kiçik 

böyürtkən  budağı  qırırlar.  Budaqlar  ev  qapısının  üstünə  sancılaraq  növbəti  ilin  axır 

çərşənbəsinə  qədər  saxlanılır.  İnama  görə,  böyürtkənin  tikanlarından  qorxan  şər 

qüvvələr  evə  girib  xatalı  iş  görə  bilməzlər.  Elə  sənəkə  salınmış  daşlar  da  beləcə 

saxlanılır və bu daşlar "su bərəkəti daşları" adlanır. 

Novruzlu günlərdə, xüsusilə İlaxır çərşənbə günü sıra-sıra tamaşalar göstərmək 

də  qədim  vaxtlardan  davam  edib  gələn  adətlərdəndir.  "Xanbəzəmə"  tamaşası  da 

maraqlı olması ilə diqqəti cəlb edir. Novruz bayramının zirvəsi adlanan bu oyun "Xan-

xan",  "Xan  oyunu",  "Xan  yaratdı",  "Şahbəzəmə",  "Şah-şahı"  və  s.  adlarla 

Azərbaycanın  ayrı-ayrı  bölgələrində  məzmun  oxşarlığına,  icra  tərzinə  görə,  müxtəlif 

variantlarda indi də oynanılır. 

İlaxır  çərşənbə  günü  sübhdən  bir  qədər  keçmiş  adamlar  bir  meydana 

toplaşırlar.  Xan  seçilmiş  şəxsi  geyindirib  bəzəndirirlər.  O,  geyimi,  başının  tacı  ilə 

doğru-doğru xana oxşadılır. Xanı gətirib meydanın yuxarı başında taxta əyləşdirirlər. 

İki oğlan uşağı xanı yelpiklə yelləyir. Seçilmiş vəzir-vəkil də gəlib xanın sağ-solunda 

öz  yerlərini  tuturlar.  Təyin  olunmuş  fərraşlar,  qırmızı  paltar  geyinmiş  cəllad  xanın 

əmrinə  hazır  dururlar.  Xan  gözlənilməz  əmrlər  verir.  Onun  əmrləri  mütləq  yerinə 

yetirilir.  Kosa,  keçəl,  təlxək  meydana  atılıb  cürbəcür  gülməli  oyunlar  göstərməklə 

xanı güldürməyə cəhd edirlər. Xan isə cəhd edir ki, gülməsin. Xan əgər gülərsə, əlbəəl 

onu  taxtdan  endirib  suya  basır  və  yerinə  təzə  xan  seçirlər.  Tamaşa  saatlarla  davam 




30 

 

edir. 



İlaxır çərşənbənin maraqlı ayinlərindən biri də "Ağacqorxutma"dır. Bar verən 

ağac bardan qaldıqda deyirlər ki, çilləyə düşüb qısırlaşıb. Çərşənbə günü ağac sahibi 

əlinə  balta  alıb  onun  yanına  gəlir  və  deyir:  -  Ey  barsız,  bəhərsiz  ağac,  sən  mənim 

nəyimə lazımsan?! Kəsəcəyəm səni! - Belə deyib ağacın üstünə hücum çəkir. Baltanın 

küpüylə, ağzıyla ağacın gövdəsinə astaca vurub onu səksəndirir. Bu zaman başqa biri, 

daha çox el ağsaqqalı, balta vuranı tutub saxlayır və deyir: - A kişi, kəsmə ağacı. Mən 

onu  zaminə  götürürəm.  İnanıram  ki,  qarşıdakı  ildə  o  bar  verəcək.  -  Bu  vaxt 

evdəkilərdən  ayağı  sayalı,  əli  bərəkətli  sayılan  ağacın  dibinə  şərbət  səpir,  buraya 

noğul, nabat, qovurğa, səməni qoyur. Həmçinin bağın bir küncündə çır-çırpı yandırıb 

tüstüsünü ağaclara verirlər ki, onlar xəstələnməsin, meyvələrinə qurd düşməsin. 

İlaxır  çərşənbə  gecəsində  buğda,  un  çuvallarının,  digər  azuqə  qablarının  ağzı

 

açıq saxlanılır. İnama görə, həmin gecədə bərəkət paylanılır. Əgər bu vaxt çuvalların, 



qabların ağzı bağlı olsa, onda evin bərəkət payı kəsilər. 

İlaxır  çərşənbədə  su  ilə  dolu  qaba  uclarına  pambıq  sarınmış  iki  iynə  salırlar. 

Əgər suda üzən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşsa, ürəyində niyyət tutan kəs 

istəyinə çatacağına inanır. 

İlaxır  çərşənbə  axşamı  ürəyində  niyyət  tutan  kəs  özü  ilə  bir  açar  götürüb 

evlərinin yaxınlığından keçən yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına 

qoyub  gözləyir.  Yoldan  ötənlərin  danışıqlarından  eşitdiyi  ilk  sözü  yadında  saxlayıb 

açarı  görürür  və  geri  qayıdır.  Eşitdiyi  həmin  ilk  sözü  ürəyində  tutduğu  niyyətlə 

tutuşdurur.  Uyğunluq  olduqda  istəyinə  çatacağına  inanır.  Açar  niyyətin  açıcısı 

deməkdir. 

İlaxır  çərşənbədə  iki  almadan  birinə  nişan  qoyulur.  Sonra  niyyət  tutulub 

evdəkilərdən almalardan birini götürməsi istənilir. Əgər nişanlanmış alma götürülərsə, 

niyyət sahibi istəyinin hasil olacağına inanır. 

İlaxır çərşənbə gecəsində ərgən qızlar evin qapısında arxası həyətə sarı durub 

sağ ayaq başmaqlarını sağ əllə sağ çiyinlərindən arxaya atırlar. Sübh tezdən hamıdan 

erkən  oyanıb  başmağa  baxırlar.  Əgər  başmağın  burun  tərəfi  yola,  daban  tərəfi  evə 

sarıdırsa, sahibi yaxın vaxtlarda xeyir xəbər eşidəcəyinə, ərə gedəcəyinə inanır. 

İlaxır  çərşənbədə,  eləcə  də  Novruz  bayramı  axşamı  bəzədilmiş  xonçada  evdə 

olanların  hər  birinin  adına  şam  yandırılır.  Evdəkilərdən  hər  kəs  özünün,  ya  da 

başqasının 

şamını  gözaltı  eləyib  ürəyində  niyyət  tutur.  Gözaltı  olunmuş  şam  o  birilərindən  çox 

yanarsa,  niyyət  sahibi  istəyinin  başa  gələcəyinə  inanır.    İlaxır    çərşənbə    gecəsinin 

sabahısı sübh tezdən evin damına bir ovuc buğda atarlar. Belə etdikdə, inama görə, il 

bolluq olar, evin bərəkəti artar. 

İlaxır çərşənbə tonqalının külünü evin dörd küncünə səpərlər, bu həm bərəkət, 

bolluq kimi, həm də bəd ruhları qovmaq məqsədi kimi mənalandırılır. 

İlaxır çərşənbə süfrəsi eynən Novruz bayramının təhvil süfrəsi kimi çox zəngin 

olur.  Bu  süfrə  "Löyün",  "Ləvin",  "Yeddilöyün",  "Yeddiləvin",  hətta  "Yeddisin"  də 




31 

 

adlanır. Süfrənin belə adlarla adlanması da səbəbsiz deyil. İlaxır çərşənbə və Novruz 



süfrəsində  yeddi adda  yer-yemiş, nemət olmalıdır. Həm də  bunların adı "s" hərfi ilə 

başlamalıdır:  su,  səməni,  sünbül,  sumaq,  sulaq,  soğan,  sarımsaq.  Əlbəttə,  adları 

göstərilənlər Azərbaycanın hər yerində  eyni cür  olmur. Elə  İranda  da bu adlar fərqli 

şəkildədir  və  onların  "Yeddisin"  adlandırdıqları  bunlardır:  "səbas"  (sünbül),  "sib" 

(alma),  "sancəd"  (çaytikanı),  "sif"  (sarımsaq),  "sirke"  (sirkə),  "sumaq"  (sumaq), 

"səməni" (səməni). 

Bəzi  mənbələrə  görə,  ərəb  xilafətinin  işğallarından  qabaq  ilin  axır  çərşənbəsi 

və Novruz süfrələrinə düzülənlər "s" yox, "ş" hərfi ilə başlayırmış və süfrəyə mütləq 

şərab da  qoyulurmuş. İslam dini  şərabı haram buyurduğundan "Yeddişin" Yeddisin" 

olmuşdur. Yəni, "ş"-ni "s" əvəz etmişdir. 

Nəinki  Novruz  bayramı,  çərşənbə  günlərində,  ümumiyyətlə,  Boz  ayın 

başlanğıcından  sonuna  qədər  oğlan  uşaqları,  cavanlar  arasında  keçirilən  oyun-

əyləncələrdən, demək olar ki, ən maraqlısı yumurta döyüşdürməkdir. 

Yumurta,  ümumiyyətlə,  Novruz  bayramının  əsas  rəmzlərindən  biridir. 

Novruzun  dörd  çərşənbəsinin  əlamətləri  öz  ifadəsini  yumurtada  da  tapıb.  Belə  ki, 

yumurta qabığının dairəviliyi torpaq mənasında olan dünyanı, pərdəsi bir növ havanı, 

ağı  suyu,  sarısı  isə  odu  simvollaşdırır.  Yumurtanın  daha  çox  sarı,  qırmızı,  yaşıl 

rənglərlə  boyadılması  da,  sözsüz  ki,  Günəşlə  -  odla,  baharla,  təbiətin  yaşıllaşması 

istəyi ilə bağlı məsələdir. Çərşənbə, Novruz süfrələrini bişmiş, boyadılmış yumurtasız 

təsəvvür etmək mümkün deyil. 

Elə  yumurta  döyüşdürmədə  də  həm  bişmiş,  həm  də  daha  çox  çiy  yumurtadan 

istifadə  olunur.  Yumurta  döyüşdürənlər  əvvəlcə  onların  bərk-boşluğunu 

yəqinləşdirməyə  çalışırlar.  Bunu  döyüşdürüləcək  yumurtaları  dişə  vurmaqla 

müəyyənləşdirirlər.  Bu,  "yumurtadadma"  adlanır.  Bilinəndə  ki  döyüşdürülən 

yumurtalardan birininki digərinkindən bərkdir, boş olan yumurtanın sahibi ona: "Əy, 

vurum",  -  deyir.  "Əy,  vurum"  yumurtanın  sivri  tərəfindən  azca  aşağı  nişan  qoymaq 

deməkdir. 

Döyüşmədə  sındırılmış  yumurtalarla  oyun  da  maraqlıdır.  Uduzulmuş  sınıq 

yumurtaları  sıraya  düzürlər.  Sonra  buraya  bir  xoruz  buraxırlar.  Xoruz  sıradakı  hansı 

yumurtanı  dimdikləyirsə,  sahibi  qalib  sayılır.  Bir  oyun  da  bişmiş  yumurtaları 

yoxuşdan  üzüaşağı  diyirlətməkdir.  Hansı  yumurta  daha  uzağa  diyirlənirsə,  yenə  də 

sahibi qalib bilinir. 

İlaxır  çərşənbə  axşamında  yumurtadan  fal  vasitəsi  kimi  də  istifadə  olunur. 

Həmin  gecə  "Xıdır  nəbi"  mərasimində  necədirsə,  eləcə  bir  yumurtanı  yük  dolabının 

altına,  taxçaya  (rəfə)  qoyurlar.  Yumurtanın  yanına  qırmızı,  qara  rəngli  boyalar  da 

qoyurlar: 

Xıdır nəbi, Xıdır İlyas, 

  Yumurtanın üstünü yaz. 

Ürəyimdə diləyim var, 

      Nə yazırsan, qırmızı yaz, - 




32 

 

deyə-deyə  niyyət  tutub  yatırlar.  Çərşənbə  gecəsinin  sabahısı  durub  baxırlar. 



Əgər  yumurtada  təsadüfən  qırmızı  boyalı  xətlər,  işarələr  varsa,  deməli, 

uğurludur.Tutulmuş niyyətdəki arzu, istək qarşıdakı ildə mütləq həyata keçəcək. 

Axır çərşənbə axşamı "ağacəkmə günü" də adlanır. Bu gün hər bir ailə üzvünün 

adına  ağac  əkirlər.  Hələ  qədim  zamanlardan  bağ  salmaq,  yaşıllıq  yaratmaq  ata-

babalarımızın  adəti  olub.  Ağac  əkmək,  xüsusilə  meyvə  ağacı,  tənək  əkmək  bolluq, 

şirinlik,  mehribançılıq nişanəsi hesab edilib. Xalq təsəvvürünə  görə  həyətdə,  yaşayış 

evinin ətrafında ağac əkilərsə, ailəyə xeyir-bərəkət, xoş güzəran qismət olar. 

"Barlı ağacın başına dolanarlar" fikri ilə ömür sürənlər təbiətə, yaşıllığa, ağaca 

həyat  mənbəyi  kimi  baxmış,  ağac  əkməyi,  ona  qulluq  etməyi  insanın  doğuluşu  və 

kamilliyi  qədər  müqəddəs  saymışlar:  "Ağacı  arx  qırağında  ək  ki,  yıxılanda  el-obaya 

körpü  olsun",  "Ağaclı  kəndi  sel  basmaz",  "Ağacı  çox  olan  elin  məzarı  az  olar", 

"Əkiblər yemişik, əkərik yeyərlər". 

Ulu  Dədə  Qorqud  öz  alqışlarında  "Kölgəlicə  qaba  ağacın  kəsilməsin"  -  deyə 

igidini,  yurddaşını alqışlamış, "kölgəlicə qaba ağacın kəsilməsini" ən böyük qəbahət, 

düşmənçilik kimi qiymətləndirmişdir. 

Əlbəttə, bütün bu deyilənlər, eləcə də təxminən bu sıraya daxil olan digər ayin 

və  mərasimlər,  əsasən  təbiətin  oyanması,  dirilməsi  ilə  bağlı  öncədən  görülən 

tədbirlərdir.  Bir  az  da  dəqiq  desək,  qışın  bitməsi  və  yazın,  baharın  başlanması  ilə 

əlaqədar  geniş  şəkildə  qeyd  olunan  zəngin  xüsusiyyətli  Novruz  bayramının  hazırlıq 

mərhələləridir.  Minilliklərin  və  bundan  da  çox-çox  qabaqların  məhsulu  olan  bu 

bayramı əcdadlarımız və əcdadlarımızın varisləri olan bizlər, ümumi şəkildə xalqımız 

həmişə,  hər  il  böyük  fərəh  və  sevinc  hissləri  ilə  qarşılamağa  çalışmışdır.  Çünki  ta 

qədimdən yaşaya-yaşaya gələn, yaşamaqda davam edən Novruz bayramı, sözün geniş 

anlamında, "...xalqın həyata nikbinliklə baxmasının, təbiətin qələbəsiylə sevinməsinin 

bayramıdır.  İndiyə  qədər  öz  qüvvətli  təsirini  saxlamış  bu  ənənəvi  bayram  məişətlə 

bağlı kütləvi bir xalq bayramıdır"[10]. 

Bəllidir  ki,  bəşəriyyət  təkamülünün  əsasını  qoymuş  əkinçilik,  eləcə  də 

maldarlıq  Yaxın  Şərq  xalqlarının,  eyni  zamanda  Azərbaycan  xalqının  təsərrüfat 

həyatında,  onun  inkişafında  başlıca  rol  oynamış,  mühüm  yer  tutmuşdur.  Axtarışlar 

sübut  etmişdir  ki,  Neolit  dövrünün  axır  qərinələrində,  yəni  səkkiz,  on  min  il  öncə 

Azərbaycanın  aran  və  yaylaqları,  münbit  torpaqları,  bütövlükdə  ərazisi  əkinçilik  və 

maldarlığın  ilkin  məkanlarından,  hətta  mərkəzlərindən  olmuşdur  [11].  Ulu 

əcdadlarımız tədricən özlərinin zəngin əkinçilik mədəniyyətlərini yaratmışlar. Sözsüz  

ki,  bütün  xalqların  tale  tarixində  olduğu  kimi,  Azərbaycan  xalqının  tarixində  də 

əkinçiliyin və maldarlığın, yəni təsərrüfatın geniş inkişaf etməsi maddi mədəniyyətlə 

bərabər,  mənəvi  mədəniyyətin  də  yaranıb  formalaşmasında  mühüm  təkanverici  rol 

oynamışdır.  Bu  çağlarda  Azərbaycanın  əkin-biçin,  maldarlıq  təsərrüfatı  ilə  məşğul 

olan  insanları  fəsil  dəyişmələrinə  göz  qoymaqla,  müşahidələrlə  müəyyənləşdirmişlər 

ki,  yaz  adlanan  fəslin  başlanması  ilə  təbiətin  oyanması,  otlaqların,  çəmənliklərin, 

əkilmiş  məhsulların  cücərməsi,  ağacların  tumurcuqlanıb  küpələnməsi,  çiçəklənməsi 




33 

 

başlayır.  Bununla  da  taleyini,  dolanışığını  torpağa,  bu  torpağın  yetişdirdiyi  məhsula 



bağlayan  əkinçi,  maldar  azərbaycanlı  hər  il  yazın  gəlişini  təmtəraqla,  sevinclə 

qarşılamış,  növ-növ  oyunlar,  tamaşalar  göstərib  əylənmişlər.  Bu  oyunlar,  tamaşalar, 

əyləncələr tədricən ayin, mərasim, adət-ənənə şəklində formalaşa-formalaşa, nəhayət, 

bayram xarakteri almışdır. 

Hazırda Novruz bayramı adı ilə tanınan bu bayramı Azərbaycan və Yaxın Şərq 

xalqları  baharın  -  yeni  ilin  gəlməsi,  təsərrüfat  ilinin  başlanması  kimi  qeyd  edirlər. 

Sözsüz  ki,  ilkin  keçirildiyi  vaxtlarda  bu  bayram  belə  adlanmamışdır.  Bunun  belə 

olmasını  əski  çağların  xəbərlərini  bizə  çatdıran  qaynaqlar  da  sübut  etməkdədir.  Bu 

bayram  ayrı-ayrı  vaxtlarda  "Xızır  günü",  "Azər  bayramı",  "Hörmüzd  bayramı", 

"Fərvərdin bayramı", "Bahar cəşn", "Yenigün bayramı", "Yaz bayramı", "Ərkənəkon 

bayramı" və s. adlarla adlanmışdır. Düzdür, bu adların bəziləri elə doğrudan-doğruya 

qışın qurtarıb yazın başlanması ilə bağlı təbiətin oyanması, canlanması mənasındadır. 

Amma bunların bəziləri mütləq bir istəkdən, məqsəddən irəli gələn təsadüflərlə bağlı 

adlardır. 

Novruz  bayramının  ən  qədim  elementləri  Azərbaycanda  ilkin  insan 

məskənlərindən olan Qobustan, Gəmiqaya, Abşeron qayaüstü rəsmlərində, habelə bir 

sıra  qədim  yaşayış  yerlərində  aşkar  olunmuş  arxeoloji  materiallarda  öz  əksini 

tapmışdır. Əldə edilmiş maddi mədəniyyət abidələri arasında bahar motivli nümunələr 

- od-ocaq ətrafında yallı rəqsi, müxtəlif maddi mədəniyyət qalıqları üzərindəki günəş, 

səməni,  yazın  gəlişini  əks  etdirən  gül-çiçək  təsvirləri,  nəsil  artımıyla  bağlı  gildən 

qoyun, keçi fiqurları və öküz başı formalı ocaq ibadətgahları diqqəti cəlb edir. 

Yazılı qaynaqlara gəldikdə isə Novruz bayramı, onun mahiyyəti, tarixi kökləri, 

təbiət  hadisələri  və  astronomik  təqvimlə  bağlı  olması  müxtəlif  ayin  və  etiqadlar, 

mərasimlər,  mif  və  əsatirlər,  adət-ənənələr,  oyun,  əyləncə  və  tamaşalar,  mahnı  və 




34 

 

rəqslər  və  s.  haqqında  xeyli  materiallar 



vardır.  "Yaz  bayramı"  adı  ilə  Novruzun 

qeyd  edilməsi  haqqında  ilk  yazılı 

məlumata  eramızdan  əvvəl  505-ci  ildə 

təsadüf olunur. 

Bir  çox  mənbələrdə  bahar,  yaz 

bayramı  Pişdadilər  sülaləsinin  dördüncü 

hökmdarı əfsanəvi Cəmşidin adı ilə bağlı 

izah edilir. Bayramın binasını məhz onun 

qoyması  irəli  sürülür.  Araşdırmalardan 

öyrənirik  ki,  orta  əsr  alimi  İbn  əl-Bəlxi 

"Farsnamə" əsərində bu barədə geniş söz 

açaraq  yazır  ki,  Cəmşid  yeni  tikdirdiyi 

sarayda  taxta  çıxır.  Əyalətlərində  olan 

bütün hakimləri də saraya dəvət edir. Bu 

gün  Günəş  ilinin  başlanması  günü  imiş. 

Cəmşid  başına  tac  qoyaraq

 

qarşısında 



durmuş  hakimlərə  müraciətlə  deyir: 

"Allahın bizə verdiyi bütün nemətlərə şükür edək və rəiyyətlərlə ədalətli rəftar edək. 

Hamı dua etdi, şadlıq oldu və bu günü bayram edərək Novruz  adlandırdılar.  Həmin  

gün  Fərvərdin ayının Hörmüzd günü idi. Bu gündən başlayaraq şadlıq etdilər"[12]. 

Ömər  Xəyyam    isə    "Novruznamə"sində  bahar  bayramını  əvvəlcə  əfsanəvi 

Kəyumərslə  əlaqələndirir,  sonra  isə  deyir:  "Novruzun  yaranmasının  birinci    səbəbi 

budur  ki,    həmin  gündə  Günəş  dövrə  vurub  365  gün  altı  saatdan  sonra  öz  yerinə 

qayıdır. Cəmşid bu günü müəyyənləşdirmiş, Novruz adlandırmış və bayram etmişdir. 

X    əsr  ərəb    tarixçisi    ət-Təbərinin  "Tarix"ində  isə  bu  xəbərlə  belə  tanış  oluruq: 

"Cəmşid  əmr  etdi  ki,  ona  şüşədən  gərdunə  düzəltsinlər.  O,  gərdunəyə  divləri  qoşub 

mindi  və  göyə  qalxdı.  Həmin  gün  Fərvərdin  ayının  Hörmüzd  günü  idi.  Adamlar  bu 

xariqəni  gördükdə  o  günü  və  sonrakı  daha  beş  günü  bayram  edib  Novruz 

adlandırdılar. Orta əsr Xarəzm alimi Əbu Reyhan əl-Biruninin "Asar əl-Baqiyə"sində 

və  "Bürhani-Qate"də  olan  fikirlər  nisbətən  fərqli  olsa  da,  üst-üstə  düşür.  Bu 

mənbələrdə deyilir  ki, Cəmşid bütün dünyanı gəzdikdən sonra, qızıl taxtına oturaraq 

adamların çiynində Azərbaycana gəlir. Onun taxtı bir təpənin üstündə üzü gündoğana 

sarı  qoyulur.  Cəmşid  burada  qiymətli  daş-qaşla  bəzədilmiş  tacını  da  başına  qoyur. 

Günəş doğub öz şüalarını Cəmşidin taxt-tacı üstünə saldıqda hər yan nura qərq olur. 

Bu mənzərəni görən camaat çox həyəcanlanır. Onlar bu günü uğurun başlanğıcı hesab 

edərək sevinirlər. Eyni zamanda bu günü bayram sayaraq Novruz - 

Yeni 

gün 


adlandırmışlar. 

Novruz  bayramının  tarixini  qədim  türklərdə  keçid  anlamına  gələn 

Ərkənəkondan  xilas  olma  gününə  calamaq  cəhdi  də  dəb  halını  alıbdır.  Mənbələrdən 

bizə  bəlli  olur  ki,  Cəmşid  gah  yeni  tikdirdiyi  sarayında  taxta  çıxdığı  günü,  gah 




35 

 

gərdunəyə  minib  göyə  qalxdığı  günü,  gah  da  guya  Azərbaycana  gəlib  çatdığı  günü 



Yeni gün - Novruz adlandırır. Elə bu fərqlər deyilənlərin əfsanə olduğunu sübut edir. 

Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" əsərində özünə qorunaq tapan "Ərkənəkon" 

dastan-mifindən  bəlli  olur  ki,  iki  göytürk  kişisi  xanımları  ilə  düşmən  basqınından 

qurtulub  dar  bir  keçiddən  keçərək  hər  tərəfi  dağlarla  əhatə  olunmuş  məkanda 

yaşamağa  başlayırlar.  Qərinələr,  əsrlər  keçir.  Bu  iki  ər-arvaddan  törənən  övladların 

evlənməsi  yolu  ilə  buradakı  türklər  çoxalır,  olduqları  yerə  sığmırlar.  Bir  dəmirçi 

həmin  dar  keçidin,  ümumilikdə  dağın  dəmirdən  olduğunu  bəyan  edir.  Beləliklə, 

keçiddəki dəmir əridilməklə türklər Ərkənəkondan çıxırlar [13]. 

Heç şübhəsiz, Novruz bayramının, eləcə də başqa bayramların hökmdarlara aid 

edilməsi  cəhdi  bilavasitə  "ədalətli  şah",  "ədalətli  hökmdar"  istəyi  problemindən  irəli 

gələn  məsələdir.  Mənbələrdən  öyrənirik  ki,  dünyada  ilk  hökmdar  sayılan  Kəyumərs 

insanlara  nemət  paylayan,  Cəmşid  isə  mədəniyyət  gətirməklə  bərabər,  xəstəliklərin 

qarşısını alan hökmdarlar kimi tanınmışlar. Çox güman ki, bunun özü də bir əfsanədir 

və  adamların  arzu,  ümidlərini  həmin  hökmdarların  şəxsində  ifadə  etmək  xatirinə 

uydurmadan başqa şey deyil. 

Novruz  bayramı  barədə  Şərq  mənbələrində  çoxsaylı  və  müxtəlif  fikirlər 

mövcuddur.  Amma  onların  əksəriyyətində  məsələyə  sami  etiqadları  baxımından 

yanaşıldığı  üçün  tarixi  həqiqət  ortada  itib-batır.  Misal  üçün,  "Bürhane-Qate"nin 

"cənab  həqq  aləmi  və  Adəmi  ol  gündə  (Novruz  günü)  xəlq  elədi"  deməsi  "Tövrat"ı 

xatırladır. Halbuki qədim Azərbaycan "Tövrat" fəlsəfəsinə tamamilə yabançıdır. 

Novruz  bayramından,  onun  mərasim  və  tarixindən  müxtəlif  tarixçilər  bəhs 

etmişlər. Ona dini don geydirib gah zərdüştiliklə, gah da islamiyyətlə əlaqələndirməyə 

səy göstərənlər də  olmuşdur.  Nəzəri və bədii əsərlərində  Novruz  bayramından geniş 

bəhs  edən,  onun  izahına  milli  dünyagörüşdən  yanaşmağa  çalışan  alim-yazıçı 

Y.V.Çəmənzəminli  belələrinə  etiraz  edərək  bildirir  ki,  "əvvəla  Zərdüştün 

"Avesta"sında Novruz bayramı haqqında müəyyən məlumat yoxdur. Novruz bayramı 

yalnız fəlsəfəsi baxımından zərdüştiliyə uyğun gəlir ki, bu da təbiidir. Çünki bu fəlsəfə 

ayrı-ayrılıqda  həm  zərdüştiliyə,  həm  də  Novruza  aid  ola  biləcək  xeyir-şər,  işıq-

qaranlıq, isti-soyuq, təbiətin ölüb-dirilməsi və s. düşüncələr üzərində qurulmuşdur". 

Bayramı  islam  aləmi,  islam  dini  ilə  əlaqələndirməyə  cəhd  edənlərə  isə  onun 

cavabı belə olmuşdur: "Xalq özü yaratdığı bir adəti xaricdən gələn bir qılınc zoru ilə 

tələqqi  olunan  bir  etiqadda  tərcih  edir. "Biz  qılınc  müsəlmanıq"  -  deyən  bir  millətin 

islamiyyətə nə qədər yabançı olduğunu izah etməyə lazım görülmür və əsrlərdən bəri 

bütün hücumlara rəğmən təntənə ilə keçirdiyi adət və ayinlərin də nədən irəli gəldiyi 

aydın məsələdir". 

Rus və Avropa alimləri də bu bayramın islamla bağlı olmadığını söyləmiş, ona 

yerli  ictimai-iqtisadi  amillərin  məhsulu  kimi  baxmışlar.  Bu  baxımdan  alman 

şərqşünası  A.Metsin  fikri  daha  maraqlıdır.  O,  "Müsəlman  intibahı"  kitabında  yazır: 

"Xalqın  həyatında  islamın  təsirinin  güclü  olmadığını  bayramlar  sübut  edir"  [14]. 

"Doğrudan  da,  müsəlman  ruhaniləri  nə  qədər  çalışdılarsa  da,  Novruz  bayramını  nə 




36 

 

qadağan  etməyə,  nə  də  ona  dini  don  geydirməyə  müvəffəq  oldular.  Xalq  kütlələri 



Novruz bayramının qeyri-dini, azad xarakterini qoruyub saxladılar"[15]. 

Sözügedən 

məsələ  ilə  bağlı  görkəmli  Azərbaycan  folklorşünası, 

mərasimlərimizi  köklü  şəkildə  tədqiq  edən  professor  M.H.Təhmasibin  dedikləri  də 

mənalıdır.  "İslamiyyət  uzun  müddət  bu  bayramı  (Novruz  bayramını  -  T.B.) 

unutdurmağa  çalışmış,  müvəffəq  ola  bilməyəcəyini  başa  düşdükdən  sonra  onu  öz 

tarixi ilə əlaqələndirməyə, hətta dördüncü xəlifənin (Əlinin - T.B.) Xilafətə keçməsi ilə 

bağlamağa  cəhd  etmişdir.  Lakin  bunun  sonradan  qondarıldığı  şübhəsizdir.  Əvvələn, 

müsəlman  bayramları  qəməri  təqvimə  əsaslandıqları  üçün  ilbəil  öz  yerlərini 

dəyişdirdikləri,  yəni  başqa-başqa  vaxtlarda,  fəsillərdə  icra edildikləri  halda Novruz 

sabit bir şəkildə ancaq və ancaq yazın birinci günü qarşılanır. Elə buna görə də islam 

ruhaniləri güzəştə getməyə məcbur olduqdan sonra belə bu bayramı özlərinin əsil dini 

bayramlarından  fərqləndirməyə  çalışmışlar.  Hətta  məsxərəyə  qoymaq,  hörmətdən 

salmaq,  təhqir  etmək  məqsədi  ilə  onu  topal  bayram,  şikəst  bayram,  yəni  hərəkət  edə 

bilməyən bayram adlandırmışlar"[16]. 

Əgər doğrudan da haqqında danışdığımız bayram dördüncü xəlifə ilə əlaqədar 

olsaydı,  onda  müsəlman  ruhaniləri  həmin  bayrama  qarşı  belə  sözlər  deməyə  cürət 

etməzdilər. Bundan savayı, dördüncü xəlifənin adı ilə bağlı olan ən əlamətdar yadda 

qalan  günlər,  sözsüz  ki,  onun  anadan  olduğu  və  taxta,  yəni  xəlifəliyə  yiyələndiyi 

günlərdir. Məlumdur  ki,  qəməri təqvimlə  bu  günlər hər il  öz  yerlərini dəyişdiyindən 

burada  konkret  gündən  söz  gedə  bilməz.  Miladi  tarixi  ilə  müəyyən  edilmişdir  ki, 

dördüncü  xəlifənin  anadan  olduğu  vaxt  oktyabr,  taxta  çıxması  isə  dekabr  ayındadır. 

Novruz  bayramı  isə  sabit  olaraq  martın  üçüncü  ongünlüyünün  ilk  günlərində  qeyd 

olunur. 


Novruz bayramı barədə yazıçı A.Şaiqin fikirləri də dəyərlidir. O, bayrama mili 

mövqedən  yanaşaraq  onu  ulu  babalarımızın  adət-ənənələri  ilə  əlaqələndirir  və  yazır: 

"Novruz  bayramı  azərbaycanlıların  hələ  islamiyyətdən  əvvəl  keçirdikləri  bayram 

olmuşdur. Hətta Nizami "İskəndərnamə" poemasında Novruz bayramı günü İskəndəri 

qonaq  edən  Nüşabənin  tonqal  qaladığını,  süfrəyə  hər  çeşid  nemət  qoyduğunu  qeyd 

edir.  Lakin  sonralar,  əsrlər  keçdikcə  ruhanilər  və  sərvətlilər  bu  bayrama  başqa  rəng 

verməyə,  onu  dövlətlilərin  zövqünə  xidmət  edən  bir  bayrama  çevirməyə  çalışmışlar. 

Bununla  belə,  bu  bayram  xalqın  fərəhlə  keçirdiyi  bir  bayram  olmuş,  hər  kəs  onu  öz 

imkanı daxilində xoş keçirməyə çalışmışdır"[17]. 

Novruz bayramının dinlərlə, eləcə də dövlətlə əlaqəsi məsələsini M.S.Ordubadi 

də  qeyd  etmişdir.  O,  "Bahar  bayramı"  adlı  məqaləsində  bir  sıra  qiymətli  fikirlə 

bərabər, bunu da demişdir: "Bahar bayramını din və dövlətlə əlaqədar etmək uğrunda 

yürüdülən  fikirlərin  hamısı  müvəffəqiyyət  qazana  bilməyərək,  bir  əfsanə  halında 

qalmışdır. Bahar bayramının üzərinə hökumət bayramı damğası

 

vurmaq istəyənlər boş 



bir əllə meydana çıxmışlar. Onlar bu günü Cəmşidin tacgüzarlıq gününə tətbiq etməyə 

çalışırlar. Lakin bu iddianı heç bir tarixi vəsiqə ilə isbat edə bilmirlər. 

...İlk Bahar bayramının nə islam dini, nə də islamiyyətdən əvvəl mövcud olan 



37 

 

dinlərlə əlaqədar olmadığı, bu bayramın ayrı-ayrı xalqlar arasında çox qədim zamanda 



mövcud olduğu isə sübut olunur. İndi artıq demək lazımdır ki, bu bayram Azərbaycan 

xalqının  milli  və  mənəvi  bayramıdır"[18].  Bu  mənada  yenə  də    M.H.Təhmasibin 

bildirdikləri  diqqəti  çəkir:  "Bəzən  bu  bayramı  atəşpərəstliklə  bağlamağa  da  cəhd 

edirlər.  Düzdür  bu  bayramla  əlaqədar  mərasimlərdə  günəşlə,  odla,  hətta 

mehrpərəstliklə  bağlı  ünsürlər  çoxdur.  Lakin  azacıq  diqqətli  araşdırma  göstərir  ki, 

Novruz  zərdüştilikdən  də  çox-çox  qədim  olmuş,  bu  din  də  islamiyyət  kimi  Novruz 

bayramından ancaq öz məqsədinə uyğun istifadəyə çalışmışdır. 

Doğrudan  da,  Novruz  bayramının  özündə  və  onun  çərşənbələrində  ən  geniş 

yayılmış mərasimlərindən biri tonqal qalamaqdır. Bu vaxt odun üstündən hoppananlar 

"ağırlığım-uğurluğum,  azarım-bezarım  tökülüb"  deyirlər.  Zərdüşt  dininə  görə  isə  od 

müqəddəs hesab olunmuş, ona sitayiş edilmiş, odu üfürməklə söndürmək bağışlanmaz 

günahlardan  sayılmışdır.  Belə  olduqda  Zərdüşt  dininə  qane  olan  kəslər  heç  vəchlə 

müqəddəs  saydıqları  odun  üstünə  "azar-bezarını,  ağırlıq-uğurluğunu"  tökməyə  cürət 

etməzlər. Deməli, buradan belə qənaət yaranır ki, "...mərasimdə odun müqəddəsliyinə 

yox,  azarı-bezarı  yandırıb  məhv  etmək  qüdrətinə  malik  əlamətlər  yaşamaqdadır. 

Başqa  sözlə  deyilsə,  bu  mərasim  atəşpərəstlikdən  çox-çox  qədimdir.  O  dövrdə  od 

müqəddəsləşdirilib məbud dərəcəsinə qaldırılmamışdı". 

Bundan  savayı,  bəlli  olduğu  üzrə,  odla  yanaşı,  mövcudiyyət  üçün  başlıca 

atributlardan  olan  suyu  da  zərdüştilər  müqəddəs  bilmiş,  onu  söyməyi,  murdarlamağı 

günah  saymışlar.  Amma  adamlar  həm  ilaxır  çərşənbədə,  həm  də  Novruz  bayramı 

günündə  sübh  tezdən  axar  su  üstündən  atlanmaqla  "azar-bezarı",  "ağırlıq-uğurluğu" 

tökürlər. 

Ümumiyyətlə, Novruz bayramı ilə bağlı fikirlər deyilənlərlə bitmir. Amma son 

olaraq  bu  qənaət  önə  çəkilir  ki,  Novruz  bayramı  baharın  gəlməsi,  bununla  torpağın, 

təbiətin  canlanması,  yazın  ilk  gününün  qarşılanması  bayramıdır.  Yazın  ilk  günü  isə 

Günəşin  zahiri  hərəkəti  əsasında  yaradılmış  təqvimə  əsaslanır.  Əvvəla  deyək  ki,  Ay-

Qəməri  təqvimi  ili  ilə  Günəş  təqvim  ili  arasında  böyük  vaxt  fərqi  vardır.  Birinci 

ikincidən  ilin  qısa,  uzunluğuna  uyğun  olaraq  on-on  bir,  bəzən  hətta  on  iki  gün  fərq 

verir.  Dini  bayram  və  mərasimlər  (qurban,  orucluq,  məhərrəmlik  və  s.)  qəməri 

təqviminə  əsasən  keçirildiyindən  onlar  hər  il  10-12  gün  arasında  geri  çəkilir  və 

beləliklə, bütün fəsilləri, ayları gəzir. 

Günəş təqvim ilinin isə, bir qayda olaraq, mart ayının 20-22-dən (fevral ayı ilə 

əlaqədar ilin uzun, qısalığından asılı olaraq) başlanmasının isə elmi bazası mütləqdir. 

Bu,  bilavasitə  "...dəqiq  astronomik  hadisəyə  -  Günəşin  dünyanın  cənub 

yarımkürəsindən şimal yarımkürəsinə keçməsinə, gecə-gündüzün bərabərləşməsinə və 

yerin şimal yarımkürəsində astronomik baharın girməsinə uyğun gəlir". 

Bu  cəhət  Azərbaycan  şairlərinin  əsərlərində  də  bu  və  ya  digər  dərəcədə  öz 

əksini tapmışdır. M.Füzuli gecə-gündüzün bərabərliyi ilə yazın başlanmasını, bununla 

da Novruz bayramının yetişdiyini poetik şəkildə belə ifadə etmişdir: 

      Vəslin mənə Novruz gecəsi oldu müyəssər, 




38 

 

Sanki o gecəm gündüz ilə oldu bərabər. 



Bu məsələ A.Səhhətin dediklərində daha dəqiqdir: 

O gün ki, fəsli yaz olar, 

 Gecə, gündüz taraz olar. 

Qədim türk təqviminə əsasən, Günəşin zahiri illik hərəkəti hər on iki ildən bir 

təkrar  eyni  nöqtəyə  düşür.  Bu  vaxt  ildəyişmə  baş  verir.  İldəyişmə  isə  mütləq  bir 

heyvanın  üstündə  olur.  Təqvimdə  bu  heyvanların  sayı  on  ikidir  və  onların  sırası 

belədir: siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun, toyuq, donuz. Bu 

təqvim  sonralar,  xüsusilə  Yaxın  Şərq 

ölkələrində  geniş  yayılmış  və  buralarda  ilin 

necə  -  yaxşımı,  pismi  olacağı  adlandırıldığı 

heyvanın  xüsusiyyəti  ilə  əlaqələndirilməyə 

cəhd edilmişdir. Misal üçün, siçan gəmiricilər 

fəsiləsinə  daxil  olduğundan  elə  zənn  olunub 

ki,  il  siçan  üstündə  tamam  olanda  adamlarda 

da  bir-birinə  qarşı  soyğunçuluq,  talançılıq 

hissləri  güclənər.  Öküz  işlək  heyvan 

olduğundan  onun  üstündə  təhvil  olan  ildə 

adamlarda  əməyə,  zəhmətə,  qurub-yaratmağa 

meyil 

artar. 


Dovşan 

qorxaq 


heyvan 

sayıldığından  onunla  bağlı  ildə  adamlar  bir-

birindən hüşənər, ehtiyatlı olmağa çalışarlar. Pələngin yırtıcı heyvan olması heç kəsdə 

şübhə  doğurmadığından  onun  üstündə  təhvil  olan  ildə  adamlarda  da  bu  xüsusiyyət 

özünü  büruzə  verər.  İlan  ilində  insanlar  diliacı  olarlar.  Sözsüz  ki,  ilin  adı  çəkilən 

heyvanlarla  əlaqələndirilməsi  mifoloji

 

görüşlərlə  də  bağlıdır.  Belə  ki,  qoyun  ilində 



insanların  bir-birilə  mehriban,  həlim  xasiyyətli  olacağı  düşünülüb.  Burada  belə  bir 

suala cavab verməyə çalışaq ki, ilin təhvilinə nə üçün qoyun seçilibdir? 

Əvvəla  onu  deyək  ki,  qoyunçuluq  təsərrüfatının  əhəmiyyəti  insan  həyatında

 

həmişə dəyərli mövqedə olub. Əbəs yerə deyilmir ki: 



     Qoyunlu evlər gördüm, 

Qurulu yaya bənzər. 

       Qoyunsuz evlər gördüm, 

   Qurumuş çaya bənzər. 

Yaxud  "Qoyunun  oldu  on,  gey  qırmızı  don",  "Qoyunun  oldu  əlli,  adın  oldu 

bəlli", "Qoyunun oldu yüz, süd gölündə üz", "Qoyunun oldu min, köhlənini min" və s. 

Qoyunçuluq  təsərrüfatı  ilə  bağlı  oxunan  sayaçı  nəğmələrində  qoyunun  Adəm 

peyğəmbərdən qalması nəzərə çatdırılır: 

      

Bu saya kimdən qaldı? 



Adəm atadan qaldı. 

Adəm ata gələndə, 




39 

 

  Musa çoban olanda. 



  Qızıl öküz duranda, 

  Qızıl buğda bitəndə, 

      Dünya binnət olanda... 

