Birincisi, şəxsiyyət normativ kateqoriya kimi izah edilir, yəni onun mahiyyəti insanın şüuruna və
fəaliyyətinə aid olan müsbət keyfiyyətlərlə əlaqələndirilir. Bu halda bəziləri yaş etibarilə yetkinliyi və psixi
cəhətdən normal olmağı, bəziləri yüksək mənəviyyatı, şüurluluğu, məsuliyyəti, bəziləri fikirlərin müstəqilliyini,
baxışların müəyyənliyini, hisslərin orijinallığını, iradə qüvvəsini, daxili intizamı və s. şəxsiyyət olmaq üçün vacib
normalar hesab edirlər. Məsələyə bu cür
[57 a 58]
yanaşılması elmi cəhətdən doğru deyildir. Çünki insanların bir
qismini şəxsiyyət kimi, digər qismini isə qeyri-şəxsiyyət kimi səciyyələndirmək şəxsiyyət anlayışının tarixən
yaranması faktına uyğun gəlmir, ümumiyyətlə, şəxsiyyət probleminin həm nəzəri, həm də praktik səpgidə
öyrənilməsi işinə lüzumsuz çətinliklər əlavə edir. Bu cür yanaşma əslində normativ əlamətlər əsasında insan və
şəxsiyyət anlayışlarını nisbətən kəskin hədlərlə bir-birindən ayırır. Burada xatırlatmaq yerinə düşər ki, hüquq
nəzəriyyəsi və praktikası insanların şəxsiyyət və qeyri-şəxsiyyət kimi ayrılmasını məqbul saymır.