a) Sosial institutlar nəzəriyyəsi (institutsional paradiqma). Bu paradiqmaya görə, sosial institutlar yalnız
bütövlükdə götürdükdə cəmiyyəti müəyyən edir, onlar öz-özlüyündə personifıkasiyasız, şəxssiz təbiətə malikdir.
Tədqiqatçı sosial strukturu institutsional baxımdan mənalandırarkən təkamülçü metodoloji mövqedən çıxış etməyə
bilməz, çünki hər bir sosial institut ictimai əhəmiyyət kəsb edən funksiya yerinə yetirir, bu funksiyanı isə bütöv və
ümumi sistemdən ayrılıqda götürmək qeyri-mümkündür.