127
4) mədəni partlayış. Bu, durğunluğa əks olan, nəticələri çətin proqnozlaşdırılan
rəngarəng və sürətli
dəyişikliklərlə, qeyri-sabit sosial-mədəni proseslərlə xarakterizə olunur.
5) mədəni durğunluq. Bu, uzunmüddətli dəyişməzlik, süstlük vəziyyəti ilə səciyyələnir. Bəzən mədəni
dinamikanın xarakterini və istiqamətini müəyyənləşdirmək çox çətin olur. Baş verən dəyişikliklərin mənasını
aydınlaşdırmaq üçün müəyyən vaxt tələb olunur. Nəzərə almaq lazımdır ki, mədəniyyətin
zənginləşməsi kimi
ümumi proses çərçivəsində onun ayrı-ayrı hissələrinin tənəzzülü, yaxud deqradasiyası baş verə bilər. Məsələn,
universal şəhər mədəniyyəti normalarının geniş yayılması əslində əyalət mədəniyyətinin tənəzzülünə səbəb olur.
6) mədəni böhran. Bu vəziyyət üçün xaotik meyllərin artması, ziddiyyətlərin çoxalması, sosial praktikanın
bu və ya digər sahəsində ənənələrlə innovasiyalar arasında ayrılığın olması səciyyəvidir.
7) mədəni fəlakət. Böhran dərinləşərək, mədəni fəlakətə keçə bilər. Bu halda praktikanın
bu və ya digər
sahəsinin, bəzən bütün mədəniyyətin əvvəlki qaydada fəaliyyəti mümkün olmur, mədəni varislik itir. Tarixən
ərazilərin hərbi işğalı nəticəsində bütöv mədəniyyətlərin yoxa çıxmasına dair faktlar məlumdur.
Mədəni dəyişikliklərin rəngarəng formaları sübut edir ki, mədəni
dinamika ən müxtəlif, ziddiyyətli
proseslərin,
[322 - 323]
meyllərin qarşılıqlı əlaqə və təsiri şəraitində baş verir. Çox mühüm dinamik meyllərin aşkar
və gizli
keyfiyyətləri, təzahürləri dəqiq müəyyənləşdirilməli, əsaslı keyfiyyət təhlili aparılmalıdır.
Azərbaycan mədəniyyəti çoxəsrlik ənənələri olan, keyfiyyət spesifikliyini qoruyub
saxlayan, dinamik
inkişaf edən mədəniyyətdir. Müstəqillik şəraitində öz tərəqqisi üçün yeni imkanlar əldə edən bu mədəniyyət dünya
mədəniyyətinin nailiyyətlərindən yaradıcılıqla istifadə etməklə daha da yeniləşir, zənginləşir.
[323-324]