119
nəslin cəmiyyətin sosial strukturunun müxtəlif ünsürləri üzrə bölüşdürülməsinə nəzarətdə mühüm rol oynayır.
Məhz bu məqsədlərin reallaşdırılması üçün təhsil sisteminin müxtəlif pillələri müəyyən
səlahiyyətlərə malikdir
(məsələn, təhsilin sonrakı pilləsini keçmək, müvafıq təhsilə uyğun vəzifə tutmaq, konkret əmək növü ilə məşğul
olmaq).
Qeyd etmək lazımdır ki, təhsilin sosial effektivliyi təkcə adamların aldığı biliklərin həcmindən və
keyfiyyətindən deyil, həm də onların tətbiqi dərəcəsindən, insanların əmək və ictimai fəaliyyətində praktik surətdə
reallaşmasından
[299 - 300
] asılıdır. Hazırda məhz bu sahədə öz həllini gözləyən kifayət qədər problem vardır. Ali
təhsilli mütəxəssislərin, yüksək ixtisaslı fəhlələrin xeyli qismi təhsil sayəsində qazandıqları bilik və bacarıqlarını
praktikada tətbiq etmək imkanına malik deyildir. Bu, işçinin öz əməyinə marağını azaldır,
onun peşə yüksəlişinə
mane olur. Faktlar göstərir ki, təhsilin sosial effektivliyi kifayət qədər yüksək deyildir. Təhsilin formal səviyyəsi ilə
faktik səviyyəsi arasında ayrılıq mövcuddur. Gənclərin ümumtəhsil və peşə hazırlığı arasında, cəmiyyətin
tələbatları ilə məzunların həyat planları arasında da müəyyən ayrılıq müşahidə olunur.
Təhsil sisteminin səmərəliliyini yüksəltmək asan məsələ deyildir. Bu, bir sıra ziddiyyətlərin həlli ilə bağlı
olan mürəkkəb prosesdir. Həmin ziddiyyətlərin ən mühüm olanları bunlardır:
a) cəmiyyətin inkişaf tələbatı ilə onun
mövcud olan diferensiasiyası arasındakı ziddiyyət. Bu diferensiasiya əhəmiyyətli dərəcədə alınan təhsilin səviyyəsi
və keyfiyyəti ilə şərtlənir;
b) qərarlaşmaqda olan bazar strukturlarının irəli sürdüyü tələbatlarla gənclərin sosial -
peşə yönümü arasındakı ziddiyyət;
c) şəxsiyyətin inkişafının zəruri səviyyəsi ilə təhsil müəssisələri məzunlarının
ümumi inkişafının real səviyyəsi arasındakı ziddiyyət.
Respublikamız təhsil sahəsində ümumən etiraf olunan uğurlar qazanmışdır. 2007-ci ildə 15 və yuxarı yaşda
əhalinin hər 1000 nəfərinə 765 nəfər ali və tam orta təhsilli şəxs düşürdü. Halbuki 1999-cu ildə əhalinin siyahıya
alınmasının məlumatlarına əsasən bu göstərici 758 nəfər olmuşdur. Həmin ildə 1760 məktəbəqədər müəssisə, 4516
ümumtəhsil məktəbi, 56 dövlət, 4 qeyri-dövlət
orta ixtisas məktəbi, 28 dövlət və 14 qeyri-dövlət ali məktəbi
fəaliyyət göstərmişdir. Respublika Dövlət Statistika Komitəsinin apardığı araşdırmalar göstərir ki, təhsil sistemində
nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər tədris proqramlarına və
metodlarına, fənlərin məzmununa, dərsliklərə və s. təsir göstərmiş, təhsil proseslərinin
[300 - 301]
səmərəliliyi
xeyli yüksəlmişdir. Lakin təhsil sistemində həllini gözləyən problemlər də az deyildir. Həmin problemlər (məsələn,
kənd məktəblərinin pedaqoji kadrlarla təminatı, təhsil müəssisələrinin maddi-texniki bazası və s.)
diqqətlə öyrənilir
və onların həlli istiqamətində müəyyən addımlar atılır.
2.
Elmin sosiologiyası
Dostları ilə paylaş: