MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə45/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   41   42   43   44   45   46   47   48   ...   68
frazeoloji

 
Yığıb gözümüşə yarı-yoldaşı, 
N
əğmə olmalıyıq başlanan günə. 
 
Qurunun odundan 
qurtarıb yaşı 
N
əğmə olmalıyıq insan ömrünə (67, 97). 
 
Kims
əyə bir qibtəm olmayıb haşa 
Qurunun oduna yanan bir 
yaşam (65, 69). 
 
Göz
əl deyib atalar, gözəl deyib babalar 
– 
Kişinin bar gətirən ağaca bənzəri var. 
Yer
ə dikər başını bar gətirən ağaclar (95, 152). 
 
Ağac bar gətirəndə 
 
 
 
başını aşağı əyər. 
Meyv
ə tutmuş əllərini 
 
 
 
uzadar yer
ə. 
Quruyub özünü dik tutanlar 
 
 
 
budaq 
sayılmır (97, 244). 
 
Frazelogiyadan, 
onun 
ifad
əlilik  imkanlarından  bəh-
r
ələnərkən  onun  müəyyən  üslubi  ölçülərini  və  norma 
ənzadələrini  gözləmək  mühüm  yaradıcılıq  şərtlərindəndir. 
Frazeoloji  birl
əşmələri  necə  gəldi  şeirə  gətirmək, 1960-1980-ci 
ill
ər  şeirinin  bəzi  nümunələrindən  göründüyü  kimi,  hələ 
yaradıcılıq  vasitəsi  deyil.  Həqiqi  yaradıcılıq  prosesində 
frazeoloji  birl
əşmələrə  yerli-yersiz  müraciət  müəyyən  hüdudlar 
daxilind
ə həyata keçirilir və şair onu elə məharətlə bədii mühitə 
uyğunlaşdırır  ki,  aqil  babalarımızın  əsrlər  boyu  yaratdığı  və 


          
 
 
110 
cilalaya-cilalaya 
n
əsillərdən-nəsillərə  ötürdüyü  milli  dil 
s
ərvətləri  kontekstə  yeni  bədii  nəfəs  bəxş  edir,  həmin  mətni 
onsuz  t
əsəvvür  etmək  qeyri-mümkün  olur.  Şeirşünaslıqda 
birm
ənalı şəkildə hamının qəbul etdiyi yekdil fikrə görə, frazeo-
loji dil 
faktlarından yararlanan xəlqi ifadə tərzi milli təfəkkürdən, 
xalq 
m
ənəviyyatından  qidalanır  və  həmin  tükənməz 
qaynaqlardan  boy  verir. 
Şair  o  şəxsdir  ki,  bu  sahilsiz  xəzinəyə 
baş  vurub  onun  tükənməz  üslubi ətrini  duyur, onun  doğurduğu 
b
ədii ovqatla yaşaya bilir. Bu ifadələrə uzunömürlü ədəbi həyat 
b
əxş etməyə qadir olur. 
Frazeoloji 
novatorluğun  uğuru  onun  xalq  düşüncəsinə 
uyarlığıdır və xalqın ruhuna uyğunlaşdırılmış ifadə şairin estetik 
mövqeyi v
ə üslubi istiqamətindən güc alır. Bu və ya digər təsviri, 
obrazı qiymətləndirərkən frazeoloji tərkibin aktuallaşdırılmasına 
xüsusi 
əhəmiyyət  verilir.  Frazeologizmlərlə  onun  semantik-üs-
lubi  özülünd
ə  əmələ  gələn  ifadə,  heç  şübhəsiz,  gerçəkliyə 
h
əssaslıqdan  törəyir  və  anamızın  halal  südündəki  müqəddəslik 
kimi 
əvəzsiz və təkrarolunmazlıq qazanır. Bu cür müqəddəsliyə 
bağlı hər bir kəlmə doğma dilimizin təravətli nəfəsi ilə isindiyinə 
gör
ə  misralara  bayatı  kövrəkliyi,  layla  səmimiliyi  verir.  Buna 
əsasən də frazeoloji novatorluğu, xalq deyimi qəliblərində misra-
lara  köç
ən  tərkibləri  xalq  təfəkkürünə  bağlılığın  ilkin  əlaməti 
kimi q
əbul etmək yerinə düşər. 
«
İt  hürər,  karvan  keçər,  yel  qayadan  nə  aparar»  frazeoloji 
vahidinin  improviz
əsi  müxtəlif  səciyyəli  əhval-ruhiyyələrin 
assosiasiyası  üzərində  qurulur.  Nümunə  kimi  S.Rüstəmxanlının 
«
İt  hürər,  karvan  keçər»,  Ç.Əlioğlunun  «Sağlıq»  və 
Ş.Əkbərzadənin  «Susa  bilmədim»  əsərlərindən  aşağıdakı 
parçalara diqq
ət yetirək: 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin