2. M. Veberin nəzəriyyəsi Bu nəzəriyyəyə görə, sosial struktur elə bir çoxölçülü sistemdir ki, burada siniflər və onları törədən
mülkiyyət münasibətləri ilə yanaşı sosial status və hakimiyyət də mühüm yer tutur. Başqa sözlə, cəmiyyət gəlir, hakimiyyət və nüfuz kimi meyarlara görə ayrılan insan qrupları kimi özünü göstərən müxtəlif ünsürlərdən
ibarətdir.
Bu modeldə aşağıdakı fərqlər əsas götürülür:
1) iqtisadi; 2) iqtisadi-siyasi; 3) sosial-psixoloji.
M. Veberin nəzəri baxışlarında zəif cəhət, yuxarıda göstərilən üç qrup əlamət, yəni sosial fərqlərin növləri
arasında daxili əlaqələr məsələsinin işlənilməməsidir. Bu vəziyyət isə istər-istəməz həmin əlaqələrin zahiri və
təsadüfi xarakter daşıması haqqında fikrə gətirib çıxarır.