11
sosiologiya sahəsində çalışan mütəxəssis isə diaqnoz qoymalı,
alternativ təklif etməli, «terapevtik» tədbirlər
hazırlamalı və bunları reallaşdırmaq üçün məsləhətlər verməlidir. Bir qayda olaraq hər iki qəbildən olan
mütəxəssislər sıx əlaqə saxlayır, öz səylərini birləşdirməyə çalışırlar.
Çox zaman elmi ədəbiyyatda «fundamental» sözünü «nəzəri» sözünün sinonimi kimi işlədirlər. Lakin bu
sözlərdə tam uyğunluq olduğunu söyləmək doğru deyildir. «Nəzəri» sözü elmi biliyin empirik səviyyəsindən fərqli
səviyyəsini, eyni zamanda praktik, tətbiqi istiqamətdən fərqli istiqaməti - fundamental istiqaməti ifadə edir. Nəzəri
biliyin praktik istiqaməti, səpkisi mövcuddur. Sosioloji
bilik həm elmi-nəzəri, həm də praktik vəzifələrin həllinə bu
və ya başqa dərəcədə kömək edir. Deməli, məsələyə ciddi yanaşılsa, qeyd edilməlidir ki, sosioloji biliyin üstün
istiqamətlənməsindən söhbət gedə bilər. Bu bilik ya elmi, fundamental,
ya da tətbiqi, praktik xarakter daşıyır;
birinci halda həmin bilik nəzəri sosiologiya, ikinci halda tətbiqi sosiologiya sahəsinə aiddir.
Elmi ədəbiyyatda «empirik» sözünün «tətbiqi», «praktik» sözləri ilə eyniləşdirilməsinə təsadüf olunur.
Əslində empirik sosioloji tədqiqatlar həm nəzəri-elmi problemlərin, həm də tətbiqi, praktik məsələlərin həllinə
istiqamətlənə bilər. Belə tədqiqatlar həm nəzəri, həm də tətbiqi sosiologiya çərçivəsində aparıla bilər.
Nəticə
etibarilə deməliyik ki, «nəzəri» və «empirik» sözləri sosioloji biliyin spesifıkasını və abstraksiyanın səviyyəsini,
«fundamental» və «tətbiqi» sözləri isə həmin biliyin istiqamətini, səpkisini, məqsədli yönəlişini ifadə edir. Deməli,
nəzəri bilik (o cümlədən nəzəri sosiologiya) fundamental biliklə, tətbiqi bilik (o cümlədən tətbiqi sosiologiya)
empirik biliklə eynimənalı deyildir. Nəzəri sosiologiyanın praktik, tətbiqi istiqaməti ola bildiyi kimi, tətbiqi
sosiologiyanın da müəyyən səviyyəsindən bəhs etmək mümkündür.
Nəzəri və tətbiqi sosiologiyanın qarşılıqlı əlaqəsi çox-cəhətlidir. Nəzəri tədqiqatlar toplanılmış zəngin
informasiyanı təhlil edir, ümumiləşdirmələr aparır, bütövlükdə cəmiyyət üçün, ictimai tərəqqi üçün faydalı
tövsiyələr işləyib hazırlayır. Həm ümumsosioloji nəzəriyyə çərçivəsində, həm də ayrı-ayrı sahələr (məsələn,
əməyin sosiologiyası, mədəniyyətin sosiologiyası, siyasətin sosiologiyası, hüququn sosiologiyası və s.) miqyasında
müxtəlif nəzəriyyələrin, konsepsiyaların sərbəst inkişafı, rəqabəti qanunauyğun haldır. Lakin bütün hallarda o
nəzəriyyə, o konsepsiya daha güclü inkişaf edə bilir ki, ictimai praktikanın reallıqlarını düzgün nəzərə alır, həmişə
faktlara istinad edir. Öz növbəsində konkret sosioloji tədqiqatlar nəticəsində toplanan faktlar,
məlumatlar elmi
nəzəriyyə mövqeyindən şərh olunduqda mötəbər məna kəsb edir. Sosial təfəkkürün formalaşması və inkişafı həm
nəzəri, həm də tətbiqi xarakterli tədqiqatlara möhtacdır.
Cəmiyyətin keyfiyyətcə yeniləşməsi proseslərini maksimum optimallaşdırmaq üçün sosioloji biliyin
müxtəlif səviyyələrini təmsil edən alimlər öz səylərini intensivləşdirməli və daha sıx əlaqələndirməlidirlər.
Zənnimizcə, nəzəri və tətbiqi tədqiqatlar aşağıdakı vəzifələrin həllinə daha çox diqqət yetirməlidir:
- ümumi sosioloji nəzəriyyənin və sosioloji bilik sahələrinin inkişafı;
- fundamental sosioloji tədqiqatların keçirilməsi;
- etibarlı sosial informasiya almaq metodlarının işlənib hazırlanması və təkmilləşdirilməsi;
- sosioloji bilik sisteminin müasir tələblər səviyyəsində qurulması;
[19 - 20]
- sosioloji xidmətin təşkili və müntəzəm surətdə təkmilləşdirilməsi;
- sosiologiya elminin nailiyyətlərinin praktikada tətbiqini sürətləndirməyə imkan verən etibarlı mexanizm
yaradılması.
Dostları ilə paylaş: