1. Kommunikativ ünsür. Bu ünsür mədəniyyət dillərinin müxtəlifliyini nəzərdə tutur. Bu dillər müxtəlif
işarə vahidlərinin çoxsəviyyəli sistemidir. İnsanlar kommunikativ fəaliyyət prosesində bu dillərdən istifadə edirlər.
Buraya verbal (linqvistik) dil, jest, predmet - məkan, qrafık, obrazlı (o cümlədən bədii), formallaşdırılmış dil,
emosiyaların dili, peşə fəaliyyətinin dili (lüğət ehtiyatı, əmək texnologiyaları, alətləri və s.) aiddir. Mədəniyyət
dillərinin formalaşması
[312 - 313]
mənbələri həm təbii ilkin şərtlərə, həm də insanların qarşılıqlı fəaliyyətinin
müəyyən sosial-kommunikativ, qiymət-məna xüsusiyyətlərinə malikdir. Mədəniyyət dilləri insanların
kommunikasiya prosesində, onların birgə fəaliyyətində təşəkkül tapır və inkişaf edir. Mədəni kommunikasiyanın
əsas kanalları şifahi kommunikasiya və yazılı nitqdir.
2. Semantik ünsür. Buraya mənəvi dəyərlər, mədəni fəallığın məna, işarə və simvolları daxildir. Mənəvi
dəyərlər sosial əlaqələri nizamlamağın çevik sistemidir, şüurun fəal yönümləridir. Məna insan təcrübəsinin sosial-
mədəni kommunikasiyaya qoşulması üsuludur, insanı əhatə edən obyektlərlə, onun öz vəziyyəti və fəaliyyəti ilə sıx
bağlıdır. O, tarixi təcrübə zəminində təşəkkül tapır, məlum birliyin bu və ya digər hadisəyə maraqlı münasibətini
ümumiləşdirir. Mənanın mədəniyyətdə formalaşması uzun vaxt tələb edir. Mədəni işarələr və simvollar müəyyən
dəyər - məna xüsusiyyətinə malikdir. Onlar gerçəklik haqqında bəzi məlumatları əks etdirir. Əslində sosial mühit
işarə sistemləri ilə doludur. Onlar mədəniyyətin spesifık mətnləridir. İnsan həmin işarələrin mənasını nəzərə alır,
müvafıq davranış nümayiş etdirir, öz hərəkətlərini başqalarının hərəkətləri ilə uyğunlaşdırır. Mədəni işarə öz
məzmunundan «ayrılırsa», yeni məna kəsb edirsə, simvola çevrilir. Bu, tədrici prosesdir, öz informasiya və məna
yükü baxımından olduqca səmərəlidir. Məsələn, palma budağı ilə göyərçin təsviri sülhün simvoludur. Gerb, bayraq,
himn hər bir dövlətin ümummilli xarakteristikasıdır. Simvollar ritualların, təntənəli aktların mühüm ünsürüdür.