Nəğmədə  Musa  peyğəmbərin  adı  çəkilməsi  də  təsadüfi  deyil.  Mənbələrin 

verdiyi xəbərə görə, peyğəmbərin hər biri müəyyən canlılara hami sayılmışdır. Misal 

üçün,  Nuh  peyğəmbər  göyərçinin,  Yunus  peyğəmbər  balığın,  Süleyman  peyğəmbər 

qarışqanın,  Musa  peyğəmbər  qoyunun  hamisi  sayılmışdır.  "Kəlimullah"ın  mənası 

"Allah  ilə  danışan"  deməkdir.  "Quran"ın  "ən-Nisa"  surəsində  Musa  peyğəmbərin 

"Kəlimullah"lığı barədə ayrıca ayə vardır. Bu surənin 163-cü ayəsində Nuha və ondan 

sonrakı  peyğəmbərlərə  -  İbrahimə,  İsmayıla,  İshaqa,  Yəquba

 



 



onun  övladlarına, 

İsaya, Əyyuba, Yunusa, Haruna, Süleymana  Allah-taalanın vəhy göndərdiyindən söz 

açılır  və  bundan  sonrakı  164-cü  ayədə  deyilir:  "Allah  Musa  ilə  sözlə  (arada  heç  bir 

vasitə  olmadan)  danışdı",  peyğəmbərliyə  çatmamışdan  öncə  Şüeyb  peyğəmbərin 

qoyunlarını  otarırmış.  Şüeyb  peyğəmbərin  adı  isə  bizim  sayaçı  sözlərimizdə  belə 

qorunub qalmışdır:  

  Nənəm, a qızıl qoyun, 

Yollara düzül qoyun. 

 Şuqayıbdan qalmısan, 

  Qalasan yüz il qoyun. 

Nəğmədəki  "Şuqayıb"  bilavasitə  islamdan  öncə  yaranmış  "Şu"  dastanı  ilə 

bağlıdır. Bəlli olduğu üzrə, Şu  miladdan qabaq dördüncü  yüzillikdə  yaşamış və  türk 

tayfalarından olan "Qay"ın hökmdarı olmuşdur. "Qay" isə o tayfadır ki, "Kitabi-Dədə 

Qorqud"un ilk səhifəsində bu haqda deyilir: "Axır zamanda xanlıq gerü - Qayıya dəgə, 

kimsənə  əllərindən almıya.  Axır zaman olub qiyamət qopunca".  Yəni  nə  tövr olursa 

olsun,  son  olaraq  hakimiyyət  Şunun  basçılıq  etdiyi  Qay  tayfasının  əlində  qalacaq. 

Bunu  da  bilməliyik  ki,  İskəndər  Zülqərneyn  Türküstana  qoşun  yeritdiyi  vaxt  türk 

ordusuna  həmin  Şu  başçılıq  etmişdir.  Çox  güman  ki  Şüeyb  Şunun  "Quran"dakı 

prototipidir.  Bütün  bu  deyilənlər,  zənnimizcə,  türk  təqvimində  qoyunun  da  yer 

almasına yol açmışdır. 

Səməd Vurğun poemalarının birində yazıb ki: 

 Axır çərşənbədir... İl tamam olur, 

Bu il kənd içində danışır hamı - 

      At üstə gəlmişdir Novruz bayramı - 

      Qulunlu at üstə... Bu bir muraddır. 

    Qocalar deyir ki, bolluq keçəcək, 

Torpaq su yerinə şərbət içəcək. 

Odur ki, hamının ürəyi şaddır, 

Hamının arzusu, ümidi gülür, 

              Üzündən, gözündən nurlar tökülür[19]. 

"Kitabi-Dədə  Qorqud"da  çox  yüksək  dəyərləndirilən  at  haqqında  deyilir:  "At 



40 

 

ayağı  kölük,  ozan  dili  çevik  olar",  "Şərp  yüyürkən  Qazılıq  ata  namərd  igid  minə 



bilməz,  minincə  minməsə  yey",  "At  yeməyən  acı  otlar  bitincə  bitməsə  yey",  "Ər 

ağırın, ər yünüsün at bilər" və s. Folklorumuzun arxaik janrlarından olan və bilavasitə 

müşahidələr  əsasında  formalaşan  sınamalarda  deyilir  ki,  "Yuxuda  at  görsən,  murada 

çatarsan",  "Axır  çərşənbə  atın  gövşədiyini  görən  kimsə  həmin  anda  nə  arzu  etsə, 

yerinə yetər", "Qapısına at nalı vurduran arzusuna qovuşar", "At olan yerə şər ruhlar 

gəlməz",  "Quru  at  kəlləsini  bağ-  bostanda  bir  payaya  keçirsən  məhsul  bəd-nəzərə 

gəlməz" və s. Yenə də elə inama görə, gəlin köçən qızın paltarına at yalından kəsilmiş 

tük tikilərsə, qədəmləri düşümlü, özü xoşuğur olar. Yaxud gəlinin uşağı olmayanda da 

o,  çilləyə  düşmüş  bilinmiş  və  çilləni  götürmək  üçün  donuna  ağ  rəngli  at  tükü 

tikilərmiş[20].  İnama  görə,  uşağı  olmayan  gəlini  ata  evinə  aparar,  onu  uşağı  olmuş 

başqa gəlinin mindiyi ata mindirib təzədən ər evinə gətirərmişlər. Bununla da gəlinin 

çillədən qurtarıb uşaq anası olacağına inanarmışlar. Bu yön öz izlərini bir bayatıda da 

saxlamışdır: 

   Mən aşiq ata mindim, 

   Atlandım, ata mindim. 

Bala həsrətli canım, 

  Təzədən ata mindim. 

Bu  da  deyilir  ki,  üstündə  at  tükü  gəzdirənə  şər  qüvvələr  yaxınlaşa  bilməz, 

belələrini ilan sancmaz. 

Hətta  Günəş,  Ay  tutularkən  də  adamlar  atın  köməyinə  arxalanmışlar.  A.Şaiq 

yazır  ki,  Ay  tutulanda  arvadlar  kəsilmiş  atın  quyruğunu  uzun  bir  payanın  ucuna 

bağlayıb havada o tərəf-bu tərəfə yellədə-yellədə "kişə, kafir, kişə" - deyə-deyə haray-

həşir salırlar. 

Nağıllarda  da  atın  qəhrəmanı  xoşbəxtliyə,  uğura  çatdırmasına  dair  misallar 

çoxdur.  "Qırx  Qönçə  xanım"  adlı  Azərbaycan  nağılının  qəhrəmanı  yuxuda  görür  ki, 

"...bir at dayanıb qapıda, buna deyir ki, gəl mənnən gedək, axırın xoşbəxtlikdir. Oğlan 

yuxudan ayılıb...eşiyə çıxanda gördü ki, doğrudan da eşikdə at dayanıb. At dilə gəlib 

dedi:  -  Ay  oğlan,  min  belimə,  bərabər  gedək,  səni  elə  bir  yerə  aparacağam  ki,  orada 

xoşbəxt olacaqsan". 

Nağıldakı  hadisələrin  sonrakı  gedişi  boyunca  bütün  çətinliklər  bilavasitə  atın 

köməyi ilə həll olur və sonda oğlan istəyinə qovuşur. Göründüyü kimi, nağıl, nağılçı 

təfəkkürü atı uğur və xoşbəxtlik gətirən qeyri-adi qüvvə hesab edir ki, bu da atın ilkin 

ibtidai  çağlardan  üzü bəri türk etnocoğrafiyası daxilində  yerinə  yetirdiyi çoxsaylı  və 

çoxyönlü tarixi-mədəni funksiyalarla əlaqədardır. 

Atın  "Koroğlu"  eposunda  olduğu  tək,  su  ilə,  dərya  ilə  əlaqəsi,  hətta  sudan 

törəməsi,  Xızıra  məxsus  olması  barədə  də  xalq  yaradıcılığı  örnəklərində  xəbərlər 

vardır. Bəllidir ki, əsatiri mifik obraz olan Xızır baharla, yaşıllıqla, həmçinin yağışla, 

su ilə bağlıdır. Ovsun nəğmələrində də bunun mifoloji izlərini görürük. Misal üçün, il 

qaranlıq keçəndə yağış yağdırmaq istəyində olanlar bir çox digər ayinlərlə yanaşı, atı 

da axar su üstə gətirib onu islada-islada, üstünə su səpə-səpə: 




41 

 

Xızır baba, su gəti, 



     Yoxsa vermərəm atı, - 

deyə  ovsun  nəğməsi  oxuyurmuşlar.  Əlbəttə,  buradakı  "su"  deyimi  yağış 

mənasındadır. Etiqada görə, at Xızırındır və  nə qədər ki, su ilə isladılır, bu ata  minə 

bilməz. O, ata sahib durmaq üçün mütləq yağış gətirməlidir. 

 

Atla bağlı sınamalardan biri Novruz bayramı ilə, bilavasitə ilin təhvil olması ilə 



bağlıdır. Bəllidir ki, at gövşəməyən heyvandır. Amma mif və əfsanələrdə deyilir ki, at 

ildə  bir  kərə  -  köhnə  ilin  qurtarıb  yeni  ilin  başlandığı  vaxt  gövşəyir.  Bu  da  öz 

növbəsində "Atın göyşədiyini görən adam o anda nə arzu etsə yerinə yetər" sınamasını 

yaratmışdır. Doğrudan da, bir əfsanədə deyilir: "Yoxsul ər-arvad ilin son gecəsi yekə 

bir daşı qucaqlarına alıb tövləyə gəlir və atın gövşəməsini gözləyirlər. Gecədən xeyli 

keçmiş  at  gövşəməyə  başlayır.  Bunu  görən  arvad  əlini  tez  arxaya  ataraq  "Bu  qızıl 

olsun!"  -  deyir.  Geri  baxanda  görür  ki,  əri  dönüb  qızıl  olub.  Sən  demə,  o,  əlini  daşa 

yox,  ərinə  vurubmuş.  Amma  arvad  çoxbilən  imiş.  Ərini  gətirib  gizləyir,  sirri  də  heç 

kəsə  açmır.  Uşaqlarına  da  deyir  ki,  atanız  uzaq  səfərə  gedib.  Amma  arvad  çətinliyə 

düşür.  Təkbaşına  uşaqları  dolandıra  bilmir.  Odur  ki,  qızıla  çevirdiyi  ərinin  çeçələ 

barmağını  kəsib  çörək  pulu  eləyir.  Gün  keçir,  ay  dolanır,  yenə  ilin  son  gecəsi  gəlib 

yetişir.  Arvad  qızıla  dönmüş  ərini  gizlətdiyi  yerdən  götürüb  tövləyə  gətirir.  At 

gövşəyəndə:  -  Bu  adam  olsun!  -  deyərək  əlini  qızıla  vurur.  Bununla  da  o  yenidən 

adama çevrilir. Ancaq onun çeçələ barmağı olmur". 

Ata müsbət münasibət atalar sözlərində də öz əskini tapıb: "At yeriməklə, insan 

bilməklə", "At ölər meydan qalar, igid ölər ad-san qalar", "At igidin yaraşığıdır" və s. 

Belə təsəvvürlər tək türk xalqlarının, o sıradan azərbaycanlıların yox, digər xalqların 

görüşlərində də qədərincədir. Güman ki, bu təsəvvür və görüşlər atın on iki heyvandan 

biri olaraq təqvimdə özünə yer almasına yol açmışdır. 

İlin  xoruz  üstə  təhvil  olması  da  əski  inamlarla  bağlıdır.  Zərdüştün 

"Avesta"sında  "Pəridar"  adlanan  xoruz  Hörmüzdün  yaratdıqlarından  sayılır  və 

xeyirxah qüvvələrdən olub səhərin açılmasını, danın zülmətlə vuruşda qələbəsini, yəni 

işığın  Əhrimən  güruhu  qaranlıq  -  şər  üzərindəki  üstünlüyünü  xalqa  xəbər  verir.  Bu 

gün dilimizdə işlənən "Xoruz olmasa sabah açılmaz" ifadəsinin ilkin anlamı da əslində 

bu əqidə, inamla bağlı olubdur. "Vaxtsız banlayan xoruzun başını kəsməsən evdə ölən 

olar" sınamasının kökü də, güman ki, "Avesta" ilə bağlıdır. "Avesta"ya  görə, arxada 

xatırlatdığımız  kimi,  cahanda  ilk  insan  və  hökmdar  olan  Kəyumərsin  oğlu  Huşəngi 

divlər öldürür. Kəyumərs oğlunun intiqamını almağa yollanarkən bir ağ xoruzla qara 

ilanın  vuruşduğunun  və  xoruzun  həm  də  tez-tez  banlamasının  şahidi  olur.  Kəyumərs 

ilanı  öldürür,  xoruzun  banlamasını  isə  uğurun  başlanğıcı  tək  dəyərləndirib  onu 

iqamətgahına gətirir. Xoruz həmişə sübh çağı banlayıb səhərin açılmasını xəbər verir. 

Kəyumərs xəstələnir, xəstəlik, ölüm isə "Avesta"da Əhrimən tərəfindən törədilmişdir. 

Və  belə  axşamların  birində  xoruz  banlayır.  Xoruzun  vaxtsız  banlaması  adamları 

təəccübləndirir.  Çünki  axşamın  özü  də  şər  qüvvələrin  əməli  sayılır.  Adamlar  gəlib 

görürlər ki, Kəyumərs ölüb. Bunun səbəbini xoruzun axşam, yəni şər vaxtı banlaması 



42 

 

hesabına  olduğunu  zənn  etmişlər  və  əvvəl  onun  başını  kəsmişlər.  Sözsüz,  bu  da 



"Vaxtsız  banlayan  xoruzun  başın  kəsərlər"  sınamasını  formalaşdırmışdır.  Xoruzla 

bağlı  söhbətin  "Xoruz  olmasa  sabah  açılmaz",  -  məqamı  ildönüm  təqviminə  daha 

münasib görünür. 

Əlbəttə,  illərin  heyvanlar  üstündə  təhvil  olması  bir  çox  baxımdan  maraqlı 

görünə  bilər.  Amma  bütün  bunlar,  sözsüz  ki,  ibtidai,  mifoloji  təsəvvürlərlə  bağlı 

çağların məhsuludur. Amma bu da var ki, deyilənlərin elmi həqiqətə uyğunluğu azdır. 

Bu  adlar  təsadüfi  səciyyə  daşımaqdan  da  özlərini  qoruya  bilmişlər.  Misal  üçün, 

monqolların təqvimindəki "əjdaha" sonralar "balıq"la əvəz edilmişdir. 

Beləliklə,  yazın  ilk  günü,  bahar  fəslinin  başlanması  şərəfinə  keçirilən  Novruz 

bayramını,  yəni  təbiətin  bütövlükdə  oyanması,  canlanması  bayramını  azərbaycanlılar 

bütün zamanlarda təntənəli mərasim olaraq qeyd etmişlər. Arxada da  qeyd etdiyimiz 

kimi, ev, ailə Novruz bayramına on azı bir ay qalmış geniş hazırlıq işləri görür. 

İlk  hazırlıq işi evi təmizləmək və səliqə-sahmana salmaqdan ibarətdir. Odur ki, 

ev-eşik  silinib-süpürülür,  yır-yığış  edilir,  ağardılır,  rənglənir.  Paltar,  ev  əşyaları 

yuyulub  təmizlənir,  qız-gəlinlər  xalça-palazı  yığışdırır,  açıq  havaya  çıxarır,  toz-

torpağını  çırpır,  günə  verirlər.  Həyətlərdə,  bağ-bağçalarda,  küçələrdə  abadlıq  işləri 

aparılır, uçuq-sökük yerlər təmir olunur. Hər tərəf başdan-başa çilçıraq olur. El-obada 

buna "evatdı" deyərlər. Hamı üçün təzə paltar tikməyə, almağa cəhd göstərilir. Qızlar, 

gəlinlər bayramqabağı biçilmiş Baharı adlı al-qırmızı don geyirlər. 

Deyilənlərin  bəzi  məqamları  böyük  Azərbaycan  şairi  M.Şəhriyarın 

"Heydərbabaya salam" əsərində də öz poetik ifadəsini tapmışdır: 

     Bayram olub, qızıl palçıx əzərlər, 

Naxış vurub otaqları bəzərlər, 

  Taxçalarda düzmələri düzərlər, 

Qız-gəlinin fındıqçası, hənası, 

    Həvəslənər anası, qaynanası[21]. 

İlsonu  çərşənbələrdə  olduğu  tək,  Novruz  bayramı  axşamında  da  tonqal 

yandırılır  və  ailə  üzvləri  tonqalın  üstündən  hoppanmaqla  köhnə  ilin  ağırlığından 

çıxırlar. 

Novruz  bayramı  tonqalı  qonşular  tərəfindon  yaslı,  təziyəli  olanların  həyətində 

də  yandırılır.  Yaslı  olanlar  özləri  həyətlərində  tonqal  yandırmır.  Çünki  bu  bayram 

onlar  üçün  "qara  bayram"  sayılır.  Buna  görə  də  qonşular  belə  həyətlərdə  Novruz 

tonqalı  yandırmaqla  təziyədarları  yasdan  çıxarırlar.  Yeni  ilə  qəmli,  kədərli  getmək 

olmaz. Əks halda onlar ilboyu uğursuzluqdan qurtarmazlar. 

Novruz  bayramı  axşamının  tonqalında  üzərlik  yandırmaq  adəti  də  vardır. 

Tonqal  sönənə  yaxın  odun  içinə  üzərlik  atıb  deyilir:  "Ocağıma  əyri  baxanın  gözləri 

partlasın,  özü  yanıb  çatlasın".  Yandırılmış  üzərliyin  tüstüsü  ev-eşiyə,  mal-qaraya, 

qoyun-quzuya da verilir ki, salamatlıq olsun. 

Məşğuliyyəti  maldarlıq,  qoyunçuluq  təsərrüfatı  olan  qədim  azərbaycanlı  öz 

heyvanlarının  salamatlığı  üçün  onlara  yalnız  Novruz  bayramı  tonqalının  tüstüsünü 




43 

 

verməklə  kifayətlənməmişdir.  O,  ayrı  vaxtlarda  da  heyvanlarına  göz  dəyməsin, 



bədnəzərdən  qorunsun  deyə  buynuz  və  boyunlarından  içində  üzərlik  olan  balaca 

 

torbacıq  asır.  Süd  verən  inəklərin,  qoyunların  yelinləri,  əmcəkləri  şişəndə  onların 



nəzərə gəlməsi düşünülür. Bunlara da üzərlik tüstüsü verməklə nəzərin yandırılmasına 

inanılır. 

 Göz  qaytarmaqdan,  nəzər  sındırmaqdan,  xata-balanı  uzaq  eləməkdən  ötrü 

üzərlik  yandırmaq  adətinin  çox  qədim  kökləri  vardır.  Bu  etiqad  haqqında  antik 

müəlliflərin  əsərlərində,  N.Gəncəvinin  "İskəndərnamə"  poemasında  da  müfəssəl  söz 

açılmışdır.  Poemadakı  "Hindli  həkimin  İskəndərlə  söhbəti"  hekayətində  həkim 

İskəndərə    gözdəymə  və  gözdəymənin  qarşısını  alan  üzərlik  barədə  də  sual  verir. 

İskəndər də cavabında bildirir ki, nəzər havadan keçərək nəinki insana, ümumiyyətlə, 

hər şeyə dəyir. Hava təmiz olarsa, nəzərin təsiri olmaz. Bundan başqa, nəzərdə yalnız 

bəd-nəzəri günahkar saymaq düz deyil. Burada nəzərə gələnin də təqsiri vardır: 

Bədnəzər özü tək eləməz təsir, 

 Səbəbkar - qarşıda cilvələnəndir. 

Şair  İskəndərin  dili  ilə  nəzərəgəlmənin  əlaməti  və  bədnəzərin  tanıdılması 

haqqında da məlumat verir: 

Birinə bədnəzər dəyərsə əgər, 

  Dəyişər əhvalı, tez-tez əsnəyər. 

 Bədnəzər olarsa əgər bir insan, 

    Alnı hərarətdən tərlər çox zaman. 

                    Bu iki əlamət aydın göstərər: 

          Kimdir gözə gələn, kimdir bədnəzər. 

Gözdəyəni  yalnız  üzərlik  yandırıb  tüstüsünü  ona  verməklə  bəladan  qurtara 

biləcəyinin sirrini də şair poemada açmışdır: 

  Üzərlik yananda tüstüsü gedir, 

Qara pərdə kimi tutur havanı. 

       Qaytarır, rəf edir gələn bəlanı[22]. 

Sonrakı çağlarda da nəzərə gələni, xüsusən uşaqları üzərlik yandırıb tüstüsünə 

verməklə  sağaltmanın  mümkünlüyünə  güclü  inam  olub.  Bu  cəhət  özünü  üzərliklə 

bağlı  ovsun  nəğmələrində  də  qorumuşdur.  Kimsənin,  daha  çox  uşaqların  nəzərə 

gəldiyi  bilinəndə  üzərlik  yandırılır,  tüstüsü  nəzərə  gələnə  dəydikdə  belə  ovsun 

nəğmələri oxunulur: 

    Üzərliksən, havasan, 

       Minbir dərdə davasan. 

   Balama göz vuranın 

Gözlərini ovasan. 

 

 

  Üzərlik dana-dana, 



    Ocaqdan götür sana. 


44 

 

Nəzəri bəd olanın 



  Gözləri odda yana. 

Üzərliklə  bağlı  bu  deyilənlər  onun  Novruz  tonqalında  da  nə  üçün  yandırılma 

səbəbini aydınlaşdırır. 

Novruz  bayramının  sayılan  adətlərindən  biri  də  qurşaqsallama,  yaxud 

papaqatmadır.  "Qurşaqsallama"nın  "papaqatdı"ya  çevrilməsi  məişət  tariximizdəki 

yaşayışla - bina, evtikmə ilə bağlıdır. 

Evlərin  torpaqla  örtülmüş  damı  hamar  olur.  "Tatı"  adlanan  bu  cür  evlərin 

damının  düz  ortasında  bacalar  açılıb.  Həm  də  kənd  yerlərində  bu  evlər  bir-birinə  o 

qədər sıx, hətta  bitişik tikilibmiş ki,  bir dama  çıxanda  bütün evləri damüstü  gəzmək 

mümkün olurmuş. Tədrici inkişaf, yəni tatı evləri kirəmitli, şiferli evlərin əvəz etməsi 

qurşaqatma,  qurşaqsallamanı  da  damdan  aşağı  -  qapıya  endirib  -  "papaqatdı"ya 

çevirib. 

Qurşaqsallamada,  papaqatmada  "Xıdır  nəbi"  mərasimində  olduğu  kimi,  daha 

çox  uşaqlar,  cavanlar  iştirak  edirlər.  Onlar  qaranlıq  düşəndə  evləri  gəzib  damın 

bacasından qurşaq - şal sallayır, qapıdan evin içinə papaq, dəsmal atırlar. Evdə olanlar 

da  gələnləri  qovurğa,  boyanmış  yumurta,  alma,  armud,  ərik,  gavalı  qurusu,  cürbəcür 

bişmiş  və  şirniyyat  payı  ilə  yola  salırlar.  Qurşaqsallama  adətinin  bir  xüsusiyyəti 

M.Şəhriyarın "Heydərbabaya salam" əsərində təsvir olunub: 

                                       Bayram idi, gecəquşu oxurdu, 

 Adaxlı qız bəy corabın toxurdu, 

     Hər kəs şalın bir bacadan soxurdu, 

    Ay nə gözəl qaydadı şal sallamaq, 

     Bəy şalına bayramlığın bağlamaq. 

 

      Şal istədim mən də, evdə ağladım, 



   Bir şal alıb tez belimə bağladım, 

    Qulamgilə qaçdım, şalı salladım, 

   Fatma xala mənə corab bağladı, 

       Xan nənəmi yada salıb ağladı[23]. 

Novruz bayramı gecəsində qurşaqsallamanın bir maraqlı növü də vardır. İstək, 

sevgi  gecəsi  də  adlanan  bu  gecədə  cavan  oğlanlar  sevdikləri  qızlar  olan  evlərin 

bacalarından  salladıqları  qurşaqların  ucuna  dəsmal  bağlayırlar.  Qız  və  qızın 

valideynləri o saat mətləbi başa düşürlər. Əgər bu işə razılıq varsa, dəsmalı qurşaqdan 

açıb  qızın  qoluna  bağlayırlar.  Yox,  əgər  razı  deyillərsə,  dəsmala  bayram 

nemətlərindən qoyub qurşağa bənd edərək geri qaytarırlar. 

Nişanlı  qızlara  oğlan  evi  tərəfindən  bayrampayı      aparmaq    da  Novruzun 

tanınan, qiymətləndirilən adətlərindəndir. Digər bayramlarda da oğlan evindən nişanlı 

qız  üçün sovqat  aparılır.  Amma  Novruzda  daha  təmtəraqlı, sovqatların  sayı  və  növü 

çox  olur.  Həm  də  cəhd  edilir  ki,  bu  sovqatların  arasında  acılıq  gətirən  nəsnələr 

olmasın. Belə etməsən, deyərlər ki, qız gəlin gələndən sonra acıdil olar. 



45 

 

Novruz bayramı axşamında köhnə ilin tamam olması və təzə ilin başlanmasına 



bir neçə saat qalmış bayram süfrəsi açılır. Bu süfrə uyğun olaraq, həm "təhvil süfrəsi", 

həm də "yeni il süfrəsi" adlanır. 

Novruz  süfrəsinə  məhz  bu  bayramla  bağlı  bişirilmiş  nə  varsa,  hamısından 

düzülür.  Süfrəyə  Novruzun  əsas  atributlarından  sayılan,  çevrəsinə  evdəkilərin  sayı 

qədər  şam  düzülmüş  bahar  rəmzi  səməni,  nemətlərlə  dolu  xonça  qoyulur.  Su  dolu 

piyalə,


 

güzgü, qızıl əşya da süfrədə mütləq olur. 

Bir  sıra  müəlliflərin  məlumatlarından,  həmçinin  ədəbiyyat  materiallarından 

aydın olur ki, ilin təhvil olmasını bilməkdən ötrü süfrənin ortasına qab dolu su qoyub 

içinə xırda balıq (balıqların sayı üçdən az olmur) buraxırlar. Göz qoyurlar. Balıq qabın 

dibindən quyruğu üstə düz qalxıb suyun üzünə burun vurunca köhnə ilin qurtarıb təzə 

ilin başlandığı bilinərmiş. Bu münasibətlə toplardan yaylım atəşi açardılar. Nağaralar 

gumbur-gumbur gurlayardı. Şeypur, təbil səsləri yüksələrək, yeni ilin gəldiyi xəbərini 

yayardılar. Atəşfəşanlıq başlanardı. Elə ona görə də "Novruzun topu atılan" vaxta "il 

təhvil  oldu"  deyərdilər.  "Novruzun  topu  atıldı"  –  deyə  hamı  yeni  ilin  başlanması 

münasibətilə  bir-birini  təbrik  edərmiş.  Bayramın  bu  məqamı  xalqımızın  adət-

ənənəsini, ayin-mərasimlərini, inam-etiqadlarını dərindən bilən və bu bildiklərini həm 

də  bədii  yaradıcılığında  əks  etdirən  Y.V.Çəmənzəminlinin  "İki  od  arasında" 

romanında, demək olar ki, bütün incəliyi ilə təsvir olunmuşdur: "Qazı il təhvilinə beş 

dəqiqə qaldığını elan etdi. Hamı özünü şad göstərməyə çalışdı. Xalq adətincə, yeni il 

hansı bir əhvali-ruhiyyə ilə qarşılansaydı, eyni əhvali-ruhiyyə ilin sonuna qədər davam 

edərdi.  Odur  ki,  üzlər  gülümsəyir,  qəmi,  dərdi  unutmağa  çalışırdılar,  gözlər  süfrəyə, 

bolluğa  və  gül-çiçəyə dikilirdi... Bir-iki dəqiqə davam edən dərin sükutu top atəşləri 

pozdu: il dəyişilirdi"[24]. 

Elə  Novruz  süfrəsində  ailə  üzvlərinin  adına  düzülmüş  şamlar  da  köhnə  ilin 

ömrünü  başa  vurduğu,  təzə  ilin  daxil  olduğu  an  yandırılır.  Cəhd  olunur  ki,  süfrənin 

künc  tərəflərində  kimsə  oturmasın.  Etiqada  görə,  evin,  ocağın  ruhları  da  bu  axşam 

gəlib küncdən yaxınlaşaraq süfrədəki nemətlərdən dadırlar. Onların qarşısı kəsildikcə 

isə küsüb geri qayıdırlar. İncidiklərindən öz ocaqlarına ziyan gətirə bilərlər. 

Novruz bayramı gecəsinin sabahısı, çərşənbələrdə olduğu kimi, axar su üstünə 

gedilir, ayinlər icra edilməklə köhnə ilin ağırlıq-uğurluğundan xilas olurlar. Axşamdan 

boş  saxladıqları  qabları  yeni  il  suyu  ilə  doldurub  aparırlar.  Evdə  qalanların,  pal-

paltarın,  yorğan-döşəyin,  həmçinin  mal-heyvanın,  bağ-bostanın,  əkinəcək  yerlərin 

üstünə bu yeni il suyundan səpirlər. Bu mübarək sudu, - deyirlər. Bununla da il boyu 

özlərinin  salamat-sağlam  olacaqlarına,  bağ-bağatın,  əkinəcəyin,  mal-qaranın 

məhsuldarlığına  inanırlar.  İnanırlar  ki,  oğul-uşaq  böyütmüş  bir  qadın  hamıdan  tez 

gedib  yeni  il  suyu  gətirsə,  bu  sudan  aşağı  olmayanlara  içirsə,  onlar  da  övlad  anası 

olarlar və s. 

Suya belə inama arxalanmanın əsas səbəblərindən biri suyun varlığı təmin edən 

başlıca vasitələrdən olmasıdır. Susuz yaşayışın olacağı mümkün deyil. Elə bunun özü 

azərbaycanlılarda  suya  ehtiramla  yanaşmaq,  onu  qorumaq  inamı  yaratmışdır.  Əbəs 




46 

 

yerə  deyil  ki,  ta  əski  çağlardan  suya  ruhun  əksetdiricisi  kimi  baxılmış,  bəd,  qorxulu 



yuxu sınsın deyə suya, yəni suda əks olunan ruha danışılmış, səfərə yollananın, yola 

çıxanın  işi  uğurlu  olsun  deyə  arxasınca  su  səpilmiş,  suyu  söymək,  murdarlamaq  ən 

böyük  günahlardan  bilinmişdir.  İnsanlara  "Sucan  ömrün  olsun",  "Su  kimi  əziz  ol", 

"Sularınız  axarlı-baxarlı  olsun",  "Suyun  kəsilməsin"  –  deyə  alqış  söylənilmiş,  "Su 

haqqı"  -  deyə  ona  and  içilmiş,  "Su  dirilikdir",  "Su  olan  yerdə  abadlıq  olar",  "Su 

murdarlıq  götürməz",  "İlanı  da  su  içəndə  öldürməzlər"  və  s.  nəsihətlər  deyilmişdir. 

Xalq  inam  və  etiqadlarında  su  canlı,  deyiləni  eşidən,  başa  düşən  zənn  olunmuşdur. 

"Kitabi-Dədə  Qorqud"da  Salur  Qazan  evinin  kimlər  tərəfindən  talan  edildiyini 

öyrənmək üçün "Su Haq didarın görmüşdür, mən bu suyla xəbərləşim" - deyir. Onun 

sorğusunun sonundakı: 

 Ordumun xəbərin bilirmisən degil mana! 

Qara başım qurban olsun, suyum sana! - 

müraciəti,  ümumiyyətlə,  Oğuzlarda  suyun  doğrudan-doğruya  canlı  bilinməsi 

fikrini reallaşdırır. Əlbəttə, su ilə əlaqədar istənilən qədər nümunələr göstərmək olar. 

Və bu nümunələrin əksəriyyətində, elə "Kitabi-Dədə Qorqud"da da deyildiyi kimi, su 

Tanrı  üzü  görmüş  sayılır.  Ona  görə  də  o,  müqəddəs  hesab  olunur.  Bu  deyilənlər, 

sözsüz  ki,  Novruz  bayramında  da  suya  qayğı-sayğı,  ehtiramla  yanaşmağa,  onun 

köməyinə  sığınmağa inamı artırmışdır. 

