F. Q. Vahidov, T. B. Ağayev


 Şəxsiyyətin sosiallaşması və onun mərhələləri



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə26/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   131
sosiologiya

 
2. Şəxsiyyətin sosiallaşması və onun mərhələləri 
 
Şəxsiyyətin sosiallaşması barədə söylənilən mülahizələrdə az-çox fərqli məqamlara rast gəlsək də, əslində 
mahiyyətli fərqlər nəzərə çarpmır. 
Şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir. Bu 
proses fərdin mədəniyyət ünsürlərini, sosial norma və  sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin 
ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır. 
Yeri gəlmişkən qeyd edək ki, tədqiqatçıların xeyli hissəsi uşaq yaşlarında sosiallaşmaya daha çox diqqət 
yetirir. Bu halda diqqət  ən  əvvəl ailəyə yönəlir, çünki ailə insanın həyatında ilk sosiallaşdırıcı özəkdir. Bundan 
başqa, ailə emosional əlaqələrin çox böyük intensivliyi ilə xarakterizə olunur. İlkin sosiallaşma fərdin həyatında 
həlledici məqam olub, onun şəxsiyyətini, sosial həyatda sonrakı inkişafını bir çox cəhətdən müəyyən edir. 
Bir sıra müəlliflər belə hesab edirlər ki, sosiallaşma uşaqlıqla başa çatmır, əməli surətdə bütün həyat ərzində 
davam edir. Başqa sözlə, fərd müxtəlif sosial rolların yerinə yetirilməsi zərurəti ilə qarşılaşır. Bundan əlavə, sürətli 
sosial və texniki-texnoloji dəyişikliklər şəraitində müəyyən yaş yetkinliyi olan adamlar da əvvəllər qəbul edilmiş 
davranış nümunələrini yeni bacarıq və vərdişlərlə əvəz etmək məcburiyyətində qalırlar. 
Fərd cəmiyyətə, sosial qrupun, təsisatın, təşkilatın ünsürünə necə qoşulur - sosiallaşma prosesində bunlar 
çox mühüm cəhətlərdir. Sosial qrupun, təsisatın, təşkilatın  şəxsiyyətə  təsir göstərmək qabiliyyəti, habelə 
şəxsiyyətin başqa adamların təsirinə  məruz qalmaq qabiliyyəti məhz bu cəhətlərdən asılıdır. Lakin 
unudulmamalıdır ki, insan həm öz xüsusi vəziyyətinin, həm də bütövlükdə ictimai həyatın yeniləşməsinə spesifik 
təsir göstərir. Onun fəaliyyəti üzvi surətdə 
[60 - 61]
 müxtəlif sosial sistemlərin fəaliyyət mexanizmlərinə qoşulur. 
Deməli, şəxsiyyət qarşılıqlı sosial təsirin, fəaliyyətin həm obyekti, həm də subyektidir. Cəmiyyətdə sosial sistemlə 
şəxsiyyətin qarşılıqlı  fəaliyyəti müəyyən təsir mexanizmlərinin köməyi ilə  həyata keçirilir. Bu, həm sosial 
sistemlərin fərdin sosial keyfiyyətlərinə olan təsiridir, həm də əksinə olan təsirdir. Birinci halda fərdin sosiallaşması 
mexanizmindən, ikinci halda isə sosial sistemin dəyişilməsi mexanizmindən söhbət gedir. 
Şəxsiyyətin sosiallaşmasında iki mərhələni ayırd etmək olar: 1) sosial adaptasiya; 2) interiorizasiya. 
Sosial adaptasiya fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif 
səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması 
kimi izah edilə bilər. 
Qeyd etmək lazımdır ki, üzvi təbiətdə müxtəlif adaptasiyalar geniş yayılmışdır. Mövcudluq uğrunda 
mübarizənin və  təbii seçmənin nəticəsi kimi adaptasiyanın rasional şərhi Darvinin təkamül təlimində öz əksini 
tapmışdır. Kibernetikanın meydana gəlməsi adaptasiya anlayışında spesifık çalarlar formalaşdırmışdır. Sosial 
sistemlərə adaptasiya probleminin tədqiqi müxtəlif bilik sahələrini təmsil edən mütəxəssislərin  əlbir səylərinə 
möhtacdır.  İnsana, cəmiyyətə münasibətdə adaptasiya başlıca olaraq, ətraf mühitə uyğunlaşmaqla bağlı olan 
reaksiya xarakterli davranışı əks etdirir. 
İnteriorizasiya sosial normaların və sərvətlərin insanın daxili aləminə qoşulması prosesidir. Xarici mühitin 
sosial normalarının, sərvətlərinin və digər komponentlərinin daxili «Mən»ə keçməsinin xarakteri hər bir konkret 
şəxsiyyətin strukturu ilə şərtlənmişdir. Bu struktur isə bütün əvvəlki təcrübə sayəsində formalaşır. Şəxsiyyət sosial 
mühitdə, necə deyərlər, əriyib yoxa çıxmır, həmin mühitlə az - çox müstəqil vahid kimi müəyyən münasibətdə olur. 
[61 - 62] 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin