3. Struktur-funksional təhlil (T. Parsons, R. Merton, E. Şilz və b.)
T. Parsonsun fıkrincə, sosial struktur fərdlərin sosial davranış normaları, sosial mövqeləri və yerinə
yetirdikləri sosial rolları ilə şərtlənən qarşılıqlı təsirinin nəticəsidir. Başqa sözlə, cəmiyyətin bütövlüyü və vəhdəti
fərdlər tərəfındən ümumi yüksək dəyərlərin anlamalarının yekunu kimi göstərilir. Sosial struktur cəmiyyətdə
statuslar sistemi kimi çıxış edir.
Cəmiyyətin struktur təşkilinin T. Parsons tərəfindən verilən funksional modelinə görə, hər bir sosial sistem
dörd struktur iyerarxiyadan ibarətdir:
a) ilkin pillə - ünsürlərin, fərdlərin bilavasitə və «üzbəüz» qarşılıqlı təsiri ilə səciyyələnir;
[105 - 106]
b) idarəedici pillə. Burada ünsürlərin ilkin səviyyədə qarşılıqlı təsiri tənzim edilir və bu pillə strukturun
xarici vəziyyətinə münasibətdə vasitəçi kimi çıxış edir;
c) institusional səviyyə. O, müxtəlif idarəçilik institutlarını, inzibati və bələdiyyə orqanlarını və s. əhatə edir;
d) cəmiyyətin təşkilinin ali, ümumdövlət (sosietal) səviyyəsi. Buraya əvvəlki aşağı səviyyələrə münasibətdə
nəzarətedici və tənzimləyici funksiyalar yerinə yetirən dövlət və hakimiyyət orqanları daxıldir.
A. Radkliff-Braun da hesab edir ki, sosial struktur, həmin konkret zaman anında bütün fərdlərin daxil
olduğu hər cür sosial münasibətlərin ümumi məcmusundan ibarətdir
1
. Onun fıkrincə, sosial struktur sosial sistemin
qeyri-prosesual səpkisidir. Qeyd edək ki, sosial antropologiyanın və struktur funksionalizmin sonrakı
nümayəndələri sözügedən müəllifin bu barədəki mövqeyini təshih edərək göstərirlər ki, «struktur prinsipləri»
reallıq olmayıb, abstraksiyalardır və buna görə də onlar empirik gerçəkliyin müxtəlif zaman kəsiklərinə tətbiq
oluna bilər.
Struktur-funksional təhlil nəzəriyyəsinin digər nümayəndəsi R. Merton sosial strukturu cəmiyyətin əsası
kimi götürür. O, aşağıdakı struktur növləri irəli sürür:
a) böyük əhəmiyyət kəsb edən normativ-mədəni struktur;
b) ehtimal olunan struktur. Burada müəyyən resurslara, güzəştlərə və dəyərlərə malik olmağın müxtəlif
imkanlar iyerarxiyası əhatə olunur;
c) ideal struktur - «ictimai rəyin vəziyyəti». Mertona görə, «funksiyalar və disfunksiyalar, yəni ümumi
orqanizmin qorunub saxlanılmasına verdikləri töhfə baxımından nəzərdə tutulan həyati və yaxud üzvi proseslər»
cəmiyyətdə aparıcı rol oynayır.
Sosial strukturun daxili əlaqələri sosial sistemin üzvlərinin xassələri ilə müqayisədə daha mühüm sosial
məna
[106 - 107]
kəsb edir. Sosial strukturlar fərdlər arasındakı münasibətlərin xarakterini müəyyən edir.