124
3. Normativ - etalon ünsürü. Bu, insan fəaliyyətini onun normalaşdırılması baxımından səciyyələndirir.
Mədəni norma davranışın, mənəvi fəallığın müəyyən standartıdır. Konkret mədəniyyəti
təmsil edən adamlar öz
fəaliyyətində bu normalara istinad edirlər. Normalar fəaliyyətin müəyyən mədəniyyətə xas olan çox mühüm
prinsiplərini təsbit edirlər. Cəmiyyətdə mədəni normaların daimi yeniləşməsi prosesi gedir. Lakin ictimai
praktikanın müxtəlif
sahələrində yeniləşmənin
[313 - 314]
sürəti fərqlidir. Mədəni innovasiyaların bir qismi zaman
keçdikcə normaya çevrilə bilər. Bunun üçün həmin innovasiya əhalinin əsas hissəsi tərəfındən bəyənilməli,
qəbul
edilməli, bir neçə nəslin həyat prosesində təkrar istehsal olunmalıdır.
Mədəni praktikada mədəni nümunələrin özünəməxsus yeri vardır. Onların məzmunu dünya haqqında
informasiyanı, onu qiymətləndirmə məqammı, burada insanın fəaliyyət üsulunu və s. əks etdirir. Mədəni
nümunələrin təşəkkülü müxtəlif cür baş verir. Bədii yaradıcılıqda, dini praktikada onların çoxluğu daha çox hiss
olunur. Geniş diapazona malik müxtəlif mədəni hadisələr (məsələn, maddi predmetlər, insanların davranış
maneraları, zahiri xarakteristikaları, incəsənətin
janr və üslub xüsusiyyətləri, iqtisadi münasibətlərin formaları,
siyasi mədəniyyət təzahürləri və s.) mədəni nümunələr ola bilər. Etnomilli mədəniyyət nümunələri xüsusilə
davamlıdır.
Konkret mədəniyyət nümayəndələrinin fəaliyyətindəki mədəni nümunələrin, normaların
bütöv
komplekslərini mədəni özək adlandırmaq qəbul olunmuşdur. Bu, əsrlər ərzində qorunub saxlanılan fenomendir,
xalqın fərdi mahiyyəti ilə sıx bağlıdır. Mədəniyyətin özəyi onun ayrı-ayrı komponentlərinin münasibətlərini
nizamlayan
özünəməxsus katalizatordur; o, məlum mədəniyyətin digər mədəniyyətlərlə qarşılıqlı təsirində onun
identikliyini mühafızə edib saxlamağa imkan verir.
Mədəni normalarla və nümunələrlə müqayisədə adətlər daha bütöv xarakterə malikdir. Mədəni
tənzimləmənin bir forması olan adətlər adamların konkret davranışını sosial cəhətdən əhəmiyyətli vəziyyətlərdə
ifadə edir. Ənənə anlayışı adətlərlə müqayisədə daha geniş məna kəsb edir. O, təkcə davranış stereotiplərini deyil,
həm də nəsildən - nəslə ötürülən sosial-mədəni irsin bütün həcmini əhatə edir. Ənənələr zamanın tələblərinə uyğun
olaraq, dəyişikliklərə uyğunlaşa bilər. Onlarda sabitləşdirici və dinamik ünsürlər sıx
[314 - 315]
çulğalaşmışdır.
Onlar yeni ünsürləri
özündə birləşdirə bilər, formaca və məzmunca dəyişə, yeniləşə bilər. Ənənələrdə xalqın
təcrübəsini nəsildən-nəslə ötürmək, başqa xalqların praktikasındakı faydalı ünsürləri seçmə qaydasında əks
etmək
xüsusiyyəti vardır.
Rituallar, mərasimlər mühüm nizamlayıcı əhəmiyyətə malikdir. Ritual-mərasim davranışı xeyli dərəcədə
formallaşmışdır. Böyük simvolik mənası olan belə davranış sosial əlaqələrin möhkəmlənməsində, mədəni varisliyin
qorunub saxlanılmasında müəyyən rol oynayır.
Normativ-etalon ünsürün müxtəlif
vahidlərini müqayisə etsək, onların müəyyən fərqlərini görmək olar. Belə
ki, konkret insanın yerinə yetirdiyi mədəni normalar və nümunələr bir çox cəhətdən avtomatik xarakter alır. Onlar
insan fəaliyyətinin bütün tərəflərinə dərindən nüfuz etmişlər. Adətlər, ənənələr, rituallar, mərasimlər
isə mədəni
norma və nümunələr komplekslərindən ibarət olub, daha çox demonstrativ xarakterə malikdir.
Dostları ilə paylaş: