125
Mədəniyyəti müxtəlif əsaslara görə tərkib hissələrə ayırırlar. Lakin araşdırmalar göstərir ki, təklif edilən
variantlar çox zaman bütün mədəniyyətin tərkibini deyil, yalnız onun ayrı-ayrı məkanlarını və ya altsistemlərini əks
etdirir.
Mədəniyyətin quruluşunun ən sadə modeli onun maddi və mənəvi mədəniyyətə ayrılmasıdır. Belə
təsnifatdan həm gündəlik praktikada, həm də elmdə geniş istifadə olunur. Maddi mədəniyyət dedikdə,
mədəniyyətin bütün predmetləri və maddi obyektləri, əlaqə kanalları (yollar, informasiya şəbəkələri), habelə
mədəni praktikaya qoşulmuş təbii - landşaft hadisələri başa düşülür. Mənəvi mədəniyyət dedikdə isə
[316 - 317]
mənəvi sərvətlərin (obrazlar, biliklər, təsəvvürlər, dəyərlər, simvollar və s.) geniş məkanı başa düşülür.
Mədəniyyətdə müxtəlif məzmun - tarixi qatları və tərkib hissələri ayırd etmək baxımından onun bölgüsü də
təklif edilmişdir.
Bu halda qeyd edilir ki, qədim dünyanın mədəniyyətlərindən başlayaraq, sosial diferensiasiyanın
dərinləşməsi zəminində xalq mədəniyyəti fenomeni formalaşmışdır, Müasir şəraitdə bu mədəniyyətin dəqiq
cızılmış hüdudları yoxdur. Bu anlayış daha çox bəzi etnik və ya ümummilli invarianta, ənənələrdə təsbit olunan və
inkişaf etdirilən dəyər-normativ və məna məzmunlarının məcmusuna müncər edilir. Xalq mədəniyyətinin
yaradıcıları həm aşağı təbəqələr, həm də müxtəlif təbəqələrin nümayəndələridir. İnsanın öz mədəniyyətinə
mənsubluq şüuru, öz xalqına mənəvi yaxınlığı, müasir sosial kontekstdə xalq ənənələrinə adaptasiyası indiki
şəraitdə xalq mədəniyyətinin mühüm xarakteristikalarıdır.
Kütləvi mədəniyyət yeni dövrün fenomenidir. Bu fenomen obyektiv surətdə industrializasiya prosesləri ilə
təşəkkül tapır və hazırda postindustrial, informasion mədəniyyətə keçidin təsiri altında inkişaf edir. Kütləvi
mədəniyyət son əsrlərdə Qərbi Avropa xalqlarının obyektiv inkişaf qanunauyğunluğunu əks etdirir. Bu prosesdə adi
ənənəvi mədəniyyət geniş miqyaslı birliklərin, habelə konkret subyektlərin tələbatlarını ödəyə bilmədi. Ona görə də
müxtəlif fəaliyyət sahələrində kütləvi mədəniyyətin rəngarəng təzahürləri meydana gəlirdi. Kütləvi ümumtəhsil
məktəblərinin formalaşması, kütləvi kommunikasiya vasitələrinin inkişafı, siyasi həyatda kütləvi hərəkatların və
partiyaların
meydana gəlməsi, kütləvi istehlakçı tələbatlarının, standartlarının qərarlaşması və s. - bütün bunlar
kütləvi mədəniyyətə ehtiyacı şərtləndirirdi. Kütləvi mədəniyyət məhsulları peşəkarlar - kütləvi tələbat, təhsil,
siyasət, kütləvi incəsənət, reklam sahəsində çalışan mütəxəssislər tərəfındən yaradılır. Bu məhsullar bütün dünyaya
yayılır; onların bir çoxunda etnik-milli
[317 - 318]
əlamət axtarmaq mənasızdır. Həmin məhsulların hazırlanması
daha çox kommersiya məqsədlərinə tabe edilmişdir.
Əksmədəniyyət özündə elə ustanovkalar cəmləşdirir ki, onlar hakim mədəniyyətə qarşı durur, inkişafın
alternativ prinsiplərini, yəni mənəvi yönümləri irəli sürür. Əksmədəniyyət hadisəsi xalqların inkişafını
dinamikləşdirən amillərdən biri kimi XX əsrin ikinci yarısında tədqiqatçıların diqqətini cəlb etmişdir. Əvvəlki
fəaliyyət normalarının, mənəvi yönümlərin zəifləməsi və yenilərinin doğulması çox zaman ictimai təbəqələşməyə,
müəyyən sosial qüvvələrin fəallaşmasına səbəb olur. Bu dəyişikliklər ideyalarda, bütöv təbəqələrin fəaliyyətində
aydın ifadə olunduqda cəmiyyətdə yeniləşmə meylləri güclənir. Nəticədə əksmədəniyyətin formalaşması üçün
zəmin yaranır. Yeni təsəvvürlər müəyyən dövr ərzində əsas nümunələrə münasibətdə innovativ xarakterini saxlayır,
lakin zaman keçdikcə onların xeyli hissəsi hakim mədəniyyətə inteqrasiya oluna bilər.
Mədəniyyətin quruluşunu onda müxtəlif submədəniyyətlərin olması baxımından nəzərdən keçirmək olar.
Submədəniyyətlər hakim mədəniyyətin tərkib hissələri olub, öz normativ
quruluşu, dəyərləri, ənənələri ilə
bütövlükdə mövcud mədəniyyətdən fərqlənirlər. Onlar sosial birliklərlə - mədəniyyətin daşıyıcıları ilə sıx bağlıdır.
Bu halda şəhər və kənd submədəniyyətini, habelə silklərin, təbəqə və siniflərin submədəniyyətini ayırd edirlər
(məsələn, mühüm əlamətlərə görə Qərbi Avropada cəngavər mədəniyyəti, sonra zadəgan mədəniyyəti, daha sonra
isə burjua mədəniyyəti ayırd edilmişdir). Keçmişdə əkinçi xalqların kəndli mədəniyyəti üçün spesifik həyat tərzi,
xüsusi təsərrüfat formaları və əmək ritmi, habelə bədii praktikanın folklor növləri (miflər, nağıllar, atalar sözləri,
incəsənətin tətbiqi növləri və s.) səciyyəvi olmuşdur. Hazırda Asiyanın, Cənubi Amerikanın, Afrikanın bir sıra
ölkələrində həmin mədəniyyət qalmaqdadır.
Müasir şəraitdə həyat fəaliyyətinin stratifikasiya formaları əsasında submədəniyyətlərin formalaşması
prosesi
[318 - 319]
nəzərə çarpmır. Məsələn, orta sinfin müxtəlif təbəqələri arasında mədəni fərqlər həyat tərzinin
mədəni üslub xüsusiyyətlərinin fərqliliyinə müncər edilir. Lakin müasir cəmiyyətdə sosial meyarlara görə ayırd
edilən bir sıra submədəniyyətlər inkişaf etməkdədir. Məsələn, tədqiqatçılar elitar mədəniyyəti - cəmiyyətin
imtiyazlı qruplarının submədəniyyətini, yoxsulluq mədəniyyətini - ən yoxsul qrupların elitar mədəniyyətə əks
qütbdə inkişaf edən mədəniyyətini, gənclər submədəniyyətini - müasir şəhər mühitində formalaşan
və gəncləri
əhatə edən mədəniyyəti, etnik-milli submədəniyyətləri (xüsusən milli-etnik tərkibi rəngarəng olan ölkələrdə),
habelə ərazi (regional) submədəniyyətlərini ayırd edirlər.
Tədqiqatçılar mədəniyyətin quruluşunun bütöv modellərini də işləyib hazırlamışlar. Bu halda həmin
modellərin tərkib hissələri vahid meyarlara görə ayırd edilir. Belə olduqda ayrı-ayrı hissələr arasında qarşılıqlı
surətdə əlaqəli olan münasibətləri görmək mümkündür. Mədəniyyətin morfoloji modeli bu baxımdan diqqəti cəlb
edir. Həmin modeldə təsnif üçün tarixi formalaşma və funksional-məzmun müstəqilliyi kimi meyarlar
götürülmüşdür.
126
Morfoloji modeldə mədəniyyətin iki səviyyəsi qeyd olunur: adi (gündəlik) mədəniyyət və ixtisaslaşdırılmış
mədəniyyət. İnsanların təşkili üsulları, mədəni təcrübənin qorunub saxlanılması və istifadə edilməsi bu
səviyyələrdə bir -birindən fərqlənir.
Adi mədəniyyət insanların gündəlik həyat dünyasını mühafızə etməklə bağlıdır. İnsan həyatının ilk
günündən son gününə qədər onun hüdudlarında (ailədə, yaxın dostlarının əhatəsində, qeyri-formal qarşılıqlı təsir
prosesində) inkişaf edir. Burada fəaliyyətin sərt təlimati formaları yoxdur, insanın fəallığı dəyişkən xarakter daşıyır,
öz mənafe və tələbatlarının reallaşmasına yönüm əsas cəhətdir.
İxtisaslaşdırılmış mədəniyyət ictimai əmək bölgüsü ilə əlaqədardır, fəaliyyətin sistemli - təsisatlı sferalarının
(əmək, idarəetmə, təhsil, xidmət, peşəkar incəsənət və s.) olmasını
[319 - 320]
nəzərdə tutur. Burada fəaliyyət daha
rasional xarakter daşıyır; insana hər şeydən əvvəl işçi, vəzifəli şəxs kimi yanaşılır.
Mədəniyyətin hər iki səviyyəsi şaquli bölgü üzrə funksional baxımdan müstəqil sferaların ayırd edilməsi ilə
tamamlanır: təsərrüfat mədəniyyəti; siyasi mədəniyyət; hüquqi mədəniyyət; dini mədəniyyət; fəlsəfı mədəniyyət;
bədii mədəniyyət (incəsənət);
elmi mədəniyyət; rekreasiya sferası (sağlamlığın qorunmasına yönəlmiş mədəni
fəaliyyət sahəsi).
Qeyd edilən vahidlərlə yanaşı mədəni praktikanın elə sahələri də ayırd edilir ki, onların vəzifəsi
mədəniyyətin bütün səviyyə və sferaları arasında əlaqəni təmin etməkdir. Buraya təhsil sferası, kütləvi informasiya
vasitələri, habelə mədəniyyət müəssisələri (arxivlər, kitabxanalar, muzeylər, konsert zalları və s.) aiddir.
Mədəni praktikanın səviyyələri və sferaları müəyyən funksiyaların həyata keçirilməsi ilə əlaqədardır. Sosial
praktikada onların hamısı çoxsaylı əlaqə və münasibətlərlə bir-birini tamamlayır. Deməli, onlar arasında keçilməz
hüdudlar yoxdur.
Mədəniyyət statik sistem deyildir; o, daim dəyişir, yeniləşir, müxtəlif hadisə və proseslərlə zənginləşir.
Mədəniyyətin özünəməxsus dinamikası dedikdə elə dəyişikliklər başa düşülür ki, onlar nizamlı xarakter daşısın,
məzmun baxımından müəyyənliyə malik olsun, əsas ictimai meyllərin istiqamətinə uyğun gəlsin.
Bəşəriyyətin mədəni təkamülünün tarixi mərhələləri belə dövrləşdirilir:
ibtidai cəmiyyətin mədəniyyəti;
qədim dünya mədəniyyəti; orta əsrlər mədəniyyəti; yeni dövr mədəniyyəti. Buna uyğun olaraq, müxtəlif xalqların
mədəni praktikasının bir neçə mərhələsi və modifıkasiyası ayırd edilir: arxaik tipli mədəniyyət (adətən yazısı
olmayan mədəniyyətdir); ənənəvi tipli mədəniyyət; müasir tipli mədəniyyət.
Ənənəvi və müasir mədəniyyətlər təsərrüfat məşğuliyyətinin aparıcı formalarından və iqtisadiyyatın inkişaf
dərəcəsindən asılı olaraq, aşağıdakı kimi təsnif edilə bilər: ənənəvi
[320 - 321]
tipli mədəniyyət - torpaqbecərmə
mədəniyyəti; köçəri (yaxud yarıköçəri) heyvandarlıq mədəniyyəti; oturaq heyvandarlıq mədəniyyəti; müasir tipli
mədəniyyət - industrial cəmiyyət mədəniyyəti; postindustrial cəmiyyət mədəniyyəti. Mədəniyyətin tarixi tipləri
insanın ictimai təkamülünün xüsusiyyətlərini başa düşməyə kömək edir.
Mədəni dəyişikliklərin bir sıra amilləri mövcuddur. Mədəni dəyişikliklərin amilləri dedikdə, məlum
dəyişikliklərin əsasını təşkil edən, onları reallaşdıran
hərəkətverici qüvvələr, mənbələr və şərait başa düşülür. Aydın
məsələdir ki, bu və ya digər amilin fəaliyyəti müəyyən tarixi şəraitdə ön plana keçə bilər.
Mədəni dəyişikliklərin əsasını təşkil edən başlıca amillər aşağıdakılardır:
a) təbii-ehtiyat amilləri. Bu amillər mədəniyyətin bir çox sahələrinə (təsərrüfat məşğələləri, əmək alətlərinin
təkmilləşməsi, əhalinin həyat tərzi) ciddi təsir göstərir.
Dostları ilə paylaş: