53
hansı qrupa aidliyini dərk etməsi hesab olunur. Bundan əlavə, qrupa qəbul olunma cəhdi fəhlə üçün rəhbərliyin
onun əməyini tənzimləmək tədbirlərindən daha qiymətlidir. E.
Meyonun fikrincə, nəzarətedici və tənzimləyici hissə
kiçik əlaqələndirici qrup olur.
Kiçik qrupların öyrənilməsinin digər istiqamətini Y.
Morenonun sosiometrik metodu təşkil edir.
Sosiometriyanın məqsədi insanın əməyini və həyatını həm işdə, həm də istehsalat mühiti xaricində ona müsbət təsir
bağışlayan insanlar arasında təşkil etməkdən ibarətdir. Bu metodun əsasında şəxslərarası münasibətlərin
yaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə qrupun səmərəli idarə olunmasını həyata keçirmək mümkündür.
Sosioloji ədəbiyyatda sosial qrupun bir neçə inkişaf fazası göstərilir. A. V. Petrovskinin konsepsiyasına
uyğun olaraq qrupun inkişaf fazası aşağıdakı meyarlarla müəyyən olunur:
birincisi, qrupda şəxslərarası
münasibətlərin vasitəli ifadə dərəcələri, birgə fəaliyyətin məzmunu ilə;
ikincisi, birgə fəaliyyətin ictimai əhəmiyyəti
ilə.
[126 - 127]
Bu meyarlar əsasında A. V. Petrovski kiçik qrupun aşağıdakı inkişaf fazalarını qeyd edir:
• diffuz (qarışıq) qrup - ümumi birlik, birgə fəaliyyətin məzmunu (məqsədi, əhəmiyyəti və dəyəri) ilə
vasitəliliyi olmayan şəxsiyyətlərarası münasibətlər;
• qrup-assosiasiya (ümumi birliyə mənsubluq gələcək birgə hərəkətlərin səmərəliliyi şəraiti kimi dərk edilir);
• qrup-kooperasiya (şəxslərarası münasibətlərin hər kəs üçün əhəmiyyəti birgə fəaliyyətin
məzmununda
dərk edilir);
• qrup-kollektiv (şəxslərarası münasibətlər qrupşəkilli fəaliyyətin şəxsiyyət əhəmiyyəti və ictimai cəhətdən
qiymətliliyi ilə dərk edilir);
• korporasiya (bu qrupda şəxsiyyətlərarası münasibətlər qrupun üzvləri üçün xüsusi əhəmiyyətli,
bəzən də
qrup fəaliyyətinin məzmununa görə antisosial vasitə ilə ifadə olunur).
Sosial qrupun fəaliyyətinə müxtəlif əlaqə üsulları ilə təsir göstərilməsi A. Bavelas tərəfindən öyrənilmişdir.
O, məhdud vaxt ərzində sadə məsələlərin həllində «şturval» əlaqə üsulunun yüksək effekt verdiyini göstərir. Bu
halda qrupun üzvlərinin bir-biri ilə əlaqələri istisna edilir və onlar yalnız liderlə əlaqəyə girə bilərlər. A. Bavelas
yaradıcı işlərin həlli üçün «çevrə» əlaqə üsulunun daha əlverişli olduğunu göstərir. Belə ki, bu şəraitdə qrupun hər
bir üzvü qarşılıqlı surətdə məlumatları bölüşmək imkanına malik olur. Bu isə məsələnin həllinin yeni istiqamət üzrə
aparılmasına şərait yarada bilər.
Qrup daxilində olan əlaqələrin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki,
qrup daxilində hər bir
üzvün müəyyən rolu vardır. Bu rol daim dəyişir və təkmilləşir.
[127 - 128]
Dostları ilə paylaş: