2. Sosial strukturun əsas tərkib hissələri Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinci səviyyə özündə sinifləri ehtiva edir.
İkinci səviyyəyə siniflərə yaxın olan, lakin onların bütün əlamətlərinə malik olmayan sosial qruplar, mütəxəssis
olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir. Sosial strukturun bu səviyyəsi elmi ədəbiyyatda sosial-
sinfı struktur adlandırılır. Sosial strukturun üçüncü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini
yox, həm də şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qrupları ehtiva edir.
Siniflər sosial strukturun mühüm elementlərindən biridir. Qeyd etmək lazımdır ki, «sinif» termini elmi
ədəbiyyata Gene tərəfindən siyasi-iqtisadi anlayış kimi daxil edilmişdir. Lakin XIX əsrin sonlarında Fransada baş
vermiş burjua inqilablarının təsiri ilə bu anlayış sürətlə siyasiləşmişdir. XIX əsrin sonlarından 1953-cü ilə kimi bu
termin Rusiyada da siyasi mənada işlənmişdir («sinfı düşmən», «qolçomaq» və s.).
Marksist sosiologiyasında sosial strukturda siniflərin mövqeyi xüsusi vurğulanırdı. K. Marks və F. Engels
cəmiyyətin siniflərə bölünməsinin əsas səbəblərini ictimai əmək bölgüsünün və xüsusi mülkiyyət münasibətlərinin
formalaşmasının nəticəsi kimi izah edirdilər. Marksizm sinif anlayışına aşağıdakıları ehtiva edən mühüm məna
verirdi:
-tarixən qərarlaşmış müəyyən ictimai istehsal sistemində tutduğu yerə görə bir-birindən fərqlənən böyük
insan qrupları kimi götürülür;
-istehsal vasitələri üzərində mülkiyyət münasibətləri, fəaliyyət nəticələrinin mübadiləsi (ictimai əməyin
təşkili) və bölgü münasibətləri üzərində qərarlaşdığı bildirilir;
-siniflərin mənafelərində ziddiyyət vardır, çünki onlardan biri digərinin əməyini mənimsəyə bilir.
Sinfin qeyd olunan mənası ümumilikdə götürülən sinfı
[108 - 109]
fərqləri anlamaq üçün prinsipcə kifayət
edir. Belə ki, o, siniflər arasında əsas etibarilə şüurdan asılı olmayaraq qərarlaşan obyektiv fərqləri açıb göstərir.
Marksizmə görə, siniflər arasında iqtisadi fərqlər əsasında onların siyasi həyatda və mədəniyyətdə fərqliliyi
formalaşır. Beləliklə, bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin olduğunu qəbul edir, lakin o bütün
bu fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi götürür.
Qeyd etmək lazımdır ki, marksizm tərəfındən cəmiyyətin strukturunun məhz sosial-sinfı struktur kimi şərhi
istehsal münasibətləri sistemindəki vəziyyətinə görə bir-brindən fərqlənən (yəni sosial fərqlərin başlıca meyarına
uyğun gələn) təkcə siniflərin deyil, həm də bütün sosial qruplar və təbəqələr arasındakı fərqlərin izahına mane
olmur.
Müxtəlif tədqiqatçılar sinifləri təhlil edərkən onları böyük insan qrupu hesab edir, lakin onun əlamətlərini
müxtəlif cür izah edirlər. Məsələn, görkəmli sosioloq P. Sorokinin fıkrincə, sinif - üç əsas əlamət baxımından