3. Sosial stratifikasiya Yuxarıda qısa şəkildə olsa da, cəmiyyətin «sosial strukturu» anlayışına münasibətdə özünü göstərən əsas
sinfı yanaşmalar qeyd olundu. Sosiologiyada son dərəcə geniş yayılmış olan sosial stratifıkasiya anlayışı və
nəzəriyyəsi də onlarla əlaqəlidir. Bu anlayış cəmiyyətin strukturunu və sosial təbəqələr üzrə bölgünün əlamətlər
sistemini əhatə edir.
Stratifıkasiya anlayışı (lat. stratum - təbəqə və facio -edirəm) sosiologiyaya geologiyadan (müxtəlif
süxurların şaquli
[112 - 113]
yerləşməsini bildirir) gətirilmişdir.
Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışları elmi ədəbiyyatda eyni mənanı ifadə edir.
«Təbəqələşmə» anlayışı hərfı mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə
əhali arasında təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş iki
termin uyğun gəlir - diferensiasiya və stratifıkasiya.
1
«Stratifikasiya» termini daha çox elmi ədəbiyyatda, «təbəqələşmə» sözu isə gündəlik danışıqda işlədilir.
«Təbəqələşmə» cəmiyyətin varlı və yoxsullara bölünməsini ifadə edirsə, «stratifıkasiya» bununla yanaşı,
həm də çoxsaylı orta təbəqəni ehtiva edir. Odur ki, stratifikasiya gerçəkliyi daha dolğun əks etdirir. Biz bu
termindən cəmiyyətin təbəqələşməsi prosesini və bunun nəticəsini ifadə etmək üçün istifadə edəcəyik.
Stratifikasiyanın tarixi tipləri aşağıdakılardır:
a) quldarlıq; b) kasta quruluşu; c) təbəqələr; ç) siniflər.
Qərb sosiologiyasında sosial stratifikasiya nəzəriyyəsi siniflərin cəmiyyətin sosial strukturunun əsasını təşkil
etməsi barədə marksist təliminin inkarıdır. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, sinif anlayışı keçmiş
cəmiyyətlərin, o cümlədən sənayecə inkişaf etmiş kapitalist ölkələrinin sosial strukturunu təhlil etməyə yarayırdı,
lakin müasir industrial cəmiyyətin sosial strukturunun tədqiqi üçün yaramır. Çünki müasir cəmiyyətdə əsas
səhmdarların istehsalın idarə edilməsindən kənarlaşdırılması və onların muzdlu menecerlərlə əvəz olunması ilə
əlaqədar mülkiyyət münasibətləri özünün müəyyənedici statusunu itirmişdir. Buna görə də sinif anlayışı «strat» ilə
əvəz edilməlidir.
Bu nəzəriyyəyə görə, hər strata təqribən eyni gəliri, səlahiyyəti, təhsil və nüfuzu olan insanlar daxildir.
Cəmiyyətdə yuxarıdan aşağıya doğru zənginlər, varlılar, orta təbəqə və yoxsul adamların stratları yerləşir.
[113 -
114]
Sosioloqların müəyyən bir qrupu belə hesab edir ki, sosial stratifikasiya təlimi müəyyən tarixi zaman
ərzində cəmiyyətdə mövcud olan sosial bərabərsizliyin iyerarxiyalı təşkil olunmuş strukturunu daha dolğun əks
etdirir. Adi təbəqələşmə ilə müqayisədə sosial stratifikasiya iki fərqli cəhəti ilə seçilir. Birincisi, stratifikasiya
dərəcəyə görə təbəqələşmə ilə xarakterikdir. Belə ki, yuxarı təbəqələr aşağı təbəqələrdən (sərvətlərə sahibolma
münasibətində və ya mükafatların alınması imkanları ilə müqayisədə) daha imtiyazlı vəziyyətdədirlər. İkincisi,
yuxarı təbəqələrin cəmiyyətdəki üzvlərinin sayı xeyli azlıq təşkil edir.
Beləliklə, sosial stratifıkasiya şaquli qaydada yerləşmiş sosial təbəqələrin məcmusudur. Burada sosial
təbəqələr hakimiyyət, var-dövlət, təhsil və nüfuza sahib olmaq üçün sosial bərabərsizlik meyarı üzrə yerləşmişdir.
Strat stratifıkasiyanın dörd şkalası üzrə oxşar göstəricilərə malik olan insanların sosial təbəqəsidir.
Sosioloji ədəbiyyatda stratifikasiyanın müxtəlif meyarları əsaslandırılır. Alman sosioloqu R. Darendorf
sosial stratifikasiya üçün başlıca meyar «nüfuz» anlayışını hesab edirdi. Amerika sosioloqu B. Barber cəmiyyətin
stratifıkasiyasını gəlir, təhsil, dini, peşə, etnik mənsubiyyət və s. kimi meyarların əsas götürülməsini təklif etmişdir.
P. Sorokinin sosial stratifıkasiya ilə bağlı fıkirləri də maraq doğurur. O, sosial stratifıkasiyanın üç müxtəlif
növünü fərqləndirir: iqtisadi, siyasi və peşə.