49
Bəzən də əhalinin müəyyən bir qismi özündən asılı olmayan səbəblərə görə tez-tez
[117 - 118]
yerini dəyişməsi
nəticəsində eyni vaxt ərzində bir neçə sosial statusda yaşamağa məcbur olur.
Beləliklə, diferensiasiyanın üstünlük təşkil etməsi meyli göz qabağındadır. Bununla əlaqədar olaraq qeyd
etmək lazımdır ki, beynəlxalq standartlara görə, gəlirlər (ən varlıların 10%-nin və ən yoxsulların 10%-nin gəlirləri)
arasında fərq 4-5 dəfədən artıq olmamalıdır.
Bu modeli rəhbər tutduqda, aparıcı Qərb ölkələrindən (orta sinfın üstünlük təşkil etdiyi - 60-70%-ə qədər)
fərqli olaraq, Azərbaycan əsasən aşağı siniflə (təxminən 20-22%) təmsil olunmuşdur ki,
onun da böyük hissəsini
qaçqınlar və gənclər təşkil edir
1
. Lakin son dövrdə Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar nəticəsində orta
sinfin formalaşması və inkişafı prosesi güclənir. Hazırda bu və ya digər ölkələrin xüsusiyyətindən asılı olaraq orta
sinfə daxil etmənin müxtəlif meyarları təklif olunur. Məsələn, L. Belyayeva orta sinfı müəyyənləşdirərkən
aşağıdakı üç göstəricini əsas meyar kimi götürür
2
.
1)
özünü identifikasiya; 2)
həyat səviyyəsi; 3)
təhsil səviyyəsi.
Elmi ədəbiyyatda orta sinfı səciyyələndirən digər meyarlara da təsadüf edilir: 1) mövcud konkret
cəmiyyət
üçün götürülən gəlir səviyyəsi; 2) əhalinin maddi cəhətdən orta səviyyədə təmin olunmuş qrupları; 3) xırda
mülkiyyətçilər və xırda firmaların rəhbərləri; 4) ali təhsilli mütəxəssislər (təhsil səviyyəsi və peşə bilikləri meyarı
üzrə); 5) ali təhsili olmayan qulluqçular (aşağı orta sinif) və s.
Azərbaycanda orta sinfin möhkəmlənməsinə maneçilik yaradan əsas
səbəblərdən biri odur ki, həyata
keçirilən özəlləşdirmə xırda və orta mülkiyyətçilərin deyil, iri mülkiyyət sahiblərinin formalaşmasına kömək
etmişdir. Fikrimizcə, aşağıdakı amillər orta təbəqənin formalaşmasını sürətləndirəcəkdir:
[118 - 119]
1) sosial meyarların kristallaşması, dəyərlər, normalar və sanksiyaların mədəni formalarla şərtlənən
sisteminin inkişafı;
2) cəmiyyət institutlarının stabilləşməsi, onların öz sabitliyini təkrar istehsal etmək qabiliyyəti,
hakimiyyətin
demokratikləşməsi və aşkar xarakteri.
Müasir dövrdə Azərbaycanda sosial strukturun inkişafının xarakterik meyllərindən biri də yeni sosial
qrupların yaranmasıdır. Yeni sosial qruplar sırasına sahibkarları, fermerləri, bankirləri, aksionerləri, kooperatorları
və fərdi əmək fəaliyyəti ilə məşğul olanları aid etmək olar. Sənaye sahəsində, maliyyə və vasitəçilik biznesində
məşğul olan sahibkarları, xüsusi, birgə və kiçik müəssisələrin mülkiyyətçilərini xüsusi qeyd etmək lazımdır. Bu
sosial qruplar hazırda Azərbaycanda aktiv fəaliyyət göstərirlər.
2005-ci ilin yanvar ayına olan məlumata görə, son 15-16 ildə iri və orta müəssisələrin əsasında yaradılmış
səhmdar cəmiyyətləri, fərdi sahibkarlar, xarici və müştərək müəssisələrin sayı artaraq müvafiq surətdə 10-a, 2681-
ə, 796-ya, kiçik müəssisələrin sayı isə 2463-ə çatmışdır
3
.
Azərbaycanın sosial struktur sosiologiyasında ən mühüm meyllərdən biri də onun tranzit (keçid) cəmiyyət
strukturu kimi tədqiq olunmasıdır (Azərbaycan sosiumu nəzərdə tutulur).
Azərbaycanın sosial strukturunu təxminən aşağıdakı kimi təsvir etmək olar:
1. Yuxarı sinif (dövlət idarəetmə sistemində və inzibati orqanlarda aparıcı yerləri tutan elita, bankların,
tikinti, hasiletmə və emaletmə müəssisələrinin, təhsil, səhiyyə, ticarət, xidmət və məişət müəssisələrinin sahibləri).
2. Orta sinif (xırda mülkiyyətçilər, fərdi kəndli sahibkarlar, məmurlar, menecerlər, hüquqşünaslar,
professorlar və s.).
[119 - 120]
3. Kooperatorlar (sənaye istehsalında, xidmət sferasında və kənd təsərrüfatında).
4. Fəhlə sinfi: a) iri dövlət miqyaslı sənayedə, tikintidə, ticarətdə, kənd təsərrüfatında işləyənlər; b) qarışıq
və xüsusi müəssisələrdə çalışanlar və s.
5. Aşağı sinif (mülkiyyətə sahib
olmayanlar, işsizlər, yoxsullar və s.).
Müəssisələrin özəlləşdirilməsi nəticəsində onların mülkiyyət formasının dəyişdirilməsi cəmiyyətin
təbəqələşməsini, bununla da sosial bərabərsizlik problemini gücləndirir. Hazırda Azərbaycanda özəl bölmənin payı
istehsalda 80%, o cümlədən sənayedə 70%, kənd təsərrüfatında isə 99%-i təşkil edir. Analoji meyl həmçinin
əməyin peşə bölgüsündə, onun sahə üzrə diferensiasiyasına əsaslanan sosial-peşə strukturunda da mövcuddur.
Azərbaycanın indiki vəziyyətində istehsalatın yüksək inkişaf etmiş, orta və zəif inkişaf etmiş sahələrə kəskin
ayrılması burada çalışan işçilərin qeyri-bərabər sosial vəziyyətini müəyyən edir. Bu, aqrar bölmənin işçiləri ilə neft-
qaz sənayesində çalışanların və ya ali məktəb işçiləri ilə dövlət strukturunda işləyənlərin əmək haqqı arasındakı
fərqi müqayisə etdikdə daha aydın görünür. Doğrudur, bazar münasibətləri şəraitində əhalinin
sosial bərabərliyinin
əvvəlki anlamı utopiya olardı. Lakin əhalinin əksəriyyəti hələ də yeni şəraitdə müasir stimullaşdırma sisteminin
fəaliyyətdə olması faktını lazımınca qəbul etmək istəmir.
1
«Respublika» qəzeti. 23 yanvar 2007-ci il.
2
Беляева Л. Критерии выделения российского среднего класса. // Средний класс в современном российском обществе. M., 1999,
c.11-16.
3
Azərbaycanın statistik göstəriciləri 2006. B., 2006, səh. 125-127.