a) nəzəri səviyyə - dini bütöv altsistem kimi nəzərdən keçirir və onun digər sosial strukturlarla qarşılıqlı
təsirini üzə çıxarır;
b) empirik səviyyə - sosial-demoqrafık qrupların, ayrıca şəxsiyyətlərin dindarlığını öyrənməyi təklif edir.
Nəzəri səviyyədə bir neçə cərəyan mövcuddur. Bunların içərisində XX əsrin 70-ci illərinə qədər funksional
məktəb
[305 - 306]
üstün olmuşdur. Bu cərəyanın nümayəndələri (T. Dia, L. Şnayder, M. Zinqer və s.)
funksionalizmin ümumi nəzəri prinsiplərinə istinad edərək, onları dinin öyrənilməsinə tətbiq etməyə səy
göstərmişlər. Onların fikrincə, din etiqadlar, normalar və dəyərlər sistemi yaradır ki, bunlar da cəmiyyət üzvlərini
sıx birləşdirir, onun bütövlüyünü, birliyini təmin edir. Dürkheymin ardınca funksionistlər dini cəmiyyəti inteqrasiya
edən çox mühüm amil hesab edirlər. Onlar dinin funksiyalarına xüsusi yer ayırırdılar.
60-cı illərin sonu - 70-ci illərin əvvəlində Qərbin din sosiologiyasında fenomenoloji istiqamətin
nümayəndələri (xüsusən Amerika sosioloqu P. Berger və Almaniya sosioloqu T. Lukman) daha əhəmiyyətli
mövqelər qazandılar. Onlar E. Husserlin bəzi fəlsəfi müddəalarına istinad edərək, cəmiyyəti və sosial institutları
insanların intersubyektiv şüurunun məhsulu kimi nəzərdən keçirirlər. Onlar «sosial reallıqların» plyuralizmini ön
plana çəkir, «gündəlik həyat reallığını» başlıca reallıq elan edirlər; bu reallığın üzərində elm, incəsənət, din və
fəlsəfədən ibarət olan «simvolik universumlar» sistemi yüksəlir.
Din dini ideyaları, təsisatları, təşkilatları, insanların dini fəaliyyətində meydana gələn münasibətləri əhatə edir. Ona görə də dinin strukturunu üç başlıca komponentdən ibarət olan sistem kimi təsəvvür etmək olar: