14
istiqamətlərini, meyllərini əks etdirir. Bu, o deməkdir ki, statik qanunlar sosial gerçəklikdəki hadisə və proseslərin
əlaqəsini müəyyən ehtimal dərəcəsində ifadə edir, onlara bütövlükdə xas olan bəzi xassələri və ya əlamətləri
səciyyələndirir.
Dinamik qanunlar səbəb və funksional qanunlara ayrılır. Səbəb qanunları sosial hadisələrin inkişafında qəti
surətdə şərtlənmiş əlaqələri, funksional qanunlar isə sosial
[26 - 27]
hadisələr arasında empirik surətdə müşahidə
edilən və ciddi şəkildə təkrar olunan qarşılıqlı asılılıqları əks etdirir.
Statik qanunların inkişaf qanunları (məs., tələbatların
daha dolğun ödənilməsi, xalqın özünüidarəsinin
inkişafı və s.) və fəaliyyət qanunları (kollektivdə formal və qeyri-formal strukturların vəhdəti, ailədə rol
funksiyalarının bölüşdürülməsi) kimi növləri vardır.
Əlaqələrin formalarına görə sosial qanunların aşağıdakı növlərini ayırd etmək olar:
a) Sosial hadisələrin, yaxud onlarla bağlı olan hadisələrin invariant (dəyişməyən) yanaşı yaşamasını əks
etdirən qanunlar. Bu qanuna görə A hadisəsi varsa, hökmən B hadisəsi də olmalıdır. Məsələn, cəmiyyətdə totalitar
idarəetmə sistemi mövcuddursa, hökmən latent (gizli) müxalifət də mövcud olmalıdır.
b) İnkişaf meylini əks etdirən qanunlar. Belə qanunlar qarşılıqlı münasibətlərin bir səviyyəsindən digərinə
keçidi şərtləndirir, sosial obyektin strukturuna xas olan dinamikanı ifadə edir. Məsələn, fəhlə sinfində baş verən
keyfiyyət irəliləyişləri onun bütün sosial münasibətlərə təsirini gücləndirir, onun bütövlükdə ictimai mövqeyini
möhkəmləndirir.
c) Sosial hadisələr arasında funksional asılılığı müəyyən edən qanunlar. Bu qanunları fəaliyyət qanunları da
adlandırmaq olar. Bunlar inkişaf qanunlarından fərqli olaraq hər hansı sosial sistemin nisbi sabitlik halında
qalmasını təmin edir, sistemdəki ayrı-ayrı ünsürlərin mühüm dəyişikliyə səbəb
olmayan mütəhərrikliyini
səciyyələndirir, başqa sözlə, sosial obyektin yeni keyfiyyət qazanması üçün ilkin şərtlər yaradır. Məsələn, əhalinin
idarəetmə işində, siyasi həyatda iştirakı ilə onun siyasi mədəniyyətinin yüksəlməsi arasında, kollektivdə
ideyatərbiyə işinin səviyyəsi ilə mənəvi-psixoloji iqlimin vəziyyəti arasında funksional asılılığı görmək o qədər də
çətin deyildir.
ç) Sosial hadisələr arasında səbəb əlaqəsini əks etdirən qanunlar. Səbəb əlaqəsi və funksional əlaqə bir-
birinə
[27 - 28]
yaxın anlayışlardır. Lakin onları eyniləşdirmək doğru deyildir. Funksional əlaqə səbəbiyyəti ifadə
edə də bilər, etməyə də bilər. Funksional asılılığın olması hələ mahiyyətli səbəb münasibətlərinin mövcudluğunu
ifadə etmir. Məsələn, şəxsi və ictimai mənafelərin optimal əlaqələndirilməsi sosial inteqrasiyanın çox mühüm,
zəruri şərtidir.
d) Sosial hadisələr arasında ehtimalı ifadə edən qanunlar. Məsələn, əhalinin müəyyən qruplarının kənddən
şəhərlərə axını ilə onlar arasında hüquq pozuntularının artmasını ehtimal etmək olar.
Sosial qanunlar insanların
fəaliyyətində, cəmiyyətin konkret şəraitində reallaşır. Ona görə də sosioloji
tədqiqat prosesində fərdlər bu və ya digər əlamət baxımından qruplaşdırılır. Bu imkan verir ki, sosial qrupu ən
müxtəlif aspektlərdə (həyat şəraiti, status, sosial rol və funksiyalar, fərdi xarakteristikalar) öyrənilsin.
Sosial qanunlar müxtəlif təsadüflərlə, kənara çıxma halları ilə üzləşir, onları bir növ nizamlayır və özünə yol
açır. Hər hansı sosial hadisənin, prosesin məzmununu və spesifikasını aşkara çıxarmaq üçün bu qanunların
fəaliyyət mexanizmi tədqiq olunmalıdır. Bu, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sferalarında sosial qanunların
təzahür formalarını aşkara çıxarmağı, sosial mexanizmdə öz funksiyalarını yerinə yetirməyə qadir olmayan
ünsürləri müəyyənləşdirməyi və aradan qaldırmağı, bütövlükdə bu mexanizmin maksimum səmərəli olmasını təmin
etməyi nəzərdə tutur.
Fərdlərin, sosial qrupların həyat fəaliyyəti prosesində daim dəyişikliyə məruz qalan, inkişaf
edən və zənginləşən sosial əlaqələr sistemi təhlil olunarkən onların cəmiyyətdə qəbul olunmuş sosial normalar,
sərvətlər və sosial nəzarət vasitələri ilə, habelə mənafelər, tələbatlar, yönümlər və s. ilə əlaqəsinə xüsusi diqqət
yetirilməlidir.
Hər bir elm kimi sosiologiya da müəyyən kateqoriyalardan istifadə edir. Məlum olduğu kimi, kateqoriyalar
idrakın tarixi inkişafı gedişində, ictimai praktika prosesində formalaşır.
[28 - 29]
Bunların əsasında insanın
predmet
fəaliyyəti üsullarının, ünsiyyət vasitələrinin inkişafı dayanır.
Sosiologiyanın kateqoriyaları real gerçəkliyin və idrakın mühüm, qanunauyğun sosial əlaqələrini və
münasibətlərini əks etdirən ən ümumi, fundamental anlayışlardır. Bunlar sosioloji biliyin başlıca «pillələridir»,
təfəkkürün sosial gerçəkliyin mahiyyətinə nüfuz məqamlarıdır.
Obyektiv gerçəklik inkişaf etdikcə, sosioloji bilik dərinləşdikcə həm yeni kateqoriyalar meydana gəlir, həm
mövcud kateqoriyaların zənginləşməsi baş verir, həm də ayrı-ayrı kateqoriyaların yeri və rolu dəyişir.
Sosiologiyanın kateqoriyalar sisteminin əsas ünsürlərinin müəyyənləşdirilməsi onun inkişaf məntiqini aşkara
çıxarmağa imkan verir. Hər bir sosial kateqoriya sosial kateqoriyalar sisteminin yalnız bir ünsürü kimi dərk oluna
bilər.
Sosiologiyanın ən mühüm kateqoriyaları sırasına bunları aid etmək olar: «sosial», «sosial struktur», «sosial
münasibətlər», «sosial təsisatlar», «sosial qanunlar» və s.
15
Bu kateqoriyalardan hər biri daha az ümumilik dərəcəsində bir-biri ilə qarşılıqlı surətdə bağlı olan
kateqoriyalar sistemi kimi təsəvvür olunmalıdır. Məsələn, «sosial struktur» kateqoriyası «sosial-sinfi struktur»,
«sosial - demoqrafik struktur», «sosial-etnik struktur», «sosial-ərazi birliyi» kimi kateqoriyaları əhatə edir. Öz
növbəsində bunlar da ümumilik səviyyəsi nisbətən az olan kateqoriyaları əhatə edə bilər.
Hazırda sosiologiyanın mühüm vəzifələrindən biri əhatə etdiyi kateqoriyaların elə sistemini yaratmaqdan
ibarətdir ki, o, sosioloji biliyin formalaşmasını və inkişafını daha adekvat əks etdirsin.
Dostları ilə paylaş: