45
P. Sorokinin fıkrincə, sosial strukturun əsasında fərdlərin qarşılıqlı təsiri durur. Bu, cəmiyyəti stratlara
(təbəqələrə) ayırmağın aparıcı meyarını təşkil edir. Qarşılıqlı təsirlər birtərəfli, ikitərəfli, antaqonist və həmrəy
xarakterli ola bilir. İnsanların stabil mövcud olan təşkilatları (sosial birlik, qrup tipli) elə bir yüksək inkişaf etmiş
orqanizmə bənzəyir ki, onun «möhkəm sümük-əzələ sistemi, dayanıqlı və elastik forması vardır».
Sorokinə görə, qarşılıqlı təsir mərkəzlərinin sıx funksional və yaxud səbəbiyyət qarşılıqlı asılılığı həmin
qarşılıqlı təsiri xüsusi növ kollektiv vəhdətli hadisə kimi öyrənməyə imkanı verir. Funksional və ya səbəbiyyət
əlaqələrinin olmadığı yerdə formal vəhdət özünü göstərir.
Fərdlərarası qarşılıqlı təsir və kollektiv vəhdət (birlik) sosial strukturun təhlilinin «birinci pilləsini»ni təşkil
edir. «İkinci pillə» kollektiv birliklərin, real mövcud olan məcmuların, bölgülərin, çarpazlaşmaların,
kumulyasiyaların, təbəqələşmələrin, bir sözlə, mürəkkəb sosial aqreqatların qarşılıqlı təsirini öyrənir.
Kollektiv birliklərin yaranması, qorunub saxlanılması və məhv olması amillərini kosmik, bioloji və sosial-
psixoloji şərtlər təşkil edir.
Göründüyü kimi, cəmiyyətin sosial strukturu haqqında çoxsaylı nəzəriyyələr, konsepsiyalar, müxtəlif
yanaşmalar formalaşmış, təkmilləşmiş və inkişaf etmişdir. Bu proses müasir dövrümüzdə də davam edir. Sosial
strukturda baş verən mütərəqqi dəyişikliklər, inkişaf meylləri həmin nəzəriyyələrin daim təkmilləşməsini və
yeniləşməsini şərtləndirir.
[107 - 108]
Dostları ilə paylaş: