b) mədəniyyət formalarının məkan yerləşməsi. Onların tam yerləşməsi ərazinin mədəni baxımdan
mənimsənilməsini sürətləndirir.
c) müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri. Bu, bir mədəni birliyin digərinə nüfuz etməsinə və qarşılıqlı
zənginləşməyə imkan verir.
ç) sosial institutlar və münasibətlər. Amillərin bu qrupu bəzi mədəni dəyişiklikləri dinamikləşdirir.
d) mənəvi-ideya amilləri. Bu, mədəni fəaliyyətin ideyalarını, dəyərlərini, bütöv proqramlarını əhatə edir.
e) rasional tədqiqatlar və idarəetmə. Müasir şəraitdə real vəziyyəti aşkara çıxarmaq və mədəni yeniləşməyə
kömək etmək üçün rasional tədqiqatlar aparmağın, idarəetməni optimallaşdırmağın əhəmiyyəti getdikcə artır.
Mədəni dinamika müxtəlif formalarda həyata keçirilir. Bu formalar mədəni dəyişikliklərin istiqamətinə,
məzmununa, intensivliyinə, nəticələrinə görə bir-birindən fərqlənir. Dəyişikliklərin aşağıdakı formalarını qeyd
etmək olar:
[321 - 322]