Novruzun gəldiyi gün xalq böyük meydanlara, bazar meydanlarına toplaşaraq 

əvvəlcədən hazırlanmış müxtəlif növ mərasimlər keçirir, el şairləri və aşıqlar Novruz 

bayramına  ithaf  etdikləri  şeirlərini  söyləyir,  musiqiçilər  könülləri  şad  edən,  necə 

deyərlər,  "sümükləri  dingildədən"  məzəli,  məlahətli  el  havaları  çalır,  cavanlar  milli 

xalq geyimlərində bu havaların sədaları altında quş kimi süzərdi. 

Xan  çinarlardan,  əzəmətli  palıdlardan  yelləncəklər  asılar,  uşaqlar,  cavanlar 

yellənərdilər  ki,  çillədə  qalmasınlar.  Açıqlıqlarda  "dirədöymə"  oyunundan  ötrü 

cızıqlar çəkilər. Bir də görürdün baharın vurğunu olan uşaqlar hərəsi qarğıdan bir "at" 

düzəldib, o tərəfə-bu tərəfə çaparaq Günəşi səsləyirlər: "Gün buralara, kölgə dağlara, 

gün buralara, kölgə dağlara". "Bənövşə, bəndə düşə", "Çilingağac", "Aşıq-aşıq", "Beş 

daş",  "Mərə-mərə",  "Ənzəli",  "Qayışdöydü",  "Topaldıqaç",  "Papaqaldıqaç", 

"Baharbənd" və s. uşaqların sevimli oyunlarından olub. 

Maraqlı  tamaşalardan  biri  də  kəndirbazlıq  idi.  Kəndirbazlıqla  peşəkarlar 

(kəndirbazlar)  məşğul olurlar. Kəndirbaz, bir qayda  olaraq, xüsusi geyimdə  kəndirin 

üzərində  zurnaçılar  dəstəsinin  və  nağaranın  müşayiəti  ilə  rəqs  edir,  kəndirin  bir 

tərəfindən  digər  tərəfinə  gedir,  atılıb-düşür,  müxtəlif  oyunlar  göstərir,  tamaşaçıları 

əyləndirir. 

Tarixi və ədəbi qaynaqlara istinad edərək deyə bilərik  ki,  Novruz bayramında 

oyun və əyləncələrin içərisində zorxanalar daha təmtəraqlı görünərdi; səməni, bayram 

xonçaları  ilə  bəzədilər,  hər  tərəf  məşəllərlə  işıqlandırılardı.  Zorxanalarda  pəhləvanlar 

qara zurnanın güc, qüvvət, döyüşkənlik, yenilməzlik aşılayan zil səsi, zərb alətlərinin 

gur sədası altında meydanda gəzər, cavanları güləşə (qurşaqtutma) çağırardılar. 




47 

 

El-oba  igidləri  də  hünərlərini  göstərərlər,  pəhləvanlar  qurşaq  tutar,  güclərini 



sınayardılar, daşqaldıranlar məharətlərini nümayiş etdirərdilər. Ərənlər kəhərə atlanar, 

at çapar, cıdır təşkil edərdilər, ox atıb yarışardılar. 

Novruz  bayramı  günündən  başlamış  on-on  iki  gün  müddətində  dost-tanış, 

qohum-əqrəba  bir-birinin  evinə  bayramlaşmağa,  təbrikə  gedir,  bir-birinin  evlərinə 

Novruz  bayramı  üçün  hazırlanmış  nemətlərdən  sovqat  aparırlar.  Gələnlər  bu  əziz 

bayram münasibətilə gözaydınlığı verir, bir-birini təbrik edir, el alqışlarına üz tuturlar: 

-Bayramınız mübarək, neçə-neçə belə bayramlara çatasınız! Ömrünüz-gününüz bahar 

ətirli olsun. Üzünüzə xeyirli, nurlu sabahlar açılsın. 

Novruz bayramı günlərində yoxsullara, kimsəsizlərə, xəstələrə qayğı və diqqət 

göstərilir,  bu  məqsədlə  "Novruz  xonçası"  hazırlanır  və  həmin  adamlar  arasında 

paylaşılır.  Bu  Novruz  sovqatı  -  sevinc  payı  ilə  imkansızları  şadlandırmaq,  onların 

kövrək  qəlbini  ovundurmaq,  xeyir-dua  qazanmaq  xalqımıza  xas  olub  get-gedə 

ənənəyə, əxlaq normasına çevrilib. Bu əməlin adına savablıq deyilir. Əvvəllər küsülü 

olanlar  bir-birilərinə  bayram  payı  göndərib  barışar,  kini-küdurəti  ürəklərdən  çıxarıb 

tullayar,  giley-güzara  son  qoyular.  Bir  sözlə,  bu  ildən  o  ilə  küsülü  qədəm  qoymaq 

qəbahət sayılır. İşdi Novruzda küsülülər barışmasa, xalq inamına görə, bu küsü yeddi 

il davam edər. 

Beləliklə, Novruz bayramı yazın, yeni təsərrüfat ilinin başlanğıcını bildirməklə 

yanaşı, həm də ümumel, ümumxalq, ümumdövlət sevinc, şadlıq bayramına çevrilir. 

Mənbələrin verdiyi xəbərə görə, Novruz bayramı bir vaxtlar doğrudan-doğruya 

dövlət  işlərinin  icrasında  da  mühüm  rol  oynamışdır.  XI  yüzil  Səlcuq  sultanlarından 

Alp  Arslan  və  Məlik  şahın  vəziri  olmuş  Nizamülmülkün  "Siyasətnamə"sindən  bəlli 

olur ki, Novruz bayramına bir neçə gün qalmış carçılar şəhərləri, bazarları gəzərək şah 

sarayının  xalqın  üzünə  açıq  olduğunu  elan  edərmişlər.  Bayram  günü  camaat  saray 

meydanına toplaşar və hökmdardan kimin nə şikayəti varsa, çəkinmədən söyləyərmiş. 

Bu vaxt padşah taxtdan düşüb baş məbudun (qazi, məhkəmə) qarşısında iki dizi üstə 

çökərək  deyərmiş:  "Hər  şeydən  əvvəl  bu  kişi  ilə  (şikayət  edənlə)  mənim  məsələmi 

ayırd  elə,  heç  şeydən  ehtiyat  edib  çəkinmə".  Bundan  sonra  məhkəmə  qurularmış  və 

şikayətlərə  ədalətlə  baxılarmış.  Şahın  mühakiməsi  qurtardıqdan  sonra  o  yenə  taxta 

oturar,  tacı  başına  qoyar,  üzünü  böyüklərə  və  yaxın  adamlarına  çevirib  deyərmiş: 

"Mən  ona  görə  özümdən  başladım  ki,  siz  başqalarına  zülm  etmək  tamahına 

düşməyəsiniz, indi kimin sizdən narazılığı varsa könlünü ələ alın"[25]. Çox təəssüf ki, 

həmin  mərasim  sonralar  sinifli  cəmiyyətin,  təbəqələrin  formalaşması  ilə 

unutdurulmuşdur. 

Amma bu da var ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Novruz bayramı 

rəsmi dövlət bayramı kimi qeyd olunmuşdur. Bu barədə M.Ə.Rəsulzadənin dedikləri 

belədir: "Müstəqil  Azərbaycan  hökuməti  zamanında  Novruz  milli  bir  bayram  olaraq 

təsbit  olunurdu.  O  gün  bütün  millətlə  bərabər  dövlət  müəssisələri  də  çalışmazdı. 

Hökumətcə mərasim yapılaraq, ordunun keçid-rəsmi icra olunurdu"[26]. 

Sovet  hökuməti  adıyla  imperiya  yaradan  irticaçı  bolşeviklər  çox  böyük 




48 

 

hiyləgərlik və zor gücü ilə Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmaqla onun 



rəsmiləşdirdiyi  və  ümumiyyətlə,  xalqımızın  mənəvi  sərvətlərinə  qarşı  öz  yırtıcı 

siyasətini  gizlətmədi.  O  sıradan  Novruz  bayramı  da  bu  amansızlıqdan  yaxa  qurtara 

bilmədi.  Amma  bu  da  var  ki,  Azərbaycan  xalqı  hər  cür  qadağa,  yasaq  və  qorxuya 

baxmayaraq, gəlişini böyük sevinclə qarşıladığı Novruzdan heç vaxt ayrılmayıb, rəsmi 

şəkildə  olmasa  da,  bu  doğma  bayramını  günümüzə  çatdırmış,  onun  ayinlərini,

 

mərasimlərini,  nəğmələrini,  oyun  və  əyləncələrini,  tamaşalarını  göz  bəbəyi  kimi 



qorumuş, daha da zənginləşdirmişdir. 

Novruz  bayramının  xalqımızın  mənəvi  varlığına  böyük  rolunu  yüksək 

qiymətləndirən  görkəmli  dövlət  xadimi,  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev 

dmişdir:  "Böyük  mənəvi  gücə  malik  olan  Novruz  bayramı  ulu  əcdadlarımızın  bizə 

verdiyi  ən  gözəl  yadigar  olub  Azərbaycan  xalqının  milli  ruhunu  və  yaddaşını,  onun 

daxili  aləmini  bütün  zənginliyi  ilə  yaşadır.  Təbiətin  oyanışının,  varlığın  yenidən 

canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və 

məişətimizə  daxil  olmuş,  insanlara  aydın  və  işıqlı  sabaha,  xoşbəxt  gələcəyə  inam 

duyğusu bəxş etmişdir". 

Hazırda respublikamızda sosial-siyasi dəyişikliklər nəticəsində milli və mənəvi 

dirçəliş  prosesi  gedir.  Millətin  bu  dirçəlişində,  möhkəm  birliyində,  Azərbaycan 

dövlətçiliyinin  daha  da  inkişaf  etdirilməsində  bütün  mütərəqqi  adətlərimizi,  xeyirli 

ənənələrimizi yaşatmalıyıq. Bu etik qayda-qanunların qorunması insanlığın qorunması 

deməkdir. Səmimilik, mehribanlıq, xeyirxahlıq, halallıq, ədəb-ərkanlı davranış bu gün 

də biz azərbaycanlıların ömür yolunun bələdçisidir. 

Bu  gün  Novruz  bayramı  müstəqil  və  suveren  Azərbaycan  dövlətinin  rəsmi 

bayramları  sırasına  daxil  olmuşdur.  Milli  dövlətçiliyimizin  əlamətlərindən  birini, 

doğma  xalqımızın  ən  qədim  adət-ənənələrini,  milli-mənəvi  dəyərlərini  özündə 

yaşadan  müqəddəs  Novruz  bayramı  milli  təfəkkürümüzün  ayrılmaz  hissəsinə 

çevrilmişdir. 

 

 



49 

 

 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin