46
mədəniyyət, şüur, ideologiya, ictimai psixologiya və s. daxildir. Bu əlamətlər sosial strukturun digər elementlərini
də öyrənərkən nəzərə alınmalıdır.
Sosial qruplar ictimai istehsalda müəyyən yer tutan və obyektiv surətdə mövcud olan dayanıqlı insan
kateqoriyalarıdır. Bu məsələni xüsusi fəsildə ətraflı şərh edəcəyik.
Sosial strukturda mühüm elementlərdən biri də ziyalılardır. Ziyalılar ali və ya orta
ixtisas təhsili tələb edən
və ixtisaslı zehni əmək fəaliyyəti ilə peşəkar surətdə məşğul olan insanların birliyidir. Ədəbiyyatda ziyalılar
anlayışının geniş izahı da mövcuddur. Bu halda həmin qrupa zehni əməklə məşğul olan bütün işçilər daxil edilir:
yəni həm ziyalı-mütəxəssislər, həm də yüksək təhsil tələb etməyən və mürəkkəb olmayan zehni əməklə məşğul
olan qulluqçular -qeyri-mütəxəssislər (hesabdarlar, xəzinədarlar, katibə-makinaçılar, əmanət xəzinələrinin
nəzarətçiləri və s.) bu kateqoriyaya aid edilirlər.
Ziyalıların cəmiyyətdəki rolu, yeri və strukturu onların aşağıdakı əsas funksiyaları yerinə yetirməsi ilə
müəyyənləşdirilir:
- maddi istehsalın elmi-texniki və iqtisadi təminatı;
- istehsalatın, bütövlükdə, cəmiyyətin və onun ayrı-ayrı altstrukturlarının peşəkarlıqla
idarə edilməsi;
- mənəvi mədəniyyətin inkişaf etdirilməsi;
insanların tərbiyəsi;
- ölkənin zehni və fıziki sağlamlığının təminatı.
Ədəbiyyatda elmi-pedaqoji, mədəni-bədii, tibbi, idarəedici və hərbi ziyalıları fərqləndirirlər. Ziyalılar həm
də ixtisas dərəcəsinə və sosial-demoqrafık əlamətlərinə görə təsnif edilirlər.
Qeyd etmək vacibdir ki, zehni və fıziki əmək işçiləri aşağıdakı göstəricilərə görə fərqlənirlər:
1) icra
etdikləri
işin məzmununa, fıziki və intellektual qüvvələrin sərfınin nisbətinə, əməyin mürəkkəblik dərəcəsinə və
davametmə şəraitinə görə;
2) fıziki və zehni əmək işçilərinin mədəni-texniki səviyyəsinə (təhsilinə, ixtisas
dərəcəsinə, peşə tərkibinə) görə;
[110 - 111]
3) mədəni və maddi rifahına, həyat şəraitinə görə də fərqlənirlər. Bu sosial fərqlərdən sosioloji
araşdırmalarda sosial göstəricilər kimi istifadə etmək olar.
Sosial
təbəqələr müəyyən sinfin, sosial qrupun hissələridir. Onların ayrılması və sosial siması mövcud
istehsal üsulunun yetkinliyindən asılıdır. Məsələn, ziyalıların tərkibində təhsilin səviyyəsinə görə (orta və ali
ixtisas, elmi dərəcəsi olanlar və olmayanlar və s.) təbəqələri, eləcə də, «praktikləri», ixtisas hazırlığı tələb etməyən
zehni əməklə məşğul olan və müvafıq diplomu olmayan şəxsləri ayırmaq olar.
Yuxarıdakı mülahizələri ümumiləşdirərkən ədəbiyyatda ziyalı anlayışı ilə bağlı fərqli fıkirlərin
də mövcud
olduğunu bildirmək yerinə düşər. Məsələn, Azərbaycan fılosofu S. Xəlilova görə, ziyalı sadəcə savadlı, bilikli,
elmli adam deyil. Böyük alim, şair, bəstəkar da hələ ziyalı olmaya bilər. Ziyalı sadəcə olaraq ayrı-ayrı adamların,
qrupların, tayfaların yox, bütövlükdə millətin yoluna işıq saçan adamdır.
1
İşçilərin əməyin xarakteri və məzmunu meyarına görə təsnifatı onların peşəyə görə bölünməsinə, yəni
sosial-peşə strukturunun formalaşmasına gətirib çıxarır. Bu əsasda aşağıdakı qruplar fərqləndirilir: zehni və fıziki
əməklə, idarəetmə və icraetmə əməyi ilə, sənaye və kənd təsərrüfatı əməyi ilə məşğul olanlar, əmək qabiliyyətli
əhali və ictimai istehsalla məşğul olmayanlar.
Sosial-peşə strukturu əməyin peşələr üzrə bölünməsinə, onun sahə strukturuna əsaslanır. İstehsalatın yüksək,
orta və zəif səviyyədə inkişaf etmiş sahələrinin mövcudluğu işçilərin qeyri-bərabər
sosial vəziyyətini
müəyyənləşdirir. Bu, konkret olaraq, sahələrin texniki inkişafının səviyyəsindən, əməyin mürəkkəblik
dərəcəsindən, ixtisas səviyyəsindən, əmək şəraitindən və s. asılıdır.
Sosial strukturun mühüm bir səpkisini əhalinin sosial-demoqrafik göstəricilər üzrə bölünməsi təşkil edir.
Bunlara qadınlar, kişilər, gənclər, pensiyaçılar, məktəblilər və b. daxildir.
[111 - 112]
Sosial-demoqrafik qrupların
ayrılması üçün meyarlar cins və yaş fərqləridir. Bu təbii fərqlər öz-özlüyündə, sözün həqiqi mənasında
sosial
fərqlər olmasa da, siniflərə və qruplara bölünmüş cəmiyyətlərdə sosial fərq xarakteri ala bilir. Buna cəmiyyətdə
kişilərin və qadınların, müxtəlif nəsillərin nümayəndələrinin fərqli, qeyri-bərabər vəziyyəti, qocaların, əmək
veteranlarının,
bir qayda olaraq, nisbətən ağır sosial vəziyyəti və s. dəlalət edir. Əhalinin yaş strukturunda qocalma
prosesi yalnız bioloji, təkamül xarakterli bir proses deyildir. Qocalma iqtisadi fəallığın azalması, dövlətin ahıllara
maddi-maliyyə xərcləri, ərzaq təminatı kimi problemlərlə bağlıdır.
Sosial-demoqrafık strukturun mühüm elementlərindən biri gənclərdir. Azərbaycanda gənclərin sosial
strukturda xüsusi çəkisi xeyli artmışdır. Belə ki, 2006-cı ilin yanvar ayına olan məlumata görə, respublikamızın
əhalisinin 8,4 milyon nəfərindən 5,1 milyonu və ya 60,4%-ini 34 yaşına qədər olan əhali təşkil edir.
2
Perspektivdə
əhalinin yaş strukturunda bu prosesin getdikcə artması gözlənilir. Bu isə ölkəmizdə əmək qabiliyyətli əhalinin
artmasını şərtləndirir.
1
Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. B., 2001, s. 226.
2
Azərbaycan əhalisi 2006. B., 2006, s. 22.