F. Q. Vahidov, T. B. Ağayev


d) Kompensasiyaedici funksiya



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə121/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   131
sosiologiya

d) Kompensasiyaedici funksiya. İnsanın təbii və ictimai qüvvələr qarşısında real acizliyi, imkansızlığı tam 
aşkara çıxdıqda din onu xeyli dərəcədə yumşalda bilən, kompensasiya edən vasitə kimi çıxış edir. 
Dinin cəmiyyətdəki rolu, yerinə yetirdiyi funksiyalar ictimai inkişaf gedişində  dəyişir. Bu mənada 
sakralizasiya və sekulyarizasiya proseslərindən bəhs etmək olar. Sakralizasiya müxtəlif sosial institutların, 
münasibətlərin, ictimai və  fərdi  şüur formalarının dini təsir və sanksiyalaşdırma sferasına geniş surətdə  cəlb 
olunması deməkdir. SSRİ-nin iflasından sonra bu prosesdə müəyyən canlanma hiss edilir. 
Dinin sosiologiyasında sekulyarizasiya fəal müzakirə olunan mühüm problemlərdən biridir. Hazırda bu 
anlayışı insanın dini təsirdən azad olması kimi başa düşürlər. Bu prosesdə qlobal sosial dəyişikliklər, elmi-texniki 
və  mədəni tərəqqi mühüm rol oynayır. Sekulyarizasiya probleminə eynimənalı münasibət yoxdur. Başlıca səbəb 
dinin necə başa düşülməsidir. Dinin geniş izahına tərəfdar çıxan sosioloqlar (M. Zinqer, R. Bella, T. Lukman və s.) 
sekulyarizasiya anlayışını əsassız sayırlar. Dinin mövcudluğunu fövqəltəbii olana inamla əlaqələndirən sosioloqlar 
isə (B. Uilson, Ç. Qlok və başqaları) sekulyarizasiyanı çox mühüm sosial proses hesab edirlər; elə proses ki, dinin 
müasir cəmiyyətdə vəziyyətini kökündən dəyişdirir. 
Yeri gəlmişkən qeyd edək ki, sekulyarizasiyanın özünün izahı  cəhdləri də bir-birindən fərqlidir. Məsələn, 
B. Uilson onu insanların  əvvəlki, kapitalizməqədərki birliklərinin yox olması,  şəxsiyyətlərarası münasibətlərin 
fərdsizləşməsi və formallaşdırılması ilə izah edir. Sekulyarizasiyanın əleyhdarları (R. Bella, E. Qrili və başqaları) 
isə T. Parsonsun belə bir ideyasından istifadə edirlər ki, cəmiyyətdə sekulyarizasiya yox, yalnız institutların 
struktur və funksional diferensiasiyası baş verir. 
Dinin sosiologiyasında diqqəti cəlb edən mühüm məqamlardan 
[309 - 310] 
biri Qərb sosioloqları tərəfindən 
dindarlığın empirik tədqiqatlarının metodologiya və metodikasının işlənib hazırlanmasıdır. Bu problemin həllinə 
Amerika sosioloqu Ç. Qlok daha çox töhfə vermişdir. O, dindarlığın «çoxölçülü» modelləri adlandırılan modelləri 
işləyib hazırlamışdır. 
Dinin sosiologiyasında qarşıda duran vəzifələrdən biri qeyri-ənənəvi dinlərin, mistik təlimlərin yayılması 
miqyaslarını, hüdudlarını, habelə inkişafı imkanlarını öyrənməkdən ibarətdir. 
Müstəqil inkişaf  şəraitində respublikamızda dövlətlə dinin qarşılıqlı münasibətləri demokratik əsaslarda 
qurulmuşdur. Mövcud qanunvericilik aktları  zəminində dinlərin, konfessiyaların azad, sərbəst fəaliyyəti təmin 
edilmişdir.
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin