F. Q. Vahidov, T. B. Ağayev


Sosial-siyasi və humanitar elmlər sistemində



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə17/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   131
sosiologiya

6. Sosial-siyasi və humanitar elmlər sistemində 
sosiologiyanın yeri 
 
Müasir elmi biliklər sistemində  həm diferensiasiya, həm də inteqrasiya meylini müşahidə etmək 
mümkündür: 
[29 - 30] 
bir tərəfdən insan fikrinin təbiət və  cəmiyyətin inkişaf proseslərinə daha dərindən nüfuz 
etməsi ilə  əlaqədar olaraq, elmlərin diferensiasiyası, ayrılması,  əlahiddələşməsi prosesi gedir, biliklərin 
detallaşması, alimlərin ixtisaslaşması  zərurətə çevrilir. Digər tərəfdən isə elmlərin inteqrasiyası, onların qarşılıqlı 
təsirinin genişlənməsi və  dərinləşməsi prosesi baş verir, nəticədə ümumiləşdirici məqamların  əhəmiyyəti artır, 
onları əks etdirmək zərurəti yaranır. 
Sosiologiyanın təşəkkülü və inkişafında həmin meyllər spesifik şəkildə  təzahür etmişdir. Bir tərəfdən 
sosioloji biliyin diferensiasiyası getmiş, yeni istiqamətlər meydana gəl-işdir. Bu istiqamətlərdən hər-birini müəyyən 
şərtiliklə elm adlandırmaq olar: əməyin sosiologiyası, elmin sosiologiyası, ailənin və nikahın sosiologiyası, 
beynəlxalq münasibətlərin sosiologiyası  və s. Digər tərəfdən isə bütün xüsusi (sahə) sosioloji nəzəriyyələr 
ümumsosioloji nəzəriyyəyə istinad edir: empirik sosial tədqiqatlar isə  hər iki səviyyədə olan nəzəriyyələrə 
əsaslanır. Bu inteqrasiya meylini çox qabarıq şəkildə nümayiş etdirir. Elmi biliyin inteqrasiya meyli sosiologiyanın 
sosial-siyasi və humanitar elmlərlə, habelə  dəqiq elmlər və  təbiət elmləri ilə  əlaqələrinin möhkəmlənməsində öz 
ifadəsini tapır. Sosial-siyasi və humanitar elmlər sistemində sosiologiyanın xüsusi yeri aşağıdakı  səbəblərlə izah 
oluna bilər. 
Birincisi, sosiologiya cəmiyyət, onun hadisə və prosesləri haqqında elm olduğuna görə həmin elmlər üçün 
ümumi nəzəri  əsas kimi çıxış edə bilir. Söhbət ilk növbədə ümum-sosioloji və xüsusi sosioloji nəzəriyyələrdən 
gedir. 
İkincisi, sosial-siyasi və humanitar elmlər cəmiyyətin, insanın həyat fəaliyyətinin müxtəlif tərəflərini 
öyrəndiyinə görə həmişə sosial aspekti özündə əks etdirməli olur. 
Üçüncüsü, insanın, sosial qrupların, birliklərin fəaliyyətini öyrənmək texnikası və metodikası, sosial ölçmə 
metodları və s. sosiologiyanın hüdudlarını keçir, digər sosial-siyasi və humanitar elmlərdə tətbiq olunur. 
Dördüncüsü, sosiologiya ilə digər elmlərin qovşağında 
[30 - 31]
 həyata keçirilən sosial tədqiqatlar sistemi 
təşəkkül tapmışdır: sosial-iqtisadi, sosial-siyasi, sosial-demoqrafik və s. tədqiqatlar. 
Sosiologiyanın sosial-siyasi və humanitar elmlər sistemində ümumi yer tutması onun fəlsəfı elmə çevrilməsi 
demək deyildir. Sosial sistemlərin fəaliyyət və inkişaf qanuna-uyğunluqlarını, həmin qanunauyğunluqların müxtəlif 
səviyyələrdə  təzahür mexanizmlərini aşkara çıxaran sosiologiya cəmiyyəti, onun müxtəlif strukturlarını, konkret 
həyat fəaliyyəti üsullarını və formalarını başa düşmək üçün hədsiz idrak imkanları yaradır. Sosiologiyanın xüsusi 
ictimai fənlərə münasibəti baxımından vəziyyəti, məsələn, ümumi biologiyanın xüsusi bioloji bilik sahələrinə 
(anatomiya, fıziologiya, morfologiya, sistematika və s.) münasibəti baxımından vəziyyətinə  bənzəyir. Ümumi 
biologiyanın vəziyyəti onu «biologiyanın fəlsəfəsi» kimi səciyyələndirməyə əsas vermədiyi kimi, sosiologiyanın da 
ümumi mövqeyi onu fəlsəfi elm kimi təqdim etməyə əsas vermir. 
Sosiologiyanın müxtəlif sosial-siyasi və humanitar elmlərlə əlaqəsi eyni səviyyəli və eyni miqyaslı deyildir. 
Bu əlaqə bəzən gücü, çoxcəhətli və intensivdir, bəzən isə nisbətən zəif və qeyri-intensivdir. 
Sosiologiyanın bəzi sosial-siyasi və humanitar elmlərlə əlaqəsinə, qısaca olsa da, diqqət yetirək. 
Məlumdur ki, siyasi iqtisad maddi nemətlərin istehsalı, mübadiləsi, bölgüsü prosesində obyektiv surətdə 
təşəkkül tapan münasibətlərin fəaliyyəti və inkişafının qanunauyğunluqlarını, formalarını öyrənir. Bütün sosial 
münasibətlərdə, proseslərdə, habelə insanın bütün həyat fəaliyyətində iqtisadiyyat özünəməxsus yer tutduğundan 
iqtisadi tədqiqatların bir çox istiqamətləri sosioloji tədqiqatların istiqamətləri ilə bilavasitə qovuşur. İqtisadiyyatın 
və bölgü münasibətlərinin sosiologiyasını, əməyin və əmək kollektivlərinin sosiologiyasını xatırlamaq kifayətdir. 
Lakin istehsal münasibətləri sistemində daxili, mühüm, sabit, təkrarlanan əlaqələr 
[31 - 32]
 kimi özünü göstərən 
iqtisadi qanunlar başlıca olaraq insanların təsərrüfat fəaliyyəti vasitəsilə  həyata keçirilir və konkret iqtisadi 
formalarda özünü göstərir. Sosial qanunlar isə iqtisadi qanunlarla nəqədər bağlı olsa da, onlardan fərqli təbiətə 
malikdir. Müasir bazar iqtisadiyyatının formalaşması  təkcə iqtisad elminə deyil, həm də sosiologiyaya ciddi 
tələblər verir, onların əməkdaşlığını ən müxtəlif istiqamətlərdə gücləndirməyi zəruri edir. 


16 
 
Sosiologiyanın politologiya ilə qarşılıqlı əlaqələri getdikcə inkişaf edir. Çoxaspektli sosioloji tədqiqatların 
aparılması, ictimai rəyin öyrənilməsi, zəngin empirik materialın toplanılması və i.a. bu əlaqələrin dərinləşməsində 
böyük rol oynayır. Siyasətin sosiologiyası siyasi və sosioloji bilik sahələrinin əlaqəsini daha aydın nümayiş etdirir. 
Politologiya siyasəti və siyasi münasibətləri, yəni siyasi hakimiyyətə görə sosial subyektlər arasındakı 
münasibətləri öyrəndiyindən sosial məqamlara laqeydlik göstərə bilməz, sosial münasibətlərin və qanunların 
təzahür xüsusiyyətlərini nəzərə almaya bilməz. Bir çox mütəfəkkirlər (məsələn, M. Veber, V. Pareto və başqaları) 
siyasi məsələlərin təhlilinə məhz geniş sosial kontekstdə yanaşmışlar. Sosiologiyanın və politologiyanın qarşılıqlı 
əlaqəsini qeyd edərkən unutmaq olmaz ki, onların siyasətə yanaşması bir-birindən fərqlənir; politologiya başlıca 
diqqəti siyasi proseslər üzərində, sosiologiya isə siyasətin iştirakçısı olan insan qruplarının fəaliyyəti üzərində 
cəmləşdirir. 
Sosiologiyanın fəlsəfə ilə  əlaqələri zəngin tarixi prosesdir. Sosial fəlsəfədən sosiologiyaya doğru inkişaf 
yolu bunu əyani surətdə sübut edir. Fəlsəfə  həm varlığın (təbiətin və  cəmiyyətin), həm də  təfəkkürün, idrak 
prosesinin tabe olduğu ən ümumi qanunları tədqiq etdiyindən sosioloji bilik sahələri ilə qırılmaz surətdə bağlıdır. 
Fəlsəfə dünyaya ümumi baxış  işləyib hazırlamaq, onun ümumi əsaslarını  və qanunauyğunluqlarını  tədqiq etmək 
zəruriyyətindən, gerçəklik haqqında rasional şəkildə əsaslandırılmış  təfəkkür metoduna 
[32 - 33] 
olan tələbatdan 
irəli gəlmiş, zaman keçdikcə təkamül edərək öz xüsusi problematikasını dəqiqləşdirmiş, sosiologiyaya müstəqil elm 
kimi «həyat vəsiqəsi» verməyə məcbur olmuşdur. Bu gün də sosioloqlar fılosofiarla birlikdə cəmiyyətin müstəqil 
və sivilizasiyalı inkişaf yolunun irəli sürdüyü çoxlu məchullara cavablar axtarırlar. Etiraf edilməlidir ki, sosioloji 
tədqiqatlar fəlsəfi tədqiqatların konkret və əməli xarakterinin güclənməsində fəal rol oynamışdır. 
Hüquq elmi (hüquqşünaslıq) da sosiologiyaya yaxın elmlərdən biridir. Bu elm xüsusi sosial normalardan 
ibarət olan hüququ, bütövlükdə dövlətin və  cəmiyyətin siyasi sisteminin təşkilini və  fəaliyyətinin hüquqi 
formalarını öyrəndiyindən sosial münasibətlərin təkmilləşməsində, sosial proseslərin idarə olunmasında böyük 
məna kəsb edir. Hüquq elmi dövlətin və hüququn inkişafının əsas qanunauyğunluqlarını, onların sosial rolunu, əsas 
funksiyalarını və s. tədqiq edir, dövlət idarəetmə işlərinin konkretləşməsinə, hüquq normalarının düzgün tətbiqinə 
kömək göstərir və beləliklə, insanların sosial fəaliyyətinin nizamlı və məqsədyönlü xarakterini gücləndirir. Hüquq 
elmi ümumsosioloji nəzəriyyəyə istinad edir, həmin nəzəriyyənin başlıca müddəalarının konkret sahədə 
reallaşmasını təmin edir. Hüququn sosiologiyasında iki elmin - hüququn və sosiologiyanın spesifık qovuşması çox 
aydın ifadə olunmuşdur. Sosiologiya şəxsiyyətlərin, insan qruplarının sosial münasibətlərini və fəaliyyətini tədqiq 
edərkən həmişə hüquq elmlərinin məlumatlarından istifadə etmişdir. Qarşılıqlı  bəhrələnmə  hər iki bilik sahəsinə 
ancaq fayda verə bilər. 
Sosiologiyanın tarixlə ən sıx və dərin əlaqəsi hamı tərəfindən etiraf olunur. Onların ümumi cəhətləri sırasına 
bunlar aid edilə bilər: həm sosiologiya, həm də tarix cəmiyyəti və onun qanunauyğunluqlarını (həmin 
qanunauyğunluqların konkret təzahürlərində) öz tədqiqatlarının predmeti və obyekti hesab edir; sosial gerçəkliyi 
zəruri ilə təsadüfinin vəhdətində bərpa edir; sosial hadisələrin genezisi, 
[33 - 34] 
yaranma və təzahürü səbəbləri, 
həmin səbəblərin təsir gücü müxtəlif olduğundan onların birmənalı olmayan izahını  əsas tutur. Lakin tarixlə 
sosiologiyanın fərqli cəhətləri də vardır. Belə ki, tarix artıq baş vermiş sosial prosesi, sosiologiya isə davam 
etməkdə olan sosial prosesi izah edir. Sosioloq sosial vəziyyətləri, prosesləri hələ tarixə çevrilməmiş təhlil etməli, 
onları proqnozlaşdırmalı olur. 
Tarixlə sosiologiyanın ümumi cəhətlərini  əsas götürən bəzi tədqiqatçılar onların elm kimi mövcudluğuna 
şübhə ilə yanaşırlar. Onlar adətən iki məqamı nəzərə çarpdırmağa çalışırlar: tarix və sosiologiya öz növündə yeganə 
və təkrarolunmaz faktları öyrənir; insan fəaliyyəti bir səbəblə yox, çox səbəblə şərtləndiyinə görə onun nəticələri 
prinsipcə qabaqcadan söylənilə bilməz. Bu bir həqiqətdir ki, sosial həyatda (istər keçmişdə, istərsə  də indi) tam 
eyniyyət təşkil edən iki hadisəyə, prosesə rast gəlmək mümkün deyildir. Ona görə nə sosiologiya, nə də tarix ancaq 
təkrar olunan hadisə  və proseslərin səbəblərini tədqiq edən elm kimi müəyyənləşdirilə bilməz. Bu elmlər iki cür 
problemlə rastlaşır: a) cəmiyyətdəki obyektiv qanunauyğunluqlar; bunlar ictimai inkişafın məzmununu, xarakterini 
və istiqamətini səbəbiyyət cəhətdən  şərtləndirir; b) fərdi, təkrarolunmaz hadisə  və proseslər; bunlar səbəbiyyət 
cəhətdən izah oluna bilməz, lakin qanunauyğun xarakter daşımaqla cəmiyyətin inkişafındakı, onun tarixindəki 
«dolambaclara» mühüm təsir göstərə bilir. Aydın məsələdir ki, obyektiv qanunauyğunluqlar ictimai inkişafın 
meyllərini müəyyən etsə  də, fərdi, təkrarolunmaz hadisələrin, proseslərin səbəbiyyət baxımından izahını verə 
bilməz. 
Sosial qanunların iki qrupunu fərqləndirmək lazımdır: 1) cəmiyyətin müxtəlif strukturlarının, habelə bu 
strukturların daxilində müxtəlif ünsürlərin qarşılıqlı fəaliyyətini ifadə edən sosial qanunlar. Bu qanunlar cəmiyyətin 
inkişafında  ən ümumi meylləri müəyyən edir; 2) əvvəllər təşəkkül tapmış  şəraitin nəticəsi olan sosial qanunlar. 
Bunların fəaliyyəti cəmiyyəti təşkil edən qrupların, fərdlərin iradəsindən, fəaliyyətindən 
[34 - 35]
  əhəmiyyətli 
dərəcədə asılı olub, fərdi və təkrarolunmaz xarakter daşıyan ən müxtəlif amillərlə şərtlənir. 
Beləliklə, həm tarixi, həm müasir gerçəkliyə aid olan sosial qanunauyğunluq olduqca mürəkkəb xarakterə 
malikdir. Bu qanunauyğunluq inkişaf meyllərinin bütün məcmusunu nəzərə almağı tələb edir; ümumi məqamlarla 


17 
 
yanaşı saysız-hesabsız təsadüflərin roluna diqqət yetirilməlidir. Həm tarixi, həm də sosial qanunauyğunluqların 
fəaliyyəti araşdırılarkən təkcə mövcud sosial-iqtisadi həyat  şəraiti yox, həm də sosial qüvvələrin hərəkətlərini 
səciyyələndirən real məzmun zənginliyi (insanların fəallığı, mənafeləri, sərvət yönümləri və s.), yəni sosial prosesin 
bütün amilləri nəzərə alınmalıdır. 
Sosiologiya  şəxsiyyətin kollektivdə, ailədə  və bütövlükdə  cəmiyyətdə davranışını  tədqiq edərkən 
psixologiya elminin əsas ideyalarından bəhrələnir. Məsələn, davranışın, şəxsi və kütləvi münasibətlərin motivləri 
nəzəriyyəsi,  şəxsiyyətin sosial yönümlərinin öyrənilməsi metodları  və s. bu qəbildəndir. Sosioloji tədqiqatlarda 
psixolooji testlərdən uğurla istifadə olunur. 
Sosiologiya insanların müxtəlif səviyyələrdə qarşılıqlı  fəaliyyətini, ailə  və ictimai tərbiyə, mənəvi həyat 
problemlərini və s. öyrənərkən etika, estetika, pedaqogika sahəsində aparılan tədqiqatlara, çıxarılan nəticələrə 
müraciət etməli olur. Bir sözlə, müxtəlif elmlərlə sosioloji bilik arasında maraqlı qarşılıqlı  zənginləşmə prosesi 
gedir. 
Sosiologiya ilə təbiət elmləri arasında xüsusi əlaqə mövcuddur. Bu əlaqə müasir təbii-elmi metodologiyanın 
sosial tədqiqatların, bütövlükdə  cəmiyyətşünaslıqın inkişafına getdikcə artan təsirinin ifadəsi hesab edilməlidir. 
Sosial hadisələrin, proseslərin tədqiqində təbii-elmi və riyazi dəqiqliyə nail olmağa səy göstərilməsi sosiologiyanın 
inkişafında dərin iz buraxmışdır. Söhbət təbiət elmlərinin və  dəqiq elmilərin anlayışlarından mexaniki surətdə 
istifadə olunmasından, təbiət və cəmiyyət qanunlarının eyniləşdirilməsindən getmir. 
[35 a 36]
 
Cəmiyyət hadisələrinin tədqiqinə elə təbii-elmi və dəqiq metodların tətbiqi nəzərdə tutulur ki, onlar təbiət 
elmlərində və dəqiq elmlərdə olduğu kimi öz səmərəliliyini sübut etsin. 
Hazırda kibernetikanın, informasiya nəzəriyyəsinin və s. işləyib hazırladıqları riyazi metodlar sosiologiyada 
getdikcə daha artıq dərəcədə  tətbiq olunur. Sosioloji tədqiqatların vəzifələrinə uyğunlaşdırılmış xüsusi riyazi 
metodlar və nəzəriyyələr də yaradılır. Ayrı-ayrı istehsal prosesləri, sahələri çərçivəsində insan-texnika sisteminin 
tədqiqi zamanı sosiologiya ilə texniki elmlərin müəyyən qarşılıqlı münasibətləri qərarlaşır. Belə münasibətləri, 
məsələn, istehsalın avtomatlaşdırılması  və mexanikləşdirilməsinin sosial aspektlərini öyrənərkən xüsusilə aydın 
müşahidə etmək mümkündür. 
Deməli, sosiologiya ən müxtəlif bilik sahələri ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Lakin bu əlaqə hər 
bir konkret halda öz spesifik aspektlərinə malikdir. 
[36 a 37]
 


18 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin