4. Sosiologiyanın funksiyaları Sosiologiyanın funksiyaları müxtəlif müəlliflər tərəfindən az-çox fərqli şəkildə izah olunsa da, ümumi
mövqelər üstünlük təşkil edir. Bu funksiyalar sosiologiyanın cəmiyyət həyatı ilə əlaqələrinin rəngarəngliyini daha
aydın nümayiş etdirir. Elmi ədəbiyyatda adətən sosiologiyanın aşağıdakı üç funksiyasından bəhs edirlər:
1. İdrak funksiyası; 2. Praktik funksiya; 3. İdeoloji funksiya. Bizcə, sosiologiyanın metodoloji və
proqnozlaşdırma funksiyalarından da bəhs etmək üçün kifayət qədər əsas vardır.