48
2) iqtisadi piramidanın hündürlüyünün artması və azalması
1
. Qeyd etmək lazımdır ki, stratifikasiya
nəzəriyyəsi müasir dövrdə ən çox işlənilən və nəzəri cəhətdən əsaslandırılmış nəzəriyyədir. Lakin bəzi tədqiqatçılar
onun da bir sıra çatışmazlıqlara malik olduğunu göstərirlər. Onlardan biri cəmiyyətdə mükafatlandırma
sisteminin
bölgüsündə əhəmiyyətli rol oynayan hakimiyyət amilinin rolunun nəzərə alınmamasıdır.
Bu xüsusilə demokratiya
prinsiplərini rəhbər tutmayan ölkələrin sosial strukturu üçün səciyyəvidir. Bu cəhətdən
xarakterik nümunə kimi
MDB-nin əksər ölkələrinin sosial strukturunu göstərmək olar.
Bu gün tam aydınlığı ilə görünür ki,
həm inkişaf etmiş Qərb, həm
də bəzi MDB ölkələrinin
postindustrializm və informasiya cəmiyyəti mərhələsinə daxil olması, həm də onlarda baş verən nəhəng miqyaslı
elmi-texnoloji nailiyyətlər bu ölkələrin stratifıkasiya strukturuna ciddi dəyişikliklər gətirir.
Qloballaşma
proseslərinin həmin dəyişikliklərdə yaratdığı yeniliklər hələ də kifayət qədər tədqiq olunmamışdır.
Dostları ilə paylaş: