116
Əksinə, təkrar nikahlara yol verilməyən mədəniyyətlərdə, ənənəvi, sərt monoqamiya mədəniyyətlərində
(məsələn, islamda) mümkün seçim imkanı özündə artıq nikahda olanları və hətta əvvəllər nikahda olmayanları
ehtiva etmir. İnsan bu mərhələyə qanunla müəyyən edilən kamilliyə çatdıqda daxil olur.
Boşanmanın səbəbləri barədə məsələ hələ də kifayət qədər
[291 - 292]
dolğun öyrənilməmişdir. Boşanmanı
sosial fenomen kimi ailə sosiologiyasının «boşanmanın sosiologiyası» adlanan bölməsi öyrənir. Bu elmin predmeti
boşanma hərəkətləridir. Bu mövzu çərçivəsində boşanma hərəkətləri və boşanma amilləri barədə məsələni qısa
şəkildə nəzərdən keçirməklə kifayətlənəcəyik.
Boşanmanın səviyyəsini müəyyən edən mühüm amillərdən biri ailə-nikah qanunvericiliyidir.
Belə ki, XX əsrin əvvəllərində Azərbaycanda boşanmalar, məlum olduğu kimi, çox nadir hadisə idi.
Məsələ
heç də onda deyil ki, boşanma o zamankı əxlaq və sosial normalara zidd idi. O zaman qüvvədə olan qanunvericilik
boşanmanın mümkünlüyünü kəskin şəkildə məhdudlaşdırırdı. Boşanmaya ər-arvaddan birinin xahişi üzrə yalnız bir
neçə müstəsna səbəb olduqda icazə verilirdi: ərin və ya arvadın zinakarlıq etdiyi və ya ərin (və ya arvadın)
«nikahda cinsi əlaqəyə» qabil olmaması sübuta yetirildiyi halda; ər-arvaddan birinin cinayət məsuliyyətinə cəlb
olunaraq ən azı üç il müddətinə azadlıqdan məhrum edilməsi halında; ər-arvaddan birinin xəbərsiz itkin düşmüş
hesab edilməsi halında və s.
2
Məlumdur ki, 1990-cı illərdə Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyəti və Ermənistanın
respublikamıza təcavüzü ilə əlaqədar olaraq boşanmanın kəskin sıçrayışı müşahidə olunmuşdu. 1965-ci ildə 39077,
1990-cı ilə isə 73119 nikah bağlanmış, boşanmaların sayı isə müvafiq olaraq 3537, 14040 olmuş, başqa sözlə, bu
müddətdə boşanmaların sayı bağlanan nikahlara nisbətdə 2,1 dəfə artmışdır.
3
Adətən, normal şəraitdə belə proseslər
baş vermir. Doğrudan da, belə kəskin sıçrayışın səbəbi sözügedən təcavüzlə yanaşı, boşanma haqqında
qanunvericilikdə boşanma prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirən dəyişikliklərin edilməsidir. Belə ki,
1960-cı illərdə bu sahədə qanunvericilikdə edilmiş müəyyən dəyişikliklərdən sonra çoxdan bəri
[292 - 293]
bir
yerdə yaşayan və ola bilsin ki, hətta yeni, lakin rəsmi surətdə qeydiyyatdan keçməmiş ailəsi olan yüz minlərlə insan
özlərinin faktiki boşanmalarını rəsmiləşdirdilər.
Boşanma amilləri arasında əsas yerlərdən birini demoqrafık və sosial-iqtisadi determinantlar tutur. Belə ki,
ər-arvadın yaşı mühüm rol oynayır. Bu, demoqrafık dəyişən üç müxtəlif modifıkasiyada irəli çıxır:
nikah bağlama
yaşı, boşanma anındakı yaş, arvadlar və ərlərin yaşları arasındakı fərq.
Birinciyə, yəni nikah bağlama yaşına gəlincə, tədqiqatlar göstərir ki, bu dəyişəndən asılı olaraq boşanmanın
ehtimalı aşağıdakı kimi dəyişir: əvvəlcə o, çox cavan yaşlarda bağlanan nikahlara xas olan yüksək səviyyədən aşağı
düşür, sonra isə yenidən ahıl yaşda bağlanan nikahlar üçün artır. Boşanmanın ən az ehtimalı maksimum nikah
yaşlarında bağlanan nikahlarda müşahidə olunur.
Boşanma anında yaş haqqında onu demək olar ki, boşanma Azərbaycanda 35-39 yaş intervalında
maksimum həddə çatır. Təkcə 2005-ci ildə 1895 boşanmış ailələrin 1870-i və ya 21%-i 35-39 yaş hüdudundadır.
4
Daha sonra isə tədricən 50-55 yaşdan yuxarı yaşlarda ən aşağı səviyyələrə qədər enir. Bu zaman maksimum
boşanma ehtimalı yaşlı qadınlarda kişilərə nisbətən daha aşağıdır.
Ərlə arvadın yaşları arasındakı böyük fərq boşanmanın ehtimalını artırır, bu zaman arvad ərdən yaşca böyük
olduqda bu ehtimal daha yüksək olur.
Boşanma tezliyinin müəyyənləşdirilməsində nikahın sıra nömrəsi də müəyyən rol oynayır. Bu məsələ üzrə
məlumatlar az olsa da, aparılan tədqiqatlar təkrar nikahlar üçün daha yüksək boşanma tezliyini göstərir. Bu meyl
həm ölkəmizə aiddir, həm də xarici ölkələrə dair materiallarda aşkar edilmişdir.
Boşanmanın mühüm amillərindən biri də boşanan ər-arvadın uşaqlarının sayıdır. Demoqrafık statistikanın
məlumatları göstərir ki, uşaq olmayan ailələrdə boşanmanın ehtimalı bir və daha artıq uşağı olan ailələrlə
müqayisədə daha çoxdur. Beş il ərzində 2000-ci ildən 2005-ci ilədək bütün tip ailələrdə bu artmışdırsa da, boşanma
ən çox məhz uşaqsız ailələrdə üstün meylə malik olmuşdur: müvafiq olaraq 63%; 18%; 19% və yaxud uşaqsız
ailələrdə boşanmanın sayı 1 uşaqlıya nisbətən 3,5 dəfə, 2 uşaqlıya nisbətən isə 3,3 dəfə çoxdur.
5
Statistik məlumatların təhlili göstərir ki, boşanmanın mühüm cəhətlərindən biri
də qeydiyyatdan keçməmiş
nikahlarla, yəni birgə yaşamaqla bağlıdır. Daha dəqiq desək, onların «sınaq nikah» adlanan növü ilə bağlıdır.
Hərçənd belə birgə yaşamaların üzvləri deyirlər ki, biz ona görə öz müasibətlərimizi qanun çərçivəsinə salmırıq ki,
özümüzü yoxlayaq və beləliklə də, nikahı daha da möhkəmlədək. Amma reallıqda hər şey başqa cürdür. Bu cür
birgə sınaq yaşamalarından sonra bağlanan nikahlar daha az möhkəm olur və normal dediyimiz nikahlara nisbətən
daha sürətlə və tez-tez dağılır.
2
Hüquq ensiklopedik lüğəti. B., 1991, s. 336-337.
3
Azərbaycanda ailələr (statistik məcmuə). B., 2006, s. 55.
4
Azərbaycanda ailələr (statistik məcmuə). B., 2006, s. 57.
5
Azərbaycanda ailələr (statistik məcmuə). B., 2006, s. 58.
117
Nikaha qədər birgə yaşamanın nikahın möhkəmliyinə mənfı təsirini izah edən səbəblər nikaha zəif meyllə
yanaşı, həm də «qeyri-qanuni» ər-arvadda özünün və öz tərəfdaşının düzgün olmayan obrazının mövcudluğu ilə
bağlıdır. Hətta «sərbəst» birgə yaşama dövründə tərəfdaşların hər biri öz portnyoru qarşısında bilərəkdən və ya
bilməyərəkdən özünün ən yaxşı Mənini seçimli şəkildə nümayiş etdirə bilir. Nikah bağlandıqdan sonra isə onların
«əsl» Məni üzə çıxa və tərəfdaşında əsl şok yarada bilər. Bu isə, öz növbəsində, əvvəlki münasibətləri dağıda və
nəticədə boşanmaya gətirib çıxara bilər.
İsveçdə 4966 qadın arasında aparılan
sorğu göstərmişdir ki, nikahların dağılması əmsalı özünün gələcək
həyat yoldaşı ilə nikah bağlamamışdan qabaq birgə yaşayanların içərisində bunu etməyənlərlə müqayisədə təqribən
80% yüksəkdir. Nikahın bağlanmasından əvvəl birgə yaşayan, yaxud nikahın möhkəmliyinə inanmayan və ya
nikaha bir institut kimi
[294 - 295]
prinsipial şəkildə qarşı çıxan şəxslər, görünür, çox güclü xarici təsirin altında
nikah bağlayıblarmış.
