F. Q. Vahidov, T. B. Ağayev


Mədəniyyətin sosiologiyası



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə122/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   131
sosiologiya

 
4. Mədəniyyətin sosiologiyası 
 
Mədəniyyət anlayışı elmi ədəbiyyatda birmənalı şərh edilmir. Onun gündəlik - adi şüur səviyyəsində başa 
düşülməsində bu, xüsusilə aydın hiss olunur. 
Elmi  şərhdə  mədəniyyət insan fəallığının genişmiqyaslı  və çoxşaxəli sistemi kimi nəzərdən keçirilir. 
Mədəniyyətin yığcam tərifini adətən insanların fəaliyyətinin müxtəlif nəticələrinə, öz sosial varlığını mühafizə edib 
saxlamaq və yeniləşdirmək sahəsində  fəallığın rəngarəng formalarına müncər edirlər. Sosial varlıq isə maddi 
obyektləri, insanların fəaliyyət və qarşılıqlı  təsir normalarını, təsəvvürlərini, qiymətlərini  əhatə edir. Bir sıra 
hallarda mədəniyyətə elmi yanaşma onu qiymətləndirmə rakursunda nəzərdən keçirilməsini nəzərdə tutur. Başqa 
sözlə, mədəniyyət sosial subyektə, fəaliyyət normalarına və standartlarına, sosial praktikanın bu və ya digər 
sahəsində təsbit olunmuş mənəvi fəallığın növlərinə yiyələnməyin yüksək səviyyəsi kimi izah edilir. Bu halda nitq, 


123 
 
ünsiyyət, asudə vaxt, peşə mədəniyyətindən və s. bəhs 
[310 - 311]
 edirlər
1
. Deməli, mədəniyyət hər hansı etnosun, 
yaxud ölkə  vətəndaşlarının həyat fəaliyyətinin bütöv, davamlı üsuludur; elə üsulu ki, o, tarixən təşəkkül tapır, 
tədricən yeniləşir, lakin eyni zamanda yüz illər, bəzən min illər  ərzində öz-özünə identikliyini qoruyub saxlayır. 
Əslində  təşəkkül tapan və yeniləşən mədəniyyətin hüdudlarında xüsusi dünya formalaşır; bu dünya təbii aləmi 
tamamlayır, bir çox insan nəsillərinin əməyini, fəaliyyətini təcəssüm etdirir. 
İstənilən mədəniyyət bioloji-təbii  əsasa söykənir; insanın özü də sosial-mədəni, habelə bioloji-cismani 
əsasların vəhdətidir. Mədəni landşaft, yaşayış məskənləri, mürəkkəb mexanizmlər, rəngarəng əşyalar və s. - bütün 
bunlar təbii materiallara möhtacdır. 
Mədəniyyət ictimai həyatın fundamental ünsürüdür. O, cəmiyyətə, sosial qruplara, fərdə davranışın təşkilini, 
düşüncələrini, emosiyalarını, qiymətlərini formalaşdırmağın normalaşmış üsullarını  bəxş edir. Mədəniyyətin 
uzunmüddətli fəaliyyət göstərən mexanizmləri sosial praktikanı dinamikləşdirməyə, ənənələri, davranış və fəaliyyət 
normalarını yeniləşdirməyə, vaxtı keçmiş normalardan, ənənələrdən imtina etməyə imkan verir. İnsanın doğulduğu, 
yaşadığı, həyatının cərəyan etdiyi mədəni kontekst onun üçün doğmadır, əzizdir. 
Elmi ədəbiyyatda qeyd olunur ki, mədəniyyətin elmi təhlilinin başlanğıcı XIX əsrə təsadüf edir. Filosoflar, 
etnoqraflar və antropoloqlar mədəniyyəti təhlil etməyin analitik prinsiplərini işləyib hazırlayırlar. Filosoflar 
mədəniyyəti öyrənmək üçün nəzəri zəmin yaradır, etnoqraflar, antropoloqlar isə arxaik birliklərin, xalqların mədəni 
praktikasını  təhlil edirlər. Beləliklə, sosial (mədəni) antropologiyanın bünövrəsi qoyulur; o, inkişaf edərək, XX 
əsrin ortalarında mədəniyyətşünaslıq (kulturologiya) kimi formalaşır. 
Sosiologiya ilə antropologiya arasında sıx  əlaqələr yaranır və inkişaf edir. Onların spesifikası qalmaqla 
mədəniyyətə 
[311 - 312] 
dair ciddi tədqiqatlar aparılır. Lakin uzun müddət mədəniyyətin elə  nəzəri anlamı 
formalaşmır ki, elmi birliyi qane etsin. Antropoloji və sosioloji fıkrin qarşılıqlı əlaqəsi və təsiri tələb edirdi ki, bu 
fənlərdən hər birinin təhlil predmeti daha dəqiq müəyyənləşdirilsin. Bu, mədəniyyət haqqında təsəvvürlərin 
dəqiqləşdirilməsinə kömək edirdi. Tədricən mədəniyyətin başa düşülməsində özünü göstərən  əvvəlki ixtilaflar 
arxada qalır.  İndi ümumən etiraf olunur ki, mədəniyyət öz quruluşuna görə son dərəcə mürəkkəb fenomendir, 
inkişaf amilləri baxımından çoxplanlı tarixi hadisədir; o, xalqların, qrupların, konkret insanların həyat fəaliyyətini 
nizamlamaqda misilsiz rol oynayır. 
Sosioloji və kulturoloji biliyin qovuşağında elmi təhlilin fənlərarası sahəsi - mədəniyyətin sosiologiyası 
meydana gəlmişdir.  Mədəniyyətin sosiologiyası sosiomədəni dəyişikliklərin qanunauyğunluqlarını, sosial 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin