münasibətlər, strukturlar, institutlar prizmasında mədəniyyətin fəaliyyət xüsusiyyətlərini öyrənir. Mədəniyyət sosiologiyasını nəzərdən keçirərkən bu sahəyə öz töhfələrini vermiş G. Zimmelin, P. Sorokinin,
M. Veberin adlarını xüsusi qeyd etməliyik. Onların ənənələrini davam etdirən tədqiqatçılar maraqlı konseptual
ümumiləşdirmələr aparmış, mədəniyyətin məna konstruksiyaları ilə müxtəlif sosial qrupların fəaliyyət
sistemlərinin, müxtəlif xalqların ictimai həyat şəraitinin qarşılıqlı nisbəti, uyğunluğu məsələlərini hərtərəfli təhlil
etmişlər.
Bəs mədəni fəaliyyətin struktur ünsürləri hansılardır?