28
qanunauyğunluqların sosial münasibətlərdə təzahürü. Bu münasibətlər,
təbiidir ki, cəmiyyətin həyat fəaliyyətinin
müxtəlif səviyyələrində formalaşır.
Tələbatlar insanın xarici aləmdən obyektiv asılılığını ifadə edir. Buna görə də insanın bütün praktik
fəaliyyəti tələbatların ödənilməsi forması kimi nəzərdən keçirilə bilər. Tələbatların ödənilməsinin real imkanlarını
dərk etmək mühüm sosial məna kəsb edir.
Tələbatların müxtəlif növlərinin (məsələn,
təbii və sosial tələbatlar; fərdin ailəyə,
sosial birliklərə, istehsal
və qeyri-istehsal fəaliyyəti sferalarına, bütövlükdə cəmiyyətin həyat fəaliyyətinə qoşulması ilə bağlı tələbatlar və s.)
yığcam təhlili
göstərir ki, insan tələbatlarının ali səviyyəsini sərvətlərin mənimsənilməsi təşkil edir.
Şəxsiyyətin mənafeyi bu və ya digər tələbatı ödəmək imkanından asılı olaraq, onun fəaliyyət istiqaməti kimi
başa düşülə bilər. Sosial qanunların insanların fəaliyyətində təzahürü mənafelərlə vasitələnir,
məhz onlarla özünə
yol açır.
[62 - 63]
Sosiologiyada mənafelərin dörd tipini ayırd edirlər:
Dostları ilə paylaş: