1. Marksist yanaşma Bu yanaşma cəmiyyət və onun strukturu haqqında sistemli, inteqral təsəvvürlərə əsaslanır. Bu nöqteyi-
nəzərin mahiyyətini və başlıca məzmununu aşağıdakı əsas müddəa təşkil edir:
sinfı (sosial-sinfı) bölgüyə sosial fərqlərin bütün məcmusunu anlamağın özülü kimi yanaşılması, onun
cəmiyyəti, hətta fərdlərin özünü də qruplara və təbəqələrə ayırmağın əsası kimi götürülməsi. Marksizm, əlbəttə, bu
tipdən olan
[104 - 105]
(yəni müxtəlif sosial qruplara bölünməni əsas tutan) digər strukturları (sosial-demoqrafık,
ərazi, sosial-peşə, sosial-mədəni, milli-etnik və s.) inkar etmir. Lakin həmin təlimdə bütün bu bölgülər tam müstəqil
vəziyyətdə deyil, sosial-sinfı struktur ilə bu və ya digər dərəcədə əlaqədə anlaşılır.