X
əbərçi gizli qalmır,
Əvvəl-axır bilinir.
115
Çuval da gizl
əyəmməz
Onun cida dilini (97, 241).
Dedin,
eşitdim,
qardaşım, vətən oğlum,
Adın nədir – Rəşid,
qurban olum,
m
ən də deyim sən eşit (53, 140).
Nahaq güv
ənmişəm mən sizə, dağlar,
Dem
ə, üstünüzü qar alacaqdır.
Hardan bil
əydim ki, bu ayrılıq var,
Sevginin
ocağı qaralacaqdı (97, 168).
Üslubi-semantik z
ənginliyi, ifadə potensiallığı frazeoloji
birl
əşmələrə daimi bədii şüalanma xisləti bəxş edir. Onun
b
ətnindən həmişə təravətli ifadələrin, yeni məcazi sözlərin,
obrazlı tərkiblərin nəşət etməsi olduqca təbii prosesdir.
Aktuallaşdırılmış frazeoloji birləşmələrin üslubi keyfiyyətlərinə
g
əldikdə, qeyd etməliyik ki, onlar obrazlılığa konkretlik verən
linqvistik vahidl
ərdir və buna görə də obrazlı təfəkkürün sənət
dilind
ə əyaniləşməsi və konkretlik qazanması da müəyyən
hallarda frazeologizml
ərin təkrarolunmaz poetik imkanlarına
söyk
ənir. Bütövlükdə şeirin yaşamaq hüququnu təmin etməkdə
aktuallaşma frazeoloji birləşmələrə fəal məna və məzmun
tutumu verir, lirik ünsür v
ə məqamlarla müşayiət olunur. İde-
yanın tam bir qüvvətlə ifadəsində, fikri münasib dil faktlarının
deyim
işığında dərk etmək və qiymətləndirmək işində də
frazeoloji dil
materalları müstəsna əhəmiyyətə malikdir.
Frazeoloji birl
əşmələrin obrazlı mahiyyəti və xarakteri
əzəmətli poetik ovqatı yaratmağa yönəldilərkən müəllifin
m
əzmunlu və dolğun planda genişləndirdiyi poetik niyyətini
münasib üslubi z
əmində açır, lirik formanı məzmunlu cizgilərlə
əhəmiyyətli miqyasda dərinləşdirir.
116
Ümumiyy
ətlə götürdükdə, 1960-1980-ci illər şeirində
frazeoloji birl
əşmələr və onların aktuallaşma tempi aşkar və
qabarıq şəkildə diqqət çəkir. Bu dövr şeirindəki canlı danışıq
dilin
ə yaxınlıq onun əsas məziyyətlərindən biri kimi nəzəri cəlb
edir. N
əzərdən qaçmır ki, xalq dilinin kolorili ünsürlərindən, ilk
əvvəl də frazeoloji birləşmələrdən mayalanması şeirin anla-
şıqlığının təminatçısı olur, şeiri təravətli xalq dili ilə bəzəyir.
Yağ, ey yağış, yağ,
Göyd
ən asılmış
fişəng kimisən.
Yayda g
əzirdim
Yazda
əlimə
düşən kimisən (99, 50).
Utanma, qara
qız,
Çör
əyi gözəllik
Olanlar
utansın.
Bir xalq m
əsəlinin
t
ərsini deyim mən.
Boğazından görünər
Ağ üzüm yesən.
Qaralıqda şöhrət
Yanaşı olur bəzən,
Ağlıqla da nifrət
Yanaşı olur bəzən (54, 37).
Dilin
poeziyasını duymaq və onun şeriyyətini obraza
çevirm
ək olduqca maraqlı və mürəkkəb yaradıcılıq prosesidir.
Bu m
əziyyət şeir yaradıcılığının təməlidir: söz bu etibarlı özül
üz
ərində bədii obraz səviyyəsinə qalxır.
Dild
ə hazır şəkildə mövcud olub qapalı modelli frazeoloji
birl
əşmələr elə semantik məna vüsətinə malikdirlər ki, şairin söz
işlətmə bacarığından asılı olaraq bütöv bir kontekstin poetik
dayağına, aktuallaşaraq əhatəli bədii məzmunun obrazlı
117
daşıyıcısına, leytmotivinə çevrilə bilir. Ruhu və şirəsi milli
z
əmindən sorulan bu rəngarəng qəlibli və diləyatımlı ifadələrin
reallığa, həyat hadisələrinə emosional-ekspressiv münasibəti
xüsusi olaraq
vurğulanmağa layiqdir.
Obrazlılıq frazeoloji birləşmələrin, ibarələrin, atalar sözlərin
v
ə zərb-məsəllərin mayasında, poetik mənasında və
semantikasında mövcuddur. Sənətkarın bu ifadə qəliblərinə
müdaxil
əsi obrazların yeni çalarlarla dolğunlaşdırır. Söz
s
ənətkarı aktuallaşdırılmış idiomatik ifadələri, sabit söz
birl
əşmələr mətnin səciyyəsinə uyğun, bədii qayə ilə əlaqədar elə
m
əharətlə işlədir ki, poetik düşüncələr arasında assosiasiyalar
gücl
ənir, yeni ifadə ilə müəllif sanki onu ilkinliyindən, əslindən
uzaqlaşdırıb «özününküləşdirir».
Dostları ilə paylaş: |