Bundan başqa, qanuni nikahın bağlanması labüd surətdə rolların dəyişməsi və müvafıq surətdə tərəfdaşların
qarşılıqlı münasibətlərinin dəyişməsi ilə bağlıdır. Bunlar isə, çox ehtimal ki, onların mənfı reaksiyasına səbəb
olacaqdır. Məsələn, tərəfdaşların bərabərliyi təsəvvürlərinə əsaslanan münasibətlər nikah bağlandıqdan sonra daha
ənənəvi stereotiplərə üz tuta bilər. Yaxud ər və arvad bu mövqedə ola bilərlər ki, onların birgə yaşadıqları zaman
məqbul olan münasibətləri və davranış nümunələri nikahın ərlə arvad üzərinə qoyduğu sosial və qanuni
məhdudiyyətlər kontekstinə heç bir vəchlə uyğun gəlmir.
Nəhayət, hamı tərəfindən qəbul edilmiş sosial normaların birgə yaşayış zamanı labüd olaraq pozulmasının
subyektiv qavrayışı da öz rolunu oynaya bilər.
Bu normalar isə, hələ ki, «pasportda ştampın» olmasını tələb edir.
Birgə yaşayan şəxslər o insanlardır ki, onlar bir yerdə yaşamağa başlayaraq, könüllü surətdə sosial normaları
pozurlar. Nikah bağladıqda, nikahın uğursuz olması halında onlar nikahın saxlanması üçün heç bir qeyri-ənənəvi
nikah təcrübəsi olmayan şəxslərə nisbətən daha az məsuliyyət hiss edə bilirlər.
Ölkəmizdə bu məsələ üzrə belə zəngin empirik material yoxdur. Lakin xarici tədqiqatçıların çıxardığı
nəticələr qismən bizə də tətbiq oluna bilər. O cümlədən getdikcə daha çox yayılan «sınaq nikahları», mülki nikahlar
ehtimal ki, nikahların qeyri-stabilliyi və boşanmanın artması amili kimi öz rolunu artıracaqdır. Madam ki, ölkəmiz,
bir çox demoqrafların rəyinə görə, müəyyən sürətlə ailəvi, demoqrafık və iqtisadi dəyişikliklər üzrə Qərbin keçdiyi
mərhələlərdən keçir, onda yəqin ki, biz istisna təşkil etməyəcəyik.
Belə görünür ki, ictimai rəy müasir dövrdə boşanmanı şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir.
Xüsusi sosioloji tədqiqatların nəticələri göstərir ki, nəinki cəmiyyətin boşanmaya qarşı dözümlülüyü artır, həmçinin
boşanmanın yolverilən olmasını əsaslandıran
səbəb və motivlərin
[295 - 296]
strukturu da dəyişir. Yalnız tamamilə
konkret üzürlü səbəb olduqda boşanmanın yol verilən olmasının qəbul edilməsi ilə yanaşı (ər-arvaddan birinin
sonsuz olması, subuta yetirilmiş xəyanət və s.), bəzi hallarda ər-arvad arasında məhəbbətin, ünsiyyətin, qarşılıqlı
anlaşmanın olmaması halın-da da boşanma ehtimal artır. Tədqiqatlar göstərir ki, gənclərin 60-65%-i kəbin
kəsdirənə qədər bir-birini sevərək evləndiklərini etiraf etmişlər. Digərləri isə təsadüfən, sevmədən, müəyyən
məqsəd güdərək evləndiklərini bildirmişlər. Məhz buna görə də bəzi nikahların müddəti 4-7 aya və yaxud 1 ilə
qədər davam edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yuxarıda göstərilən səbəblərlə yanaşı, aparılan
araşdırmalara görə iqtisadi,
sosial vəziyyətin, mənzil şəraitinin qənaətbəxş olmaması, narkomanlıq, sərxoşluq,
cinayətkarlıq və deviant davranışın digər növləri müasir Azərbaycan cəmiyyətində nikahın pozulmasını
şərtləndirən əsas səbəblər kimi çıxış edir.
Boşanma ilə bağlı statistik materialların təhlili göstərir ki, bu və ya digər səbəbdən nikah yaşına çatmış
gənclərin ölkəmizi tərk etməsi bu sahədəki problemləri artırır. Belə ki, ilk növbədə bu proseslər nikahın
qocalmasına, bir sıra hallarda isə bəzi bölgələrdə qızların ailə qura bilməməsinə səbəb olur. Yaşayış səviyyəsinin
aşağı olması bəzi gənclərin vaxtında ailə qurmamasına, müəyyən bir qisminin isə boşanmasına səbəb olur.
Lakin qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin apardığı uğurlu siyasi, iqtisadi, sosial islahatlar,
insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər, ünvanlı sosial yardım proqramının icra
olunması, nəhayət, gənclərin mənzil və sosial şəraitinin yaxşılaşdırılması üçün güzəştli şərtlərlə «İpoteka»
proqramının həyata keçirilməsi, fikrimizcə, sözügedən problemlərin aradan qaldırılmasına köməklik göstərəcəkdir.
1
1
«Respublika» qəzeti, 23 yanvar, 2007-ci il.