Başı daşdan-daşa dəymiş qocanın.
Günahı qəddini əymiş qocanın
Ülvi m
əhəbbətə əlvidasıdır (65, 122).
Söz yox ki, kamil
şeir gərgin yaradıcılıq işinin nəticəsidir,
dilin bütün üslubi
laylarını duymaq, onu məqamında işlədə
bilm
ək hər bir qələm sahibinin ilkin vəzifəsidir. Şeir mətni
müxt
əlif dil vahidlərinin elə sintezidir ki, burada hər bir
linqvistik vahidin spesifik
işlənmə məqamları və bədii yükü
vardır. Ayrı-ayrı dil ünsürlərinin qarşılıqlı əlaqəsi və təsiri nəti-
c
əsində kontekstin bədii tutumu təmin olunur. Göstərilən nümu-
n
ələrdəki frazeoloji vahidlərin yaratdığı üslubi ab-hava poetik
ovqatın özünəməxsusluğunu təmin edir. Bütövlükdə kontekstin
uğuru frazeoloji birləşmələrin ifadəlilik imkanlarının inadla
axtarılması sayəsində aşkarlanmışdır. Söz sənətkarlarının idio-
matik t
ərkiblərə bu cür ciddi əhəmiyyət verməsi də məhz onların
üslubi özün
əməxsusluğu ilə əlaqədardır.
Frazeoloji birl
əşmələr şeirdə canlı danışığın, şifahi nitqin
mühüm s
əciyyəvi keyfiyyətlərini özündə mühafizə etmək
iqtidarındadır. Bədii mətndə ifadəlilik imkanlarının genişliyi,
emosionallıq-ekspressivlik yaratma keyfiyyəti, heç şübhəsiz,
frazeoloji birl
əşmələrin də payına düşür. Milli koloritin şeir
nitqind
ə danışıq prosesindəki qədər effektli olmasında frazeolo-
gizml
ər real şəkildə təcəssüm etdirmə imkanlarına yiyələnə
bilirl
ər. Çünki hissi-emosional təsir bu dil vahidinin ən önəmli
poetik m
əziyyətidir.
Frazeoloji birl
əşmələr şeirdə bədii nitq atmosferi yaradır.
Üslubi
aydınlığı və təbiiliyi ilə bərabər bədii mətndə iştirak edən
ünsürl
ərin sistemliliyində, təsvirin müfəssəlliyində aparıcı
mövqey
ə keçir.
86
B
ədii məzmunun lirik təqdimatı fonunda frazeoloji
materiallar
asanlıqla sığala gəlir, şairin yaradıcılıq prizmasından
keçib r
əngarəng semantik-üslubi çalarlarla bəzənir. Söz ustaları
bu spesifik dil materia
lının üslubi tələbini duyduğu üçün onlara
s
ənətkarlıq meyarı ilə yanaşıb məzmun dərinliyinin gözəl forma-
sını yaradır.
Frazeoloji birl
əşmələrin şeirdəki mütəhərrikliyini təmin
ed
ən bir cəhət də milli dil faktlarının bədii yaradıcılıq dərəcəsi
il
ə bağlıdır. Frazeologizmlər şeirdə milli lüğətin üstünlüyünü
t
əmin etməklə mətni yeni ab-hava ilə təravətləndirir. Belə olan
t
əqdirdə frazeoloji birləşmələrin bədiiləşdirici izləri daha da də-
rinl
əşir, obraz olduqca siqlətli görünür. Bu, şeir dlinin yüksək
inkişaf həddinə qalxması, mükəmməl səviyyəsi deməkdir.
Ümid qönç
ələrim sarala qaldı,
Çiç
əkli yazımı nəsə apardı.
N
ə qatdı başımı, necə qatdısa
Q
əfil saqqızımı necə apardı (56, 84).
Palaza bürünüb ell
ə sürünən
Düşünmək qisməti xeyirmi, şərmi?
Alçaqlar v
ətənin üstünə düşsə,
V
ətəndən onlara bir şey düşərmi? (108, 93)
Sevins
əm, qarnını sancı doğrayır,
Güls
əm, gülüşümü ağzımdan qapar.
İstər söz yazımla üzümü yuya,
İstər göz yaşımda mirvari tapa (54, 324).
M
əlum olduğu kimi, şeir dilində canlı danışıq dilinə məxsus
üslubi çalarlar çox güclüdür v
ə bu, janr səviyyəsində üzə çıxan
poetik bir
faktdır. Frazeoloji birləşmələrə poetiklik prizmasından
yanaşanda bu amil özünü hiss olunacaq dərəcədə qabardır.
Misrala
rın sxemində dinamik imkanlı linqvistik vahidlər kimi,
frazeoloji t
ərkiblər də mətnin bədii-üslubi bünövrəsində dayanır
v
ə şeirn obrazlı mahiyyətini, bədii məzmununu qavrama
87
prosesin
ə təkan verir. Obrazlaşdırma əməliyyatındakı fəallığı
frazeoloji birl
əşmələrə imkan verir ki, digər dil faktlarını da
h
ərəkətə gətirsin və onların obrazlı vahidə çevrilməsi prosesini
başa çatdırsın. Beləliklə də onlar obrazlı anlayışların daha da
canlan
dırılmasında orijinal deyim tərzi müəyyənləşdirir.
Yox,
düşə bilmsirəm
t
əzə eşqə mən.
Dem
ə hicran məni
tutardan
salıb.
Dönüy
əm bir para
sev
ənlər kimi.
Əlim ətəyinə
yapışıb qalıb.
Ya
ətyini kəs,
ya da
əlimi (68, 72).
G
ələcək günün nigarançılığı:
İnsanlara bir doyumluq çörək,
Bir içimlik su
çatacaqmı?
Yer üzünün
yığın-yığın insanı
Köhn
əliyin, mənəmliyin,
F
ənalığın, qəzəbin, kinin
Daşını atacaqmı? (96, III, 291)
Bu poetik nümun
ələrdə frazeoloji birləşmələrin nümayiş
etdirdiyi dil
saflığı, üslub gözəlliyi xüsusi bir təravət bəxş edir.
T
əbiilik, sabit söz birləşmələrn poetik yatımından doğan hiss-
h
əyəcan şeirlərə xalq ruhu hopdurur. Deyim tərzində xəlqi ifadə
formala
rının səmimiliyi, təsirliliyi oxucu qəlbinə və yaddaşına
d
ərin izlər buraxır. Xalqın xarakteri, düşüncə tərzi poeziya
s
ənətində məhz bu ifadələrin vasitəsilə əks olunur. Frazeoloji
t
əsvir vasitələrinin dəqiqliyi dilimizin tükənməz qaynaqlarının
qüvv
ət və qüdrətinin əyaniləşməsidir. Obrazlı təfəkkürün adi
88
danışıq frazeologiyası şəklində təzahürü onun ahəng və məlahət-
li s
əslənmə keyfiyyətlərində daha da qabarır.
Canlı danışıq dilinin zəngin xəzinəsindən alınmış bitməz-
tük
ənməz frazeoloji materialların bədii imkanları şeir nitqində o
zaman poetik
tapıntılarıa çevrilir ki, onlar söz sənətkarının
ideya-estetik
ideallarını səmimiyyətli təcəssümü olsun, şairin
poetik m
əqsədini ifadə etməkdə etibarlı vasitə kimi özünü doğ-
rultsun. T
əcrübə göstərir ki, frazeologizmlərlə orijinal deyim
t
ərzi məzmunun daha dolğun ifadə təravətinə yol açır. Çünki
m
əzmun nə qədər mənalıdırsa, dil də bir o qədər yığcamdır, fikir
n
ə qədər dərin və aydındırsa, dil də bir o qədər təbii və rəvandır.
Bu ba
xımdan fikri və hissi təsvirin mahiyyətinə varmaq, yüksək
ideya-b
ədii meyarlara yiyələnmək üçün frazeoloji birləşmələr
üslubi keyfiyy
ət baxımından ən münasib linqvistik materialdır.
H
əqiqi poetik yaradıcılıq frazeoloji birləşmələrin laylarına elə
nüfuzetm
ə prosesidir ki, bu, şair üçün indiyə qədər istfadə olun-
ma
mış vasitələrini aşkarlamaq, dilin frazeoloji xəzinəsini bü-
tünlükd
ə səfərbərliyə almaq, onların potensial imkanlarını açmaq
fürs
ətidir.
Doğrudan da, frazeoloji birləşmələrin sıxlığı ilə seçilən
misralarda lirik vüs
ət hakimdir. Forma çalarlarında milli koloriti
rövn
əqləndirməkdə onların misilsiz rolu vardır, çünki onlar öz
yaranışından şeriyyət üstündə köklənmişdir. Güclü kolorit və
poetik göz
əllik frazeoloji birləşmələrin daxili xislətindədir və
ona gör
ə də şairin yaradıcılıq taleyinin müəyyənləşməsində,
onun
yazı tərzinin yeniləşməsində, bədii yetkinliyin
yaranmasında böyük xidməti vardır.
Varlığın şairanə, bədii idarkı frazeoloji dil materiallarının
daxili mahiyy
ətindən qidalanır. Sənətkarlıq meyarı, bədii sənət
ölçül
əri ilə düzgün uyğunlaşdırıldıqda onlar lirik təhkiyənin
t
əbiiliyini təmin edir. Şeirin ifadə tərzindəki kamillik, bədii
formasınakı bütünlük də öz mayasını bu keyfiyyətli poetik baş-
lan
ğıcdan götürür.
|