Qeyri-formal qrup - həmfıkirlərin, dostların və başqalarının əhatəsidir. O, həm formal qrup çərçivəsində,
həm də onsuz yarana bilər. Məsələn, məkan-ərazi yaxınlığı əsasında (qonşular, həmyerlilər); maraq birliyi əsasında
(pokerlər, qeyri-formallar); şəxsi rəğbət əsasında (dostlar, tanışlar) və s. Belə qeyri-formal qruplarda şəxslərarası
münasibətlər aydın əks olunur və burada ciddi təşkilatçılıq çox da vacib deyil. Burada qaydalar əksər hallarda
ənənələrə, hörmətə, şəxsiyyətə, rəğbətə, adətə, maraqların ümumiliyinə əsaslanır.